Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

8.3. Təhsil sahəsində  

dövlət siyasətinin əsas prinsipləri 

  

 Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 



 

humanistlik  –  milli  və  ümumbəşəri  dəyərlərin,  şəxsiyyətin  azad 

inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf 

mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi 

qəbul olunması; 

 



demokratiklik-  təhsilalanların  azad  düşüncə  ruhunda  tərbiyə  edilməsi, 

təhsilin  dövlət-ictimai  əsaslarla  təşkilində  və  idarə  edilməsində  səlahiyyət  və 

azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması; 

 



bərabərlik  -  bütün  vətəndaşların  bərabər  şərtlər  əsasında  təhsil  almasına 

imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; 

 

millilik  və  dünyəvilik  -  milli  və  ümumbəşəri  dəyərlərin  qorunması  və 



onların  dialektik  vəhdətinin  təmin  edilməsi  əsasında  dünyəvi  təhsil  sisteminin 

yaradılması və inkişaf etdirilməsi

 

keyfiyyətlilik  -  təhsilin  mövcud  standartlara,  normalara,  sosial-iqtisadi 



tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu

 



 səmərəlilik  -  təhsilin  və  elmi  yaradıcılığın  daim  inkişaf  edən,  faydalı  və 

son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili

 

fasiləsizlik,  vəhdətlik,  daimilik  -  mövcud  təhsil  standartları,  tədris 



proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, 

təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı  əlaqənin təmin olunması 

və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi; 

 



varislik  -  təhsil  sahəsində  əldə  olunmuş  bilik  və  təcrübənin  ardıcıl  olaraq 

növbəti nəslə (dövrə) ötürülməsi

 

liberallaşma  -  təhsil  sahəsinin  və  təhsil  fəaliyyətinin  açıqlığının 



genişləndirilməsi; 

 



inteqrasiya  -  milli  təhsil  sisteminin  dünya  təhsil  sisteminə  səmərəli 

formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı. 

 

 

8.4. Təhsil sistemi anlayışı 

 

Bu  anlayış  özü  ədəbiyyatda  müxtəlif  formada  işlənmişdir:  “maarif  sistemi”, 



“xalq  maarifi  sistemi”,  “təhsil  sistemi”,  “xalq  təhsili  sistemi”,  “dövlət  təhsil 

sistemi”.  Müxtəliflik  onunla  izah  edilir  ki,  ölkənin  inkişafı  ərzində  tədris 

müəssisələri  başqa-başqa idarə və nazirliklərin tabeliyində  fəaliyyət  göstərmişdir. 

Müasir  dövrdə  maarif  nazirliyi  ali  və  orta  ixtisas  təhsili  nazirliyi  və  texniki  peşə 

təhsili komitəsi bir nazirlikdə birləşsə də, bəzi başqa nazirliklərin tabeliyində olan 

tədris  müəssisələri  də  vardır.  Tədris  müəssisələrinin  hazırkı  yerləşmə  və 




idarəolunma  vəziyyəti  nəzərə  alınarsa,  “təhsil  sistemi”  anlayışının  işlənilməsi 

məqsədəuyğun sayılır . 

Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Birinci əlamət təhsil 

sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin özünəməxsus, özünün sosial-

iqtisadi  və  mədəni-siyasi  vəziyyətinə  uyğun  gələn  təhsil  sistemi  vardır.  İkinci 

əlamət  tədris  müəssisə-lərini  nəzərdə  tutur.  Bu  və  ya  digər  ölkədə  mövcud  olan 

təhsil  sistemi  təhsil  müəssisələri  arasında  qarşılıqlı  əlaqələrin  mövcudluğuna 

işarədir. Mövcud tədris müəssisələri bu cür əlaqələr sayəsində sistem əmələ gətirir. 

Göstərilən  əlamətlərə  istinad  edərək,  təhsil  sistemi  anlayışına  belə  tərif 

vermək  olar:  bu  və  ya  digər  ölkədə  qarşılıqlı  əlaqə  şəraitində  fəaliyyət  göstərən 

tədris müəssisələrinin məcmusu təhsil sistemidir. 

Təhsil sistemi ölkənin iqtisadi- siyasi və mədəni səviyyəsi ilə əlaqədar təşəkkül 

tapır  və  inkişaf  edir.  Təhsil  sistemləri  tam  eyniyyət  təşkil  edən  ölkələr  yoxdur. 

Nəinki  yüksək  dərəcədə  inkişaf  etmiş  ölkələrin,  hətta  inkişafa  qədəm  qoymuş 

ölkələrin təhsil sistemləri də bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə 

həyata keçirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtəlifliyidir. 

İctimai-iqtisadi quruluşun dəyişməsi və inkişafı ilə əlaqədar təşəkkül tapan və 

formalaşan  təhsil  sistemi  öz  növbəsində  cəmiyyətin  sonrakı  inkişafına,  sosial-

iqtisadi  və  mədəni  inkişafa  təkan  verir.  Cəmiyyətin  necəliyi,  mənəvi  sərvətin 

zənginlik dərəcəsi müəyyən mənada təhsil sisteminin necəliyindən asılıdır. Nəzərə 

alınmalıdır  ki,  cəmiyyətdə  sosial-iqtisadi  həyat  dəyişdikcə  təhsil  sistemi  də  vaxt-

aşırı dəyişir. 

Təhsil sisteminə aşağıdakılar daxildir: 

-  bütün  təhsil  müəssisələri,  təlim-tərbiyə  prosesi  ilə  məşğul  olan  və  təhsil 

xidmətləri  göstərən  digər  qurumlar,  təhsil  fəaliyyətini  və  onun  inkişafını  təmin 

edən  elmi  tədqiqat  institutları  və  informasiya  mərkəzləri,  layihə,  istehsal,  kliniki, 

ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq 

kompleksləri, kampuslar,  mədəni-maarif  müəssisələri  və  təşkilatları,  kitabxanalar, 

yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri

- təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə 

və təşkilatlar; 

- təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, 

cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar. 

 

 

8.5. Təhsilin məzmununa və təşkilinə  

dair ümumi tələblər 

 

Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır: 



 

təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli 

olmaq, informasiya  cəmiyyətində  yaşayıb  fəaliyyət  göstərmək, ünsiyyət  yaratmaq 

bacarığını formalaşdırmaq; 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə