Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

funksiya  yığım  funksiyasıdır.  Tələbə  ali  məktəbi  bitirərək  hər  hansı  ali  təhsil 

ixtisasını almaq üçün müəyyən olunmuş miqdarda kreditləri toplayır. O, müxtəlif 

səbəblər  üzündən  təhsili  hissələrlə  və  ayrı-ayrı  təhsil  müəssisələrində  ala  bilər, 

əgər alınan bilik köhnəlməyibsə, kreditlər lazım olan miqdara qədər yığıla bilər və 

nəticədə  tələbə  həmin  akademik  dərəcəni  (bakalavr,  magistr)  ala  bilər.  Lakin  bu 

zaman ayrı-ayrı ali məktəblərdə toplanan kreditlərin hesaba alınması yenə də ali 

məktəblər  arasındakı  qarşılıqlı  inama,  akademik  dərəcələrin  əmsalı  tətbiq  olun-

maqla mühazirələrin, seminarların, laboratoriya işlərinin, tələbənin sərbəst işinin 

xüsusi  çəkisini  nəzərə  almaq  şərtilə  uyğunlaşdırıla  bilmək  imkanına  söykənir. 

Kreditlərin  konkret  fənlər  üçün  müəyyənləşdirildiyi  zaman  onun  həmin  ixtisas 

dərəcəsinin  alınmasında  rolu  və  yeri  əhəmiyyət  kəsb  edir.  Lakin  bu  məqamda  da 

ümumi ali təhsil məkanında onun razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.  

Tələbənin  göstəricilərinin  qiymətləndirilməsi  lokal/milli  səviyyədə  verilmiş 

qiymət  əsasında  qeydiyyata  salınır.  Kreditlərin  transferi  zamanı  aydınlıq  üçün 

yaxşı olar ki, yerli səviyyədə göstərilmiş qiymətlərlə yanaşı onların ekvivalent ol-

duğu  ECTS  qiymətləri  də  əlavə  olaraq  göstərilsin.  ECTS  sisteminin  qiymətlən-

dirmə  şkalası  tələbələrin  bölgüsünü  statistik  cəhətlər  əsasında  aparır.  Bu  baxım-

dan  ECTS  qiymətləndirmə  sistemini  tətbiq  etmək  üçün  tələbə  göstəricilərini  əks 

etdirən statistik məlumatların olması şərtdir. Uğurlu tələblər aşağıdakı qiymətləri 

əldə edirlər: 

A ən yaxşısı 10% 

B növbəti 25% 

C növbəti 30% 

D növbəti 25% 

E növbəti 10%  

FX  və  F  qiymətləri  də  fərqləndirilir.  Bu  qiymətlər  uğursuz  tələbələrə  verilir. 

FX “keçmədi – nəticələrin tanınması üçün irəliləyişlər olmalıdır” və F isə “keç-

mədi  –  əhəmiyyətli  irəliləyişlər  olmalıdır”  deməkdir.  Tələbə  tərəfindən  uğursuz 

çıxışın səbəblərinin göstərilməsi məcburi deyildir.  

Kredit sisteminə keçilməsi ali təhsilin təkcə formasında deyil, mahiyyətində də 

köklü  dəyişikliklərin  baş  verməsini  labüd  edir.  Tələbələrin  rolu  bu  proseslərdə 

əhəmiyyətli  dərəcədə  artır.  Bütövlükdə  isə  təhsilin  fəlsəfəsi  tamamilə  dəyişərək 

əsasən  son  məhsula  istiqamətlənir.  Bu  isə  təhsilin  keyfiyyətinin  yüksəldilməsini, 

onu  daha  məqsədyönlü  olmasını  stimullaşdırır.  Seçim  imkanı  genişlənmiş  tələbə 

özü seçdiyi ixtisas üzrə fənlərin, dərs deyən müəllimlərin seçilməsində böyük imkan 

əldə edir. Bu eyni zamanda müəllimlərin məsuliyyətini artırır və keyfiyyətin yüksəl-

dilməsinə  kömək  edir.  Lakin  bu  o  demək  deyildir  ki,  həmin  proses  tam  kortəbii 

şəkildə  cərəyan  edir.  Hər  bir  ixtisas  üzrə  məcburi,  məcburi-seçmə  və  seçmə 

fənlərin  tam  siyahısı,  habelə  onların  məcburi  ardıcıllığı,  bir-bi-rindən  asılılıq 

xüsusiyyətləri tədris planında əks olunur və əvvəlcədən tələ-bəyə təqdim edilir.  

Kredit sisteminin tətbiq edilməsi birinci növbədə ümumavropa ali təhsil məka-

nında vahid standartların işlənməsi ehtiyacından irəli gəl-mək-lə Boloniya prose-

sinin bir sıra cəhətlərini təmin edir: tələbələrin mobilliyini asanlaşdırır; asan başa 

düşülən və müqayisə oluna bilən dərəcələr siste-minin formalaşmasına kömək edir; 

keçilən  fənlərin  və  proqramların  unifikasiyasını  təmin  edir;  alınan  ixtisasların 


müqayisə edilməsini asanlaşdırır; diplomların tanınması üçün real zəmin yaradır.  

Diploma  əlavə  adlanan  sənədə  ehtiyac  mobillik,  sənədlərin  qarşılıqlı  tanın-

ması  və  məzunların  Avropanın  ümumi  əmək  bazarında  işə  dü-zəlməsi  məqam-

larında daha kəskin şəkildə hiss olunmağa başlamışdı. Buna görə də vahid formalı 

sənədlərə  tələbat  hələ  xeyli  əvvəl,  təkcə  Avropada  deyil,  dünyanın  hər  yerində 

aktuallıq kəsb edirdi. Diploma əlavə sənədin qəbul edilməsi və bütün Ümumavropa 

məkanında  tanınması  günün  tələbi  ilə  qarşıya  çıxan  bir  sıra  problemlərin  həllinə 

yol açırdı. Məhz bu səbəbdən də diploma əlavələrə Boloniya prosesinin gedişində 

böyük  önəm  verilmiş,  YUNESKO  tərəfindən  onun  vahid  forması  hazırlanaraq 

təqdim edilmişdir. 

Diploma Avropa əlavəsi vahid təhsil məkanının formalaşmasının məntiqindən 

doğan amillərdən biridir. Bu sənəd ümumiləşməkdə və bütövləşməkdə olan Avropa 

ali təhsilinin yekun sənədi olmaqla bir növ təhsilin yekunu kimi ortaya çıxır. Əgər 

tədris  prosesinin  gedişində  proqramların,  qiymətləndirmə  sisteminin,  təhsil 

müddətinin  və  onun  dövr-lərinin,  keyfiyyət  səviyyəsinin  hamı  tərəfindən  məqbul 

hesab  edilən  forma  və  məzmuna  gətirilməsindən  söhbət  gedirsə,  diploma  Avropa 

əlavəsi  bütün  bu  keyfiyyətlərin  ümumi  nəticəsini  özündə  əks  etdirən  vahid  sənəd 

kimi çıxış edir. Diploma Avropa əlavəsi iki dildə – diplomu verən ölkənin dilində 

və Avropada ümumiliyi qəbul edilən dillərin birində (əsasən ingilis dilində) tərtib 

edilir. Bu sənədin 8 bölmədən ibarət olması nəzərdə tutul-muşdur: diplomun sahibi 

haqqında məlumat; məzunun ixtisası haqqında məlumat; ixtisas səviyyəsi; tədrisin 

məzmunu  və  alınan  nəticələr;  alınan  ixtisasın  peşə  və  vəzifə  yönümü  haqqında 

məlumat; əlavənin həmin ölkədə sertifikatlaşdırılması haqqında məlumat; ölkə ali 

təhsil sisteminin təsviri; əlavə məlumat.  

Boloniya  prosesində  vacib  məqamlardan  biri  vahid  məkana  daxil  olan 

ölkələrin  və  onların  ali  təhsil  müəssisələrinin  qarşılıqlı  şəkildə  ali  təhsil  ixtisas-

larının, dərəcələrinin və tədris dövrlərinin, mərhələlərinin, digər vacib sənədlərin 

tanınmasıdır.  Bu  məsələ  Boloniya prosesinin tələbi  kimi üzə  çıxmamışdır.  Tanın-

maya  ehtiyac  ictimai-iqtisadi  inteqrasiya  prosesinin  gedişində  və  onun  inkişaf 

qanunauyğunluqlarının  diktəsi  ilə  hələ  xeyli  əvvəllər  mövcud  olmuş  və  müxtəlif 

beynəlxalq  görüşlərin  və  müq-a-vilələrin  predmetinə  çevrilmişdir.  Təsadüfi 

deyildir  ki,  Boloniya  pro-sesinin  vacib  sənədlərindən  biri  olan  və  ali  təhsil 

ixtisaslarının,  dərəcələrinin  və  digər  mühüm  sənədlərin  Avropa  dövlətlərinin  və 

onların  ali  təhsili  müəssisələri  tərəfindən  tanınması  haqqında  Lissabon 

konvensiyası Boloniya Deklarasiyasının qəbul olunmasından bir il əvvəl – 1998-ci 

ildə 43 Avropa dövləti tərəfindən qəbul edilmişdir.  

Boloniya  prosesinin  vacib  cəhətlərindən  olan  akademik  mobillik  tələbə, 

müəllim,  tədqiqatçı  və  inzibati  heyətin  təcrübə  mübadiləsi  etmək,  milli  qapalılığı 

dəf edərək ümumavropa mühitinə qovuşmaq məqsədi ilə bir ali məktəbdən digərinə 

keçə  bilməsidir.  Birinci  növbədə  isə  tələbə  öz  ali  təhsil  müəssisəsində  müxtəlif 

səbəblər  üzündən  ala  bilmədiyi  bilik  və  bacarıqları  əldə  etmək  imkanı  qazanır. 

Boloniya bəyannaməsinin tövsiyə-lərinə görə, hər tələbə imkan daxilində ən azı bir 

semestri başqa ali təhsil müəssisələrində, yaxşı olardı ki, xarici ölkələrdən birinin 

ali  təhsil  müəs-sisəsində  keçirsin.  Akademik  mobilliyin  tətbiq  edilməsinin  məq-

sədlərindən  biri  də  bunun  vasitəsi  ilə  ümumavropa  ali  təhsil  məkanında  ümumi 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə