Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə23/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
59
lır ki, bunlar bütövlükdə Konstitusiya əsasında işlənib hazırlanmışdır. Bu qa-
nunlarda qadınlara qarşı ayrı-seçkiliyə yol verən müddəalar yoxdur və qanun 
çərçivəsində insanlar cinsi mənsubiyyətə görə məhdudlaşdırılmır. Qanunverici-
lik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən asılı olmayaraq qoru-
yur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab verir. 
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, problemlərin həllində beynəlxalq 
əməkdaşlıq həmişə mühüm rol oynamışdır. Azərbaycanda gender sahəsində 
bu  gün  sadaladığımız  uğurların  əldə  olunmasında,  başqa  sözlə  desək,  düz-
gün  gender  siyasətinin  reallaşdırılmasıda  beynəlxalq  təcrübədən  faydalan-
mağın  da  müstəsna  əhəmiyyəti  olmuşdur.  Azərbaycan  hökuməti  genderin 
təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları 
Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hazırda Bakıda 
və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunması və qərar 
qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilir. 
Gender  bərabərliyinin  təşviqi  sahəsində  ölkəmizin  yaxından  əməkdaşlıq  et-
diyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondu-
dur (UNIFEM). Ölkəmizin UNIFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda 
münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” adlı regional 
layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koali-
siya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş, gender bərabərliyi 
və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır. Eyni za-
manda,  Azərbaycan  hökuməti  beynəlxalq  səviyyədə  də  qadın  hüquqlarının 
təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun 
və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü 
ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” 
adlı  beynəlxalq  forum  keçirilmişdir.  2010-cu  il  24-25  may  tarixində  Bakıda 
Avropa Şurasına üzv ölkələrin gender məsələlərinə məsul nazirlərinin “Gen-
der bərabərliyinin de-yure və de-fakto təmin edilməsi” mövzusuna həsr edil-
miş  VII  konfransı  keçirilmişdir  ki,  həmin  konfransda  Avropa  Şurasının  üzv 
dövlətlərinə  tövsiyələr  və  fəaliyyətlər  üzrə  Tədbirlər  Planı  qəbul  edilmişdir. 
Həmçinin,  Azərbaycan  dövləti  Avropa  Şurası  ilə  də  mütərəqqi  əməkdaşlıq 
qurmuş, parlamentarilərimiz qurumun Kişi və qadınlar üçün bərabər imkanlar 
komitəsinin iclaslarında fəal iştirakları ilə müsbət mənada seçilmişlər. Bildirmək 
yerinə düşər ki, komitənin növbəti iclasının məhz Azərbaycanın paytaxtı Bakı 
şəhərində keçirilməsi gündəmdədir.
Tam  məsuliyyətlə  söyləyə  bilərik  ki,  bu  gün  Azərbaycan  qadını  ictimai 
həyatın hər bir sahəsində fəallıq göstərir. Statistik rəqəmlər də bu fikri özündə 
ehtiva  edir.  Belə  ki,  Azərbaycanda  qadınların  üstünlük  təşkil  etdiyi  sahələr 
içərisində səhiyyə (78,6 faiz), təhsil (71 faiz) və mədəniyyət (75 faiz) ən ön sı-
ralardadır. Həmçinin səhiyyə sistemində rəhbər vəzifədə çalışanların 37 faizini, 
təhsil sahəsində 44 faizini, mədəniyyət və turizm qurumlarında 23 faizini qa-
dınlar təşkil edir. Hazırda ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyasının 3 
həqiqi üzvü və 12 müxbir üzvü qadındır. Bütün bunlar Azərbaycan hökumətinin 
imkanların  genişləndirilməsi,  qadınların  cəmiyyətdə  fəallığının  artırılması  və 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
60 
ümumiyyətlə,  onların  vəziyyətinin  yaxşılaşdırılması  məsələlərinə  göstərilən 
yüksək qayğının əyani təzahürüdür. Son illər qadınların həm də siyasi və ic-
timai  qərar  qəbuletmə  səviyyəsində,  iqtisadi  sferada  iştirakı  nəzərəçarpacaq 
dərəcədə artmışdır. Təbii ki, bu, görülən işlərin nəticəsində mümkün olmuşdur. 
Bu gün Azərbaycan hökuməti qadınların iqtisadi sferada öz potensiallarını ar-
tırması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görür. Qadınların 
biznes sahələri yaratması üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, 
müxtəlif  vakansiyalara  qadınların  cəlb  olunması  kimi  tədbirlər  bunlardan 
sadəcə bir neçəsidir.
Bir  məsələni  də  xüsusilə  qeyd  etmək 
istərdim.  Bildiyimiz  kimi,  Azərbaycan 
tarixində  xalqının,  dövlətinin  taleyində 
müstəsna  rol  oynamış,  öz  qərarları  və  at-
dıqları  addımlarla  xalqımızın  gələcəyinə 
işıq  tutmuş  görkəmli  qadınlarımız  olmuş-
dur. Azərbaycan xanımları bütün dövrlərdə 
öz  istedadı,  zəkası,  ağlı  və  iradəsi  ilə 
milli-mənəvi  dəyərlərimizin  qorunub  sax-
lanılması  və  yaşadılmasında  müstəsna 
xidmətlər  göstərmişdir.  Tariximizin  və 
mədəniyyətimizin  bir  çox  parlaq  səhifələri 
də məhz Azərbaycan qadınının adı ilə bağ-
lıdır.  Çox  sevindirici  haldır  ki,  bu  gün  də 
bütün  fəaliyyətini  xalqımızın,  dövlətimizin 
daha  da  inkişafına  həsr  edən  belə  işguzar, 
cəsarətli,  vətənpərvər  xanımlar  vardır.  Azərbaycanın  birinci  xanımı,  Heydər 
Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, 
Milli  Məclisin  üzvü  Mehriban  xanım  Əliyevanın  çoxşaxəli  fəaliyyəti  həm  də 
hər  bir  azərbaycanlı  qadın  üçün  fəxr,  qürur  mənbəyidir.  Onun  milli-mənəvi 
dəyərlərimizin  qorunması,  xalqımızın  zəngin  irsinin  təbliği,  Azərbaycan 
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənc nəslin sağlam mühitdə 
böyüməsi və tərbiyə olunması, səhiyyənin, təhsilimizin, mədəniyyətimizin in-
kişafı sahəsində əvəzsiz xidmətləri yüksək ali ideallara və yalnız milli maraqla-
rımıza söykənir. Bu gün hər bir Azərbaycan qadını öz fəaliyyətində Mehriban 
xanım Əliyevanın cəsarətli addımlarını, yorulmaz fəaliyyətini örnək sayır.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, bu gün iqtisadi qüdrəti, geo–
strateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan 
Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın 
hüquqlarının  qorunması,  düzgün  gender  siyasətinin  həyata  keçirilməsi  ba-
xımından  da  örnək  təşkil  edir.  Ölkəmizdə  cinsindən  asılı  olmayaraq,  hər  bir 
vətəndaşımızın  cəmiyyətin  həyatında  fəal  iştirakına  yaradılan  əlverişli  şərait 
nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. 
Tam məsuliyyətlə söyləyə 
bilərik ki, bu gün Azərbaycan 
qadını ictimai həyatın hər 
bir sahəsində fəallıq göstərir. 
Statistik rəqəmlər də bu fikri 
özündə ehtiva edir. Belə ki, 
Azərbaycanda qadınların 
üstünlük təşkil etdiyi sahələr 
içərisində səhiyyə (78,6 faiz), 
təhsil (71 faiz) və mədəniyyət 
(75 faiz) ən ön sıralardadır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə