Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə30/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
77
davam edən yəhudi məsələsi xristian teologiyasından qaynaqlanan antisemit 
hərəkət olsa da, İkinci Dünya müharibəsindən sonra Yaxın Şərqə ixrac edilən 
İsrail məsələsinə qarşı bölgədəki müsəlman ictimaiyyətin göstərdiyi reaksiya 
antisemit  deyil,  siyasi  əsası  olan  antisionist  bir  reaksiyadır  [2,  s.  381].  Yəni 
burada əsas məqsəd xristian-yəhudi düşmənçiliyinin tədricən unutdurulması 
və öz yerini yəhudi-müsəlman münaqişəsinə verməkdən ibarət olmuşdur. İsrail 
ilə Ərəb dövlətləri arasında yəhudi-müsəlman düşmənçiliyi yaradıldığı kimi, 
ermənilərlə türklər arasında da belə bir problem meydana gətirilmişdir. Erməni 
məsələsi bilavasitə türklərə qarşı tarixdən miras qalan səlibçilik zehniyyətindən 
qaynaqlanır ki, Qərb xristian dövlətlərinin bu məsələdə tutduğu mövqe həmin 
zehniyyətin bariz təcəssümüdür. 
Qondarma erməni soyqırımı qərar layihələrinin nəyə görə hər il gündəmə 
gəlməsinin  açıqlanmasında  Qərb-xristian  dövlətlərinin  şüuraltında  gizlənən 
günah  duyğularının  və  səlibçi  zehniyyətin  payı  olduqca  böyükdür.  Ancaq 
burada vacib bir sual ortaya çıxır: İkinci Dünya müharibəsindən sonra Qərb-
xristian  dünyasında  “günahkarlıq,  məzlumluq  psixologiyası”  atmosferinin 
yarandığı həqiqətdir, ancaq günahkarların və zərər çəkənlərin kimlər olduğuna 
hansı dövlətlər qərar vermişlər? Türk tədqiqatçısı Erol Göka haqlı olaraq yazır ki, 
həqiqi mənada məzlumluq psixologiyasından yararlananlar və yararlandıranlar 
bu  psixologiyanın  arxasında  gizlənən  Qərb-xristian  dövlətləridir.  Onlar  istər 
Birinci Dünya müharibəsindən, istərsə də İkinci Dünya müharibəsindən, eyni 
zamanda  milyonlarla  insanın  ölümündən  ötrü  məsuliyyət  daşıyırlar.  Məsələ 
burasındadır ki, əsl günahkarlar işlədikləri cinayətləri təmizə çıxarmaq üçün 
belə bir “məzlumluq” oyununu oynamaqdadırlar [5, s. 133]. 
Çox  önəmli  bir  məsələni  də  vurğulamaq  lazımdır  ki,  Birinci  Dünya 
müharibəsinin baş verməsindən heç bir formada məsuliyyət daşımayan xalqlar 
arasına nifaq salanlar hal-hazırda hakimlik kürsüsünə əyləşərək türkləri ittiham 
etməkdədirlər.  Heç  kim  “iki  böyük  dünya  müharibəsinin  başlanmasının  əsl 
səbəbləri nə idi?”, “dünyadakı güc mübarizələri və rəqabətləri nə deməkdir?” 
kimi imperialist əməlləri və mövqeləri ortaya çıxaracaq suallar vermir, əksinə 
bunun  yerinə  “ermənilər  türklər  tərəfindən  soyqırımına  məruz  qaldılar” 
şəklində ittihamlar yağdırırlar. 
Məzlumluq  psixologiyasının  altında  gizlənən  həqiqət  hər  iki  dünya 
müharibəsinin cavabdehlərinin günah və cinayət psixologiyasıdır. Ümumilikdə 
yəhudilərin tarix boyu başına gətirilənlərdən məsuliyyət daşıdıqları halda baş 
vermiş cinayətlərə bəraət qazandırmaq üçün Qərb-xristian dünyası “biz əslində 
belə cinayətlərə yol vermərik, bu işin arxasında müsəlman türklərin barmağı 
vardır” tezisini ortaya ataraq, gülünc yolla günahlarından təmizlənməyə ümid 
edirlər.
Ortaya  çıxan  məqam  budur:  müəyyən  mənada  Qərb-xristian  dünyası 
günahlardan arınmaq və özlərinə bəraət qazandırmaq üçün tarixdə ilk soyqırımı 
törədənlərin  xristianlar  deyil,  ilk  dəfə  məhz  xristian  erməniləri  soyqırımına 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
78 
məruz qoyan müsəlman türklər olduğunu önə sürürlər. Bu baxımdan Qərb-
xristian ictimaiyyətinin nəzərində öz dini və siyasi mənafelərinə uyğun olaraq 
ermənilərə  xüsusi  rəğbət  yaratmaq  məqsədi  ilə  “xristianlığı  rəsmən  qəbul 
edən ilk dövlət və millət Ermənistan və ermənilərdir. Tarixdə ilk dəfə xristian 
ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində 
təbliğatlara geniş yer ayırırlar. 
Nəticə
Ermənilərin  “Böyük  Ermənistan”ın  alt  strukturunu  təşkil  edəcəyini 
düşündükləri “Böyük erməni tarixi”ni yaratmaq üçün “yer üzünün ilk xristian 
etnosu və dövləti”, “xristianlığın ilk şəhid milləti” kimi ortaya atdıqları iddialar 
və göstərdikləri cəhdlər tarixi reallıqların saxtalaşdırılmasına yol açmışdır. Bu 
cəhdlər öz növbəsində ermənilərin tarixini əfsanə və mifologiyalarla sıx surətdə 
birləşdirmişdir.  Onlar  “Tanrı  tərəfindən  seçilmiş  üstün  millət”  olduqlarını 
önə  sürərək  bu  vasitə  ilə  qonşu  ölkələr  üzərindəki  ekspansionist  əməllərini 
gerçəkləşdirmək  niyyətindədirlər.  Ermənilərin  “din”  strategiyasının  qaranlıq 
pərdəsi altında müəyyən gizli planlar yatır. Qədim sivilizasiya, inzibati-ərazi və 
dini iddiaları özündə ehtiva edən bu strategiya ilə yola çıxan erməni kilsəsinin, 
millətçi  ideoloqların  qarşısında  duran  başlıca  məqsəd  və  hədəf  “Böyük 
Ermənistan”  ideologiyasının  reallaşmasıdır.  “Din”  strategiyası  ermənilərlə 
Azərbaycan-Türkiyə ikilisi arasındakı qarşıdurmada Ermənistanın üstünlüyünü 
təmin  edən  amillərin  başında  gəlir  və  beynəlxalq  arenada  ermənilərin 
mövqeyini haqsız yerə gücləndirməsinə səbəb olur. Hər şeydən əvvəl ona görə 
ki, bu strategiya öz növbəsində Qərb dövlətlərinin də dini, siyasi maraqlarına 
xidmət edir ki, bu da bilavasitə tarixdən miras qalan səlibçilik zehniyyətindən 
və  “günahlardan  arınma  psixologiyası”ndan  qaynaqlanır.  Azərbaycanın  və 
Türkiyənin  “erməni  məsələsi”  ilə  bağlı  beynəlxalq  münasibətlər  sistemində 
qarşılaşdıqları problemlər açıq şəkildə ortaya qoymuşdur ki, yeni strategiyaların 
müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğurlar əldə 
etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaq və bunu 
qarşı tərəfə qəbul etdirə bilməkdir


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
79
İstifadə edilmiş ədəbiyyat:
1.  Aydoğan Metin. Bitmeyen oyun: Türkiye’yi bekleyen tehlikeler. İstanbul: Kumsaati ya-
yınları, 2003, -422 s.
2.  Davutoğlu Ahmet. Stratejik derinlik: Türkiye’nin uluslararası konumu. İstanbul: Küre 
yayınları, 2010, -584 s.
3.  Feigl Erich. Ermeni milli kilisesinin zaferi ve trajedisi // Ermeni Araştırmaları Dergisi‚ 
2001, sayı: 5, s. 65-88.
4.  Feigl Erich. Ermeni mitomanyası. İstanbul, 2007, -168 s.
5.  Göka Erol. Ermeni sorununun (gözden kaçan) psikolojik boyutu // Ermeni Araştırma-
ları Dergisi, 2001, sayı: 1, s. 128-138.
6.  Haught James A. Kutsal dehşet: dinsel cinayetler tarihi. İstanbul: Aykırı yayınları, 1999, 
160 s.
7.  Hitler Adolf. Kavgam. İstanbul: Toker yayınları, 1994, -728 s.
8.  İlter Erdal. Ermeni kilisesi ve terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştır-
ma və Uygulama Merkezi yayınları, 1996, -176 s. 
9.  Kalafat Yaşar, Sezgin Mahmut Niyazi. Albanlar tarihi ve ermeni kültür stratejisi // 2023 
Dergisi, 2002, sayı: 12, s. 16-25. 
10. Kalafat Yaşar, Sezgin Mahmut Niyazi. Ermeni kültür stratejisi ve albanlar meselesi // 
Ermeni Araştırmaları Dergisi‚ 2002, sayı: 5, s. 28-47.
11. Kalankatuklu Moisey. Albaniya tarixi. Bakı: “Elm”, 1993, -235 s.
12. Kaya A. Vahap. Toplumsal değişme açısından karizmanın şiddeti: Atatürk, Hitler, Hu-
meyni. Ankara: Sis yayınları, 1998, -357 s.
13. Kaya İbrahim. Ermenilerin yahudi soykırımıyla benzerlik kurma stratejisi // 2023 Der-
gisi‚ 2002, sayı: 12, s. 62-65.
14. Kırzıoğlu M Fahrettin. Albanlar tarihi üzerine (M.Ö. IV.-M.S. X. yüzyıllar). “XI türk tarihi 
konqresi bildirileri” kitabından ayrıbasım, Türkiye-Azerbaycan Dostluk Derneği yayını: 
9, 67 s.
15. Kırzıoğlu M. Fahrettin. Dede Korkut Oğuznameleri. Ankara: Atatürk Kültür Merkezi 
Başkanlığı yayınları, 2000, -114 s.
16. Küçük Abdurrahman. Ermeni kilisesi ve türkler. Ankara: Ocak yayınları, 1997, -312 s.
17. Laçıner Sedat. Türkiye-Avrupa ilişkilerinde kültür ve medeniyet: tarihsel ve ideolojik 
kökenler // Liberal Düşünce Dergisi‚ 1999, cilt: 4‚ № 13, s. 39-57. 
18. Laçıner  Sedat,  Bal  İhsan.  İngiltere  ermenileri‚  lobicilik  ve  ermeni  sorunu  //  Ermeni 
Araştırmaları Dergisi‚ 2002, sayı: 7, s. 71-124.
19. Laçıner Sedat. Ermeni kimlik bunalımı ve güç politikalarının bir ürünü olarak ermeni 
sorunu // 2023 Dergisi, 2002, sayı: 12, s. 56-61.
20. Laçıner Sedat. Ermeni iddiaları ve terör / Ermeni sorunu el kitabı. Ankara: Ankara Üni-
versitesi basımevi, 2003, s. 95-122.
21. Marschalko Louis. Yahudi. İstanbul: Sebil yayınevi, 1993, -333 s.
22. Məmmədova Fəridə. Albaniyanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: Azərnəşr, 1993, 
262 s.
23. Özkan Zafer. Tarihsel akış içerisinde terörden poltikaya ermeni meselesi. İstanbul: 
  Er Ofset San. ve Tic. AŞ, 2001‚ -282 s.
24. Şıxəliyev  Emin.  Ermənistan-Azərbaycan  münaqişəsi  sivilizasiyalararası  münasibətlər 
kontekstində. Bakı: “Elm və təhsil”, 2011, -324 s.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə