Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə25/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
67
ci  il”  tarixinin  ilk  xristian  dövlətinin  quruluş 
ili  olaraq  göstərilməsinin  və  eyni  zamanda 
“dünyanın  ilk  xristian  etnosu  və  dövləti” 
şəklində  önə  sürülən  iddiaların  səbəbi 
tamamilə dini, siyasi mahiyyətdədir və qonşu 
ölkələr  üzərində  dini  və  mədəni  üstünlüklər 
əldə etmək üçün aparılan təbliğatdır. 
Erməni  yurdunun  tarixi  və  erməni 
etnosunun  mənşəyi  məsələsi  kimi,  onların 
xristianlıq tarixi də mübahisələrə və müxtəlif 
iddiaların  ortaya  çıxmasına  səbəb  olmuşdur. 
Xristianlığın  ermənilər  arasında  yayılması 
məsələsi, “ilk xristian etnos və dövlət” iddiası 
müxtəlif  rəvayətlərlə  əsaslandırılmaqdadır. 
Erməni  və  fransız  tarixçiləri  (M.Ormanian. 
L’Eglise Armenienne. Antelias-Livan, 1954; S. Kaloustian. Saints and sacraments 
of the Armenian Church. New York, 1969; J.Sandalgian. Histoire documantaire 
de l’Armenie des ages du paganisme. Roma, 1917; H.Pasdermadjian. Histoire de 
l’Armenie. Paris, 1971; L.d’Edesse. Histoire d’Abgar. Paris, 1880; F.Tournebizne. His-
toire politique et religieuse de l’Armenie. Paris, 1900; A.Houtin. Courte histoire du 
Chrisianisme. Paris, 1924 və s.) bu rəvayətlərdən birini bizim eranın əvvəllərində 
yaşamış  Urfa  (Edesse)  kralı  olan  Abkarla  (və  ya  Avkar),  digərini  isə  müqəddəs 
Qriqorla əlaqələndirirlər. Həmin tədqiqatçıların göstərilən mənbələrinə istinadən 
qeyd olunan hər iki rəvayət Esat Uras, Əbdürrəhman Kiçik, Ərdal İltər, Fəxrəddin 
Kırzıoğlu kimi məşhur türk tarixçilərinin əsərlərində də yer almaqdadır [29, s. 51-
52; 16, s. 36-37; 8, s. 18]. 
“Dünyanın ilk xristian etnosu və dövləti” 
iddiası ilə bağlı birinci rəvayət
Birinci rəvayətə görə, Urfa (Edesse) kralı Abkar cüzam xəstəliyinə tutulmuşdu. 
Yeddi  il  idi  ki,  bu  xəstəlikdən  əziyyət  çəkirdi.  Hz.  İsanın  varlığından  və  onun 
xəstələrə şəfa verməsindən xəbərdar olan kral mübtəla olduğu bu xəstəlikdən xi-
las olmaq üçün Anan (və ya Hananya) adlı adamı ilə bu şəxsə bir məktub göndərir. 
O, məktubunda İsanın “Tanrı və ya Tanrının oğlu” olduğuna inanacağını bildirir və 
gəlib onu sağaltmasını xahiş edir. İsa da cavab məktubunda son dərəcə vacib bir 
vəzifəni yerinə yetirməklə mükəlləf olduğu üçün gələ bilməyəcəyini və tezliklə 
“Yaradan”ın  yanına  qayıdacağını  yazaraq,  ona  şəfa  vermək  və  xristianlığı  yay-
maq üçün öz həvarilərindən birini göndərəcəyini bildirir, üzünü sildiyi və üzünün 
izinin həkk olunduğu dəsmalı Tatios adlı həvariyə verərək onu Abkara göndərir. 
Göndərilən  bu  həvari  dəsmal  vasitəsilə  Abkarı  sağaldır,  eyni  zamanda  İsanın 
adından şəhərdəki bütün xəstələrə və şikəstlərə şəfa verir. Bu möcüzədən olduqca 
Erməni yurdunun tarixi 
erməni etnosunun 
mənşəyi məsələsi kimi
onların xristianlıq tarixi 
də mübahisələrə və 
müxtəlif iddiaların ortaya 
çıxmasına səbəb olmuşdur. 
Xristianlığın ermənilər 
arasında yayılması məsələsi, 
“ilk xristian etnos və dövlət” 
iddiası müxtəlif rəvayətlərlə 
əsaslandırılmaqdadır.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
68 
həyəcanlanan kral Abkar və xalqı xristianlığı qəbul edir [16, s. 36-37; 29, s. 52].
Burada çox önəmli bir məqam diqqəti cəlb edir. Əvvəla, bu rəvayətdə Urfa 
(Edesse) krallığı erməni krallığı kimi təqdim olunur. İkincisi, kral Abkar və onun 
xalqı erməni mənşəli və İsanın müasiri kimi göstərilir ki, bununla da ermənilərin 
xristianlığı qəbul etmələrinin tarixi bizim eranın əvvəllərinə, yəni 30-cu illərə qədər 
aparıb çıxarılır. Halbuki mənbələr kral Abkarın erməni mənşəli olması ilə bağlı 
iddiaları təkzib edir [29, s. 119]. 
Digər bir tərəfdən, əgər bu rəvayət reallığı özündə əks etdirirsə, onda  hal-
hazırda erməniləri xristianlığı qəbul etmələrinin 301-ci ildən etibarən başlanması 
ilə bağlı iddialar önə sürməyə nə vadar edir? Bu sualın cavabını erməni tədqiqatçısı, 
eyni zamanda rahib olan Malaçiya Ormanyanın “L’Eglise Armenienne” adlı kitabı-
nın 6-cı səhifəsində (istinad edən: Əbdürrəhman Kiçik .“Erməni kilsəsi və türklər”) 
tapmaq mümkündür. Müəllif 301-ci il tarixindən əvvəl, yəni 300-cü il ərzində xris-
tianlığın ermənilər arasında yayıldığını isbat edən heç bir tarixi sənədin olmadığını 
qeyd etmişdir [16, s. 39]. Belə bir vəziyyətdə 301-ci il tarixi birinci rəvayətdəki 
iddiaların əsassız olduğuna dəlalət edir.  
“Dünyanın ilk xristian etnosu və dövləti” 
iddiası ilə bağlı ikinci rəvayət
İkinci  rəvayətdə  isə  qriqorianlığın  banisi  müqəddəs  Qriqorla  kral  Tridat 
arasında  cərəyan  edən  hadisələrdən  və  ermənilərin  kütləvi  şəkildə  xristianlığı 
qəbul  etmələrindən  bəhs  edilir.  Bu  rəvayətə  görə,  Arşaki  şahzadəsi  Anağ  öz 
yaxın  qohumu  kral  Xosrovu  öldürür  və  törətdiyi  cinayətdən  qaçarkən  kralın 
mühafizəçiləri tərəfindən təqib edilir. O, ailəsi ilə birlikdə Araz çayından keçərkən 
suda  boğulur,  ailəsinin  bütün  üzvləri  isə  ələ  keçirilərək  öldürülür.  Bu  ölümdən 
yalnız süd analarının yanında olan iki uşağı xilas olur. Anağın uşaqlarının süd anası 
Kayseridən gəlmiş Sofiya adındakı xristian bir qadın idi. Xosrov ilə Anağ öldükləri 
zaman  hər ikisinin övladları Tridat və Qriqor çox kiçik yaşlarında idilər. Kayseriyə 
aparılan Anağın oğlu Qriqor xristian,, Xosrovun oğlu Tridat isə əcdadlarının dini 
olan bütpərəst kimi yetişdirilir. Tridat bütpərəst mədəniyyəti ilə böyüdüyü üçün 
xristianlığa nifrət bəsləyirdi. Lakin bu iki şəxs bir-birinin kim olduğunu bilmirdilər. 
Sonralar Qriqor Tridatın ordusunda xidmət etməyə başlayır və qısa bir müddət 
içərisində də kralın sevgisini və hörmətini qazanır. Lakin bu hörmət uzun sürmür. 
Çünki bütpərəst olan Tridat əldə etdiyi bütün nailiyyətlərin və qələbələrin ilahə 
Anahita və digər tanrıların sayəsində olduğuna inanırdı. O, müəyyən günlərdə Eriza 
(Ərzincan) məbədində Anahitaya qurbanlar kəsərdi. Qriqora da Anahitaya qurban 
kəsməsi əmr edilir. Lakin o, bu əmri rədd edərək xristian dininə sitayiş etdiyini 
bildirir və insanların xilasının Tanrının yeganə oğlu İsaya inanmaqla mümkün ola 
biləcəyini açıqlayır. Qriqor eyni zamanda bütün kafirləri Tanrının əbədi cəzası ilə 
təhdid edir. Kral Tridat isə “mənim inanmadığım bir Tanrıya sitayiş etməyə necə 
cəsarətin çatır?” deyərək, Qriqora ağır işgəncələr verir. Bu əsnada Artavazd adlı bir 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə