Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə32/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
87
V.V.Rostounun modernizasiya nəzəriyyəsi iqtisadi inkişafı mərhələlərlə izah 
edir [21]. “Ənənəvi cəmiyyət” (traditional society) adlanan birinci mərhələdə  
istehsal tamamilə istehlak olunduğundan ticarət barter yolu ilə aparılır və tex-
nologiya  istifadəsi  məhduddur.    İkinci  mərhələdə  (preconditions  for  takeoff 
-  yüksəliş  üçün  zəmin)  ixtisaslaşma  ticarət  üçün  izafi  məhsul  yaradır,  güclü 
mərkəzi  hakimiyyət  özəl  sektoru  dəstəkləyir.  Üçüncü  mərhələdə  (takeoff  - 
yüksəliş) sənayeləşmə nəticəsində əmək qüvvəsi aqrar sahədən sənayeyə keçir, 
inkişaf bir neçə region və istehsal sahəsi üzərində təmərküzləşmiş olur. Dör-
düncü mərhələdə (drive to maturity - kamilliyə doğru) iqtisadiyyat şaxələnir, 
innovasiyalar yeni investisiya imkanları yaradır və urbanizasiya güclənir. Beşinci 
mərhələdə (high mass consumption - yüksək kütləvi istehlak) kütləvi istehlak 
genişlənir, iqtisadi aktivlik artır, servis sektoru aparıcı olur və sosial rifah yax-
şılaşır. 
Modernizasiya  paradiqması  tarixi  inkişaf  prosesində  özü  də  dəyişikliyə 
məruz  qalır.  Məsələn,  XX  əsrin  60-cı  illərində  modernizasiya  postindustrial 
cəmiyyətə keçid kimi qiymətləndirilirdisə [7], hazırda onu bilik iqtisadiyyatına 
keçidi sürətləndirən bir paradiqma kimi qəbul edirlər.  
Modernizasiyanın iki növünü fərqləndirmək mümkündür: üzvi və qeyri-üzvi. 
Üzvi modernizasiya o ölkələrdə baş verir ki, onlar yenilikləri özləri icad və tətbiq 
edirlər, mədəniyyət, mentallıq və dünyagörüşü sahəsində irəlidədirlər. Moder-
nizasiya  belə  cəmiyyətlərdə  mərkəzləşdirilmiş  dövlət,  burjua  münasibətləri, 
sənayeləşmə, demokratiya və s. üçün zəmin olur. 
Qeyri-üzvi modernizasiya isə xarici çağırışlara cavab kimi meydana çıxır və o 
cəmiyyətlərdə baş verir ki, onlar başqalarının yaratdığı elmi-texniki tərəqqinin 
nəticələrini tətbiq edirlər. S.N.Eysenştadt bu cür modernləşməni “gecikmiş” ad-
landırır və göstərir ki, belə ölkələrdə modernizasiyanın uğuru cəmiyyətdə baş 
verən keyfiyyət dəyişikliyi ilə bağlıdır [8]. 
Modernizasiya  inkişaf  etmiş  ölkələrdə  yerli  xüsusiyyətlərə  və  ənənələrə 
“uyğunlaşır”. Məsələn, Braziliyada San-Paulu və ya Rio-de-Janeyro sanki mo-
dernizasiyanın yaratdığı anklavdır və ətraf bölgələrdən öz inkişaf səviyyəsinə 
görə kəskin fərqlənir. Bilik iqtisadiyyatına keçidlə informasiya və bilik resursa 
çevrildikcə, elmi işləmələr iqtisadiyyatın hərəkətverici qüvvəsi olduqca, daha çox 
işçinin təhsilinin keyfiyyət səviyyəsi, peşəkarlığı və kreativliyi qiymətləndirildikcə 
modernizasiya prosesi qlobal və yerli səviyyələrdə müşahidə edilən disproporsi-
yaların yumşaldılmasında faydalı olacaq. Bunun üçün insanların, kapitalın, mal-
ların və xidmətlərin azad hərəkəti təmin edilməlidir ki, modernizasiyanın eyni 
zamanda və hər yerdə baş tutması üçün bərabər imkanlar yaransın. Əlbəttə, 
bu mülahizəni irəli sürməklə biz qətiyyən o fikirdə deyilik ki, bilik iqtisadiyyatı 
şəraitində bütün dünyada modernləşmə səviyyəsi eyni olacaq. Təbii ki, bütün 
hallarda yerli institutların inkişaf səviyyəsi, mentalitet və s. yerli xüsusiyyətlər 
modernizasiya prosesinin sürətinə təsir göstərəcəkdir. Lakin bərabər imkanlar 
modernizasiyanın sürətinin bütün dünyada sinxronlaşdırılması istiqamətində 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
88 
əhəmiyyətli addım sayılmaqla konvergensiyaya xidmət edə bilər. 
Modernizasiya prosesini innovativ inkişaf olmadan təsəvvür etmək müm-
kün  deyil.  Çünki  modernləşmə  özlüyündə  yeniliklərin  -  innovasiyaların 
tətbiqini ehtiva edir. Avstriya iqtisadçısı Y.A.Şumpeter innovasiyanın beş tipini 
müəyyənləşdirmişdir: 
-  yeni məhsul;
-  yeni istehsal üsulu;
-  təklifin yeni mənbəyi;
-  yeni bazarlar;
-  biznesin təşkilinin yeni yolları.
İqtisadiyyatda əsas fokus ilk iki innovasiya tipinin üstündədir. Y.A.Şumpeter 
sahibkarların  rolu,  yaradıcı  destruktivizm  (creative  destruction)  və  biznes 
tsiklinə  əsaslanaraq  bildirirdi  ki,  innovasiyalar  iqtisadiyyatı  tarazlıq  halından 
çıxarır.
Y.A.Şumpeterin elmi məktəbinin ciddi təsiri altında olan Maklaurin texnoloji 
yeniliyə aparan beş addımı belə müəyyənləşdirib:
-  elm;
-  kəşf;
-  innovasiya;
-  maliyyə;
-  qəbul etmə (diffuziya).
Hazırda dünyada bəzi firmalar innovasiyaları yaradır, digərləri isə onu imi-
tasiya edir. Beləliklə, R&D-nin elementləri - tədqiqat (R) və inkişaf (D) arasın-
da mübarizə gedir. Dinamik ümumi modelə 
əsaslanan  hesablamalar  göstərir  ki,  sosial 
rifah yalnız innovativ təşəbbüslərin davam-
lı  intensivliyi  kritik  həddi  keçəndə  yüksəlir 
[24].  R&D  paradiqmasına  yanaşmada  iki 
model  mövcuddur:  1.  R&D-nin  ilkin  funk-
siyası  yeni  məhsul  yaratmaqdır;  2.  R&D-
nin  ikinci  funksiyası  yeni  bilik  yaratmaqla 
yeni  məhsul,  proses  və  xidmətə  dəstək 
verməkdir.  İnvestisiyanın  gəlirliliyi  (return 
on investment (ROI)) prinsipinə zidd olaraq 
R&D müəssisənin fəaliyyətində mənfəət və 
yeniliklər  arasında  qızıl  ortanın  tapılması 
məqsədinə bir o qədər də xidmət etmir.
İnnovasiyaların  tətbiqi  müxtəlif  təşkilati 
resursların  aktiv  və  mütəşəkkil  istifadəsini  tələb  edir  [14,  s.243].  Məsələn, 
A.C.Edmondson,  R.Bohmer və G.P.Pisanonun həyata keçirdiyi 16 cərrah ko-
mandasının yeni cərrahiyyə texnikasının tətbiqi üzrə sorğunun [6, s.685-716], 
K.J.Klein,  A.B.Conn və J.S.Sorranın həyata keçirdiyi kompüterləşdirilmiş isteh-
Hazırda dünyada bəzi firmalar 
innovasiyaları yaradır, digərləri 
isə onu imitasiya edir. Beləliklə, 
R&D-nin elementləri - tədqiqat 
(R) və inkişaf (D) arasında 
mübarizə gedir. Dinamik ümu-
mi modelə əsaslanan hesab-
lamalar göstərir ki, sosial rifah 
yalnız innovativ təşəbbüslərin 
davamlı intensivliyi kritik həddi 
keçəndə yüksəlir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə