Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

dekanlığa  təqdim  edilərkən  tələbənin  müdafiəyə  qədərki  topladığı  ballar  da 

aşağıdakı cədvəl formasında göstərilir: 

 

Buraxılış işinin müdafiəsinə qədər toplanmış ballar 

 

№  Tələbənin 



adı, ata-

sının adı, 

soyadı 

Buraxılış 



işinin 

tərtibatı 

20 balla 

Burazılış 

işinin 

məzmunu 


10 balla 

Elmi 


rəhbərin 

işə 


qiyməti 

15 balla 

Əlavə 

rəsmi 


rəyçinin 

işə 


qiyməti 

5 balla 


Müdafiəyə 

qədər 


toplanmış 

ümumi bal 

1.  

 

 



 

 

 



 

 

Tələbənin  Komissiya  qarşısında  müdafiəsinin  təşkili  üçün  kafedra  aşağıdakı 



sənədləri müvafiq dekanlığa təqdim edir.  

1. Buraхılış işi (cildlənmiş formada- 1 nüsxə); 

2. Elmi rəhbərin rəyi; 

3. Əlavə rəsmi rəyçinin rəyi; 

4. Buraхılış işinin kafеdrada müzakirəsinin prоtоkоlundan çıхarış. 

Dekanlıq  həmin  sənədlərə  tələbənin  bakalavr  təhsil  müddətində  aldığı 

attestasiya qiymətlərini göstərən cədvəli də əlavə edərək Yekun Dövlət Attestasiya 

Komissiyasına təqdim edir.  

Müəyyən  edilmiş  qrafik  üzrə  hər  gün  12-13  tələbə  müdafiə  edə  bilər.  Hər 

tələbənin  müdafiəsinə  20-25  dəqiqə  vaxt  ayrılır.  Tələbə  kürsüdən  Yekun  Dövlət 

Attestasiya  Komissiyası  və  qrup  kollektivi  qarşısında  tələsmədən,  savadlı,  elmi 

cümlələrlə,  yığcam  şəkildə,  yaxşı olar ki,  əlindəki  mətnə baxmadan  çıxış  edir və 

kompyuter  texnikasından  istifadə  edir.  Buraxılış  işinin  səciyyəvi  cəhətlərini, 

aktuallığını,  məqsəd  və  vəzifələrini,  metodlarını,  mənbələrini,  həmçinin  fəsil  və 

bölmələrini aydın, səlis şərh edir. Sonra rəylərdəki irad və təkliflərə, daha sonra da 

verilən suallara konkret cavablar verir, öz münasibətini bildirir.  

Yеkun 

Dövlət 


Attеstasiya 

Komissiyası 

tələbənin 

müdafiəsini 

qiymətləndirərkən iddiaçının müdafiədə çıxışını, suallara vеrdiyi cavabları, iхtisas 

biliyinin səviyyəsini nəzərə alır ki, bunlar da maksimum 50 balla qiymətləndirilir.  

 

Buraxılış işinin müdafiəsində toplanmış ballar 

 

№ 



 

Tələbənin 

adı, 

atasının 



adı, 

soyadı 


 

Müdafiədə toplanmış ballar 

Məruzənin 

qiyməti 


20 balla 

Suallara 

cavab- 

ların 


qiyməti 

20 balla 

Tələbənin 

ixtisas 


biliyi 

10 balla 

 

Yekun 


bal 

1.    


 

 

 



 


  

Yеkun  Dövlət  Attеstasiya  Komissiyasının  bağlanış  iclasında  sədr  komissiya 

üzvləri ilə birlikdə hər tələbənin ayrı-ayrılıqda qiymətlərini müzakirə edir və açıq 

səsvermə  yolu  ilə  buraxılış  işinin  müdafiəsinin  ümumi  bal  qiyməti 

müəyyənləşdirilir. Bundan sonra tələbənin müdafiəyə qədər və müdafiədə topladığı 

ballar  toplanaraq  buraxılış  işi  müdafiəsinin  yekun  balı  çıxarılır.  Sədr  müdafiənin 

yekun bal qiymətini tələbələrə elan edir.  

Həm müdafiəyə qədər, həm də müdafiə zamanı toplanmış ballar ümumiləşmiş 

şəkildə bir cədvəldə öz əksini tapır. Yеkun Dövlət Attеstasiya Komissiyasının sədri 

və  üzvləri  cədvəldəki  qiymətləri  imzalayaraq  təsdiq  edir.  Müdafiə  prosesinin 

bütünlükdə  gedişatı,  suallara  cavablar,  tələbələrin  qiymətləndirilməsi  xüsusi 

“Protokol-kitabı”nda  Komissiyanın  Elmi  Katibi  tərəfindən  aparılır  və  Yеkun 

Dövlət  Attеstasiya  Komissiyasının  sədri,  üzvləri  tərəfindən  imzalanaraq 

təsdiqlənir. 



Magistratura.  “Magistr”  sözü latın  mənşəli  söz olub,  “müəllim”, ”mürəbbi”, 

“rəhbər” mənalarını ifadə edir. Qədim Romada “magistr” dərəcəsi mühüm vəzifə 

səlahiyyətləri  olan  şəxslərə  verilirdi.  Bizans  imperatorluğunda  isə  bu  ad  yüksək 

məmur rütbəsi ti-tuluna müvafiq idi. “Magistr” məfhumu “ustad” adının sinonimi, 

öz işinin mahir bilicisi, ustası kimi də qəbul edilir. Musiqi termini olan “maestro” 

sözü də “magistr” sözündən meydana gəlmiş, musiqi sa-həsinin bilicisi kimi başa 

düşülür.  

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat 

və  ya  peşəkar  məqsədlər  üçün  daha  dərindən  öyrənilməsini  nəzərdə  tutur  və 

məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq 

hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin 

verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Magistratura  elmi-pedaqoji  kadr  potensialı,  maddi-texniki  bazası  və  təhsil 

infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılır. 




Magistratura əsasən aşağıdakı vəzifələri həyata keçirir

1.  Magistratura  ali  təhsil  strukturunda  ikinci  pillə  olaraq  ali  təhsilin  elitar 

formasından kütləvi və ümumi formaya keçidini təmin edir.  

2. Ali təhsilin adekvat, məqsədyönlü , optimal, səmərəli, çevik olmasını təmin 

edir.  

3. “Uzunmüddətli təhsil”, “Ömürboyu təhsil”, “Fasiləsiz təhsil paradıqmasını 



reallaşdırır.  

4.  Varislik  prinsipini,  yeniləşmə,  təkmilləşmə  funksiyasını,  tədrisin  elmi 

xarekterdə  qurulmasını,  elmi  tədqiqatçılığı,  yaradıcılıq  və  əməkqabilliyinin 

vəhdətini təmin edir.  

5.  “Geniş  məkanda  tanınma”,  “Şəffaflıq”,  “Rəqabət  aparmaq  və  rəqabətə 

dözümlülük” kimi funksiyaları yerinə yetirir.  

6.  Transparentlik  (fr.  transparent,  hərfi  mənası  –  şəffaf)  funksiyasının, 

ağılların, imiclərin, imkanların rəqabətə dözümlülüyünü təmin edən strategiyaların 

modernləşdirilməsini təmin edir.  

7. Rasional -selektiv (lat. selectio – seçmə, seliqo – seçirəm) funksiyanı yerinə 

yetirir, tələbələrin qəbulunun, seçib- seçilməsi müyəssərliyini təmin edir.  

8.  Doktorluq  dərəcəsinə  qədərki  səviyyənin  təmin  edilməsi  funksiyasını 

yerinə  yetirir  və  daha  yüksək dərəcə  olan  doktorluq  elmi  dərəcəsinə  çatmaq  üçün 

imkan və şərait yaradır.  

9. Varislik və inkişafın vəhdətini, ali təhsilin akademik və bazar iqtisadiyyatı 

xarakteristikalarının vəhdətini, klassik dəyərlərə uyğunluğu, dinamik dəyişikliklərə 

açıq olmasını təmin edir.  

10.  Yüksək  intellektə,  yüksək  mədəniyyət  və  əxlaqa,  yüksək  elmi-

tədqiqatçılıq  qabiliyyətinə,  dərin  bilik  və  geniş  elmi  dünyagörüşə  malik  peşəkar 

mütəxəssislər yetişdirir.  

Magistratura  elmi-pedaqoji  kadr  potensialı,  maddi-texniki  bazası  və  təhsil 

infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılır. 

Tibb  təhsil  proqramlarına  və  dövlət  təhsil  standartlarına  uyğun  olaraq,  əsas 

təhsilə  və  rezidenturaya  həkim-mütəxəssis  ali  peşə  ixtisas  dərəcələri  verilir. 

Rezidentura  təhsilinin  məzmunu  və  təşkili  qaydalarını  müvafiq  icra  hakimiyyəti 

orqanı müəyyənləşdirir. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə