Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə26/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   22   23   24   25   26   27   28   29   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
69
əsilzadə krala xəbər verir ki, Qriqorun yaşamağa və günəşi görməyə haqqı yoxdur. 
İndiyə qədər xristian olduğunu bizdən gizlədib. Artıq onu tanıyırıq. Bu adam sizin 
atanızı  öldürən,  Ermənistanın  süqutuna  və  əsir  olaraq  yaşamasına  səbəb  olan 
Anağın oğludur. Bu xəbərdən sonra kral Tridat müqəddəs Qriqoru “Xor-Virab” 
adıyla bilinən Artaşat qəsrinin dərin quyusuna atdırır. Qriqor bu quyuda 15 il qalır. 
Bu müddət içərisində Anna adlı bir qadın ona gizlincə yemək-içmək verir. 
Qriqorun  quyuda  qaldığı  müddətdə  Roma  imperiyasında  xristianlara  qarşı 
tətbiq olunan işgəncələrdən xilas olan müqəddəs Qayanenin rəhbərliyi altında 
“bakirə icması” Eçmiədzinə pənah gətirir. Bakirə icmasının içində misilsiz gözəlliyə 
sahib olan Ripsime adlı bir qız da var idi. Eçmiədzinə gəlməmişdən əvvəl Roma 
imperatoru Diokletian Ripsimeyə aşiq olmuş və onunla evlənmək istəmişdi. Bu və 
ya digər səbəblərdən bakirə icması şərqə qaçaraq Eçmiədzinə gəlir. Ripsimenin 
gözəlliyi kral Tridatı da valeh edir. O da Diokletian kimi bu qızla evlənmək istəyir, 
ancaq Ripsime kralın təklifini rədd edincə, Tridat onu və 32 rahibəni öldürtdürür. 
Bu faciəli hadisədən sonra kral Allahın qəzəbinə uğrayır və ruhi xəstəliyə düçar 
olaraq  özünü  heyvan  kimi  hiss  etməyə  başlayır.  Ən  yaxşı  həkimlərə  müraciət 
edilsə də və eyni zamanda əcdadlarının tanrılarından mədəd umulsa da, bunun 
heç bir nəticəsi olmur. Tridatın xəstəliyi onun bacısına son dərəcə pis təsir edir. 
O vaxtdan qəm-qüssə içərisində olan kralın bacısına bir gün yuxusunda mələk 
tərəfindən Tridatın xəstəliyinin çarəsinin yalnız Qriqorda olduğu deyilir. Şahzadə 
oyanaraq yuxusunu danışır, lakin heç kim ona inanmır. Çünki hər kəs Qriqorun 
çoxdan öldüyünü fikirləşirdi. Eyni yuxu ikinci və üçüncü dəfə təkrar olunandan 
sonra  şahzadənin  təkidi  ilə  Qriqorun  atıldığı  quyuya  gedib  baxırlar  və  sağ 
olduğunu görüncə onu böyük sevinc içərisində saraya gətirirlər. Qriqor kralın və 
onun kimi xəstəliyə tutulan digər şəxslərin sağalması üçün Tanrıya dua edir və 
onlar bu xəstəlikdən xilas olurlar. Bu hadisədən sonra kral Tridat xristianlığı qəbul 
edir və 301-ci ildə krallığın rəsmi dininin xristianlıq olduğunu elan edir.
Kral  Tridatın  ona  verdiyi  bütün  səlahiyyətlərdən  istifadə  edən  müqəddəs 
Qriqor  xristianlığı  yaymağa  nail  olur.  Kralın  bu  yardımı  ermənilər  tərəfindən 
təqdirlə xatırlanmış və Tridat “böyük nurlandırıcıya canla-başla xidmət edən kral” 
adıyla anılmışdır. Xalqı İncilin işığı ilə aydınlandırdığı üçün Qriqora Lusavoriç, yəni 
“nurlandırıcı” ləqəbi verilir [8, s. 18; 16, s. 44]. O, xristianlığı yaymaq məqsədilə 
keçmiş  məbədləri  də  yıxır  və  ermənilər  tərəfindən  Allahın  yeganə  oğlunun 
yer  üzünə  endiyi  məkan  olaraq  qəbul  edilən  Eçmiədzinə  gələrək  burada  kilsə 
tikdirir [16, s. 45]. Müqəddəs əmanətlərin də saxlanıldığı yer olaraq qəbul edilən 
Eçmiədzin müasir dövrdə ermənilərin dini mərkəzi olmaqla yanaşı, həm də siyasi 
mərkəzidir.
301-ci il tarixinin mahiyyəti və pərdə arxası
Ermənilər xristianlığı 301-ci il tarixində kütləvi şəkildə qəbul etdiklərini önə 
sürsələr  də,  tədqiqatlar  nəticəsində  bu  tarixin  ermənilərin  xristianlığı  qəbul  və 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
70 
erməni kilsəsinin quruluş ili olmadığı ortaya çıxmışdır. Onların iddia etdiklərinin 
əksinə 301-ci ildə xristianlıq “Yuxarı ölkə” mənasına gələn və Hay qövmü ilə heç 
bir əlaqəsi olmayan Ermənistanda rəsmi din olmamışdır (bu barədə bax: 3, s. 70-
72].
 
Eyni zamanda, heç bir siyasi müstəqilliyə malik olmayan erməni çarlığının 
xristianlığı rəsmi din olaraq qəbul etməsi və vassalı olduğu Roma imperiyasının 
icazəsi  olmadan  sərbəst  fəaliyyət  göstərməsi  də  mümkün  deyildi.  Bu  da  bir 
həqiqətdir ki, mənbələr müqəddəs Qriqorun 298-ci ildə həbsə atıldığını və 15 
il həbsdə qaldığını sübut etməkdədir [9, s. 18]. Bu baxımdan onun 301-ci ildə 
həbsdən çıxmış olması məntiqi cəhətdən imkansızdır. Adi riyazi hesablama ilə 
Qriqor 313-cü ildə həbsdən çıxmış və bu tarixdən etibarən xristianlığı yaymağa 
başlamışdır.  Əslində  onun  sərbəst  buraxılması  tarixi  heç  də  təsadüfi  deyildi. 
Qriqorun həbsdən çıxarılması və Ermənistanda xristianlığı geniş şəkildə yayması 
Roma  imperatoru  Konstantinin  Milan  fərmanını  elan  etdiyi  tarixə,  yəni  313-cü 
ilə təsadüf edir. Bilindiyi kimi, xristianlıq bu fərmanla Roma tərəfindən rəsmən 
tanınmışdı [10, s. 32]. Belə bir vəziyyətdə ilk ağla gələn sual bu olar: 1700 ildən 
çox davam edən bu fikir kifayət qədər güclü və köklü deyilmi? Eyni zamanda, bir 
neçə il az və ya çox olması ermənilərə nə kimi mənfəətlər gətirə bilər? Üzərində 
durmaq  istədiyimiz  məsələ  ermənilərin  xristianlığı  qəbul  etmələri  və  ya  hansı 
səbəblərə görə xristian olduqları deyil. Əsl məsələ onların məhz 301-ci il tarixi 
üzərində bu qədər təkidlə dayanmalarının səbəbini araşdırmaqdır. Yuxarıda da 
qeyd edildiyi kimi, ilk xristian dövlətini ortaya atmaqda əsl məqsəd qonşu ölkələr 
üzərində siyasi, dini və mədəni üstünlüklər əldə etmək, bu ölkələri psixoloji təsir 
altına almaqdır. Halbuki ermənilər onların iddia etdikləri kimi dünyanın ilk xristian 
etnosu və dövləti deyillər. Diqqət yetirilməsi vacib olan məsələlərdən biri də budur 
ki, qriqorianlıq və bu məzhəbin qurucusu Qriqor da hay qövmünə - ermənilərə 
mənsub  deyil.  Görkəmli  türk  tarixçilərindən  Əbdürrəhman  Kiçik,  Fəxrəddin 
Kırzıoğlu, tanınmış albanşünas alim Fəridə Məmmədova, məşhur avstriyalı alim 
Erik Fayql müqəddəs Qriqorun parfiyalı olduğu barəsində həmfikirdirlər [16, s. 
9; 14, s. 49; 22, s. 217; 4, s. 34]. Mənbələrdə parfiyalıların türk olduqları və İranda 
Parfiya  dövlətinin  sakların  soyundan  olan  Arsak  türkləri  tərəfindən  qurulduğu 
göstərilməkdədir (bu barədə ətraflı məlumat üçün bax: 29, s. 91; 15, s. 19-23]. 
Digər məşhur türk tarixçisi Zəki Vəlidi Toqan part sülaləsinin Xorasanda meydana 
çıxdığını [26, s. 39] və türk qəbilələrindən olduğunu qeyd edir [26, s. 47]. 
Ermənilərin “dünyanın ilk xristian etnosu və dövləti”, “xristianlığın Qafqazdakı 
varisləri” kimi ortaya atdıqları iddialar tamamilə əsassızdır. Heç təsadüfi deyildir 
ki,  ermənilər  bu  iddialarını  əsaslandırmaq  üçün  albanların  meydana  gətirdiyi 
xristianlıq  mədəniyyətinə  də  sahib  çıxmağa  çalışırlar.  Erməni  iddialarına  görə, 
Albaniya  “Böyük  Ermənistan”ın  ayrılmaz  hissəsidir,  Şərqi  Ermənistan  olaraq 
adlandırılır  [30,  s.  47-48,  67;  31,  s.  40].  Bu  iddialar  “dənizdən-dənizə  Böyük 
Ermənistan”  ideologiyasının  gerçəkləşməsi  üçün  qonşu  ölkələrin  torpaqları 
üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarını təkzib 
edən,  eyni  zamanda  xristianlığın  Albaniyada  daha  erkən  yayılmasını  sübut 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə