Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   ...   18

 

bütün həyatboyu təhsilalma; 

 

yeni maliyyələşmə modelinə keçid. 



1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsaslandırmaq çətin 

deyil.  Müasir  dövrdə  təhsilin  əsas  vəzifəsi  vətəndaş  cəmiyyətində  yaşayacaq 

insanın formalaşmasının vasitə və yollarını müəyyənləşdirmək, onu yüksək mənəvi 

ideallara  və  dəyərlərə  yiyələnmək,  insan  həyatının  mənasını  anlamaq  və  dərk 

etməyə,  öz  şəxsi  həyatında  daim  nailiyyətlər  əldə  etməsi  üçün  səy  göstərməyə 

hazırlamaqdır. Bu tələblərə cavab verən insan ilk növbədə milli dəyərlər əsasında 

tərbiyə  almalıdır.  Eyni  zamanda  unudulmamalıdır  ki,  inkişafa  istiqamətlənmiş 

cəmiyyətin  fəaliyyə-tini  dünya  mədəniyyəti  və  təhsilindən  ayrı,  təcrid  edilmiş 

şəkildə təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil 

sisteminə inteqrasiyanı tələb edir. 

2.  Qabaqlayıcı  təhsilvermə.  Bu  problemin  labüdlüyü  onunla  şərtlənir  ki, 

cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəraitində davam edir. Belə 

şəraitdə  ictimai  şüur  dünyada  baş  verən  ciddi  qlobal  dəyişikliklərdən  xeyli  geri 

qalır.  Buna  görə  də  aldığı  təhsil  insanları  yaxın  gələcəkdə  cəmiyyətdə  olacaq 

əsaslı dəyişikliklərə qabaqcadan hazırlamalıdır.  

3. Universal biliklərə yiyələnmə. Qlobal problemlərin həlli yalnız beynəlxalq 

ictimaiyyətin  birgə  səyi  ilə  yerinə  yetirilə  bilər.  Bu  isə  qloballaşan  dünyamızda 

yaranmış  problemlərdən  baş  çıxa-ran,  bütöv,  universal  elmi  dünyagörüşə  malik, 

fundamental  elmlərin  son  nailliyyətlərinə  bələd  olan,  müasir  təfəkkürlü  gənclərin 

hazırlanmasını  tələb  edir.  Hazırda  alimlər  və  pedaqoqlar  qarşısında  duran  ən 

mühüm vəzifə, hər bir fundamental elmin bütövlüyü və tamlığını müəyyənləşdirib, 

sonra  təbiət  elmlərinin,  humanitar  elmlərin  daxili  əlaqələrini  nəzərə  alaraq  son 

mərhələdə  fənlərin  tədrisinin  yeni  fundamental,  bütöv  sistemini  və  məzmununu 

yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların  əsasını “təhsil alanlara 

nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir. 

4.  Bütün  həyat  boyu  təhsilalma.  Cəmiyyətin  inkişaf  tenden-siyası  insanları 

biliklərinin  sərhəddini,  ixtisasını  dəyişmək  məcburiyyətində  qoyur.  İndiki  şərait 

tələb  edir  ki,  insan  özünü  tez-tez  kəskin  şəkildə  refleksiya  etsin,  imkanlarını 

(intellektual,  mədəni,  fəaliyyət)  müəyyənləşdirsin,  yeniliyin  xüsusiyyətlərini 

anlamağa çalışsın, effektiv şəkildə kommunikativ və kooperativ əlaqələr qursun. Bu 

isə  insandan  bütün  həyatı  boyu  təhsil  almağı  tələb  edir.  Ömür  boyu  fasiləsiz 

təhsilalmanın  vacibliyi  XXI  əsrdə  ixtisaslı  kadrların  yenidən  hazırlanmasını, 

iqtisadiyyatın  və  cəmiyyətin  tələbinə  uyğun  öz  ixtisasını  müntəzəm  artırmasını, 

təkmilləşdirməsini ön plana çəkir. XXI əsrin təhsil sistemi kifayət dərəcədə novator 

xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmalıdır.  

 5.  Yeni  maliyyələşmə  modelinə  keçid.  Hamının  keyfiyyətli  təhsil  ala 

bilməsinin,  təhsilin  normal  təşkili  və  inkişafa  istiqamət-lənmiş  olmasının  əsas 

təminatı  dövlətin  hər  adambaşına  maliyyələş-dirmə  öhdəliyini  necə  yerinə 

yetirməsindən xeyli dərəcədə asılıdır. 

Məlumdur  ki,  təhsilin  səmərəli  təşkili  onun  mühüm  prinsip-lərindən  biridir. 

Təhsil  sisteminin  səmərəliliyinə  aşağıdakıları  yerinə  yetirməklə  nail  olmaq 

mümkündür:  


 -  təhsilin  maliyyələşdirilməsinin  yeni  sisteminə  keçilməsi  (adambaşına 

normativlər əsasında xərclərin hesablanması); 

- təhsilin inkişafına büdcədən ayrılan vəsaitin optimallaşdırıl-ması, 

investisiya layihələrinin reallaşdırılması, hər şeydən əvvəl tədris avadanlıqlarının 

yeniləşdirilməsi; 

 - təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsində 

ictimaiyyətin iştirakının genişləndirilməsi; 

 - idarəetmə sisteminin informasiya təminatının yüksəldilməsi; 

 -  idarəetmə  sahəsində  işləyənlərin  və  təhsildə  marağı  olan  tərəflərin  daim 

maarifləndirilməsi; 

-  təhsil  siyasətini  hazırlamaq  və  ictimaiyyəti  maarifləndirmək  üçün 

ictimaiyyətlə əlaqə xidmətinin və təhsilə xidmət marketinqinin təşkili; 

-  tədris  müəssisələri  üçün  avadanlıqların,  əyani  vəsaitlərin  alınması,  məktəb 

binalarının  təmirinin  təşkili  ilə  məşğul  olan  servis  xidmətinin  fəaliyyətinin 

təkmilləşdirilməsi. 

Yuxarıda sadalanan elementlər blokunda həyata keçirilməsi ən çətin olan iş 

adambaşına 

ayrılacaq 

maliyyə 

normativlərinin 

qabaqcadan 

müəyyənləşdirilməsidir.  Çünki  həmin  normativ  hər  il  dəyişir  və  dövlətin  maliyyə 

imkanlarından  asılı  olur.  Xarici  ölkələrin  təcrübəsi  göstərir  ki,  təhsil 

müəssisələrində  adambaşına  maliyyələşmə  normativinə  keçilməsi  aşağıdakı 

üstünlüklərə malikdir: 1) təhsil müəssisəsinin maliyyə problemləri tam aydınlaşır, 

maliyyə müstəqilliyi təmin olunur, ictimaiyyətdən, digər mənbələrdən əlavə vəsait 

almaq ehtiyacını müəyyənləşdirir və onu leqallaşdırır, yerləşdiyi bölgənin ona nə 

qədər  maliyyə  vəsaiti  ayırmasını  müəyyən  etməyə  imkan  yaradır;  2)  təhsil 

müəssisəsi  iqtisadi  cəhətdən  qorunur,  bütün  uşaqların  keyfiyyətli  təhsil  alması 

təmin  edilir;  3)  maliyyə  resurslarının  məktəblər  üzrə  paylanmasında  yol  verilən 

subyektiv amillər minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan 

vəsaitlərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır. 

 

 

8.2. Azərbaycanda təhsilin əsas məqsədi 

 

Azərbaycan  Respublikasında  təhsilin  əsas  məqsədi  aşağıdakılardır  və  bunlar 



“Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda rəsmiləşdirilmişdir: 

-  Azərbaycan  dövləti  qarşısında  öz  məsuliyyətini  dərk  edən,  xalqın  milli 

ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət 

edən,  vətənpərvərlik  və  azərbaycançılıq  ideyalarına  sadiq  olan,  müstəqil  və 

yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; 

-  milli-mənəvi  və  ümumbəşəri  dəyərləri  qoruyan  və  inkişaf  etdirən,  geniş 

dünyagörüşünə  malik  olan,  təşəbbüsləri  və  yenilikləri  qiymətləndirməyi  bacaran, 

nəzəri  və  praktiki  biliklərə  yiyələnən,  müasir  təfəkkürlü  və  rəqabət  qabiliyyətli 

mütəxəssis-kadrlar hazırlamaq; 

- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın 

daim  artırılmasını  təmin  etmək,  təhsilalanları  ictimai  həyata  və  səmərəli  əmək 

fəaliyyətinə hazırlamaq. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə