Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə16/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
42 
əsrin  sonlarında  nüvə  silahının  (atom  bombasının)  tətbiq  edilməməsi  üçün  
beynəlxaq münasibətlərdə “qorxu tarazlığı” strategiyası mövcud idi. Hazırda 
yaranan yeni “informasiya silahı” (“informasiya bombası”) nüvə silahını artıq 
sıxışdırmağa nail olsa da, onun məhdudlaşdırılması ilə bağlı heç bir strategiya 
mövcud deyil [14].  P.Virilio informasiya müharibəsini “işıq sürətli müharibə” 
adlandırır və real məkanın virtual zaman tərəfindən arxa plana keçirilməsini 
xüsusi  vurğulayır:  “Yeni  müharibə  “işıq  (informasiya)  sürətli”  müharibədir 
və ən təhlükəli meyildir” [15].  Bu və digər fikirlər onun “siyasət və zaman” 
münasibətlərini,  siyasi  tarixə  zaman  aspektindən  baxmağın  zəruriliyini  önə 
çəkən yeni anlayışın politologiyaya gətirilməsini şərtləndirmişdir.
P.Virilionun  “xronopolitologiya”  anlayışının  taleyi  uğurlu  olmuş,  onun 
yeni  elmi  konsepsiya  kimi  formalaşması  prosesi,  predmetinin  müəyyən 
edilməsi  barədə  müzakirələr  indi  də  davam  edir.  Bu  sahədə  ilk  akademik 
əsərlər isə ötən əsrin sonlarında - 80-90-cı illərdə işıq üzü görmüşdür. Dün-
ya siyasi proseslərinin zaman faktoru ətrafında araşdırılmasına amerikalı alim 
G.Modelski ilk tədqiqatlarını həsr etmişdir. O, politologiyada mərkəzində za-
man aspektinin durduğu analitik tədqiqat metodunun potensialından istifadə 
etməyin zəruriliyini vurğulamışdır [8; 9]. 
Digər  alimlər  –  “dünya  sistemləri”  nəzəriyyəsinin  yaradıcısı  İ.Vallerstayn 
“zaman-məkan reallığı”nın (Time Space realities), K.Dark dəyişikliklər dalğası-
nın, R.Mansbax və başqaları isə zaman paradiqmasının siyasi elmin əsas anla-
yışlarından biri kimi qəbul edilməsini təklif etmişlər [6; 7; 16]. 
Cəmiyyətin siyasi sisteminə xronopolitoloji baxışın əsas məzmununu ifadə 
etmək istəsək, qeyd edə bilərik ki, bu, siyasi tədqiqatlarda siyasi proseslərin, 
münasibətlərin,  dövlətin  təşkilatlanma  formalarının    siyasi  zaman    prizma-
sından  nəzərdən  keçirilməsini  önə  çəkən  yeni  analitik  metoddur.  Bu  metod 
özündə proseslərin gedişində zaman fenomenini dərk etməyi nəzərdə tutan  
həm nəzəri-strateji, həm də təcrübi-taktiki prinsipləri cəmləyir. Eyni zamanda 
o, siyasi tarix və “real politik” formatında siyasi ritm və xronoqrafiyanı, dünya 
arenasında, milli məkanlarda siyasi liderlərin, qlobal güclərin, qüvvələr balan-
sının, modernləşmə mərhələlərinin, faza və dalğaların bir-birini əvəzləməsini 
zaman fokusundan izləməyə imkan verir. Həmçinin siyasətin universal qanuna-
uyğunluqlarının, siyasi sistemin təşkilatlanmasının keyfiyyət amillərinin zama-
nın sınağından necə çıxması, uğurlara nail olması məsələsinə aydınlıq gətirir.
Xronopolitoloji yanaşma digər metodları da özündə sintez etməyə, siyasi 
inkişaf və dəyişikliklərə dair klassik, ənənəvi və yeni yanaşmaları, “keçmiş, indi 
və gələcək” formulunu da inkar etməyərək, proseslərin çoxçalarlılığını, qeyri-
müəyyənliyini və dinamikasını izləməyə imkan verir. Beləliklə də, xronopolito-
loji sintez siyasi dəyişikliklərə dair konsepsiyalar arasında mövcud olan fərqli və 
əks mövqelərin zaman aspektində aradan qaldırılmasına  şərait yaradır. 
“Siyasi zaman” kateqoriyasının dünya siyasətinə dair nəzəriyyələrin  mü-
hüm    komponenti  kimi  götürülməsi,  vurğulanması  dəyişiklik  mərhələlərinin 
nəinki  keçmişini,  eləcə  də  indiki  mərhələsini  təhlil  etmək  əsasında  gələcəyə 
dair proqnozların irəli sürülməsinə imkan yaradır. Məhz bu cəhətlərinə görə 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
43
onun  ümumi  siyasi  nəzəriyyə  çərçivəsində  özünəməxsus  yer  tutması  artıq 
şübhə doğurmur.
XXI əsrdə siyasi xəritənin “məkan ekspansiyası”cəhdlərinin birmənalı olaraq 
mümkünsüz olması bir reallıqdır. Bu baxımdan siyasi rəqabətdə  əsas vurğu 
yenə də “zamanı önləmək, fəth etmək” (zamanın ekspansiyası) imperativinin 
üzərinə düşdüyü üçün yeni analitik metod - xronopolitoloji baxış tədqiqatçıların 
diqqətini cəlb edir. Yəni rəqabətədavamlı ölkə olmağın mühüm vasitələrindən 
biri siyasi zamandan ən rasional və optimal, həm də çevik və sürətli şəkildə  
istifadə etməyə nail olmaqdır.
Xronopolitologiya  zamanı  önə  çəkməsinə  baxmayaraq,  məkan  amilinin 
mühüm  yer  tutduğu  geosiyasət  elmi  ilə  ən  sıx  təmas  nöqtələrinə  malikdir. 
Yeni  yanaşmanın  digər  konsepsiyalarla  müqayisədə  metodoloji  üstünlükləri, 
prinsipləri aşağıda verilən sxemdə öz əksini tapmışdır:
Sxem:  Nəzəri-politoloji baxışlar və onların metodoloji prinsipləri
Sxemdən  göründüyü  kimi,  ümumi  politoloji  nəzəriyyədə  siyasi  sistemin 
tədqiqində tipoloji metod,  geosiyasi nəzəriyyədə əsas prinsip məkan olduğu 
üçün müqayisəli metod, xronopolitoloji konsepsiyada isə zaman əsas prinsip 
olduğu üçün proseslərin təkamül və dinamikada izlənilməsi metodu əsas gö-
türülür. 
Ənənəvi  metodologiyalar  sürətlə  dəyişən  siyasi  reallığı  çevik  və  əhatəli 
təhlil etmək iqtidarında deyil. Bu baxımdan müasir siyasi elmdə də  yeni ya-
naşmaların ortaya çıxması  təbiidir. Bəhs edilən yanaşma yeni olmaqla yana-
şı, həm də müxtəlif metodların plüralizmini təmin edir. Hazırda politoloq və 
tədqiqatçılar tərəfindən siyasi dinamikanın müxtəlif xronopolitoloji konsepsi-
yaları təqdim edilməkdədir. Ümumdünya siyasi prosesi və mili dövlətlərin siya-
si inkişaf xüsusiyyətlərinin sistemli və əlaqəli şəkildə araşdırılması baxımından 
yeni baxış geniş tətbiq edilir. Bu gün  Qərb-Avropa təhsil sistemində onun elmi 
fənn kimi tədrisinə mühüm yer verilir.
Qeyd edilən yeni yanaşmada ən mühüm məqamlardan biri də istər dün-
ya, istərsə də milli səviyyədə siyasi modernləşmə proseslərinə xronopolitolo-
ji  yanaşmanın  tətbiq  edilməsidir.  Modernləşmənin  zaman  hüdudları  tarixən 
ölkədən-ölkəyə  müxtəlif  olmuşdur.  Bir  sıra  Qərb  cəmiyyətlərinin  ənənəvi 
cəmiyyətdən müasir cəmiyyətə keçid müddəti daha az olmuşdur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə