Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə19/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   15   16   17   18   19   20   21   22   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
48 
Qeyd  edilən  dövrlərin  müddəti  də  fərqlidir.  Bu  zaman  müxtəlifliyini 
şərtləndirən  başlıca  səbəb  isə  baş  verən  ictimai-siyasi  proseslərin  miqyası, 
mürəkkəbliyi, əhatə dairəsi və dərinliyi, bütövlükdə modernləşmənin ümumi 
dinamikasını şərtləndirən daxili və xarici faktorların qarşılıqlı təsiridir.
İstənilən  dövlətin  milli  quruculuq  strategiyası  reallığın  təhlili  əsasında 
yaxın  və  uzaq  gələcəyin  dövlətçilik  modelini  özündə  bütövlükdə  əks  etdirir 
və  etdirməlidir.  Yeni  modelin  yaradılması  konkret  milli  layihələrin  müəyyən 
edilməsindən başlanır. Ölkənin indiki və gələcək inkişaf modelini təqdim edə 
bilən,  bu  modeli  konkret  milli  layihələrlə  mərhələli  və  pilləli  şəkildə  həyata 
keçirən siyasi lider və onun təmsil etdiyi siyasi qüvvə isə milli siyasi məkanda 
aparıcı qüvvəyə çevrilir. Hər bir ölkədə modernləşmə strategiyası və prosesləri 
son nəticədə postmodern inkişafa keçid almaq üçün zəruri olan təməl əsaslar 
yaratmalıdır.  Əks  təqdirdə,  ümumiyyətlə,  inkişaf  prosesləri  mənasını  və 
məqsədini  itirir.  Bu  baxımdan  milli  inkişaf  modeli  həm  də  prosesləri  önləyə 
bilən  və  sabaha  ünvanlanan  layihələrlə  həyat  keçirilir.  Azərbaycan  Respubli-
kasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq 
edilmiş  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası  postmodern 
mərhələdə siyasi modernləşmənin  yaxın gələcək üçün  modeli kimi çıxış edir.
Qeyd  edilən  analitik  metodun  Azərbaycanda  siyasi  modernləşmə 
proseslərinə tətbiqi məhz onun bir-birini əvəzləyən müxtəlif  mərhələlərinin  
yaxın perspektivlər üçün dinamikasını ehtimal etməyə, qarşıdakı mərhələlərin 
daha  mürəkkəb,  eyni  zamanda  nəticələrinin  daha  möhtəşəm  olacağını 
söyləməyə əsas verir. 1993-cü ildən başlayan modernləşmə xəttinin Azərbaycanı 
beynəlxalq birliyin bərabərhüquqlu dövlətləri sırasına daxil olmasını, müstəqil 
milli quruculuq missiyasının həyata keçirilməsini təmin etməsi həmin xəttin bu 
gün davam etdirilməsi nəticəsində siyasi sistemin postmodern-yüksək inkişafa 
malik olan dövlətlər sırasına daxil olacaq mərhələni də reallığa çevirəcəyinə 
böyük əminlik yaradır.
  
Nəticə:
Azərbaycanda modernləşmə proseslərinə yeni baxışla aşkarlanan 
əsas qənaətlər nədən ibarətdir?
 
Ölkəmizdə  milli  inkişaf  strategiyasının  mühüm  istiqamətlərindən  birini 
təşkil  edən  siyasi  modernləşmə  proseslərinə  yeni  baxış  geniş  tədqiqatların 
mövzusudur  və  bir  məqalə  çərçivəsində  tədqiqi  qeyri-mümkündür.  Bununla 
belə, aşağıdakı bəzi ümumi müddəalara nəzər salmaqla xronopolitoloji meto-
dun aşkarladığı məqamları görmək olar: 
•  Azərbaycan Şərq məkanında zamanın çağırışlarına, dünyada yaşanılan siyasi 
zaman və dəyişikliklərə ən həssas münasibəti ilə fərqlənmiş, modernləşmə 
və  demokratikləşmə  kimi  qlobal  trendlərin  Şərqdə  ilk  dəfə  reallaşma 
təcrübəsinin baş verdiyi ölkə olmuşdur. Ölkəmizdə modernləşmənin dün-
yada  mövcud  olan  təcrübəsi  ilə  ümumi  cəhətləri  olsa  da,  eyni  zamanda 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
49
o, konkret hallarda özünəməxsus xüsusiyyətləri ilə də fərqlənmişdir. Ötən 
əsrdə  Azərbaycanın  siyasi  modernləşmə  tarixinin  səciyyəvi  xüsusiyyəti 
irəliyə  doğru  atılan  addımların  tamamilə  əks  proseslərlə  əvəzlənməsi, 
modernləşmədə  fasilələrin  yaranması,  əldə  edilən  nailiyyətlərin  zərbə  al-
tında qalması olmuşdur. Eyni zamanda burada ənənəvi cəmiyyətin dayaq-
larının laxlaması və müasir dövlətin formalaşması prosesləri xüsusilə ağrılı 
və ziddiyyətli olmuş, XX əsrdə hətta fəlakətli keçmişdir. Ölkədə bir əsrdə bir 
neçə siyasi quruluş bərqərar olmuşdur. 
•  Azərbaycanda modernləşmənin ən mühüm xüsusiyyətlərindən biri də on-
dan ibarətdir ki, bir tərəfdən ölkədə mövcud olan siyasi sistem və ənənəvi 
cəmiyyətə  adekvat  olan  dəyərlər  sistemi  baş  verən  qlobal  transformasi-
yalar  gedişində  qəfil  dağılmağa  məruz  qalmışdır.  Digər  tərəfdən  isə  ta-
rixi  paralellər  aparılarsa,  ölkəmizdə  siyasi  sistemin  yaşadığı  dəyişikliklər 
prosesi  presedenti  olmayan  “klassik 
modernləşmə”  adlandırılan  proseslərin 
hətta  ən  müxtəlif  variantlarından  heç 
birinə  uyğun  gəlməmişdir.  Beləliklə, 
ərazi bütövlüyünün pozulması, işğalçı və 
təcavüzkar müharibə şəraitində milli qu-
ruculuq missiyasına başlanılmışdır.
•  Qeyd edildiyi kimi, siyasi modernləşmənin 
Şərq-müsəlman  məkanında  ilk  dəfə 
başlamasına  baxmayaraq,  müxtəlif 
səbəblərdən  fasilələrin  yaranması  və 
zaman  baxımından  ləngiməsinın  qarşı-
sı  alınmış,  nəhayət,  XX  əsrin  sonlarında 
Azərbaycan  xalqının  ümummilli  lideri 
Heydər  Əliyevin  həyata  keçirdiyi  siyasi 
kurs  və  onun  hazırda  yüksək  səviyyədə 
davam  etdirilməsi  sayəsində  dünyada 
rast gəlinməmiş sürətlə irəliləməsinə nail 
olunmuşdur. 
•  1993-cü ildən başlayan tarixi mərhələdə dövlətçiliyin taleyi sual altında idi 
və proseslərin ən fəlakətli ssenari üzrə getməsi bir reallıq idi. Azərbaycan 
özünü  təsdiq  edərək  dünya  birliyinin  bərabərhüquqlu  obyekti  statu-
sunu  bərpa  etdi.  Belə  bir  tarixi  məqamda  dövlətçiliyi  xilas  etmək  üçün 
modernləşmənin  bir  dalğası  çərçivəsində  ilk  baxışda  həlli  qeyri-mümkün 
görünən  fövqəlmürəkkəb  problemlərin  dəf  edilməsinə  qadir  siyasi  lide-
rin - ümumilli lider Heydər Əliyevin xalqın tələbi ilə rəhbərliyə qayıtması  
dövlətçiliyin  üzləşdiyi tarixi çağırışlara cavab verməyi təmin etdi.
•  Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası 
əsrlər boyu xalqımızın neçə nəsillərinin arzusu olan müstəqilliyin təməlinin 
qoyulması  və  möhkəmləndirilməsi  üçün  ilk  növbədə  gələcəyə  hesablan-
mış  siyasi  kursu  ənənəyə  çevirmişdir.  Zamanın  çağırış  və  prioritetlərini 
Qeyd edilən zaman 
intervalında Azərbaycanda 
modernləşmə proseslərinin 
uğurunu həm də belə bir amil 
təşkil etmişdir ki, onun hər 
bir dalğası çərçivəsində heç 
bir ölkədə həyata keçirilməsi 
mümkün olmayan miqyaslı 
məsələlər həllini tapmış, 
tarixi fürsətdən maksimum 
istifadə edilmiş, zamanın 
Azərbaycanın xeyrinə işləməsi 
təmin edilmişdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə