Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

metodologiyaları  işləyib  hazırlamaq  məqsədi  ilə  “Tədrisin  və  öyrənmənin 

innovasiya  metodları”  formuləsində  üçüncü  prinsip  təqdim  olunur.  “Alınmış 

təhsilin qiymətləndirilməsi üzrə yeni sistem” prinsipi təhsil fəaliyyətinin tanınması 

və nəticələrinə yanaşmanı köklü surətdə dəyişdir-mək (xüsusilə də qeyri-formal və 

informal  təhsil  sahəsində)  məqsədini  hədəfləyir.  Beşinci  prinsip  təlimatçılığın  və 

məsləhət  vermənin inkişaf  etdirilməsi  ilə bağlıdır. Tədris  və  məsləhət  məntəqələri 

şəbəkəsinin kö-mə-yilə, eləcə də informasiya texnologiyalarından istifadə etməklə 

təhsil im-kanlarını evə yaxınlaşdırmaq məqsədilə “Təhsilin evə yaxınlaşdırılması” 

prinsipi irəli sürülür. Sonuncuda nəzərdə tutulur ki, hər cür hərəkət sərbəstliyi və 

onun təmin etdiyi üstünlüklər olduğu halda, keyfiyyətli təhsil almaq üçün insanlar 

öz  doğma  şəhərlərini  və  ya  qəsəbələrini  tərk  etməyə  məcbur  olmamalıdırlar.  Bu 

xüsusilə  əlillərə  və  əhalinin  aztəminatlı  qru-plarına  münasibətdə  əhəmiyyətlidir. 

İnformasiya  texnologiyaları  bu  plan-da  böyük  xərc  çəkmədən  və  istənilən  ucqar 

yerdə  keyfiyyətli  təhsilin  əldə  edilməsi  üçün  böyük  imkanlar  yaradır.  Distant 

təhsildən istifadə edərək insanlar öz təhsillərini harada və nə vaxt davam etdirmək 

haqqında  qərar  qəbul  etmələrindən  asılı  olmayaraq  təhsilə  günün  istənilən 

vaxtında daimi çıxış imkanı əldə edə bilərlər. 

Göründüyü  kimi,  təhsil  sahəsində  Azərbaycanın  dövlət  siyasətinin  əsas 

prinsipləri  (bax:  6-cı  mövzuda  3-cü  yarımbaşlıq)  ilə  fasiləsiz  təhsilin 

problemlərinə  dair  ümumavropa  səviyyəsində  müzakirələrin  aparılmasına 

təşəbbüs  kimi  dəyərləndirilən  memorandumun  məzmununda  yer  alan  “Fasiləsiz 

təhsilin  altı  əsas  prinsipi”  arasında  ziddiyyət  yoxdur.  Əksinə,  Avropa  Birliyi 

dövlətlərində  fasiləsiz  təhsilin  həyata  keçirilməsi  ilə  bağlı  mövcud  təcrübənin 

Azərbaycan  gerçəkliyinə  uyğun  yaradıcılıqla  tətbiqinə  dövlət  siyasətinin  əsas 

prinsipləri hüquqi baza yaradır

4

.  

 

 

8.9. Təhsil subyektlərinin hüquqları, vəzifələri  

və sosial müdafiəsi 

 

8.9.1. Təhsil sahəsində dövlətin vəzifələri 

 

Təhsil  sahəsində  dövlətin  vəzifələri  “Təhsil  haqqında  Azərbaycan 



Respublikasının Qanunu”nda aşağıdakı kimi müəyənləşdirilmişdir: 

 

təhsil  sahəsində  vahid  dövlət  siyasətini  müəyyənləşdirmək  və  onun  həyata 



keçirilməsini təmin etmək

 

milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas prioritetlərini müəyyən 



etmək; 

 

milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarını 



təsdiq etmək və onların icrasına nəzarəti həyata keçirmək

 

kadr  hazırlığının  prioritetlərini  və  istiqamətlərini,  yüksək  dərəcəli  elmi-



pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək; 

                                                 

4

 Daha ətraflı məlumat üçün bax: “Yaşlıların təhsili” mövzusunda keçirilmiş beynəlxalq və milli konfransların 



bəyannamələri. Bakı: Borçalı, 2005, 44 səh. 


 

təhsil  sahəsində  dövlət  siyasətinin  və  dövlət  proqramlarının  həyata 

keçirilməsinin monitorinqini aparmaq; 

 

milli  təhsil  sisteminin  dünya  təhsil  sisteminə  inteqrasiyasını,  beynəlxalq 



standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək; 

 

təhsil  sahəsinin  inkişafına  ayrılan  dövlət  büdcəsi  vəsaitlərinin  həcmini  və 



dövlət təhsil qrantlarının məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin 

müəyyənləşdirilməsini həyata keçirmək; 

 

hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər 



bir  təhsilalana  (şagirdə,  tələbəyə,  doktoranta  və  s.)  düşən  təhsil  xərclərinin 

miqdarını və maliyyə normativlərini müəyyən etmək; 

 

ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını 



müəyyənləşdirmək; 

 

müəyyən  edilmiş  qaydada  abituriyentlərin  biliyinin  qiymətləndirilməsini 



həyata keçirmək; 

 

“tələbə-məzun”  dövlət  elektron  məlumat  sistemini  yaratmaq  və  ondan 



istifadəni təmin etmək; 

 

təhsil  pillələri  üzrə  dövlət  təhsil  standartlarını  və  proqramlarını 



(kurikulumları)  təsdiq  etmək  və  təhsilin  müvafiq  dövlət  standartlarına  uyğun 

təşkilinə nəzarəti həyata keçirmək; 

 

dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş 



qaydada vəzifəyə təyin etmək və vəzifədən azad etmək; 

 

dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və 



inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək; 

 

təhsil  səviyyəsinə  uyğun  olaraq  təhsil  müəssisələrinin  nümunəvi 



nizamnamələrini təsdiq etmək; 

 

dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl 



təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək; 

 

təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən etmək; 



 

təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının 

həyata keçirilməsini təmin etmək; 

 

təhsil  sahəsində  vahid  statistik  məlumat  sisteminin  yaradılmasını  təmin 



etmək; 

 

təhsil  haqqında  dövlət  sənədlərinin  nümunələrini  və  onların  verilməsi 



qaydalarını təsdiq etmək; 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə