Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə27/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   23   24   25   26   27   28   29   30   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
71
edən çox sayda faktlar mövcuddur. Moisey Kalankatuklunun əsərində dəlil kimi 
göstərilən erməni katolikosu Avraamın albanlara məktubunda bu sətirlər yer alır: 
“...Bizdən (ermənilərdən) qabaq mövcud olan alban kilsəsi bizimlə (ermənilərlə) 
razılaşırdı...” [11, s. 82].
 
 
Digər bir yerdə də müəllif Albaniyanın xristianlığı ermənilərdən 270 il əvvəl 
qəbul  etdiyini  göstərir  [11,  s.  81-82].  Bu  məlumat  son  dərəcə  qiymətlidir. 
313-cü  ildə  xristianlığın  Milan  fərmanı  ilə  təsdiq  olunduğunu  və  ermənilərin 
də məhz bu fərmandan sonra onu rəsmi din olaraq qəbul etdiklərini nəzərə 
alsaq,  Albaniyada  xristianlıq  43-cü  ildə  mənimsənilmişdir.  Belə  bir  vəziyyətdə 
ermənilərin  “dünyanın  ilk  xristian  etnosu”  iddiası  təkzib  edilmiş  olur.  Bundan 
başqa,  heç  bir  siyasi  müstəqilliyə  sahib  olmayan  erməni  çarlığının  Roma 
imperiyasının  icazəsi  olmadan  sərbəst  fəaliyyət  göstərməsinin  mümkün  ola 
bilməyəcəyini də yuxarıda qeyd etmişdik. Bu həqiqət də ermənilərin “dünyanın 
ilk xristian dövləti” iddiasını puç edir.  
Aparılan təhlillərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Ermənistanın 
özünü xristianlığı mənimsəyən ilk dövlət adlandırmasının heç bir əsası yoxdur. 
Albaniyada  isə  xristianlıq  apostollar  (həvarilər)  dövrü  qədər  qədimlərə  gedib 
çıxır.  Xristianlığın  hələ  ermənilər  arasında  bilinmədiyi  zamanlarda  Albaniyada 
və  albanlar  arasında  bu  barədə  ictimai  rəy  artıq  formalaşmışdı.  Xaçpərəstliyi 
Hz. İsanın həvariləri olan Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün 
Albaniya kilsəsi ilk apostol kilsəsidir. Ermənilər isə xristianlığı 313-cü ildə qəbul 
etdiklərinə görə  onların həvariyə (apostola) heç bir tərəfdən bağlılığı yoxdur.
Erməni  mənbələrində  Qafqaz  Albaniyası  erməni  yurdu  olaraq  göstərilmiş, 
alban  tarixinə  aid  hadisələr  erməni  tarixinə  şamil  edilmişdir.  Bununla  birlikdə 
ermənilər  alban  abidələrini  silib  üzərinə  ermənicə  mətnlər  yazmış  və  xaç 
işarələri çəkmişlər [3, s. 88]. Şübhə yoxdur ki, alban abidələrində də xaç işarələri 
olmuşdur,  amma  bu  işarələr  erməni  kilsəsindəki  xaç  işarələrindən  olduqca 
fərqlənir.  Yaşadığımız  çağdaş  zamanda  qədim  dövr  alban  tarixçisi  olaraq 
bilinən tarixçilərin əksəriyyəti ermənilər tərəfindən mənimsənilmişdir. Erməni və 
alban kilsələrindəki memarlıq abidələri bir-birindən olduqca fərqlənirlər. Alban 
kilsələrində erməni müqəddəslərinin heykəlləri yoxdur, bu heykəllər ermənilər 
tərəfindən sonradan əlavə edilmişdir [9, s. 22]. 
“Xristianlığın ilk şəhid milləti” iddiası və 
onun beynəlxalq siyasətdə yeri
“Dünyanın ilk xristian etnosu və dövləti” iddiaları ilə kifayətlənməyən ermənilərin 
digər dini strategiyalarından biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır. Bu 
iddia bilavasitə 1915-ci ildə baş vermiş hadisələrlə bağlıdır ki, həmin iddiaların 
arxasında erməni kilsəsi dayanır. Kilsə “qondarma erməni soyqırımı hekayəsi”ni 
əfsanələşdirmiş, uydurulan soyqırımı ilə Nuh Tufanı arasında məntiqsiz bir əlaqə 
quraraq, erməni-türk düşmənçiliyini daha da gərginləşdirmişdir. Bu əfsanəyə görə, 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
72 
guya Tanrı tərəfindən “seçilmiş bir millət” olan ermənilərin Tufan hadisəsindən 
sonra nə qədər dözümlü və əzmli bir xalq olduğu ortaya çıxmışdır. Yəni Tanrı 
onları Nuh Tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar. 
İddiaya görə, birinci imtahandan müvəffəqiyyətlə çıxan erməniləri Tanrı ikinci dəfə 
də imtahana çəkib ki, bu imtahan da əfsanələşdirilən “erməni soyqırımı” iddiasıdır. 
Guya ermənilər kütləvi surətdə məhv edilmək istənilmiş, amma bütün bunlara 
baxmayaraq öz iradəsi, dözümü və əzmi sayəsində millət olaraq tarix səhnəsindən 
silinməmişlər. Ermənilər arasında yayılan inanca görə, birinci fəlakət Tufandırsa, 
ikinci fəlakət türklərdir. Buna görə də türklər ermənilər tərəfindən insan kimi deyil, 
simvolik olaraq təbii fəlakətlərin meydana gətirdiyi hadisələrin sinonimi kimi qəbul 
edilir  [17,  s.  41].  Erməni  kilsəsi  tərəfindən 
şüuraltına  belə  düşüncələr  yerləşdirilmişdir 
ki,  guya  ermənilər  Allahın  lütfü  ilə  necə  ki, 
Tufanda  məhv  olmamış  və  ardından  bütün 
dünyaya yayılaraq ana vətənlərinə qayıtmaq 
gücünü  özlərində  tapa  bilmişdilərsə,  1915-
ci  il  hadisələrindən  sonra  da  həyatda 
qalmağı  bacarmışlar  [20,  s.  103].  Amerikan 
tədqiqatçısı Səmyuel Uimz bu barədə yazır: 
“Ermənilər  xristian  dünyasının  içində  dönə-
dönə nağıllar söyləyərək, özlərinin İisus Xrist 
yolunda  əzabkeş  millət  olması  haqqında 
xristian  dünyasında  ictimai  fikir  yaratmaq 
istəmişlər.  Ermənilər  xristian  olmayan  hər 
şeyin xristianlığa qarşı ziyan, qorxu və nifrət 
olması  təsəvvürünü  formalaşdırırlar.  Bu 
günlər ermənilərin danışdığı ən böyük nağıl 
isə  bundan  ibarətdir  ki,  guya  1915-ci  ildə 
onların  1.5  milyon  nəfər  ulu  babası  türklər 
tərəfindən qətlə yetirilmişdir və bu, iyirminci 
əsrin ilk genosid nağılıdır...” [27, s. 62].
Daha  sonra  o  yazır:  “...Ermənilər  iddia 
edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra 
– onlar bu cür yaxşı xristian olduğundan – 1.5 
milyon  nəfəri  İisus  kimi  zühur  etmişdir.  Hər 
şey bir yana, erməni liderləri xəyali genosidi 
“çarmıxa  çəkilmə”,  yeni  diktator  ölkənin  yaradılmasını  isə  İisus  kimi  “zühur 
etmək”lə müqayisə edirlər. Bu saxtakarlıqdır!...” [27, s. 177]. 
Bu  soyqırımı  əfsanəsindən  bir  amil  olaraq  istifadə  edib  millətin  beynini 
zəhərləyən  erməni  kilsəsi  terror  təşkilatlarını  da  hər  vəchlə  dəstəkləmişdir. 
Ermənilərin  milli  psixologiyasına  görə,  dünyanın  bütün  xristian  ölkələrinin 
ermənilərin haqq səsinə cavab və dəstək vermələri zəruridir. Hər şeydən əvvəl ona 
Amerikan tədqiqatçısı 
Səmyuel Uimz bu barədə yazır: 
“Ermənilər xristian dünyasının 
içində dönə-dönə nağıllar 
söyləyərək, özlərinin İisus 
Xrist yolunda əzabkeş millət 
olması haqqında xristian 
dünyasında ictimai fikir 
yaratmaq istəmişlər. Ermənilər 
xristian olmayan hər şeyin 
xristianlığa qarşı ziyan, qorxu 
və nifrət olması təsəvvürünü 
formalaşdırırlar. Bu günlər 
ermənilərin danışdığı ən 
böyük nağıl isə bundan 
ibarətdir ki, guya 1915-ci ildə 
onların 1.5 milyon nəfər ulu 
babası türklər tərəfindən qətlə 
yetirilmişdir və bu, iyirminci 
əsrin ilk genosid nağılıdır...”


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə