Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə29/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
75
gizlətməmişdir. Hətta lazım gəldiyi vaxt bəşəriyyətin düşməni olan bu yəhudiləri 
Allahın ibadətgahından qamçı ilə qovmuşdur... Yəhudilər bu gün olduğu kimi, 
keçmişdə də dindən vasitə kimi istifadə etmişlər. Məhz bu səbəbdəndir ki, İsa 
çarmıxa çəkilmişdir. Hər yəhudinin ruhu öz məzhəblərinin qurucusuna nə qədər 
yaddırsa, xristianlığa da o qədər yaddır...” [7, s. 314-315]. 
“Müqəddəs  dəhşət:  dini  cinayətlər  tarixi”  kitabının  müəllifi  Ceyms  A.Haut 
təkzibedilməz materiallar əsasında göstərir ki, insanlıq tarixinin ən bağışlanılmaz 
ləkələrindən  olan  nasistlər  tərəfindən  yəhudilərə  qarşı  tətbiq  edilən  soyqırımı 
cinayəti eyni zamanda dini zəmində də gerçəkləşdirilmişdir. Bu cinayət əsrlərdir 
xristianlığın  musəvilik  haqqındakı  təlimlərinin  acı  meyvəsi  idi.  Əgər  Tanrının 
adından musəvilərə qarşı nifrət aşılanmamış olsaydı, bu cinayətlər baş verməzdi. 
Nasistlər eyni xristian ənənələrinə görə hərəkət etdilər. Hitlerin törətdiyi soyqırımı 
musəvilərə qarşı uzun illərdən bəri qidalanan nifrətin ən yüksək həddi idi [6, s. 
105-106]. 
Müəllif digər bir yerdə də qeyd edir ki, nasistlərin törətdikləri cinayətlər yeni 
bir canilik deyildi. Onlar sadəcə olaraq 2 min illik tarixi olan musəvi əleyhdarlığına 
əsaslanan  xristian  ənənələrini  davam  etdirdilər.  Faşistlərin  ölüm  düşərgələrinin 
kökləri xristianlığın tarixi strukturunda axtarılmalıdır. Musəvilərin şeytani rolları ilə 
əlaqəli əfsanələr əsrlər boyunca xristianlığı onlara qarşı hücuma sövq etmişdir [6, 
s. 108]. 
Müəllif eyni zamanda vaxtilə rahib olan ilahiyyatçı alim Peter de Rosanın 1988-
ci ildə nəşr olunan “Məsihin kəndli keşişləri” adlı kitabından sitat gətirərək yazır ki, 
Müqəddəs Papanın qəbul etdiyi qərarlarla qətliamlar, qaz otaqları və nasistlərin 
ölüm düşərgələrindəki insan sobaları arasındakı faciəvi əlaqələr inkar edilə bilməz 
[6, s. 108]. 
Xristian  rahibləri  və  ümumilikdə  kilsə  tərəfindən  insanların  beyinlərinin 
musəvi düşmənçiliyi ilə doldurulduğunu da qeyd edən Ceyms A.Haut onu da 
göstərir  ki,  din  xadimləri  sizə  kimi  öldürəcəyinizi  söyləməz,  sadəcə  kimdən 
nifrət edəcəyinizi deyərlər. Kilsə daim gənclərə onların ən həssas dövrlərində 
musəvilərin İsanı öldürdüyünü və bu səbəblə Tanrının yəhudiləri əbədiyyətə 
qədər lənətlədiyini öyrətmişdir. 2 min il boyunca musəvilərə qarşı törədilən 
bütün cinayətlərdə kilsənin barmağı vardır. Harada xristian kilsəsi varsa, orada 
musəvi  düşmənçiliyi  vardır.  Nasistlər  də  hakimiyyətə  gəldikləri  zaman  öz 
cinayətlərini məhz bu reallıq üzərində qurdular [6, s. 109-110]. 
Fikirlərimizi  bir  daha  əsaslandırmaq  üçün  valideynləri  İkinci  Dünya 
müharibəsi dövründə nasistlər tərəfindən öldürülən yəhudi mənşəli amerikalı 
tarixçi Daqobert Ranesin sözlərinə müraciət etməyi məqsədəuyğun sayırıq. O, 
yəhudi soyqırımı barəsində xristian kilsəsini ittiham edərək deyirdi: “Hitlerin 
musəvilərə qarşı törətdiyi vəhşi cinayətlər onsuz da daha əvvəllər xristian kilsəsi 
tərəfindən yəhudilərə tətbiq edilirdi. Bu, ilk zərbə deyildi... Musəvi kitablarının 
və yəhudilərin yandırılması... Hitler bunların hamısını kilsədən öyrəndi. Keçmiş 
dövrlərdə  kilsə  yəhudi  uşaqlarını  və  qadınları  diri-diri  yandırarkən,  Hitler 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
76 
onlara daha sürətli ölüm bağışladı. Əvvəlcə qaz otaqlarında öldürdü, sonra da 
yandırdı” [6, s. 109].  
Göründüyü  kimi,  yəhudi  soyqırımında  məsuliyyət  bilavasitə  Almaniyanın 
üzərinə  düşmür.  Bütün  yəhudilərin  düşüncəsinə  görə,  kilsə  aşılamış  olduğu 
fikirlərə görə  yəhudi soyqırımından ötrü məsuliyyət daşıyır. Məhz bu baxımdan 
Qərb-xristian  dünyası  günahkarlıq  duyğusuna  qapılmışdır.  Yəhudilərə  qarşı 
törədilən  xolokostun  (yəhudi  soyqırımının)  Qərb-xristian  şüuru  üzərindəki 
təsirləri  o  qədər  dərindir  ki,  onun  səbəb  olduğu  dərin  psixoloji  gərginlik 
xristianların heysiyyətinə toxunmuş və bu təsir üstündən illər keçsə də, özlərini 
günahkar hiss etmələrinə yol açmışdır. Onların erməni məsələsinə baxışı daha 
çox  bu  şüurun  bilavasitə  tarixdən  miras  qalmış  hadisələri  ilə  əlaqəlidir.  Bu 
günahlardan tamamilə silkinib arınmaq üçün guya türklər tərəfindən törədilən 
qondarma  “erməni  soyqırımı”nın  yəhudi  soyqırımına  öncüllük  təşkil  etdiyi 
iddiası ortaya atılmış, hətta musəvilərin məhv edildiyi qaz otaqlarının türklər 
tərəfindən icad edildiyi və Hitlerin belə bir addım atmasında türklərin başlıca 
rol oynadığı da iddia edilmişdir [34]. 
Almaniya  Parlamentinin  nəzdində  fəaliyyət  göstərən  “Elmi  Tədqiqat 
Xidməti” adlı təşkilatın 3 aprel 2000-ci il tarixli raportunda göstərilir: “Alman 
nasional-sosialistlərinin gerçəkləşdirdikləri kütləvi yox etmə metodları əslində 
1915-ci ildə ermənilərə qarşı türklər tərəfindən həyata keçirilmişdir. Ermənilər 
ağır şərtlər altında işlədilərək məhv edilmiş, insanlar heyvan vaqonlarına dol-
durulmuş və onların üzərində vəhşicəsinə tibbi təcrübələr aparılmışdır. Erməni 
əsgərləri və sivillər müxtəlif viruslara yoluxduruldular. Trabzonda erməni uşaq-
ları hamama aparılmaq bəhanəsiylə onlar üçün təşkil edilmiş otaqlarda zəhərli 
qazla  öldürülmüşdülər.  Gəldiyimiz  nəticə  bundan  ibarətdir  ki,  Adolf  Hitler 
türklər tərəfindən törədilən soyqırımı barəsində mükəmməl məlumatlara sa-
hib olmuş və bunu özü üçün nümunə kimi mənimsəmişdir” [1, s. 184-185]. 
Halbuki  yuxarıda  da  sitat  gətirdiyimiz  yəhudi  mənşəli  amerikalı  tarixçi 
Daqobert  Ranesin  sözləri  bu  iddiaları  kökündən  təkzib  edir.  Əgər  Hitler 
həqiqətən türklərdən nümunə götürsəydi, o zaman Daqobert Ranes kilsəni 
deyil,  türkləri  ittiham  edər,  ya  da  ən  azından  bu  barədə  məlumat  verərdi. 
“Hitler soyqırımını türklərdən öyrəndi” şüarı əsl həqiqətdə “biz əslində belə 
cinayətlərə yol vermərik, bu işdə müsəlman türklərin barmağı var” məntiqi ilə 
işləyən bir mexanizmlə günahlardan arınma metoduna baş vurulmuşdur [33]. 
Yəni burada musəvilərin düşməni olaraq xristianlar deyil, guya xristianlara yol 
göstərən və onları kütləvi cinayətlərə sövq edən müsəlman türklər göstərilir. 
Yuxarıda da qeyd edildiyi kimi, yəhudilərlə xristianlar arasında keçmişdən 
miras qalan düşmənçiliyin hökm sürdüyü tarixi həqiqətdir. Lakin İsrailin milli 
dövlət olaraq ortaya çıxması “yəhudi məsələsi”nin fərqli yöndə aktuallaşmasına 
yol açmışdır. Qərb yüzillərlə Avropa məkanında yəhudi-xristian qarşıdurması 
kimi  xarakterizə  olunan  yəhudi  məsələsini  müsəlman-yəhudi  münaqişəsinə 
çevirərək  Yaxın  Şərqə  ixrac  etmişdir  [2,  s.  380].  Halbuki  Avropada  əsrlərlə 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə