Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. 

 

*** 



 

İnsanı  sınağa  çəkən  “dərdlər”  çoxdur.  Bizim  subyektiv  anlamımıza  görə, 

onların sırasında, bir qədər qəribə səslənsə də, işsizlik də var. İşsizlik insana sanki 

gərəksizliyini,  artıqlığını  pıçıldayır,  onu  aramsız  əzablandırır...  Amma  bir  təsəlli 

imkanının  da  varlığını  unutmaq  olmaz.  Dərdlər  nə  qədər  çox  saylı  olsalar  da, 

çarələrin sayı ən azı bir vahid çoxdur. Əbəs yerə söyləməmişlər ki, min dərdin min 

bir dərmanı (çarəsi) vardır. Yaxşı ki belədir... 

Azərbaycanda  hökumət  tərəfindən  uğurla  icra  edilən  sosial  -  iqtisadi  inkişaf 

proqramları  çərçivəsində  həyata  keçirilən  tədbirlərin  əsas  hədəflərindən  biri  də 

işsizliyin azaldılması və məşğulluğun yüksəldilməsi problemidir. Bu məqsədlə yeni 

iş  yerlərinin  yaradılması  istiqamətində  ardıcıl  şəkildə  həyata  keçirilən  tədbirlər 

artıq  öz  müsbət  nəticələrini  verməkdədir.  Bununla  belə,  dünya  təcrübəsindən, 

xüsusilə də hazırki iqtisadiyyatın mövcud xüsusiyyətlərinin təhlilindən məlum olur 

ki, ölkədə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların 

əmək  bazarında  rəqabətə  davamlı  və  müasir  tələblərə  cavab  verən  peşə  və 

ixtisaslara yiyələnməsindən də xeyli dərəcədə asılıdır. 

Bu  həqiqəti  müdrikcəsinə  anlayan  qanun  yazarlar  təhsilin  məqsədini 

qanuniləşdirərkən  sözügedən  cəhətin  element  kimi  diqqət  mərkəzinə  çəkilməsini 

vacib saymışlar. Belə bir hüquqi əsasın əhəmiyyəti, önəmi barədə əlavələr etməyə 

lüzum görmürük. O da məlumdur ki, təhsilin qarşısında duran məqsədlərin həyata 

keçirilməsi yönümündə ciddi islahat tədbirləri həyata keçirilir və bu, uzun müddətli 

prosesdir. 

Hazırki  reallıq  belədir  ki,  əmək  qabiliyyətli  əhalinin  böyük  bir  his-səsinin 

təhsil  səviyyəsi  və  əmək  vərdişləri  hazırda  ölkəmizdə  formalaşmaqda  olan  yeni 

bazar iqtisadiyyatı münasibətləri şəraitində iş əldə etməyə bir çox hallarda imkan 

vermir,  təhsillərini  bitirmiş  və  müstəqil  həyata  qədəm  qoymuş  insanlar  kəskin 

işsizlik problemi və beləliklə də yoxsulluq problemi ilə üzləşir. Yəni ölkədə təzahür-

ləri  mövcud  olan  işsizlik  problemi  təkcə  iş  yerlərinin  olmaması  səbəbindən  deyil, 

eyni  za-manda  işsiz  və  işaxtaran  vətəndaşların  təhsil  səviyyəsi  və  əmək  vərdiş-

lərinin  müasir  əmək  bazarının  tələblərinə  cavab  verməməsi  səbə-bindəndir.  Ona 

görə də əmək məşğuliyyətli əhalinin əmək bazarında rəqabət qabiliyyəti olan peşə 

və  ixtisaslara  yiyələnməsi  zərurəti  təxirəsalınmaz  şəkil-də  ortaya  çıxır  və  bu  da 

Azərbaycanda  işsizliyin  azaldılmasının  mühüm  vasitələrindən  biri  kimi  qəbul 

olunmalıdır. 

Bu  gün

  f

müasir  dövrdə  əlavə  təhsil  və  peşəkarlıq  səviyyəsinin  inkişaf 

etdirilməsi  fasiləsiz  təhsilin  tərkib  hissəsi  olmaqla,  peşə  -  ixtisas  müəssi-səsini 

bitirən  və  təhsil  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın  fasiləsiz  təhsil 

almaq imkanları sistemi kimi başa düşülür. Fasiləsiz təhsilin hər bir mərhələsində 

əlavə  təhsilin  əsas  məqsədi  şəxsiyyətin  inkişafından,  intellektual  və  peşə 

baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqram-

larına  ümumtəhsil,  peşə  -  ixtisas  və  əlavə  təhsil  müəssisələrində,  dayaq 

məntəqələrində  və  ümumiyyətlə,  müvafiq  lisenziyası  olan  digər  müəssisələrdə 


həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir. Müasir dövrdə əlavə 

təhsilin  ixtisasartırma,  təkmilləşdirmə,  stajkeçmə,  yenidən  hazırlanma,  yaşlıların 

təhsili  və  sair  kimi  istiqamətləri  müəyyənləşdirilmişdir.  Ölkəmizdə  pedaqoji 

yönümdə  əmək bazarında  rəqabət qabiliyyəti  olan peşə  və  ixtisaslara yiyələnmək 

məsələsinə  daha  çox  diqqət  verilmişdir.  Bu  sahədə  mövcud  problemlərin  aradan 

qaldırılması  məqsədilə  Təhsil  Nazirliyi  tərəfindən  “Fasiləsiz  pedaqoji  təhsil  və 

müəllim hazırlığının konsepsiyası və strategiyası” sə-nədi hazırlanmış və 2007-ci 

ildə hökumət tərəfindən təsdiq olunmuşdur. Hazırda əlavə təhsil konsepsiyası haqlı 

olaraq təhsil ictimaiyyəti tərəfin-dən geniş müzakirə olunan məsələlərdəndir.  

Fasiləsiz təhsil sisteminin tətbiqi üçün mövcud hüquqi bazaya dayanaraq sivil 

ölkələrin təcrübəsindən faydalanmaq, sosial - iqtisadi inkişafımıza müvafiq şəkildə 

təhsil  islahatını  həyata  keçirmək  mühüm  və-zifə  kimi  qarşıda  durur.  Təsdiq 

olunmuşdur ki, yalnız insanın tələ-bat-larının təmin olunmasına yönəldilmiş inkişaf 

və  əhalinin  geniş  iştirak  etdiyi  və  insan  hüquqlarının  tam  hörmət  olunduğu 

cəmiyyət  davamlı  və  ədalətli  inkişafın  təmin  olunmasına  imkan  yaradır.  Kişi  və 

qadınların həyatın bütün sahələrində dərrakəli, zəkalı və səmərəli inkişafı olmadan 

bəşəriyyət yaşaya və gələcəyin vəzifələrinin öhdəsindən gələ bilməz. 

Yaşlıların  təhsili  təkcə  hüquq  deyildir.  Belə  təhsil  fəal  vətəndaş  mövqeyinin 

nəticəsi  və  cəmiyyətin  həyatında  iştirakı  üçün  şərtdir.  Yaş-lı-ların  təhsili 

şəxsiyyətin  formalaşması  işinə  yardımçı  ola  və  həyatı  dərrakəli  edə  bilər.  Bütün 

ömrü  boyu  təhsil  alma  yaş,  qadın  və  kişi  bəra-bərhüquqluluğu,  fiziki  və  əqli 

çatışmazlıq, dil, mədəniyyət və iqtisadi bərabərsizlik kimi faktorları nəzərə almaq 

məqsədi ilə təhsilin məzmununun yenidən dərk olunmasını nəzərdə tutur. Yaşlıların 

təhsili  formal  və  fasiləsiz  təhsili,  qeyri-formal  və  qeyri-rəsmi,  həmçinin  ikinci 

dərəcəli təhsillərin tam spektrini əhatə edir. Bu təhsillər çoxmədəniyyətli olan, nə-

zəriyyə və təcrübəyə söykənən yanaşmaları qəbul edən cəmiyyətdə möv-cuddur. 

Baxmayaraq  ki,  yaşlıların  təhsilinin  və  uşaq  və  yeniyetmələrin  təhsilinin 

məzmunu  iqtisadi,  sosial  və  mədəni  şəraitdən  və  cəmiyyət  üzvlərinin  tələbatından 

asılı olaraq dəyişir, onların hər ikisi yeni təhsil konsepsiyasının – bu konsepsiyaya 

uyğun  olaraq  təlim  həqiqətən  də,  bütün  ömür  boyu  baş  verir  –  zəruri 

elementləridir. Bütün ömrü boyu davam edən təhsilin perspektivi belə bir qarşılıqlı 

tamamlamanı  və  fasiləsizliyi  şərtləndirir.  Bütün  dünyada  meydana  gələn  və 

biliklərə əsaslanan cəmiy-yətlərdə yaşlıların təhsili və fasiləsiz təhsil, həm icmalar 

çərçivəsində, həm də peşə həyatında çox gərəkli zərurətə çevrilmişdir. 

Hər  kəs  üçün  baza  təhsili  o  deməkdir  ki,  insanlar  yaşından  asılı  olmayaraq, 

fərdi və kollektiv şəkildə öz potensiallarını həyata keçirmək imkanına malikdirlər. 

Baza  təhsili  təkcə  hüquq  deyil,  həm  də  başqalarına  və  bütövlükdə  cəmiyyətə 

münasibətdə  vəzifə  və  məsuliyyətdir.  Ömür  boyu  təhsil  alma  hüququnun  həyata 

keçirilməsi  üçün  vacib  olan  şəraitin  yara-dılmasını  nəzərdə  tutan  tədbirlər  bu 

hüququn tanınmasının möhkəmləndirilməsi üçün çox vacibdir. XXI əsrin vəzifələri 

təkcə hökumət, təşkilat və idarələr tərəfindən həll oluna bilməz; cəmiyyət həyatının 

bütün sahə-lə-rində hərtərəfli, azad və fəal iştirak edə bilmələri üçün həmçinin in-

sanların  öz  səylərinin,  yaradıcı  təxəyyül  və  istedadlarının  göstərilməsi  tələb 

olunur. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə