Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə15/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
38 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
39
Açar  sözlər:  modernləşmə,  xronopolitoloji  yanaşma,  siyasi  modernləşmə, 
siyasi zaman, inkişaf modelləri, postmodern nəzəriyyə
Key words: modernisation,  chronopolitical approach, political modernization, 
political time, development models,   postmodern theory 
Ключевые слова: модернизация, хронополитический подход, полити-
ческая модернизация, политическое время, модели развития, постмо-
дернистская теория  
Siyasi 
modernləşmə 
proseslərinə 
xronopolitoloji 
baxış - yeni analitik 
metod kimi
Elnur 
ASLANOV
siyasi elmlər üzrə 
fəlsəfə doktoru
e_aslanov@pa.gov.az


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
40 
Giriş
Tarixi zaman, siyasi transformasiyalar və inkişaf prosesləri bir-biri ilə sıx bağ-
lı olan fenomenlərdir. Siyasi sistemlər konkret məkanlarda fəaliyyət göstərir və 
burada müxtəlif məzmunlu təkamül və dəyişikliklər konkret zaman müddətində 
baş verir. Daha bir mühüm məqam ondan ibarətdir ki, dövlətçilik tarixində za-
manın gedişini dəyişə bilən, onun yeni  tarixini yaradan lider şəxsiyyətlər bu-
rada həlledici rol oynayır. Hər bir dövlət dünya tarixindəki tutduğu yerinə görə 
öz tarixi liderlərinə borcludur [1].
 Siyasi dinamikanın təhlilində zaman aspektinin önə çəkildiyi yeni nəzəri ya-
naşma - xronopolitoloji baxış son dövrlərdə formalaşmağa başlasa da, hazırda 
tədqiqatçıların diqqətini cəlb etməkdə və geniş yayılmaqdadır.
 Siyasi tarixin tədqiqinə xronopolitoloji baxış dünya ictimai-siyasi fikrində 
mövcud olan təsəvvürlər zəminində yaranmışdır. Onun politolioji elmin yeni 
istiqaməti kimi status qazanması və artıq özünü  təsdiq etməsi qlobal miq-
yasda  baş  verən  siyasi  transformasiyaların  təhlilində  yeni  mövqe  və  baxış 
bucağını  aşkarlamasında  siyasi  biliklərin  diferensiasiyası  və  inteqrasiyası  ilə 
şərtlənmişdir. Bu və ya başqa səviyyədə qlobal və milli siyasi tarixin dinamika-
sında həm ümumi, həm də birmənalı olmayan fərqli meyillər baş verir ki, bu-
nun da başlıca səbəbi kimi qloballaşma dövrü çıxış edir. Müasir dünya və kon-
kret dövlətlərin siyasətini tədqiq edərkən, baş verən dəyişikliklərin mahiyyət 
və perspektivlərinin dərk edilməsi mərkəzi yerdə durur. Ötən əsrin sonlarından 
başlayan qlobal dəyişikliklərin müəyyən mənada  “posttransformasion” dün-
ya düzəninə istiqamət alması yeni siyasi reallığı formalaşdırmışdır. Bu da öz 
növbəsində proseslərə yeni baxışların tətbiq edilməsini şərtləndirmişdir.
Xronopolitoloji baxış nəzəri politologiyanın yeni istiqamətidir
Xronopolitologiya  nəzəri  politologiyanın  yeni  istiqaməti  olub,  siyasi  tari-
xin və reallığın zaman ölçüsünün (temporal aspektinin) tədqiqi ilə bağlıdır. Bu 
istiqamət  çərçivəsində  dünya  siyasi  proseslərinin  mahiyyəti,  milli  quruculuq 
siyasəti, lider şəxsiyyəti və onun “siyasi zaman” duyumu, müxtəlif xalqların si-
yasi təşkilatlanma təcrübəsi zaman amili baxımından müzakirə edilir. 
Adından  göründüyü  kimi,  xronopolitoloji  yanaşma  siyasətdə  “zaman”, 
“temporallıq”  xüsusiyyətini,  “dövlətçilik  və  siyasi  zaman  münasibətlərini” 
tədqiq etməyi  ön plana çəkir. Həm də burada söhbət siyasi tarixdə və real-
lıqda universal-qlobal, həm də milli-lokal zamanların nə dərəcədə bir-biri ilə 
səsləşməsindən, proseslərin nə üçün sinxron və ya (yoxsa) asinxron formada  
baş vermə səbəblərinin aşkara çıxarılmasından gedir.
Xronopolitologiyanın (chronopolitics) daha geniş mənada “tarixi politolo-
giya” (historical politology), yaxud da “temporal politologiya” kimi anlamı da 
məlumdur. Xronopolitologiya  başqa sözlə “makrosiyasi tarixi yanaşma” kimi 
də başa düşülə bilər. Bu halda dünya siyasi xəritəsində mövcud olan dövlətlərin 
təcrübəsinə epoxal nəzər salmaq, nə üçün onlardan bəzilərinin Arnold Toynbi-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
41
nin müəllifi olduğu “Çağırış-Cavab” formulunun sınağından uğurla çıxa bilməsi, 
digərlərinin isə “xronopolitik pauzada” ətalətə qərq olaraq tarixin autsayderinə 
çevrilməsi kimi suallara da cavab almaq olur.
Digər son dərəcə maraqlı məsələ isə siyasətin, daha doğrusu, siyasətçi li-
der  şəxsiyyətinin  zamana  münasibəti,  tarixin  hər  hansı  xalqa  verdiyi  zaman 
fürsətini onun necə reallaşdıra bilməsi, başqa sözlə desək, siyasi liderin “zaman 
duyumunu, fəhmini” izləməyə və təhlil etməyə şərait yaratmasıdır.
Xronopolitoloji yanaşma siyasi zamanı önləyən, gələcəyə hesablanan stra-
tegiyanın həyata keçirilməsini diktə edir. Dövlətçilik  siyasətinı  yaşanılan za-
manın çağırışlarına və gələcək perspektivlərə uyğun olaraq qurmaqla qlobal 
rəqabətdə üstünlük əldə etmək məhz strategiyanın müəyyən edilməsini tələb 
edir. Eyni zamanda o, siyasi sistemin mərhələ və fazalarını zaman fokusunda, 
qarşılıqlı bağlılıqda təhlil etməklə, gələcək diaqnozunu verməyə imkan yaradır.
  “Xronopolitologiya”  termini  ilk  dəfə 
fransız 
postmodernizm 
məktəbinin 
təmsilçisi,  tanınmış  filosof  və  arxitektor, 
hazırda  İsveçrədə  Avropa  Ali  Məktəbinin 
professoru olan Pol Virilionun təsis və nəşr  
etdiyi “Tənqidi məkan” (“L’Espace Critique”) 
adlı  jurnalda  tətbiq  edilmiş  və  geniş  elmi 
dövriyyəyə daxil olmuşdur. 
P.Virilionun  bir  sıra  əsərlərində  yeni  za-
man  konsepsiyasının,  siyasi  fəlsəfəsinin 
bəzi məqamlarına nəzər salmaqla bu anla-
yışı  hansı məqsədlə  elmə  gətirməsini  başa 
düşmək olar [11; 12; 13; 14; 15].Yeni baxışın  
təməlini “sürət, sürətli zaman” anlayışı təşkil 
edir: “Sürət postmodern zamanın ən böyük 
sərvəti, xəzinəsidir. Reallıq artıq “zaman və 
məkan”  anlayışları  ilə  birlikdə  başa  düşül-
mür  və  yalnız  “virtual  (işıq  sürətli)  zaman-
dan” ibarətdir” [10].
O, bəşəriyyətin həyatını tənzimləyən ənənəvi - “keçmiş, indi və gələcək”, 
eləcə  də  “təqvim”  formatlı  xronologiyanın  dünyada  siyasi  proseslərin 
sürətlənməsi fonunda yenidən nəzərdən keçirilməsini təklif etmişdir. P.Virilio 
həmçinin “sürətdən ibarət olan məkan” anlayışını geniş müzakirə etməyi zəruri  
hesab  etmişdir. P.Virilioya görə, “sürətə hakim olmaq elə hakimiyyətə gətirib 
çıxarır”. O, “Sürət və siyasət” əsərində  yeni siyasi fəlsəfəsini  yunan sözü olan 
“dromos” (sürət) sözü ilə “dromokratiya” (sürətin hakimiyyəti) və ya “dromolo-
giya” adlandırırdı [13].
Qeyd etmək lazımdır ki, P.Virilio yeni siyasi məkan, informasiya faktoru və 
informasiya  müharibəsi kimi mövzuları da ilk dəfə dərindən dərk etməyə cəhd 
edən  müəlliflərdəndir.  Beynəlxalq  birliyin  yeni  siyasi  məkanda  birgəyaşayış 
münasibətlərinin  müəyyən  etməsinin  vacibliyini  vurğulayan  alim  yazır:  “XX 
Xronopolitologiya nəzəri 
politologiyanın yeni 
istiqaməti olub, siyasi tarixin 
və reallığın zaman ölçüsünün 
(temporal aspektinin) tədqiqi 
ilə bağlıdır. Bu istiqamət 
çərçivəsində dünya siyasi 
proseslərinin mahiyyəti, milli 
quruculuq siyasəti, lider 
şəxsiyyəti və onun “siyasi 
zaman” duyumu, müxtəlif 
xalqların siyasi təşkilatlanma 
təcrübəsi zaman amili 
baxımından müzakirə edilir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə