Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə24/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
61
Sahiba Qafarova
Successful gender policy founded by the national leader  
  Haydar Aliyev gives its affirmative results
Women have their special status in the modern international law system.  
There is a broad system of guarantees for realizing their rights. The reforms 
realized  in  various  areas  in  Azerbaijan,  activation  of  citizens  in  civil  society 
contributes the strengthening the role of women in society. Basis gender po-
licy for protection of women’s rights in Azerbaijan, assuring gender equality 
in the society was laid by national leader Haydar Aliyev. After independence 
of Azerbaijan National Action Plan on women`s problems was adopted and 
women`s congress was held for achieving the goals set by gender policy. 
The author mentions that today the gender policy successfully continues 
to be implemented by the President Ilham Aliyev. The head of the state pays 
special attention to this issue personally supervising work undertaken in the 
mentioned direction. The author concludes that the strongest state in South 
Caucasus, Azerbaijan also serves as a good example in providing gender equ-
ality and protecting women`s rights. 
Сахиба Гафарова
Успешная гендерная политика, основы которой были 
заложены Гейдаром Алиевым, дает положительные результаты 
В современном международном праве женщины имеют статус особого 
субъекта. Для реализации их прав существует широкая система гарантий.
В статье отмечается, что реформы, реализуемые в Азербайджане в раз-
личных сферах деятельности, проводимые в целях активизации граждан в 
обществе, обеспечили усиление роли женщин в гражданском обществе. 
Обеспечение  прав  женщин  в  Азербайджане,  гендерное  равенство  и  ос-
новы гендерной политики были заложены Общенациональным лидером 
Гейдаром Алиевым. 
После  восстановления  независимости  Азербайджаном,  в  стране  был 
принят Национальный План Действий по Проблемам Женщин. 
Автор  отмечает,  что  сегодня  гендерная  политика  в  стране  продолжа-
ет успешно реализовываться Президентом Азербайджана Ильхамом Али-
евым. Глава государства уделяет особое внимание этому вопросу, лично 
контролируя деятельность, реализуемую в данном направлении.
Автор приходит к выводу, что Азербайджан, как самое сильное государ-
ство на Южном Кавказе, обладающее экономической мощью и стратегиче-
ским весом, может выступать примером и в вопросе гендерного равенства 
и обеспечения прав женщин, как составной части прав и свобод человека. 
 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
62 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
63
ERMƏNİSTAN-AZƏRBAYCAN 
DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİ


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
64 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
65
Açar  sözlər:    ermənilər,  din  strategiyası,  “ilk  xristian  dövlət”  iddiası, 
“xristianlığın  ilk  şəhid  milləti”  iddiası,  erməni  kilsəsi,  “Böyük  Ermənistan” 
ideologiyası
Key  words:  The  Armenians,  religious  strategy,  “the  first  Christian  state” 
claim, “the first martyr nation of Christianity” claim, the Armenian church, 
the ideology of “Great Armenia”
Ключевые слова: Армяне, религиозная стратегия, претензия “первого 
христианского  государства”,  претензия  “первого  народа-мученика  в 
христианстве” армянская церковь, концепция Великой Армении
Ermənilərin 
“din” strategiyasının 
əsas istiqamətləri
Emin 
ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsi 
Tarix, Etnoqrafiya və Arxeologiya 
İnstitutunun 
Qafqaz tarixi  şöbəsinin müdiri, 
tarix üzrə fəlsəfə doktoru, dosent
emin.amea@yahoo.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
66 
Giriş
Din  amili  ermənilərdə  başlıca  strateji  vasitələrdən  biridir.  Bu  səbəbdən  din 
siyasi müstəviyə gətirilir və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar 
aparılır, mövzu ilə əlaqəli konfranslar təşkil olunur, sərgilər nümayiş etdirilir. Təşkil 
olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan 
əsas mövzular daha çox “Nuhun xəzinələri”, “Nuh peyğəmbər və Ermənistan”, 
“dünyanın  ilk  xristian  etnosu  və  dövləti,  eyni  zamanda  xristianlığın  ilk  şəhid 
milləti” məsələləridir [18, s.114-115]. Bu işlərin arxasında erməni kilsəsinin rolu 
inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində 
qurulmuşdur.  Dünyada  bu  cür  millətçiliyin  bənzərini  tapmaq  çox  çətindir. 
Ümumiyyətlə, erməni kilsəsi erməni şovinizminin, millətçi erməni partiyalarının 
maddi  və  mənəvi  qida  mənbəyi  rolunu  tarixən  böyük  məharətlə  oynamış  və 
bu gün də oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, 
erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür 
etmək mümkün deyil [23, s. 57]. Ermənilərin fəaliyyətlərinin hər bir tarixi pilləsində 
erməni kilsəsinin rolu ilə bağlı erməni tarixçisi H.Basdırmacıyan “erməni kilsəsi 
erməni  millətinin  kilsə  tərəfindən  can  verilən  ruhunun  təkrar  dünyaya  gəlmək 
üçün yaşadığı vücuddur” deyərək bu həqiqəti təsdiqləmişdir [8, s. 17]. 
Kilsə ənənələrinə görə, Hz. İsa Eçmiədzinə (ermənilər Eçmiədzinin mənasını 
“Allahın yeganə oğlunun yer üzünə endiyi məkan” kimi izah edirlər – E.Ş.) enərək 
erməni  kilsəsini  inşa  etmiş  və  onu  digər  böyük  məzhəblərin  kilsələrindən 
fərqli olaraq müstəqil və daha ehtişamlı bir mövqeyə gətirmişdir [29, s. 126]. 
Ermənilərin iddialarına görə, bunun səbəbi onların Tanrı tərəfindən “seçilmiş 
millət” olmasıdır [19, s. 57]. Onlar eyni zamanda Şərqi Anadolu, Azərbaycan və 
ümumiyyətlə, bütün Qafqazın bir zamanlar məhz Hz. Nuh tərəfindən nəvəsinin 
nəvəsi olan Haya vəd edildiyini də önə sürürlər. Məhz bu baxımdan erməni 
ideologiyası  “ermənilərin  seçilmiş  millət,  Nuh  peyğəmbərin  erməni  mənşəli 
olması və onun nəvəsinin nəvəsi Haya vəd edilən torpaqlar” iddiaları üzərində 
yaranıb  möhkəmlənmişdir.  Həmin  ideologiyaya  əsaslanaraq  belə  bir  iddia 
ortaya atılır ki, Tanrı daim erməniləri sevdiyi və seçdiyi üçün kilsəni də məhz 
onların  torpaqlarında  qurmuşdur.  Vatikan  isə  bu  nəzəriyyəni  rədd  edərək, 
kilsənin ilk dəfə Romada inşa edildiyini və bu işin icrasının Hz. İsa tərəfindən 
müqəddəs St. Pierreyə tapşırıldığını irəli sürür. Katoliklərə görə, İsanın vəkili 
məhz bu şəxsdir [29, s.126]. Bu məsələ üzərində dayanmaq niyyətində deyilik 
və eyni zamanda məqsədimiz xristianlıqdakı məzhəblər arasında cərəyan edən 
ziddiyyətləri də aşkara çıxarmaq deyil. Şübhəsiz ki, bunlar dini-siyasi oyunlar 
müstəvisində  baş  verən  məsələlərdir.  Sadəcə  olaraq  bir  cəhəti  qeyd  etmək 
kifayətdir  ki,  aralarındakı  ziddiyyətlərə  baxmayaraq,  müəyyən  məsələlərdə 
məqsəd eynidir. 
Ermənilər tarixdə ilk dəfə xristianlığın rəsmi dövlət səviyyəsində Ermənistanda 
elan olunduğunu və bu hadisənin 301-ci ildə gerçəkləşdiyini iddia edirlər. “301-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə