Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə17/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
44 
Siyasi modernləşmə nəzəriyyələri çərçivəsində “müasirlik” anlayışı 
xronopolitoloji  başa düşülən  müasirliklə həmahənglik təşkil etmir
Ənənəvi yanaşmalarda cavab verilməsi mümkün olmayan bir sıra sualları 
yeni konsepsiya izah etməyə çalışır. Suallar isə çoxdur: Klassik modernləşmə 
dövründən fərqli olaraq XXI əsrdə hansı daha aktualdır – zaman, yoxsa məkan 
(ərazi)  üzərində  hökmranlıq?  Modernləşən  cəmiyyətlərdə  müasir,  yetkin 
cəmiyyət qurmaq nəyin sayəsində mümkün olur? İnkişafın düzgün modeli necə 
müəyyən edilir? Burada milyonlarla vətəndaşın əməyi sərf edilir, milli təbii və 
humanitar resurslar, insan kapitalı, sosial kapital səfərbər edilir. Bütün ölkələr 
bunlara  rəğmən  sonda  birmənalı  olaraq  modernləşməyə  nail  ola  bilirlərmi? 
Əgər cavab mənfidirsə, bu, konkret dövlətlərdə siyasi lider tərəfindən həm ta-
rixi zaman fürsətinin itirilməsi, maddi və mənəvi itkilər, həm də inkişaf edən 
cəmiyyətlərdən əhəmiyyətli dərəcədə geri qalmağı və qət edilməsinə artıq heç 
bir ümid yerinin qalmadığı durumu şərtləndirir. Dünyanın qabaqcıl ölkələrinin 
qət  etdiyi  tarixi  yol    baxımından  postmodern  dövrə  keçid  modernləşmə 
proseslərinin davam etdiyi cəmiyyətlərə yenidən baxmağa  vadar edir. Başlıca 
sual, təbii ki, modernləşmənin  zaman faktoru ilə bağlıdır. Onun sürəti necə 
olmalıdır, bu yol ən çoxu və ya ən azı neçə il müddətinə qət edilməlidir? Siyasi 
modernləşməyə ölkədə neçə nəslin səyləri nəticəsində nail olmaq olar?
Suallar  kimi  cavablar  da  müxtəlifdir.  Məsələn,  qeyd  edilir  ki,  Yaponiya 
təcrübəsində  müharibədə  dağılmış  ölkənin  dünyanın  ikinci  iqtisadiyyatına 
çevrilməsi  kimi  fövqəladə  mürəkkəb  problemin  həlli  cəmi  bir  nəslin  həyat 
müddətində reallaşmışdır. Sonrakı, növbəti nəsil Yaponiyanı adambaşına düşən 
gəlir sahəsində dünyada birinci yerə çıxarmışdır. 
Bu baxımdan modernləşmə proseslərinin zaman baxımından davamiyyəti, 
sonda  müəyyən  məqsədlərə  nail  olmaq  və  ya  olmamaq  məsələləri  öz-
özlüyündə təhlil tələb edən mühüm məqamlardır.
Qloballaşan  dünyada    siyasi  modernləşmə  proseslərinin  tədqiqində  yeni 
analitik metodun istifadə edilməsi mövcud təcrübənin nəzəri əsaslarını “siyasi 
zaman” amilini də nəzərə almaqla araşdırmağı zəruri edir. Siyasi modernləşmə 
proseslərinə xronopolitoloji baxış bir çox məqamlardan irəli gəlir. Burada keç-
miş,  indi  və  gələcəyin  ümumi  mənzərəsi  və  proseslərin  inkişaf  meyillərinin 
izlənilməsi  ilə  gələcəyə  dair  təsəvvürləri  formalaşdırmaq,  sivilizasiyanın 
gələcəyinə  dair  reallıq  hissinə  əsaslanan  qənaətlər  əldə  etmək  mümkün 
olur.  Eyni  zamanda  tərəqqi  anlayışının  artıq  ənənəvi  başa  düşülən  mənası 
yenilənir. Ən vacibi isə bu cür yanaşma əldə edilən təcrübənin daha obyektiv 
dəyərləndirilməsinə imkan verir. Klassik və yeni demokratiya ölkələrinin eyni 
“zaman arşını” ilə ölçməyin düzgün olmadığını aşkara çıxarır. Siyasi zamanların 
ölkədən ölkəyə çoxçalarlı və çoxşaxəli axara malik olduğunu göstərir. Nəhayət, 
siyasi  zamanın  müxtəlif  ölkələrdə  alternativ  variantlarda  təzahür  etməsini 
xüsusilə modernləşmə proseslərinin təhlilində müəyyən edir.
Başqa sözlə desək, bu yeni analitik metodun istifadə edilməsi modernləşmə 
nəzəriyyələrinin  nə  üçün  bu  dərəcədə  müxtəlif  olmasını  və  modernləşmə 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
45
təcrübələrinin 
zaman 
parametrinə 
həssaslığını  üzə  çıxarır.  Müasir  dövrdə 
mövcud  olan  dövlətlərin  nə  üçün  hamı-
sının  “müasir-modern”  olmamasına,  qlo-
bal  modern  dalğasının  çağırışlarına  cavab 
verə  bilməməsinə  aydınlıq  gətirir.  Dünya 
birliyində  qlobal  və  lokal  (qlokal  -  U.Bek
modern  mərhələsinin  nə  üçün    çeşidli  za-
man templərinə və ritminə malik olmasına 
aydınlıq gətirir. 
Xronopolitoloji yanaşmada müasir dövr 
“mürəkkəb  zaman  və  mürəkkəb  məkan” 
anlayışları ilə ifadə edilir. Onun səbəbi dün-
ya  dövlətlərinin  müxtəlif  məkanlarda,  lakin 
eyni zamanda - bir-biri ilə yanaşı olan qlobal modern və postmodern  zamanda 
mövcud olmasıdır. Bu, müxtəlif ölkələrin fərqli siyasi zaman duyumudur. Nəticə 
odur ki, bütün cəmiyyətlər heç də siyasi zamanı reallaşdırmaq potensialına, ba-
carığına malik deyil. Zaman əvvəlki vaxtlarla müqayisəedilməz dərəcədə  post-
modern siyasi reallığın  simvolu, atributudur. 
Məsələ burasındadır ki, modern cəmiyyətlərin postmodernə transformasi-
yasını təmin edən mexanizmləri başa düşmək nəzəri konseptuallaşma olmadan 
mümkün deyil. Belə ki, nisbətən son dövrlərdə ənənəvi cəmiyyət mərhələsindən 
yeni çıxmış və həmin an postmodern dövrə keçid vəziyyətində olan “yeni in-
dustrial ölkələrin”  təkamülü, eləcə də Şərqi Asiyanın (Yaponiya və s.) təcrübəsi 
onların  təkamül  spesifikasını  izah  edir.  Bu  ölkələr  üçün  postmodernə  keçid 
həm də müasirliyə doğru hərəkətin bilavasitə davamı olmuşdur. Hər iki proses 
qarşılıqlı bağlılıq təşkil edir.
İnkişaf  paradiqmalarının  bu  cür  çulğaşması  hazırda  Azərbaycan  üçün  də 
səciyyəvidir.  Bu  mənada  Azərbaycanda  postmodernləşmə  müasir  dünyada 
gedən təkamül meyillərinin çoxşaxəli məcmusu, inkişafa mane olan ənənələrin  
tədricən  tarixdə qalması və mütərəqqi təcrübədən bəhrələnmə kimi özünü 
büruzə verir.  
Azərbaycanda siyasi modernləşmə proseslərinə 
xronopolitoloji yanaşmanın tətbiqi məsələləri
Azərbaycan əsrlər  boyu tarixi-coğrafi  mövqeyinə görə “geosiyasi konstan-
ta” statusuna malik olmuşdur. XXI yüzillikdə onun bu statusda öz mövqeyini 
möhkəmlətməsi daha da uğurla davam edir. Azərbaycan dünyanın həm siyasi, 
həm də mədəni-mental “xəritəsində” özünəməxsus yerə malikdir.
Dövlətçilik tarixinin son bir əsrdən çox dövrü həm də modernləşmə
1
 tarixi 
olmuşdur. Bu proses heç yerdə asan və rəvan keçməmiş, miqyaslı sosial part-
1  Modernləşmə ən ümumi mənada, ümumavropa kontekstində götürüldükdə, orta əsrlərin son mərhələsində Avropadan 
başlanğıcını  götürmüş  ənənəvi  cəmiyyətlərin  müasir,  “rasional  sivilizasiyaya”    çoxşaxəli  və  müxtəlif  formalı  keçidini  ifadə  edən 
proses kimi başa düşülür.
Azərbaycan əsrlər  boyu 
tarixi-coğrafi  mövqeyinə 
görə “geosiyasi konstanta” 
statusuna malik olmuşdur. XXI 
yüzillikdə onun bu statusda 
öz mövqeyini möhkəmlətməsi 
daha da uğurla davam edir. 
Azərbaycan dünyanın həm 
siyasi, həm də mədəni-mental 
“xəritəsində” özünəməxsus 
yerə malikdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə