STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
110
Müasir iqtisadi nəzəriyyədə fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi
üçün aşağıdakı meyarlardan istifadə olunur:
1. Kaldor-Xiks meyarı – bölgü sistemi o zaman səmərəlidir ki, hər hansı bir
fəaliyyət nəticəsində zərər çəkən tərəflər tam kompensasiya alır, cəmiyyətin
digər hissəsinin isə vəziyyəti yaxşılaşır;
2. Skitovski meyarı –
Kaldor-Xiks meyarı ödənildikdə əhalinin iqtisadi rifah halı
yaxşılaşır və zərər çəkən tərəfin mənfəət əldə edən tərəfə təsir imkanı yoxdur;
3. Littl meyarı – fəaliyyətin səmərəliliyinin təmin edilməsi üçün
Skitovski me-
yarı təmin edilir və rifahın paylanmasında mənfi dəyişiklik baş vermir.
Xüsusən keçən əsrdə dövlətin milli iqtisadiyyatlarda rolunun artması
dövlət büdcəsi xərclərinin səmərəliliyinin qiymətləndirilməsi məsələsinin ak-
tuallığını daha da artırmışdır. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyini
qiymətləndirmək məqsədilə nəticəyə hədəflənmiş büdcə metodundan istifadə
edilməyə başlanılmışdır. Bu isə öz növbəsində dövlət büdcəsi xərclərinin
məqsədli proqramlar səviyyəsində icrasını təmin etməklə həmin vəsaitlərin
daimi (aylıq, rüblük və illik) monitorinqi və büdcə xərclərinin məqsədli, ünvanlı,
səmərəli istifadəsini qiymətləndirmək imkanı verir.
Büdcə xərclərinin səmərəliliyinin nəticəyə hədəflənmiş büdcə metodu
əsasında qiymətləndirilməsi iki mərhələdən – büdcə prosesinin monitorinqindən
və qiymətləndirmədən ibarətdir. Monitorinq – qoyulan hədəflərə çatmaq üçün
nailiyyətlərin mütəmadi olaraq izlənilməsi və bu haqda hesabatların təqdim
edilməsidir. Qiymətləndirmə – həm proqramların icrasının nəticələrinin strateji
məqsəd və hədəflərlə müqayisə və müzakirə edilməsi, həm də strateji məqsəd
və hədəflərin uyğunluğunun və münasibliyinin təhlil edilməsidir.
B.Səmərəlilik anlayışının mahiyyəti
Nəticəyə hədəflənmiş büdcə metodunun üstünlüklərindən maksimum ya-
rarlanmaq üçün aşağıdakı məqamların nəzərə alınması zəruridir. İlk növbədə
dövlət xərclərinin səmərəliliyi anlayışının (xüsusilə haqqında danışılan metod
çərçivəsində) mahiyyətini açmağa çalışaq.
Rusiya alimi A.Ulyukayevə görə, bu anlayışın iki tərkib hissəsi var:
nəticəlilik (effectiveness) – planlaşdırılan nəticənin icra səviyyəsi;
effektivlik və ya səmərəlilik (efficiency) – vahid məhsula (və ya xidmətə, işə)
çəkilən məsrəflərin minimuma endirilməsi.
Bir sıra tədqiqatlarda səmərəlilik (efficiency) termininin daha iki - allokativ
və texniki forması qeyd edilir. Allokativ səmərəlilik dedikdə sərəncamda olan
resursların maksimal şəkildə səmərəli istifadə edilməsi (və ya məhsulların opti-
mal bölüşdürülməsi) nəzərdə tutulur [16, s.3-4; 17, s.5].
M.Afanasyev dövlət strukturlarının fəaliyyətinin yekun qiymətləndirilməsi
üçün aşağıdakı göstəriciləri təklif edir [2, s.22-28]:
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
111
sosial səmərə – qarşıya qoyulan sosial hədəflərin nail olma səviyyəsi (faiz və
ya mütləq ifadədə);
iqtisadi səmərə – vahid məhsula
çəkilən məsrəflərin həcmi;
sosial-iqtisadi səmərə – əldə edilən sosial səmərə ilə məsrəflərin nisbəti;
qənaətlilik – əmək, maliyyə və maddi resursların alınması və istifadə olun-
masının iqtisadi rentabelliliyi.
A.P.Kovalevski
səmərəlilik və nəticəlilik terminləri ilə yanaşı daha iki - il-
kin və yekun (son) nəticə terminlərindən istifadə edir. İlkin nəticə (Output) −
təqdim edilən xidmətlərin həcmi, yekun nəticə (Outcome) − təqdim edilən
xidmətlərin nəticəsidir.
Şəkil 1. Səmərəlilik və nəticəliliyin konseptual çərçivəsi
Mənbə: The effectiveness and efficiency of public spending, Ulrike Mandl,
Adriaan Dierx, Fabienne Ilzkovitz, Economic Papers 301/February 2008
Sadə bir nümunə ilə yuxarıdakı çərçivəni izah edək. Misal üçün, şagirdlərin
təhsil alması üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına məktəbin
tikilməsi “daxilolma”dır. Məktəbdə uşaqların dərs keçməsi “ilkin məhsul”dur.
Şagirdlərin təhsil alaraq savadlılıq dərəcəsinin artması “aralıq nəticə”, təhsil al-
manın ölkədə yoxsulluğun azaldılması və iqtisadi artımın yüksəlməsinə təsiri
“yekun nəticə”dir [15, s.161].
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodikasına görə, səmərəliliyin
qiymətləndirilməsi aşağıdakı parametrlərlə xarakterizə olunur:
-
sadə göstəricilərdən istifadə səviyyəsi, göstəricilər sisteminin formalaşdı-
rılması;
-
kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərindən də istifadə
olunması;
-
fəaliyyət, proses və təşəbbüslərin
qiymətləndirilməsi;
-
qiymətləndirmənin prioritet parametrlərinin müəyyənləşdirilməsi
(səmərəlilik, xidmətin keyfiyyəti, qənaətlilik, nəticəlilik).
C.Səmərəliliyin qiymətləndirilməsinin metod və üsulları
Beynəlxalq təcrübədə səmərəliliyin qiymətləndirilməsi məqsədilə daha çox
yayılmış aşağıdakı əsas metodlardan istifadə olunur.
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
112
1.İndekslərin təhlili (Ratio analysis) metodunun mahiyyəti hər hansı bir
təsərrüfat subyektinin əvvəlki illərlə və eyni sahədə olan digər təşkilatların
fəaliyyətinin nəticələri ilə müqayisəli təhlilindən ibarətdir. Bu məqsədlə dövlət
tərəfindən təqdim edilən xidmətlərin maya dəyəri, həmçinin istehsal göstəricisi
kimi daxil olan ehtiyatların dəyərinin istehsal xərclərinə nisbəti göstəricilərindən
istifadə olunur. Bu, bir tərəfdən çox sadə metod olsa da, digər tərəfdən dövlət
təşkilatının idarəetmə strukturuna təsir edən obyektiv amilləri nəzərə almağa
imkan vermir. Məhz bu səbəbə görə bu metodun xidmət sahəsinə deyil, isteh-
sal strukturlarına tətbiqi daha məqsədəuyğundur.
2.Reqressiya təhlili zamanı səmərəlilik göstəricisi kimi orta göstəricidən
kənarlaşma həddi qiymətləndirilir. Lakin səmərəliliyin maksimum həddinin
qiymətləndirilməsi üçün ən yüksək “nəticəliliyə” hədəflənmək lazımdır ki, bu
metodun köməkliyi ilə qeyd olunanları etmək mümkün deyil. Göründüyü kimi,
bu metodun da öz çatışmazlıqları vardır.
3.Proqramların reytinq qiymətləndirilməsi (PART) metodu. Beynəlxalq
təcrübədə dövlət büdcəsi xərclərinin 85%-ə qədər hissəsinin (xüsusilə
məqsədli) proqramlar əsasında icra edilməsi nəzərə alınmaqla proqramların
özlərinin nəticələrinin qiymətləndirilməsi məqsədilə bu metoddan istifadə
edilir. 2002-2009-cu illərdə ABŞ-da (hazırda Şotlandiya və Cənubi Koreyada)
tətbiq edilən bu metodun mahiyyəti hər bir proqram çərçivəsində həyata
keçirilən tədbirlərin və ümumən proqram komponentlərinin xüsusi çəkisinə
uyğun əmsalların müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu əmsallara uyğun
da müvafiq qiymətləndirmə həyata keçirilir. PART metodu üzrə qiymətləndirmə
hazırlanmış anketlər əsasında aparılır. Bu anketlərdə 25 və bəzən daha artıq
sual olur. İl ərzində seçmə üsulla ümumi proqramların 20%-i yoxlanılır. Büdcə
qərarlarının qəbul edilməsində Konqres bu metoddan istifadə etməsə də,
dövlət təşkilatları tərəfindən federal büdcə layihəsinin hazırlanması zamanı
istifadə edilir.
Cədvəl 1. PART metodu üzrə proqramların nəticələrinin
qiymətləndirilməsi
BAL
Səmərəli
85-100
“Mülayim” səmərəli
70-84
Adekvat
50-69
Səmərəsiz
0-49
PART metodu əsasında qiymətləndirmə proqramların 7
kateqoriyaya
bölünməsini şərtləndirir:
Birbaşa federal proqramlar (xidmətin bilavasitə dövlət qulluqçuları
tərəfindən göstərilməsi);
Müsabiqə əsasında qrantların verilməsi;