Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

Dünyada  formalaşmış  vahid  ictimai-iqtisadi,  siyasi-mədəni  məkan  bu  günün 

reallığıdır.  Bütün  bəşəriyyət  sözügedən  reallıqla  hesablaşmağa  “məhkumdir”  və 

bütün sahələrdə bu reallığı nəzərə almaq zərurəti ilə qarşılaşır.  


XX əsrin sonlarında əldə olunmuş böyük nailiyyətlər sayəsində Avropada baş 

verən proseslər daha konkret xarakter alaraq, AB ölkələrinin və onların vətəndaş-

larının  reallığına  dolğun  cavab  verir.  Bu  zəmində  yaranmış  perspektivlər,  (digər 

Avropa  ölkələri  ilə  dərinləşən  münasibətlərlə  birlikdə),  inkişaf  üçün  daha  böyük 

imkanlar  yaratmışdı.  Siyasi  və  akademik  dünyanın  daha  böyük  hissəsi  arasında 

artan  qarşılıqlı  anlaşmanın,  bütün  inkişaf  edən  Avropada  daha  sıx  əlaqələrin 

yaradılmasının, Avropanın intellektual, mədəni, sosial və elmi-texniki potensialının 

formalaşmasına və möhkəmləndirməsinə olan tələbatın mövcudluğunun təsdiqi qa-

çılmaz  idi.  “Maariflənmiş  Avropa”  sosial  və  humanitar  inkişafın  əvəzolunmaz 

amilinə,  habelə  genişləndirilən  və  zənginləşdirilən  Avropa  vətəndaşlığının  zəruri 

şərtinə  çevrilmişdi.  O,  vətəndaşlara  ümumi  dəyərlərə  və  ümumi  sosial,  mədəni 

məkana aid olduqlarını anlatmaqla yeni minilliyin  təhriklərinə  tab gətirmək  üçün 

zəruri məlumatlarla təmin olunmaq imkanı vermək qüdrətində dərk edilirdi.  

Dünyanın  inkişafının  reallığına  çevrilmiş  qloballaşma  prosesi  Avropa  məka-

nında  gedən  Boloniya  prosesinə  təkan  verir  və  onun  aktuallığını  artırır.  Ali  təhsil 

sistemləri  arasında  rəqabətin  güclənməsi  Avropa  ali  təhsil  sisteminin  rəqabət  qa-

biliyyətinin  və  cəzbediciliyinin  gücləndirilməsi  tələbini  günbəgün  daha  kəskin 

şəkildə qoyur.  

Sözügedən proses bütövlükdə dünya miqyasına da aiddir. Avropa bu ümumi 

prosesdə  ən  güclü  regionlardan  biri  kimi  çıxış  edərək  yeni  regionlarda,  o  cüm-

lədən postsovet məkanında öz ali təhsil standartları və dəyərlərinin təsbit edilməsi, 

bu  regionun  təhsil  məkanını  öz  təsir  dairəsinə  almaq  məqsədilə  aktiv  mübarizəyə 

qoşulmuşdur. Burada vurğulamaq ye-rinə düşər ki, Avropa özünün təhsil standart-

larının digər ölkələrdə, o cümlədən Azərbaycanın da aid olduğu postsovet ölkələ-

rində  yayılmasında  və  onların  Ümumavropa  Ali  təhsil  zonasına  cəlb  edilməsində 

nə  qədər  maraqlıdırsa,  barəsində  bəhs  olunan  ölkələrin  özləri  də  həmin  prosesin 

daha sürətlə getməsində bir o qədər (bəlkə də daha çox) maraqlıdırlar. Bu da təbii 

bir hadisədir. Qloballaşma prosesinin sürətləndiyi və dərinləşdiyi bir vaxtda həmin 

qəbildən  olan  ölkələrin  daha  qabaqcıl  və  mükəmməl  bir  sistemə  daxil  olaraq 

özlərinin bu sahədəki problemlərini “Maariflənmiş Avropa”nın ümumi dəstəyi və 

təcrübəsi  əsasında  həll  etmək  imkanı  qa-zanmasına  şans  verir  ki,  qloballaşmanın 

gətirdiyi təhlükələrə daha çox dözüm mühiti formalaşdırsın.  

Köhnə Sovet təhsil standartlarından uzaqlaşan müstəqil Azərbaycan Res-pub-

likası  da  Boloniya  prosesinə  qoşulmaqla  bütövlükdə  təhsil  sahəsində,  konkret 

olaraq  ali  təhsil  sahəsində  öz  önəmli  maraqlarını  qəti  olaraq  ortaya  qoymuşdur. 

Azərbaycan  Respublikasının  rəsmi  olaraq  Boloniya  prosesinə  qoşulması  ölkənin 

bütün  ali  təhsil  müəssisələrinin  tədricən  Boloniya  standartları  əsasında  qurul-

masına yönəldilmiş xəttin qətiləş-dirilməsidir.  

Avropada  ali  təhsil  sistemində  struktur  dəyişikliyinin  başlanmasını  XX  əsrin 

50-ci illərinin sonuna aid etmək olar. Avropada inteqrasiya pro-seslərinin təməlini 

qoymuş olan (“Ümumi bazar” yaratmaq üçün) Roma müqaviləsi imzalanmışdır.  

Flamandiyalı  müəlliflər  –  Kurt  de  Vita  və  Verxovena  Avropada  ali  məktəb-

lərdə  inteqrasiya  proseslərinin  inkişafını  3  dövrə  ayırmışlar:  1957-1982-ci  illər; 

1983-1992-ci  illər;  üçüncü  –  1992-ci  il  Maastrixt  müqaviləsinin  imzalanması  ilə 

başlanır. Birinci dövr (1957-1982) hər şeydən əvvəl “Ümumi bazar”a daxil olan 


ölkələrin Təhsil Nazirlərinin 1971-ci ildə keçirilən görüşü ilə yadda qalmışdır. Bu 

görüşdə onlar aşağıdakı məsələləri müzakirə etmişlər: 

– diplomların qarşılıqlı tanınması; 

– təhsil sahəsində koorporasiyalar (birliklər, ittifaqlar) yaratmaq;  

– Avropa Təhsil İnkişafı Mərkəzini yaratmaq; 

– təhsil sahəsində qeyri-milli institutların yaradılması.  

1976-cı  ildə  “Ümumi  bazar”  çərçivəsində  aşağıdakıları  özündə  saxlayan 

fəaliyyət proqramı hazırlandı; 

– ali məktəblərə qəbulda bərabər imkanların yaradılması; 

– diplomların qarşılıqlı tanınması; 

– birgə tədris proqramlarının qəbulu; 

– qısamüddətli kadr hazırlığı kurslarının yaradılması; 

– birgə informasiya siyasətinin həyata keçirilməsi; 

– Avropa Universitetinin yaradılması. 

1980-ci  ildə  bu  proqrama  uyğun  olaraq  EURYDICE  informasiya  şə-bəkəsi 

formalaşmağa başladı. Bu şəbəkə çərçivəsində Avropa İttifaqına daxil olan ölkələ-

rin milli təhsil sistemlərinə aid müqayisə edilə biləcək və etibarlı informasiya ha-

zırlanır və yayılır. 

1983-1992-ci  illərdə  Avropa  İqtisadi  Birliyi  ölkələrində  aşağıdakılar  həyata 

keçirilmişdir: 

 

AİB-ə  üzv  olan  ölkələrin  tələbələrinin  eyni  hüquqa  malik  olması  barədə 



əsasnamə qəbul edilmişdir. 

 

Ali  təhsil  institutları  arasında  daha  sıx  əməkdaşlığı  və  müəllimlərin, 



tələbələrin  və  tədqiqatçıların  sərbəst  yerdəyişməsinin  vacib  olmasını  göstərən 

müqavilə imzalanmışdır.  

Bu  müqavilə  həmçinin  Comet,  Erasmus,  Lingua  və  Tempus  proqramlarının 

əsasını qoymuşdur.  


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə