Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

Məşğulluq  üzrə  Avropa  strategiyası  çərçivəsində  ömür  boyu  təhsil  –  biliklər 

və bacarıqların, peşə səriştəsinin artırılması məqsədilə və daimi əsaslarla aparılan 

hər  tərəfli  təlim  fəaliyyəti  kimi  müəyyən  edilmişdir  (Avropanın  məşğulluq 

strategiyası  1997-ci  ildə  Lüksemburq  sammitində  qəbul  olunmuşdur).  Lissabon 

sammitinin  nəticələri  sübut  edir  ki,  biliklərə  əsaslanan  iqtisadiyyat  və  cəmiyyətə 

müvəffəqiyyətli  keçid  fasiləsiz  təhsil  prosesi  ilə  -  ömür  boyu  təhsil  almaqla 

müşayiət  olunmalıdır  (Bu  sammit  2000-  ci  ilin  mart  ayında  keçirilmişdir).  Yeni 

yanaşmanın  əsas  ideyası  ondan  ibarətdir  ki,  fasiləsiz  təhsil  artıq  təhsilin  və 

yenidən  hazırlığın  aspektlərindən  biri  deyil,  o,  təhsil  sisteminin  və  bu  sistemdə 

insanın təhsil fəaliyyətinin fasiləsiz proses boyu iştirakının əsas prinsipinə çevrilir. 

Fasiləsiz  təhsil  “biliklərə  əsaslanan  cəmiyyətə”  çevrilmiş  ölkələr  üçün  xüsusi 

əhəmiyyət kəsb edir: informasiya, biliklər və həmçinin onların daim yeniləşməsinə 

olan  motivasiya  və  bunun  üçün  tələb  olunan  bacarıqlar  bu  xüsusiyyətli  ölkələrin 

inkişafının,  rəqabət  qabiliyyətliliyinin  və  səmərəli  əmək  bazarının  həlledici 

faktoruna  çevrilir.  Vətəndaş  cəmiyyətində  iştirak  müvəffəqiyyətli  peşə  karyerası 

olmadan, demək olar ki, mümkün deyil, çünki o, şəxsi müstəqilliyin, özünəhörmətin 

və xoş güzəranın əsasını təşkil edərək həyatın keyfiyyətini müəyyən edir. Məşğulluq 

vətəndaş  cəmiy-yəti-nin  inkişafının  vacib  parametrinə  çevrilir.  Lakin  əmək 

bazarında  müvəffəqiy-yət  və  ictimai  proseslərdə  iştirak  müəyyən  bacarıq  və 

səriştənin ol-masını və  müasir biliklərə  çıxış imkanları tələb  edir. Rəqəmli texno-

logiyalar,  biotexnologiyalar,  kommunikasiya  şəbəkələrinin  inkişafı  üçün  böyük 

imkanlar  təqdim  edir.  İnsanlar  həyat  tərzlərinin  formalaşması  üçün  daha  çox 

azadlıq  əldə  edirlər,  lakin  bu  onların  üzərinə  öz  həyatları  ilə  bağlı  daha  çox 

məsuliyyət  qoyur.  Öz  bacarıqlarının  daim  lazımi  səviyyədə  saxlamaqla  və  onları 

yeniləşdirməklə bazarda müvəffəqiyyətli olanlar və sürətlə artan peşəkar tələblərlə 

ayaqlaşa  bilməyən  ümidsiz  geridə  qalanlar  arasında  olan  fərq  daha  da  artır. 

Bütün bu dəyişiklikləri bir sözlə “biliklərə əsaslanan cəmiyyətə” və ya informasiya 

cəmiyyətinə, yəni iqtisadiyyatın əsasını qeyri maddi mallar və xidmətlər təşkil edən 

və  bilik  və  bacarıqların  birinci  dərəcəli  əhəmiyyətə  malik  olduğu  bir  cəmiyyətə 

keçid kimi təsvir etmək olar. Belə cəmiyyətdə insanlar özləri öz talelərinin sahibinə 

və  cəmiyyətin  fəal  vətəndaşlarına  çevrilməlidirlər.  Bunu  həyata  keçirməyin  ən 

yaxşı üsulu – ömür boyu təhsildir. 

Uşaqlıqda  və  gənclik  dövründə  əldə  etdiyimiz  bilik  və  vərdişlərimiz  heç  də 

bizim qalan həyatımızda müvəffəqiyyətə zəmanət vermir. Hətta ix-tisasın vaxtaşırı 

artırılması  belə  problemin  həlli  demək  deyildir.  Fasi-ləsiz  təhsil  təlim  prosesinə 

“beşikdən  qəbrədək”  olan  daimi  kontinuum  (cəm)  kimi  baxır.  Onun  əsasında 

insanın  gənclik  dövründə  əldə  etdiyi  baza  vər-dişləri  durur.  İnformasiya  cəmiy-

yətində  bu  vərdişlərə  yenidən  baxılmalı  və  onlar  genişləndirilməlidir.  Bunlara 

öyrənmək bacarığını və öz təhsilini müstəqil davam etdirmək arzusunu əlavə etmək 

lazımdır. Lakin, belə bir arzunu saxlamaq üçün insana gənc yaşında müsbət dərs 

təcrübəsi, habelə öz təhsilini davam etdirmək üçün praktik imkanlar tələb olunur.

 

Bu  vaxtadək  təhsil  sahəsində  siyasətin  formalaşmasında  yalnız  formal  təhsil

 

nəzərə alınırdı, qalan iki kateqoriyaya (informal, qeyri-formal) isə əslində heç bir 

diqqət  yetirilmirdi.  Fasiləsiz  təhsilin  kontinuumu  (cəmi)  qeyri-formal  və  informal 

təhsili təlim prosesinin bərabərhüquqlu iştirakçıları edir.

 


Fasiləsiz təhsil sahəsində siyasəti formalaşdıran sivil ölkələr bu təhsilin təkcə 

dəyişən  əmək  bazarının  xüsusiyyətlərindən  irəli  gələn  iqtisadi  zərurətinə  deyil, 

həmçinin  onun  sosial-mədəni  əhəmiyyətinə  getdikcə  daha  çox  diqqət  yetirirlər. 

Nəzərə alınır ki, təhsil hal-hazırda insanın peşə mühitinə daxil olmasında əsas rol 

oynadığı kimi, gələcəkdə onun cəmiy-yətə qoşulmasında həlledici olacaqdır.

 

Kompyuterlərin  ilk  növbədə  ev  şəraitində  istifadə  dairəsini  tutması  və 

dünyanın  fərdi  şəkildə  dərk  edilməsinin  güclü  resursuna  çevrilməsi  informal 

təhsilin  əhəmiyyətini  xüsusi  vurğulayır  və  onun  nəhəng  ehti-yatlarını  sübut  edir. 

“Ömür  uzunu  təhsil”  termini  fasiləsiz  təhsilin  zaman  faktorunu  vurğulayır.  Son 

dövrlərdə  “Ömür  eni  təhsil”  termini  yaran-mışdır.  Bu  termin  təkcə  təhsil 

prosesinin  daimiliyini  deyil,  həm  də  onun  formalarının  müxtəlifliyini  –  formal, 

qeyri-formal və informal təhsil – xüsusi qeyd edir. O, bizə xatırladır ki, təhsil eyni 

zamanda xoş

 

və faydalı ola və həm təhsil müəssisəsində, həm də ailədə, dostların 

əhatəsində, iş yerində və ya maraq kitablarında baş tuta bilər.

 

Ədalət  naminə  təsdiqlənməlidir  ki,  Azərbaycanda  həyata  keçirilən  dövlət 

təhsil  siyasəti  təhsilin  fasiləsizliyini  hədəfləyir.  Bunu  “Təhsil  haq-qında 

Azərbaycan  Respublikasının  Qanunu”nda  çox  aydın  görmək  müm-kündür.  Təhsil 

sahəsində dövlət siyasətinin əsas prinsipləri bu məsələni diqqətə çəkir.  

Fasiləsiz  təhsil  haqqında  Avropa  Birliyinin  bütün  səviyyələrdə  mü-zakirəsi 

təklif  olunan  memorandumunda  altı  əsas  prinsip  yer  alır.  Bu  sırada  informasiya 

cəmiyyətinə  qoşulmaq  üçün  zəruri  olan  vərdişlərin  əldə  olunması  və  yeniləşməsi 

məqsədilə  təhsilə  ümumi  fasiləsiz  çıxışı  təmin  etmək  məqsədilə  “Hamı  üçün  yeni 

baza bilikləri və vərdişləri” prinsipi ilk olaraq təqdim olunmuşdur. Sosial-iqtisadi 

dəyişikliklər  peşə,  ailə  və  ictimai  həyatda  fəal  iştirakı  təmin  edən  zəruri  baza 

biliklərinin,  bacarıq  və  vərdişlərinin  yeni  toplumunu  tələb  edir.  Lissabon 

sammitinin  yekun  sənədləri  belə  vərdişlərə  kompyuter  savadlılığı,  xarici  dilləri, 

texnologiya  mədəniyyətini,  sahibkarlığı,  sosial  vərdişləri  aid  edir.  Bu  o  demək 

deyil ki, ənənəvi oxumaq, saymaq və yazmaq vərdişləri o qədər də vacib deyildir. 

Bundan  əlavə,  yuxarıda  sadalanan  vərdişlərə  məktəb  fənlərinin  toplumu  kimi 

baxmaq lazım deyil. Məzmun və funksional baxımdan onlar tez-tez kəsişir və üst-

üstə  düşürlər.  Məsələn,  xarici  bir  dili  öyrənərək  biz  eyni  zamanda  kompyuter 

texnologiyasını  mənimsəyə,  öz  mədəni,  estetik  və  kommunikativ  təcrübəmizi 

genişləndirə  bilirik.  Bu  vərdişlərin  bəziləri  (məsələn;  kompyuter  savadlılığı) 

tamamilə  yenidir,  eyni  zamanda  digər  vərdişlər  (xarici  dil)  indiki  dövrdə  yeni 

əhəmiyyət  qazanır.  Özünə  əminlik,  öz  taleyinə  cavabdehlik,  risk  etmək  bacarığı 

kimi  sosial  vərdişlər  də  müasir  dünyada  getdikcə  daha  mühüm  vərdişlərə 

çevrilirlər.  Bu  siyahıya  öyrənmək,  dəyişikliklərə  uyğunlaşmaq  və  məlumatlar 

axınında bələdlilik bacarıqlarını əlavə etmək olar. Bu bacarıqların əldə olunması 

olduqca  zəruridir,  lakin  onların  daim  yeniləşməsi  heç  də  az  əhəmiyyətli  deyildir. 

Məhz  ixtisasın  olmaması  və  ya  kifayətsizliyi  əksər  yüksək  inkişaf  etmiş  ölkələrdə 

işsizliyin  əsas  səbəbidir.  Bu  səbəbdən  dövlət  istənilən  yaşda  bu  vərdişlərin  əldə 

olunması  və  yeniləşməsi  imkanlarını  təmin  etməlidir.  Burada  qeyri-formal  təhsil 

sistemi də böyük rol oynaya bilər.  

İkinci  prinsip  insan  resurslarına  investisiya  qoyuluşunun  artırılması  ilə 

bağlıdır.  Ömür  uzunu  və  ömür  eni  fasiləsiz  təhsil  sistemi  üçün  yeni 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə