Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
57
məsələsini həmişə diqqət mərkəzində sax-
lamaqla qadınların dövlət strukturlarında,
parlamentdə, siyasi və ictimai təşkilatlarda
geniş təmsil olunmasına çalışmışdır.
Dövlət müstəqilliyini bərpa etdikdən
sonra da Azərbaycan Respublikasında qa-
dın hüquqlarının qorunması üzrə çox mü-
hüm addımlar atılmış, müvafiq qərarlar
qəbul olunmuşdur. Bu qərarların da müəllifi
yenə də ulu öndər Heydər Əliyev olmuş-
dur. İlk olaraq, Azərbaycan bütün mühüm
beynəlxalq sənədlərə, o cümlədən 1995-ci
ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması” üzrə Konvensi-
yaya, 2000-ci ildə isə onun Əlavə Protokolu-
na qoşulmuşdur. 1998-ci ildə “Azərbaycanda
qadınların rolunun artırılması haqqında”
Sərəncam imzalanmışdır. Bu Sərəncamda
dövlət strukturları tərəfindən daha yüksək
diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir. Heydər Əliyev bu
Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud
köhnə bazanı demokratik şəkildə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Res-
publikası Konstitusiyasının 55-56-cı maddələrində qadınlar da daxil olmaqla
bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit
edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz
iştirak etmək hüququna malikdirlər.
Ulu öndərin 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət
qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı 289 saylı Fərman
respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda
Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə
alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması,
Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə
standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender
siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar ya-
radılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi
məqsədi ilə onların münasib işlərə cəlb edilməsi proqramının hazırlanıb həyata
keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi
üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ölkə prezidentinin res-
publika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi.
2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri
üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qo-
şulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haq-
qında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategi-
Azərbaycanda uğurlu gender
siyasətinin əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Heydər
Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə qadın
şəxsiyyətinin önəmini yüksək
qiymətləndirmişdir. Yüzlərlə
qadın Ulu Öndərin yaratdığı
əlverişli şərait nəticəsində
fərdi bacarıqlarını nümayiş
etdirmiş, müxtəlif idarəetmə
orqanlarında rəhbər
vəzifələrdə çalışmışdır.
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
58
yalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla
tərtib edilmişdir. Plan nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların
iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə
yönəldilmiş beynəlxalq standartlara cavab verən dövlət sənədidir. “Azərbaycan
Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” adlanan bu
sənədi Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli 33 saylı qərarla təsdiq etmiş-
dir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri
ilə əlaqədar konkret, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formaları, qa-
dın ticarəti, istismarı və fahişəliyin qarşısının
alınması məsələlərinə ayrıca bir bölmə həsr
edilmişdir. Sənəddə qadın hüquqlarının po-
zulmasında təqsirkar şəxslərə qarşı qanunla
nəzərdə tutulan qaydada məsuliyyətə cəlb
etmə də daxil olmaqla, müvafiq ölçülərin
götürülməsi nəzərdə tutulur.
Azərbaycan qadınlarının fəallığının art-
ması istiqamətində önəmli hadisə olan
Azərbaycan Respublikası Qadınlarının II
Qurultayı Prezident Heydər Əliyevin razılığı
ilə 27 sentyabr 2003-cü il tarixində keçiril-
mişdir. Qurultaya 2070 nəfər nümayəndə
seçilmişdir. Qurultayda başqa məsələlərlə
yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, əldə edilmiş nailiyyətlərlə
yanaşı çatışmazlıqlar da müəyyən edilmiş və inkişaf perspektivlərinin ilkin kon-
turları dəqiqləşdirilmişdir.
Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı
gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə müvafiq addımla-
rın atılmasına şəxsən nəzarət edir. Prezident İlham Əliyevin 2010-cu ilin may
ayında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə
həsr olunmuş VII konfransının iştirakçılarına təbrik məktubunda müstəqil
Azərbaycan Respublikasında gender məsələlərinə münasibəti bu cür ifadə et-
mişdir:
“Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafı-
nın və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil
edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların
hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa
xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların
bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili
və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosi-
al və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender
bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər”.
Azərbaycan Respublikasının bütün qanunları (Cinayət Məcəlləsi, Mülki
Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında
qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanı-
Əsası Ulu Öndər tərəfindən
qoyulan Azərbaycanın gender
siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilməkdədir. Dövlət
başçısı gender məsələlərinə
xüsusi həssaslıqla yanaşır, bu
sahədə müvafiq addımların
atılmasına şəxsən nəzarət edir.