Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
95
Kennenin “İqtisadi cədvəl”inə və Karl Marksın “Geniş təkrar istehsal sxemi”nə
əsaslanaraq tərtib edilmişdir [1, s.96]. Ümumiyyətlə, sahələrarası balans vasitəsi
ilə aparılan təhlillər (interindustry analysis) SSRİ-də anadan olmuş Sankt-
Peterburq Universitetinin məzunu və sonralar ABŞ-da yaşamış Vasili Leontyev
tərəfindən yaradılmışdır. Bu elmi işlə əlaqədar olaraq o, 1973-cü ildə Nobel
mükafatı almışdır [1, s.96].
Ümumi şəkildə sahələrarası balans cədvəli aşağıdakı kimi verilir:
Cədvəl 1. Sahələrarası balans
Sahələr
in
sıra
sayı
Aralıq istehlak
Cəmi aralıq məhsul (AM)
Son tələb (d)
Son tələbin komponentlər
i
Ümumi buraxılış (X)
1
…
j
…
n
1
x
11
…
x
1j
…
x
1n
d
1
X
1
…
…
…
…
…
…
…
…
i
x
i1
…
x
ij
…
x
in
d
i
X
i
…
…
…
…
…
…
…
…
n
x
n1
…
x
nj
…
x
nn
d
n
X
n
Cəmi aralıq
istehlak (AI)
AI
1
…
AI
j
…
AI
n
d
X
Ümumi əlavə
dəyər (ƏD)
ƏD
1
…
ƏD
j
…
ƏD
n
ƏD
Xalis vergilər
(XV)
XV
1
…
XV
j
…
XV
n
XV
Ümumi
daxili məhsul
(ÜDM)
ÜDM
1
…
ÜDM
j
…
ÜDM
n
ÜDM
Ümumi
buraxılış (X)
X
1
…
X
j
…
X
n
X
Bu hissədə MHS-dən məlum olan bəzi bərabərliklərin verilməsi və qısa
şəkildə izah olunması sonrakı bölmələrdə verilmiş praktik məsələnin tədqiqi
zamanı metodoloji baxımdan səmərəli hesab edilə bilər. Bu baxımdan, aşağıda
veriləcək MHS-in bir neçə əsas eyniliyinə diqqət yetirsək görərik ki, xərclər-
buraxılış modelinin sətir və sütunlarında yerləşən elementlər arasında mövcud
olan əlaqələr elə bu eyniliklərin ifadəsidir.
Cədvəl 1-də verilmiş xərclər-buraxılış modelinin 1-ci bölməsi aralıq istehlak
və ya aralıq məhsulların sahələrarası hərəkətindən, 2-ci bölməsi son tələbin
komponentlərindən, 3-cü bölməsi isə əlavə dəyərin tərkibindən ibarətdir [2,
s.21] və cədvəlin hər bir sətri üzrə aşağıdakı eynilik doğrudur: [3, s.5]
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
96
(1.1.1)
Cədvəlin sütunları üzrə isə aşağıdakı eynilik doğrudur:
(1.1.2)
(1.1.1) bərabərliyini
j-ə görə, (1.1.2)
bərabərliyini isə i-ə görə cəmləsək,
(1.1.3)
(1.1.4)
Axırıncı
ifadələrdən,
olduğuna görə
eyniliyini almış olarıq.
Deməli, ölkədəki iqtisadi fəaliyyət sahələrində yaranan ümumi əlavə dəyərlə
bu fəaliyyət sahələrinin cəminin son tələbləri bir-birinə bərabərdir.
bərabərliyini (1.1.1)-də nəzərə alsaq,
(1.1.5)
ifadəsini əldə etmiş olarıq. Məlumdur ki, bu ifadənin açılışı bir tənliklər
sistemidir və tənliklər sisteminin matris şəklində yazılışı mümkündür. Beləliklə,
(1.1.5)
bərabərliyi, [3, s.5]
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
97
(1.1.6)
matrisi ilə eyni mənanı ifadə edir. Bəzi sadə çevrilmələr vasitəsilə bu bərabərliyin
aşağıdakı çevrilmiş formasını almaq olar [3, s.5].
(1.1.7)
İşin bu bölməsində MHS-in bəzi göstəriciləri və balans tənlikləri verilir.
Bu balans tənlikləri sonrakı bölmələrdə praktik məsələnin həllində istifadə
olunacaqdır. Ümumi buraxılış (ÜB) vahid vaxt ərzində təsərrüfat vahidlərinin -
rezidentlərin təsərrüfat fəaliyyətinin nəticəsi olan əmtəə və xidmətlərin məcmu
dəyəridir [4, s.24]. MHS-in bir çox balans tənlikləri vardır ki, bunlardan ikisi bu
məsələnin həllində istifadə olunmuşdur:
1.
İstehsal hesabının balans tənliyi [4, s.29]
ÜB=Aİ+ÜƏD (1.1.8)
Burada, ÜB - ümumi buraxılışı, Aİ - aralıq istehlakı, ÜƏD - ümumi əlavə
dəyəri ifadə edir.
2.
Məhsul və xidmətlər hesabının balans tənliyi [4, s.29]
ÜDM=ÜB-Aİ+VER-SUB=İST(C+G)+YIĞ(İ)+XİX (1.1.9)
Burada, ÜB - ümumi buraxılışı, Aİ - aralıq istehlakı, ÜDM - ümumi daxili
məhsulu, VER - vergiləri, SUB - subsidyanı, İST - istehlakı, YIĞ - yığımı, XİX -
xalis ixracı ifadə edir.
Əlavə olaraq xərclər-buraxılış modelinin nəzəri müddəaları ilə elmi
ədəbiyyatda [5; 6] daha ətraflı tanış olmaq olar.
1.2. Modelə daxil olan dövlətlərin makroiqtisadi mənzərəsi
Təhlilə daxil olan bir sıra dövlətlərin makroiqtisadi vəziyyətləri barədə bəzi
məlumatların verilməsi informativ baxımdan əhəmiyyət daşıyır. Bu ölkələrin
ÜDM-i, əhali sayı, işsizlik səviyyəsi, insan inkişafı indeksi onların inkişafı haqqında
daha real təsəvvürün yaranmasında yaxından kömək etmiş olar. Cədvəl 2-də
qeyd olunan statistik göstəricilər haqqında məlumatlar verilmişdir [7].