Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   ...   18

 

öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik 

təsisatların  fəaliyyətində  və  inkişafında  iştirak  etmək  keyfiyyətlərinə  malik 

müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq; 

 

təhsilalanların  fasiləsiz  təhsil  almasını,  daim  yeniləşən,  müasir  standartlara 



uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha 

səmərəli  ödəməsini,  şəxsiyyət  kimi  inkişaf  etməsini  və  ömür  boyu  təhsilin  hamı 

üçün açıq və bərabər imkanlı olmasını təmin etmək; 

 

yüksək  intellektual  səviyyəyə  və  praktiki  iş  qabiliyyətinə,  yeni 



texnologiyalara  yiyələnmək,  informasiya  axınında  çevik  istiqamət  tapmaq 

bacarığını formalaşdırmaq; 

 

cəmiyyətin  yüksək  səviyyəli  və  rəqabətqabiliyyətli  kadr  po-tensialına 



tələbatının ödənilməsi üçün real zəmin yaratmaq; 

 

təhsil  müəssisələrində  tədris  prosesinin  təhsilalanların  və  təhsilverənlərin 



insan  ləyaqətinə  hörmət  etməsi  əsasında  qurulmasını  təmin  etmək  və  təhsilalana 

qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək. 

Təhsilin  məzmununa  və  təşkilinə  dair  ümumi  tələblər  “Təhsil  haqqında 

Azərbaycan  Respublikasının  Qanunu”  və  digər  normativ  hüquqi  aktlarla 

tənzimlənir. 

 

 

8.6. Təhsilin və təhsilalmanın formaları 

 

Azərbaycan  Respublikasında  formal,  qeyri-formal,  informal  təhsil  formaları 



tətbiq olunur. 

 



formal  təhsil  -  dövlət  təhsil  sənədinin  verilməsi  ilə  başa  çatan  təhsil 

formasıdır; 

 

qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə 



əldə  edilən  və  dövlət  təhsil  sənədinin  verilməsi  ilə  müşayiət  olunmayan  təhsil 

formasıdır. 

 

 informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. 



Formal  təhsilin  təşkili  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

Azərbaycan  Respublikasında  əyani,  qiyabi,  distant  (məsafədən),  sərbəst 

təhsilalma formaları müəyyən olunmuşdur və təhsilalma formaları çərçivəsində evdə 

təhsil  və  fərdi  təhsil  təşkil  oluna  bilər.  Fərdi  təhsil  -  müxtəlif  səbəblərdən  uzun 

müddət  təhsildən  kənarda  qalmış  şəxslər,  habelə  müəyən  bir  sahə  üzrə  xüsusi 

istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil mü-

vafiq  təhsil  proqramlarına  uyğun  olaraq  ümumi  təhsilin  evdə  təşkili  formasıdır. 

Zəruri  hallarda,  müasir  təhsil  texnologiyalarından  istifadə  etməklə  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  digər təhsilalma  formaları 

da tətbiq edilə bilər. 

 

 

8.7. Təhsil müəssisəsi 



 

Təhsil 


müəssisəsinin  təşkilati-hüquqi  forması  və  statusu  müvafiq 

qanunvericiliyə  uyğun  müəyyən  edilir.  Azərbaycan  Respublikasında  mülkiyyət 

növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisələri fəaliyyət göstərir. 

Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə 

etmək  məqsədi  güdmür.  Təhsil  müəssisəsinin  fəaliyyəti,  hüquq  və  vəzifələri 

“Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”  və  Azərbaycan 

Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi 

ilə müəyyən edilir. 

Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən olunmuşdur: 

 



məktəbəqədər  təhsil  müəssisələri  (körpələr  evi,  uşaq  bağçası,  xüsusi  uşaq 

bağçası); 

 

ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri



ümumtəhsil  internat  məktəbləri,  xüsusi  məktəblər  və  xüsusi  internat  məktəbləri, 

xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlar  üçün  müəssisələr,  istedadlı  şagirdlər  üçün 

məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr); 

 



məktəbdənkənar  təhsil  müəssisələri  (uşaq  yaradıcılıq  mərkəzləri,  uşaq-

gənclər  idman  məktəbləri,  uşaq-gənclər  şahmat  məktəbləri,  ekoloji  tərbiyə  və 

təcrübə  mərkəzləri,  texniki  yaradıcılıq  mərkəzləri,  turizm  və  diyarşünaslıq 

mərkəzləri,  məktəbdənkənar  iş  mərkəzləri,  estetik  tərbiyə  və  bədii  yaradıcılıq 

mərkəzləri və s.) 

 



ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri); 

 



orta ixtisas təhsili müəssisələri (kolleclər); 

 



ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.) 

 



əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.) 

 



təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr. 

Müxtəlif  tipli  təhsil  müəssisələri  təhsil  kompleksi  və  kampus  formasında  da 

fəaliyyət  göstərə  bilər.  İbtidai  və  ümumi  orta  təhsil  müəssisələrinin  azkomplektli 

formada fəaliyyətinin təşkili mümkündür. 

 

 



 

8.8. Təhsilin pillələri və səviyyələri 

 

Azərbaycan  Respublikasında  məktəbəqədər  təhsil,  ümumi  təhsil  (ibtidai 



təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, 

ali təhsil (bakalavriat, magistratura, doktorantura) pillələri və səviyyələri müəyyən 

olunmuşdur. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik tə-

min  olunur.  Hər  bir  təhsil  pilləsi  (məktəbəqədər  təhsil  istisna  olmaqla)  yekun 

qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət 

nümunəli sənədin verilməsi ilə başa çatır. Təhsilalanın əvvəlki pillədə və səviyyədə 

əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində 

nəzərə alınır. 



 

8.8.1. Məktəbəqədər təhsil 

 

Məktəbəqədər  təhsil  təhsilin  ilk  pilləsi  olmaqla,  ailənin  və  cəmiyyətin 

maraqlarına  uyğun  olaraq,  uşaqların  erkən  yaş  dövründən  intellektual,  fiziki  və 

psixi  inkişafını,  sadə  əmək  vərdişlərinə  yiyələnməsini,  istedad  və  qabiliyyətinin 

üzə  çıxarılmasını,  sağlamlığının  qorunmasını,  estetik  tərbiyəsini,  təbiətə  və 

insanlara  həssas  münasibətinin  formalaşmasını  təmin  edir.  Məktəbəqədər  təhsil 

müvafiq  təhsil  proqramı  əsasında həyata  keçirilir,  məktəbəqədər  təhsil üç  yaşdan 

başlayır.  Beş  yaşlı  uşaqlar  üçün  məktəbə  hazırlıq  qrupları  zəruridir.  Məktəbə 

hazırlığın  təşkili  qaydaları  müvafiq  icra  orqanı  tərəfindən  müəyyən  edilir. 

Məktəbəqədər  təhsil  uşağın  valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrin 

arzusu  ilə  məktəbəqədər  təhsil  müəssisələrində,  ümumtəhsil  müəssisələrinin 

müvafiq  strukturlarında  və  ya  ailədə  həyata  keçirilə  bilər.  Məktəbəqədər  yaşlı 

uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil 

edilir. 

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə