Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə8/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
23
BMT-nin yalnız içməli su ilə bağlı məlumatına görə, “süst közərən” 300-dən 
çox münaqişənin 20-si artıq hərbi konfliktlə nəticələnmişdir. Göründüyü kimi, 
böhran,  ərzaq  qıtlığı,  su  ehtiyatlarının  çatışmazlığı,  iqtisadi  təşəbbüsün  ələ 
keçirilməsi cəhdləri münaqişələrin bazasını təyin edir. 
Bu gün dünyada baş verən müharibələr və münaqişələr haqqında dəqiq 
məlumat  vermək  çətindir.  Bu  rəqəmlər  ayrı-ayrı  dövlətlərin  elmi-tədqiqat 
mərkəzləri  tərəfindən  müxtəlif  yanaşmalar  əsasında  hesablandığından  son 
rəqəmlər də müxtəlifdir. Heldelberq İnstitutu (AFR) 2006-cı ildə Yer kürəsində 
278  sərt  təbiətli  münaqişəni  qeydə  almışdır.  ABŞ-ın  Müdafiə  Məlumatları 
Mərkəzinin  hesablamalarına  görə,  dünyada  yalnız  15  münaqişə  mövcuddur. 
Stokholmlu ekspertlər isə həmin il 19 böyük münaqişəni qeydə alıblar. Rusi-
yanın tədqiqat mərkəzləri ötən əsrin son 10 ilində belə münaqişələrin yalnız 
postsovet məkanında 160-a, dünyada isə həlak olanların sayının 10 milyona 
çatması  haqqında  məlumat  verirlər.  Bu  rəqəm  Birinci  Dünya  müharibəsində 
həlak  olanların  sayına  bərabərdir.  Bütün  münaqişələrin  tən  yarısı  Afrika-
nın  payına  düşür.  Beynəlxalq  ekspertlərin  bəzilərinin  hesablamalarına  görə, 
münaqişələrdə  hər  il  300  minə  yaxın  insan  həyatına  son  qoyulur.  Ölənlərin 
əksəriyyəti dinc sakinlərdir. Statistika isə Birinci Dünya müharibəsində ölənlərin 
yalnız 5 faizinin, İkinci Dünya müharibəsində isə artıq 70 faizinin dinc sakinlər 
olduğunu göstərir. Bütün faktiki müharibələr və münaqişələr nəticəsində dün-
yanın siyasi xəritəsinin - sərhədlərin dəyişməsi planetimizə sülhü və arzu edilən 
stabilliyi gətirmək gücündə olmadı.
Siyasi coğrafiyanın belə dəyişdirilməsi, proseslərin süni, tarixi reallıqlar və 
dünya  düzəninə  yeni  qoşulan  dövlətlərin  haqlı  tələbləri  nəzərə  alınmadan, 
konfliktlərdə işğalçı tərəf kimi çıxış edən dövlətlərin ambisiyaları məcrasında 
istiqamətləndirilməsi arzuolunan hal deyil. Müasir qloballaşmanın miqyası və 
bəzi müəmmalı məqamları bu gün dünyanın yaşamış olduğu iqtisadi böhran-
dan daha ağır, daha böyük miqyaslı faciələrə gətirib çıxara bilər.
Siyasi şahmatda pat situasiyası 
Əgər Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ermənistanın zəifləməsinə, onun 
işğalçı  siyasətindən  əl  çəkməsinə  xidmət  edirsə,  münaqişə  həll  edilmədən 
Türkiyə-Ermənistan sərhədlərinin təcili açılması birmənalı şəkildə bölgədə sül-
hün və iqtisadi tərəqqinin əleyhinə yönəlmiş olur. Eyni zamanda, ortaya belə 
bir sual da çıxır: Qafqazda bir dövlətlə sərhədin açılmasına önəm verilirsə, niyə 
digər dövlətlə sərhədin açılması, ümumiyyətlə, gündəmə çıxarılmır? Əslində, 
dünya birliyinin atdığı bu uğursuz addım heç bir siyasi məntiqə sığmamaq-
la yanaşı, həm də bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına da 
qətiyyən xidmət etmir.
Amma biz nəyin, hansı reallıqların şahidiyik? Naxçıvan bir anklav olaraq 20 
ilə  yaxındır  ki,  iqtisadi  blokadada  saxlanılır,  Ermənistan  tərəfindən  çox  ciddi 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
24 
və sərt maneələrlə üzləşir, 100 minlərlə insan ağır vəziyyətdə yaşayır. Naxçı-
van blokadada olmasaydı, Azərbaycan ona indikindən daha ciddi yardım edə 
bilərdi, bu bölgə uğurlarını birə on artırardı. Nə Türkiyənin Qars müqaviləsindən 
irəli gələn öhdəliklərini xatırladan var, nə də yumşaq tərzdə desək, dünya bir-
liyi bir ölkənin muxtar respublikasının blokada şəraitindəki məhrumiyyətlərini 
görmək  istəyir.  İşğalçı  dövlətin  blokadası  aradan  qaldırılır,  sərhədləri  açılır, 
onun təcavüzünə məruz qalan muxtar respublikanın blokadasını heç kim dü-
şünmür, xatırlamır. Bu iki faktı yanaşı qoyun və böyük güclərin işğalçı dövlətə 
göstərdikləri qəyyumluqla mühasirədə yaşayan yüz minlərlə insanın taleyinə 
nümayiş etdirdikləri biganəliyi müqayisə edin. Dünyada demokratik dəyərləri, 
insan haqlarını qorumağı ümdə vəzifəsi kimi elan edən dövlətlərin bu addım-
larını qonşularının yüz illik işğallarından boğaza gələn Azərbaycan xalqı necə 
qiymətləndirməlidir? Bir milyon qaçqın Avropanın demokratik dəyərləri və sülh 
səyləri haqqında hansı qənaətə gəlməlidir? Bu halda bəşəri ədalət tərəzisinin 
hansı meyarlarla işləməsinin fərqində olan varmı?
Bu suallar, təbii ki, bizi düşündürən qədər də Avropa İttifaqını düşündürməli, 
narahat etməlidir. Həm Avropa İttifaqı, həm ABŞ və həm də qonşu dövlətlər 
münaqişələrin həllində elə konstruktiv mövqe nümayiş etdirməlidirlər ki, heç 
kimdə  sülhün  dalana  dirənməsi,  şahmatın  siyasi  taxtasında  pat  vəziyyətinin 
görüntüsü barədə təsəvvür yaranmasın.
Burada  bir  faktı  xüsusi  olaraq  qeyd  etmək  istərdik.  2002-ci  ildə  Avropa 
Şurası  Parlament  Assambleyasında  Ermənistanın  konstitusiya  islahatları  ilə 
bağlı götürdüyü öhdəliklərin icrasının müzakirəsi keçirilirdi. O zaman məsələ 
qaldırıldı ki, Ermənistan öz konstitusiyasından qonşularına olan ərazi iddiaları 
ilə  bağlı  maddələri  çıxarsın.  Lakin  ermənilər  bunun  əleyhinə  getdilər,  AŞ  PA 
da  buna  göz  yumdu.  Onda  kompromis  kimi  ikinci  bir  təklif  irəli  sürüldü  ki, 
Ermənistan  qonşu  dövlətlərin  sərhədlərini  tanıması  ilə  bağlı  bəyanatla  çıxış 
etsin. Çox təəssüflər olsun ki, AŞ PA-nın monitorinq komitəsində 2 gün davam 
edən siyasi müzakirələrdə ermənilər ciddi müdafiə olundu. AŞ PA və ermənilərə 
dəstək verən digər dövlətlər belə qərara gəldilər ki, bu məzmunda bəyanatın 
verilməsinə  heç  bir  ehtiyac  yoxdur.  Böyük  dövlətlərin,  AŞ  PA  kimi  nüfuzlu 
təşkilatın  Ermənistanın  açıq  şəkildə  qonşu  dövlətlərə  qarşı  ərazi  iddialarına 
göz yumması necə başa düşülməlidir? Belə qənaətə gələ bilərik ki, bu, ədalətli 
siyasətdən  daha  çox  münaqişələrin  düşünülmüş  şəkildə  idarə  olunmasına, 
tənzimlənməsinə  və  gələcəkdə  lazımi  məcraya  yönəldilməsinə  hesablanan 
addımdır. 
Zənnimizcə,  bu,  Avropa  İttifaqı  qarşısında  duran  ən  ciddi  məsələlərdən 
biri olmalıdır. Çünki son illər Avropada yaşanan sosial-mədəni və enerji böh-
ranı bir daha onu göstərdi ki, Avropanın böyük təhlükələrlə qarşılaşmaq eh-
timalı  yüksəkdir.  Enerji  ehtiyatlarının,  onların  nəqlinin  təhlükəsizliyinin  ən 
güclü təminatçısı sülhdür və buna başqa alternativ yoxdur. Dünya bunu dərk 
etməlidir. İşğalçı qüvvələrin və onların himayədarlarının həm Qafqazda, həm 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə