Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
107
Açar sözlər: dövlət büdcəsi, büdcə xərcləri, məqsədli proqram büdcəsi,
səmərəlilik, nəticəlilik,
Gəlir-Xərc Təhlili, Gəlir-Nəticəlilik Təhlili
Key words: state budget, budget expenditures, program budgeting,
effectiveness,
efficiency, Cost-Benefit Analysis,
Cost-Effectiveness Analysis
Ключевые слова: государственный бюджет, бюджетные расходы,
целевые бюджетные программы, эффективность, результативность,
Анализ Выгоды-Затраты,
Анализ Выгоды-Результативност
Dövlət büdcəsi
xərclərinin
səmərəliliyinin
qiymətləndirilməsi
Zaur
VƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti yanında
Strateji
Araşdırmalar Mərkəzinin aparıcı
elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru
zaur.veliyev@sam.gov.az
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
109
Bem-Baverk göstərirdi ki, istehsal
nemətləri öz müstəqil dəyərinə malik
deyillər, belə ki, insan tələbatını bilavasitə
ödəmirlər. Bem-Baverk onları “gələcək
sərvət” adlandırır, həmin sərvətlərin fayda-
sını isə “hazırkı sərvət” kimi çıxış edən isteh-
lak nemətlərinin faydası ilə müəyyən edirdi.
O, kapitalist iqtisadiyyatı şəraitində hazırkı
sərvətin əldə edilməsində fəhlənin aldığı
əmək haqqının müstəsna əhəmiyyətindən
çıxış edərək onu “hazırkı sərvət” kimi
səciyyələndirirdi. Bem-Baverkin mənfəət
və faiz haqqında düşüncələri də bilavasitə
onun “gözləmələr nəzəriyyəsi” ilə müəyyən edilir. “Kapital və mənfəət” əsərində
sahibkarın mənfəət əldə etmək hüququ sübut edilirdi. Bem-Baverk göstərirdi
ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırkı sərvətlərə daha çox
üstünlük verirlər, belə ki, hazırkı dövrdə onların səmərəsi gələcək sərvətlərin
səmərəsindən daha çoxdur.
Klassik məktəbin davamçısı, görkəmli iqtisadçı Alfred Marşall iqtisadi
fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün aşağıdakı göstəriciləri təklif
etmişdir:
1. “istehlakçı artıqlığı” – fərdin alınan məhsula (xidmətə, işə) görə ödəmək
istədiyi maksimal məbləğlə bu məhsulun alınmasına çəkdiyi real xərcin
fərqi;
2. “istehsalçı artıqlığı” – istehsalçının mənfəəti, yəni onun gəliri ilə məhsulun
istehsalına çəkdiyi xərcləri arasında fərq;
3. “məcmu istehlakçı artıqlığı” – istehlakçı artıqlığı ilə istehsalçı artıqlığının
məcmusu.
İctimai nəzəriyyə elmində səmərəlilik anlayışı eyni zamanda italyan alimi
Paretonun adı ilə bağlıdır. Maksimum ictimai faydaya nail olunmasının əsas
meyarını Pareto resursların düzgün bölüşdürülməsində görürdü. Pareto opti-
mumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının
rifah halının yaxşılaşmasını, ya da hamının rifah halını pisləndirməməklə heç
olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Paretonun optimal
müvazinət nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin, həm də əhalinin ri-
fah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması əgər hər hansı
dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə,
bu hal optimal müvazinətə nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda
gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin isə vəziyyətinin
pisləşməsinə səbəb olursa, deməli, maksimum ictimai fayda əldə olunmur. Bu
vəziyyət qeyri-optimal hesab olunur. Çünki ictimai rifah halı fərdi rifah halı ilə
qiymətləndirilir.
Əgər iqtisadiyyatda
gedən dəyişikliklər birinin
vəziyyətinin yaxşılaşması-
na, digərinin isə vəziyyətinin
pisləşməsinə səbəb olursa,
deməli, maksimum ictimai fay-
da əldə olunmur. Bu vəziyyət
qeyri-optimal hesab olunur.
Çünki ictimai rifah halı fərdi
rifah halı ilə qiymətləndirilir.