Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   ...   18

etmişdi. Müraciətin əsas ideyası, məqsədi bütün alman xalqını səfərbər etmək idi. 

Lakin  maraqlıdır  ki,  söhbət  hərbi  səfərbərlikdən  getmirdi.  Fixte  alman  ruhunu 

yenidən yüksəltmək və bu biabırçı vəziyyətdən xilas olmaq üçün çıxış yolunu yeni 

milli təhsil sisteminin qurulmasında görürdü.  

Vaxtilə  Amerika  Birləşmiş  Ştatlarının  prezidenti  olarkən  Bill  Klinton 

göstərirdi ki, əgər biz hamı üçün təhsil almaq imkanı və təhsil sisteminin yüksək 

keyfiyyətini  təmin  edə  bilməsək,  XXI  əsrdə  biz  vahid  Amerika  ola  bilmərik. 

Bizdən  hər  bir  Amerikalıya  dünyanın  ən  yaxşı  təhsil  müəssisələrində  ən  yaxşı 

müəllimlərdən  ən  yaxşı  təhsil  almaq  üçün  şərait  yaratmaq  tələb  olunur.  Bu  isə  o 

deməkdir ki, bizdə yüksək standartlar, böyük ümidlər və təhsil sahəsi ilə bağlı olan 

hər bir kəsdə yüksək məsuliyyət hissi olmalıdır.  

Xüsusi tətbiqi məqsədlər üçün gizli saxlanılan ən yeni biliklər istisna olmaqla 

əvvəlki  nəsillərin  əldə  etdiyi  bütün  biliklər  –  bəşəriyyətin  ümumi  bilik  xəzinəsi 

bütün xalqlar və millətlər üçün açıqdır. Habelə milli xüsusiyyətlərindən asılı olaraq 

uşaqların qavrama qabiliyyəti arasında böyük fərq yoxdur. Əsas fərq bu biliklərin 

yayılması, mənimsədilməsi prosesini necə təşkil etməkdədir. 

Prof.  S.Xəlilov  göstərir  ki,  təhsil  öz  səviyyə  və  yönümündən  asılı  olaraq  üç 

müxtəlif  məqsədə  xidmət  edə  bilər.  Birincisi,  bilik  və  təcrübə  bu  və  ya  digər 

fəaliyyət  sahəsində  istifadə  olunmaq,  praktikada  tətbiq  edilmək  üçün  əldə  edilir. 

Həkimlərin,  bəstəkarların,  mühəndislərin  və  s.  (yaradıcılıq  fəaliyyətindən  fərqli 

olaraq hazır bilik və vərdişlərə əsaslanan fəaliyyət) bu qəbildəndir. İkincisi, bilik 

və  təcrübə başqalarına  öyrətmək  üçün  əldə  edilir. Müəllimlik sənəti qarşısına heç 

bir  başqa  praktik  məqsəd  qoymadan,  yalnız  təhsil  sisteminin  kadrla  təmin 

olunmasına, başqa sözlə, onun öz inkişafına xidmət edir. Fənn müəllimləri əslində 

fizik,  riyaziyyatçı  yox,  məhz  fizika  müəllimi,  riyaziyyat  müəllimi  olduğu  kimi, 

müəllim-mühəndis, müəllim-həkim də peşəsinə görə məhz müəllimdir. Üçüncüsü, 

bilik  və  təcrübənin  səviyyəsini  yüksəltmək,  yeni  biliklər  əldə  etmək  üçün  lazım 

olan  fəaliyyət  sahəsi-elmi  iş  də  ilkin  təhsil  mərhələsini  tələb  edir.  Yəni  ancaq 

əvvəlki nəsillərdən miras qalan bilik və təcrübə öyrənildikdən sonra hər bir nəsil öz 

payını bura əlavə edə bilər. Yeni biliklərin alınması istiqamətində fəaliyyət nəzəri 

yaradıcılıq-alimlik,  yeni  təcrübə  əldə  etmək  sahəsində  fəaliyyət  isə  əməli  yaradı-

cılıq (yaradıcı-həkim və ya alim-həkim, ixtiraçı-mühəndis və s.) adlanır. Birinci - 

bilik  və  təcrübənin  tətbiqinə,  ikinci  –  yayılmasına,  üçüncü  artırılmasına  xidmət 

edir. Lakin bu fərqlər təhsilin məqsədində və yüksək mərhələsində özünü göstərən 

fərqlərdir. İlkin mərhələdə isə hər üç istiqamət üst-üstə düşür. Yəni bütün hallarda 

əvvəlcə keçmiş nəsillərin əldə etdiklərini öyrənmək, mənimsəmək lazımdır. Bu isə 

sözün  dar  mənasında,  məxsusi  mənada  təhsildir.  Bu  mərhələdə  təhsil  hələ  başqa 

fəaliyyət sahələri ilə çarpazlaşmır və xalis təhsil sahəsi kimi mövcud olur . 

Bünövrədə  və  ilk  mərhələlərdə  daxili  bölgü,  şaxələnmə  yoxdur.  Yalnız 

məqsədə (müxtəlif məqsədlərə) yaxınlaşdıqca ümumi təhsil prosesində şaxələnmə 

başlanır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlanmasından asılı olaraq 

təhsil bu və ya digər ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur . 

Təbii  olaraq  sual  yaranır:  Keçmiş  nəsillərin  əldə  etdiklərini  öyrənərkən, 

mənimsəyərkən üstün amil nədir? 




-  Təhsil  sadəcə  bilikləri  mənimsətmək  üçündürmü?  Əgər  belədirsə,  onda 

hansı bilikləri, hansı səviyyədə və hansı yolla? 

-  Təhsil  gəncləri  şəxsiyyət  kimi  formalaşdırmaq,  kamil  mənəviyyatlı, 

vətənpərvər  və  humanist  insan  nəsli  yetişdirmək  üçündürmü?  Əgər  belədirsə, 

bunun yolları hansılardır və buna necə nail olmaq mümkündür? 

-  Təhsil  sərbəst  düşüncə,  əməli  fəaliyyət,  praktik  quruculuq  vərdişləri 

aşılamaq üçündürmü? 

Əgər  belədirsə,  onda  hansı  vərdişləri  və  necə?  Bu  zaman  bilik  və  əməli 

vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati struktur necə seçilir. 

Təhsilin  funksional  xüsusiyyətlərinin  hərtərəfli  və  dəqiq  müəyyən  olunması 

bu  cür  sualları  cavablandırmaq  üçün  əsas  ola  bilər.  Lakin  pedaqoji  ədəbiyyatın 

təhlilindən  belə  aydın  olur  ki,  “təhsil”  anlayışının  əsas  funksional  xüsusiyyətləri 

tam  və  dəqiq  şəkildə  müəyyənləşdirilməmişdir.  Odur  ki,  təhsilə  verilən  təriflər 

nöqsanlardan azad deyildir. Bizim subyektiv anlamımıza görə məqbul sayıla bilə-

cək tərif Ə.X.Paşayevə və F.A.Rüstəmova məxsusdur, baxmayaraq ki, bu tərifin də 

çatışmayan cəhətləri də vardır. Tərif belədir: “Təh-sil cəmiyyətin və dövlətin mə-

nafeyi  naminə  şəxsiyyətin  intellektual  və  emosional  sferalarını  inkişaf  etdirmək, 

onu  həyata  hazırlamaq  məqsədi  ilə  müasir  standartlara  uyğun  olaraq  müəy-

yənləşdirilmiş məzmunun tədris müəssisələrində və özünütəhsil yolu ilə mənimsə-

nilmə  səviyyəsinin  qəbul  olunmuş  meyarlarla  yoxlanılan,  qiymətləndirilən  və 

hüquqi  sənədlərdə  təsbit  olunan  nəticəsidir”.  Göründüyü  kimi,  tərifin  müəllifləri 

“qeyri-formal  təhsil”  anlayışını  nəzərə  almamışlar,  hansı  ki,  sözügedən  təhsil 

forması qüvvədə olan qanunvericilikdə təsbit olunmuşdur.  

 Təhsilə belə bir tərif vermək daha doğru olar: 



“Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və 

emosional  sferalarının  inkişaf  etdirilməsi  və  həyata  hazırlanması  məqsədi  ilə 

sistemləşdirilmiş  bilik,  bacarıq,  təcrübə  və  vərdişlərin  mənimsənilməsi  prosesi 

və onun nəticəsidir.” 

 

*** 


 

Təhsil prosesində insan mədəni dəyərləri (elm, incəsənət, memarlıq, tarixi irs 

və  s.)  mənimsəyir,  nəticədə  qarşılıqlı  təsirlər  nəzərə  alınaraq  müxtəlif 

mədəniyyətlər  əsasında  mədəni  dəyərlər  vasitəsilə  gənc  nəslin  təhsili  və  tərbiyəsi 

prosesinin elmi əsaslarla həyata keçirilməsi təmin edilir. Bu halda qarşılıqlı təsir, 

insanlar  tərəfindən  yeni  mədəni  dəyərlərin  mənimsənilməsi  və  yenidən  qurulması 

çərçivəsində  əsl  yaradıcılıq  prosesi  kimi  qəbul  edilir  və  mədəniyyətin  dinamik 

aspektilə birbaşa bağlı olur. Təhsil uzun illər ərzində nəsillər tərəfindən toplanmış 

bilik  və  mədəni  dəyərlərin  ötürülmə  prosesi  olduğundan,  ona  aşağıdakı 

aspektlərdən yanaşılması daha məqsədəmüvafiqdir: 

- pedaqoji sistemin kultroloji paradiqması çərçivəsində; 

- çoxmədəniyyətli təhsilin formalaşdırılması əsasında; 

- təhsil sisteminin mədəni-tarixi formasının təşkili şəraitində; 

- tədris fənlərinin təhlilinin kultroloji istiqamətlilik bazasında;  


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə