Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə28/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   24   25   26   27   28   29   30   31   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
73
görə ki, ermənilər “xristianlığın ilk şəhid milləti”dir. Bu metod da ermənilərin “din” 
strategiyasının əsas istiqamətlərindən biridir. “Xristianlığın ilk şəhid milləti” iddiası 
ilə ermənilər 1915-ci il hadisələri ilə yəhudi soyqırımı arasında əlaqə qurmağa 
çalışaraq, həmin metodla torpaq və təzminat almaq niyyətindədirlər. 
Məlum olduğu kimi, faşistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları 
əllərindən  alınmış  və  müxtəlif  vəzifələrə  gəlmələri  qadağan  edilmişdi.  İkinci 
Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə 
hökm verilmiş və bu hökm dövlət siyasəti olaraq həyata keçirilmişdi [2, s. 381]. 
Kütləvi soyqırımı yəhudiləri vahid mərkəzdə birləşməyə aparıb çıxardı. Nəticədə 
onlar öz milli və dini birliklərini qorumaq üçün Yaxın Şərqdə bir dövlət qurdular. 
Bu dövlətin yaradılması eyni zamanda Qərb dövlətlərinin də maraqlarına uyğun 
idi. Yəhudilərin bu sayədə qazanclar əldə etdiyini fürsət bilən ermənilər 1990-cı 
illərdə “soyqırımı” kəlməsi ilə birlikdə “xolokost” kəlməsindən də istifadə etməyə 
başladılar.  Onlar  eyni  zamanda  beynəlxalq  siyasətdə  bu  vəziyyətdən  istifadə 
etməyi  planlaşdıraraq  tarixdə  soyqırımına  məruz  qaldıqlarını  iddia  etməklə 
və  tarixi  ərazilər  önə  sürməklə  heç  bir  zaman  olmayan  “Böyük  Ermənistan” 
dövlətini bərpa etmək, həmçinin “məzlum və zavallı” xalq kimi müxtəlif imtiyazlar, 
güzəştlər və eyni zamanda təzminat almaq niyyətinə düşdülər. Bugünkü siyasət 
də  o  istiqamətdə  aparılmaqdadır.  Hər  il  dünya  ölkələrinin  parlamentlərinin 
müzakirəsinə  çıxarılan  “soyqırımı”  iddialarının  pərdə  arxasında  həmin  niyyətlər 
dayanır.  Diqqəti  çəkən  bir  məsələ  də  ondan  ibarətdir  ki,  ermənilər  1915-ci  il 
hadisələri  ilə  yəhudi  soyqırımı  arasında  paralellik  aparmaq  niyyətində  olsalar 
da,  tarixi  həqiqətlər  ermənilərin  yəhudilərdən  fərqli  olaraq  soyqırımına  məruz 
qalmadığını, əksinə soyqırımı törətdiklərini isbat edir. Bu isə “qondarma erməni 
soyqırımı” ilə “yəhudi xolokostu” arasındakı oxşarlığı tamamilə təkzib edir. 
İkinci  bir  tərəfdən,  ermənilərdən  fərqli  olaraq  yəhudi  xolokostunda  silahlı 
bir  üsyan  olmamış,  yəhudilər  ilə  toplum  içərisindəki  qruplar  arasında  silahlı 
münaqişələr cərəyan etməmişdir. Bütün cinayətlər Faşist Almaniyasının təktərəfli 
şiddət siyasəti şəklində həyata keçirilmişdir. Eyni zamanda, ermənilərdən fərqli 
olaraq yəhudilərə heç bir dövlət tərəfindən siyasi və hərbi baxımdan dəstək  də 
verilməmişdir. 
Üçüncüsü, yəhudilər bir bölgədən digər bir bölgəyə köçürülməyə də məruz 
qalmamış, sırf məhv edilmələri planlaşdırılmışdır. 
Dördüncüsü, yenə də ermənilərdən fərqli olaraq yəhudilər ilə alman dövləti 
arasında olduqca güc fərqi də vardı. Yəhudilər gizli yerlərdə silahlanaraq qruplar 
meydana gətirməmişdilər.
Bütün bunlar həqiqət olsa da, ermənilərin yeritdiyi siyasət dünya ictimaiyyətinə 
haqq-ədalətin öz yerini tapması şəklində təqdim olunur. Bəzi nüfuzlu elitalar guya 
Hitler tərəfindən söylənən “kim erməni soyqırımını xatırlayır ki?” sözlərindən hər 
fürsətdə istifadə etməkdə [32, s. 115] və Hitlerin bu soyqırımı fikrini türklərdən 
mənimsədiyini  önə  sürməkdə,  eyni  zamanda  dünya  ictimaiyyətinə  faşistlər 
tərəfindən törədilən yəhudi soyqırımı ilə qondarma erməni soyqırımı arasında 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
74 
əlaqə  qurmaq  məqsədilə  “türklərin  gizli  yazışmaları”  adı  altında  ermənilərin 
vəhşicəsinə öldürülmələrini əmr edən saxta sənədlər təqdim etməkdədirlər [13, s. 
62]. Həqiqətdə isə bu sənədlərin və Hitlerə aid edilən sözlərin heç bir əsası yoxdur. 
Əsas məqsəd “soyqırımı” iddialarını dünyanın aparıcı dövlətlərinin müzakirəsinə 
çıxarmaqla  bu  dövlətlərin  dəstəyini  qazanmaq  və  onların  vasitəsilə  Türkiyə 
üzərində təzyiq qura bilmək, nəticədə Türkiyəni üzr istəməyə məcbur etməklə 
torpaq  və  təzminat  almaqdır.  Ümumiyyətlə,  ermənilərin  “din”  strategiyasının 
qaranlıq pərdəsi altında ərazi iddiaları və “dənizdən-dənizə Böyük Ermənistan” 
dövləti  yatır.  Bəs  yaxşı,  bu  strategiyanın  beynəlxalq  siyasətdəki  yeri  nədir? 
Dünyanın aparıcı dövlətlərinin “soyqırımı” iddialarını gündəmə gətirmələrindəki 
əsas məqsədləri və hədəfləri nədən ibarətdir? Qənaətimizcə, bu iddiaların Qərb 
dünyasında  dəstəklənməsi  antitürk  və  antiislam  münasibətlər  çərçivəsində 
dəyərləndirilə bilər ki, bunun da səbəblərindən birini Qərb-Türk sivilizasiyalarının 
toqquşmasında  axtarmaq  lazımdır.  Əvvəlki  tədqiqatlarımızda  bu  məsələyə 
toxunduğumuzdan təkrar üzərində durmayacağıq (bu barədə bax: 24; 25, s. 43-
56]. Digər bir səbəb Qərb-xristian dünyasının şüuraltında gizlənən “günahlardan 
arınma (təmizlənmə) psixologiyası”dır. Bu psixologiyanın pərdə arxasında gizlənən 
məqamlar nələrdir? Məlum olduğu kimi, xristian Avropa ölkələri yəhudiləri Hz. 
İsanın, dolayısı ilə Tanrının qatilləri (Godkiller) olaraq görmüş və bu səbəbdən ilk 
günah inancında olduğu kimi, bütün yəhudi nəslini məsul tutmuşlar [2, s. 381]. 
Beləliklə, Tanrının öldürülməsi günahından təmizlənməsi mümkün olmayan “qanı 
kirli ikinci dərəcəli insanlar sinfi” kimi adlandırılan yəhudilər ən aşağı millət olaraq 
qəbul edilmişlər. Qeyd edək ki, eramızdan əvvəlki dövrlərdə də Assuriya, Babil 
və  Roma  tərəfindən  sürgünə  məruz  qalan  yəhudilər  1290-cı  ildə  İngiltərədən, 
1394-cü ildə Fransadan, 1492-ci ildə isə İspaniyadan deportasiya olunmuşdular. 
Yəhudilərin  adı  çəkilən  ölkələrdən  sürgün  edilmələri  xristianlar  tərəfindən  bu 
millətin  dini  səbəblərdən  qovulması  şəklində  xarakterizə  olunmuş  və  xristian 
dünyasının  ən  qaranlıq  dövrlərindən  biri  kimi  qəbul  edilmişdir.  Nəticədə 
antisemitizm  ideologiyası  formalaşmışdır.  XX  əsrin  əvvəllərində  də  nasistlərin 
idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və müxtəlif 
vəzifələrə gəlmələri qadağan edilmişdir. İkinci Dünya müharibəsinin başlanması 
ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə hökm verilmiş, bu hökm dövlət 
siyasəti  olaraq  mənimsənilmiş  və  həyata  keçirilmişdir  [21,  s  13-31;  28,  s.  13-
40;  12,  s.  236].  Beləliklə,  yəhudilərin  Nasist  Almaniyası  tərəfindən  soyqırımı 
gerçəkləşdirilmişdir.  Yəhudi  soyqırımında  məsuliyyət  bilavasitə  Almaniyanın 
üzərinə düşsə də, xristian olmaları səbəbi ilə ümumilikdə Qərb-xristian dünyası 
günahkarlıq duyğusuna qapılmışdır. 
Yəhudilərə  qarşı  nifrətin  müəyyən  mənada  digər  səbəblərlə  birlikdə  dini 
antisemitizm  –  “antijudaizm”,  yəni  xristian-yəhudi  düşmənçiliyi  üzərində 
qurulduğunu etiraf edən Adolf Hitler “Mənim mübarizəm” (almanca adı “Mein 
Kampf” olan bu kitab Türkiyədə “Kavgam” adıyla nəşr edilmişdir) adlı kitabında 
yazırdı:  “...İsa  yəhudi  milləti  haqqında  bəslədiyi  düşüncələrini  heç  bir  zaman 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə