Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə11/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
29
güclənəcəyi şəksizdir. Bu halda Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı 
Ermənistanın ərazi iddialarında israrlı olmayacağına kimin təminat verəcəyi 
aydın deyil! İşğalçı dövlətin siyasi mövqeyinin, ordusunun güclənməsi, super 
dövlətlərin onu dəstəkləməsi tarixən Qafqazda üzücü müharibələrin davam 
etdirilməsinə  səbəb  olmuşdur.  Ötən  əsrin  əvvəlində  Almaniyada  oxuyub, 
dünya proletar hərəkatında nüfuz qazanaraq, Qafqaza Leninin qurduğu so-
sialist sisteminin komissarı timsalında ayaq basıb, faşist kimi Bakıda qırğınlar 
törədən  Şaumyanı  xatırlamaq  kifayətdir.  Tarix  üçün  bu,  yaxın  və  ibrətamiz 
keçmişdir.
Başqa bir məqamı Qafqaz miqyasında nəzərdən keçirək. Əgər Azərbaycanla 
Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə dinamik inkişafı hər 
iki  dövlət  üçün  faydalıdırsa,  Azərbaycanın  iqtisadi  potensialı  Türkiyənin  iqti-
sadi  potensialının  artmasına  xidmət  edirsə,  Ermənistanla  Türkiyə  arasında 
sərhədlərin açılması da Ermənistanın iqtisadi dirçəlişinə böyük təkan verəcək. 
Ona görə də müəyyən güc mərkəzlərinin təzyiqi altında atılan bu  addım da 
Türkiyə  və  Azərbaycanın  milli  maraqları  ilə  tam  ziddiyyət  təşkil  etdiyindən, 
bilavasitə Ermənistana verilən ən ciddi iqtisadi dəstəkdir. Azərbaycan heç vaxt 
razı  ola  bilməz  ki,  onun  iqtisadi  nailiyyətlərindən  işğalçı  Ermənistan  dövləti 
bəhrələnsin və inkişaf etsin! Buna nəinki Azərbaycan, hətta heç bir sivil dövlət 
yol verməli, nə də ki şərait yaratmalıdır. O cümlədən dəTürkiyə!
Dünyanın kütləvi informasiya vasitələrində (KİV) çıxış edən siyasətçilərin və 
ekspertlərin bir qismi Türkiyə ilə Ermənistan arasında protokolların imzalan-
masını Cənubi Qafqazda sülhə, bölgədə stabilliyin yaranmasına xidmət edən 
amil kimi vurğulayırlar. Əslində, qeyd etdiyimiz kimi, bu, işğalçı dövlətə bü-
tün müstəvilərdə, bütün istiqamətlərdə yandırılan yaşıl işıq, siyasi və iqtisadi 
dəstəkdir. Amma münaqişədə iştirak edən tərəflərin hər ikisi ilə yaxın dostluq 
əlaqəsi qura bilən və siyasi nüfuz qazanan üçüncü tərəf sülhün bərqərar olma-
sında, konflikt iştirakçılarının barışa gətirilməsində ciddi rol oynaya bilər. Əgər 
elədirsə, Türkiyə ilə İsrail arasında, onların əsrlərə söykənən dostluğuna kölgə 
salmaqda kimlər maraqlıdır?
Rusiya  ekspertlərindən  Şərqə  yaxından  bələd  olan,  türk  və  Azərbaycan 
dillərini yüksək səviyyədə bilən BDU-nun şərqşünaslıq fakültəsinin məzunu 
Stanislav Tarasov belə yazır ki, əldə olan məlumatlara görə, xaricdəki erməni 
diasporu  bu  yaxınlarda  tarixi  erməni  dövlətçiliyinin  mərkəzini  elan  etmək 
məqsədilə  “Mühacirətdə  olan  Ermənistan  hökumətinin”  formalaşdırıl-
masına  başlayacaq.  Bu  səbəbdən  də  belə  qənaətə  gəlmək  olur  ki,  söhbət 
ermənilərin  Yaxın  Şərqə  daha  ciddi  inteqrasiyasının  başlanmasından  gedir. 
İndiki  Ermənistan  tarixi  resursları  tükənmiş  “Rus  layihəsi”  kimi  nəzərdən 
keçirilir.  Sərhədlərin  açılması  ilə  bağlı  protokolların  Türkiyədə  ratifikasiyası 
mərhələsində Ankaraya Qarabağ məsələsinin gündəmə gəlməsi ilə bağlı elə 
bir layihə təqdim oluna bilər ki, Qarabağ problemi ikinci dərəcəli məsələ kimi 
arxa plana çəkilər.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
30 
Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin əsasıdır
Ermənistana  yardımın  Qarabağ  probleminin  həll  olunmasına  dəstək  verən 
şüar kimi KİV-lərə sızdırılması da heç bir məntiqə sığmır. Eyni ssenari Türkiyə-
Azərbaycan münasibətlərinə də gətirilir. Artıq bəzi “beyin mərkəzləri” iki dost, 
daha  doğrusu,  doğma,  qardaş  xalqın  siyasi  liderlərini  qarşı-qarşıya  qoymaq, 
münasibətləri korlamaq, düşmənçiliyə qədər dərinləşdirmək üçün analitik yazı-
larla çıxış edirlər. Bu ideyanın ictimai şüura sırınması erməni KİV-ində özünü açıq 
büruzə verir. “Müstəqil” olduqlarını elan edən ekspertlərin analizlərində Türkiyə 
ilə Ermənistanın ortaq maraqları qabardılır, Azərbaycan-Türkiyə münasibətləri isə 
tədricən arxa plana sıxışdırılır. Belə siyasi “qiymətləndirmə” - Türkiyə-Azərbaycan 
dostluğunun zəifləməsini sübut etməklə iki qardaş dövləti toqquşdurmağa çalı-
şan qüvvələrin son məqsədləri, təbii ki, aydındır. Müxtəlif “beyin mərkəzləri”nin 
reallıq  kimi  təqdim  etməyə  çalışdıqları  ikinci  mövzu  yeni  “xristian-müsəlman” 
birliyinin yaranmasını nümayiş etdirməkdir. Türkiyə-Ermənistan münasibətlərinin 
timsalında hələ formalaşmayan və özünü təsdiq etməyən “xristian-müsəlman” 
birliyi əldə bayraq edilir, Qafqazdakı münaqişə dünya ictimaiyyətinə artıq həllini 
tapmış ikinci dərəcəli münaqişə kimi təqdim olunur. Təəssüf ki, belə siyasi fokus-
ların bəşəriyyət üçün, bütün dünyada real və hamının arzuladığı sülh üçün nə 
dərəcədə sarsıdıcı olduğunu başa düşmək istəyənlər azdır.
Avropanın yaxın tarixindən bir misala diqqət yetirək: Avropa İttifaqına üzv 
olmaq istəyən Türkiyəyə bir neçə il əvvəl Avropanın siyasi liderlərindən biri belə 
demişdi: “Türkiyə müsəlman dövlətidir və ona Avropa İttifaqında yer yoxdur”. 
Buna cavab olaraq Rəcəb Tayyib Ərdoğan ritorik bir sual vermişdi ki, məgər Av-
ropa İttifaqı da bir xristian klubudurmu? “Xristian-müsəlman” birliyi dünyanın 
gələcək stabilliyi, sülhün təminatçılarından biri kimi diqqətəlayiq ideyadır və 
o inkişaf etdirilməlidir, lakin bu ideyanın siyasi fənd, diplomatik hiylə, eksperi-
ment kimi təbliğ edilməsi yolverilməzdir!
Əslində, “xristian-müsəlman” birliyini və ümumiyyətlə, sivilizasiyalararası di-
aloqu təmsil edən bariz nümunələri tarixdə istənilən qədər tapmaq mümkün-
dür. Bunun ən sadəsi və yadda qalanı orta əsrlərdə əksər Avropa dövlətlərində 
yəhudilərin təqiblərdən, onlara tutulan divanlardan qaçaraq Şərqə üz tutma-
sı, burada sığınacaq tapmasıdır. Orta əsrlərdə İspaniyadan qovulan 300 min 
yəhudini Türkiyənin qanadı altına alması bu gün süni şəkildə şüurlara yeridilən 
“Türkiyə-Ermənistan dostluğu”ndan daha diqqətəlayiq misal deyilmi?
Tarixi reallıqlardan bəhrələnməyən, müəyyən siyasi maraqların təmin edilməsini 
güdən  belə  ikili  standartlar  münaqişələrin  dərinləşməsinə  səbəb  olur.  Digər 
tərəfdən, Azərbaycan ərazilərini işğal edən bir dövlətlə əlaqələrin tənzimlənməsi 
və Türkiyəyə tarixi dostluğa sədaqətini qoruyan İsrail kimi dövlətlə münasibətlərin 
süni şəkildə korlanması, 6 əsrlik səmimi dostluğun şübhə altına alınması, görəsən, 
hansı maraqların təmin edilməsini güdür? Siyasi psixologiyada istinad nöqtələrinin 
belə kəskin dəyişməsi başadüşülən deyil və Türkiyəyə bu gedişlərinin hansı müsbət 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə