Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə22/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
57
məsələsini həmişə diqqət mərkəzində sax-
lamaqla  qadınların  dövlət  strukturlarında, 
parlamentdə,  siyasi  və  ictimai  təşkilatlarda 
geniş təmsil olunmasına çalışmışdır. 
Dövlət  müstəqilliyini  bərpa  etdikdən 
sonra  da  Azərbaycan  Respublikasında  qa-
dın  hüquqlarının  qorunması  üzrə  çox  mü-
hüm  addımlar  atılmış,  müvafiq  qərarlar 
qəbul olunmuşdur. Bu qərarların da müəllifi 
yenə  də  ulu  öndər  Heydər  Əliyev  olmuş-
dur.  İlk  olaraq,  Azərbaycan  bütün  mühüm 
beynəlxalq  sənədlərə,  o  cümlədən  1995-ci 
ildə  “Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün 
formalarının ləğv olunması” üzrə Konvensi-
yaya, 2000-ci ildə isə onun Əlavə Protokolu-
na qoşulmuşdur. 1998-ci ildə “Azərbaycanda 
qadınların  rolunun  artırılması  haqqında” 
Sərəncam  imzalanmışdır.  Bu  Sərəncamda 
dövlət  strukturları  tərəfindən  daha  yüksək 
diqqət  tələb  edən  öncül  sahələr  müəyyənləşdirilmişdir.  Heydər  Əliyev  bu 
Sərəncamla  qadınların  dövlət  və  ictimai  həyatda  irəli  çəkilməsində  mövcud 
köhnə bazanı demokratik şəkildə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Res-
publikası Konstitusiyasının 55-56-cı maddələrində qadınlar da daxil olmaqla 
bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit 
edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz 
iştirak etmək hüququna malikdirlər. 
Ulu öndərin 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət 
qadın  siyasətinin  həyata  keçirilməsi  haqqında”  imzaladığı  289  saylı  Fərman 
respublika qadınlarına 8 Mart bayramı qabağı önəmli hədiyyə oldu. Fərmanda 
Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə 
alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, 
Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 
standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə 
ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender 
siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar ya-
radılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi 
məqsədi ilə onların münasib işlərə cəlb edilməsi proqramının hazırlanıb həyata 
keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə 
Azərbaycan  Respublikasının  qanunlarında  dəyişikliklər  və  əlavələr  edilməsi 
üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi ölkə prezidentinin res-
publika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi. 
2000-ci  ilin  ilk  aylarında  Azərbaycan  Respublikasının  Qadın  Problemləri 
üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qo-
şulduğu “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haq-
qında” Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategi-
Azərbaycanda uğurlu gender 
siyasətinin əsası ümummilli 
lider Heydər Əliyev tərəfindən 
qoyulmuşdur. Heydər 
Əliyev hakimiyyətdə olduğu 
bütün dövrlərdə qadın 
şəxsiyyətinin önəmini yüksək 
qiymətləndirmişdir. Yüzlərlə 
qadın Ulu Öndərin yaratdığı 
əlverişli şərait nəticəsində 
fərdi bacarıqlarını nümayiş 
etdirmiş, müxtəlif idarəetmə 
orqanlarında rəhbər 
vəzifələrdə çalışmışdır. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
58 
yalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla 
tərtib edilmişdir. Plan nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların 
iştirakı  ilə  hazırlanmış  və  bütün  problemli  sahələrdə  gender  bərabərliyinə 
yönəldilmiş beynəlxalq standartlara cavab verən dövlət sənədidir. “Azərbaycan 
Respublikasının  Qadın  Problemləri  üzrə  Milli  Fəaliyyət  Planı”  adlanan  bu 
sənədi Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli 33 saylı qərarla  təsdiq etmiş-
dir. Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri 
ilə  əlaqədar  konkret,  təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsini  nəzərdə 
tutur.  Bu  Fəaliyyət  Planında  qadınlara  qarşı  zorakılığın  bütün  formaları,  qa-
dın ticarəti, istismarı və fahişəliyin qarşısının 
alınması məsələlərinə ayrıca bir bölmə həsr 
edilmişdir. Sənəddə qadın hüquqlarının po-
zulmasında təqsirkar şəxslərə qarşı qanunla 
nəzərdə  tutulan  qaydada  məsuliyyətə  cəlb 
etmə  də  daxil  olmaqla,  müvafiq  ölçülərin 
götürülməsi nəzərdə tutulur. 
Azərbaycan  qadınlarının  fəallığının  art-
ması  istiqamətində  önəmli  hadisə  olan 
Azərbaycan  Respublikası  Qadınlarının  II 
Qurultayı Prezident Heydər Əliyevin razılığı 
ilə 27 sentyabr 2003-cü il tarixində keçiril-
mişdir.  Qurultaya  2070  nəfər  nümayəndə 
seçilmişdir.  Qurultayda  başqa  məsələlərlə 
yanaşı, koordinatorların fəaliyyəti qiymətləndirilmiş, əldə edilmiş nailiyyətlərlə 
yanaşı çatışmazlıqlar da müəyyən edilmiş və inkişaf perspektivlərinin ilkin kon-
turları dəqiqləşdirilmişdir. 
Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün 
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı 
gender məsələlərinə xüsusi həssaslıqla yanaşır, bu sahədə müvafiq addımla-
rın atılmasına şəxsən nəzarət edir. Prezident İlham Əliyevin 2010-cu ilin may 
ayında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə 
həsr  olunmuş  VII  konfransının  iştirakçılarına  təbrik  məktubunda  müstəqil 
Azərbaycan Respublikasında gender məsələlərinə münasibəti bu cür ifadə et-
mişdir: “Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafı-
nın və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil 
edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların 
hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa 
xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların 
bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili 
və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosi-
al və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender 
bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər”.
Azərbaycan  Respublikasının  bütün  qanunları  (Cinayət  Məcəlləsi,  Mülki 
Məcəllə, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və s.) və normativ hüquqi aktlarında 
qadınların  bərabər  hüquqlarının  təsbit  edilməsi  diqqət  mərkəzində  saxlanı-
Əsası Ulu Öndər tərəfindən 
qoyulan Azərbaycanın gender 
siyasəti bu gün Prezident 
İlham Əliyev tərəfindən uğurla 
davam etdirilməkdədir. Dövlət 
başçısı gender məsələlərinə 
xüsusi həssaslıqla yanaşır, bu 
sahədə müvafiq addımların 
atılmasına şəxsən nəzarət edir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə