Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
75
resurslar təşkilatının (İRT) bütün işçilərinin riayət etməli olduqları korporativ
məsuliyyət elementlərini ehtiva edən işgüzar etik siyasətə və davranış norma-
larına bir daha nəzər salınmasını vacib sayırıq.
İRT digər peşə-fəaliyyət təşkilatlarından fərqli olaraq çox incə və həssas da-
yaqlar üzərində qurulur. Burada istənilən bir fərdin qeyri-adekvat hərəkəti bu
təşkilatın çox çətinliklə və uzun illər ərzində qazanılmış nüfuzuna xələl gətirə
bilər. Bu baxımdan təşkilatın bütün işçiləri təşkilat qarşısında qoyulan əsas
siyasəti düzgün dərk etməli, müvafiq qərarlar çıxarmalıdırlar. Məsələn, hüquq-
mühafizə və ya hərbi-müdafiə məqsədlərinə xidmət edən təşkilatlarda dövlətin
milli maraqlarına aid olan siyasətin pozulması nəticəsində həm təşkilat, həm də
konkret bir işçiyə qarşı cəza tədbirləri, cərimələr tətbiq oluna, həmin təşkilatın
ləğv edilməsindən tutmuş konkret işçinin həbs edilməsi tədbirləri həyata keçirilə
bilər. Bundan başqa, təşkilat sözügedən siyasəti pozan işçilərinə qarşı müvafiq
intizam tədbirləri görə, o cümlədən onların əmək müqavilələrinə xitam verə bilər.
İRT-də bu münasibətlərin tənzimlənməsi fərqli xarakter daşıya bilər.
Ən yumşaq cəza tədbiri kimi təşkilatın siyasətinə xidmət etməyən işçi mü-
kafatlandırmalardan, xüsusi münasibətlərdən (məsələn, müəyyən ekspert
səlahiyyətlərindən, elmi qiymətləndirmə qurumlarının fəaliyyətinə cəlb
edilməkdən) kənarlaşdırıla bilər. Bir sözlə, korporativ xarakterli bütün təşkilatlar
sankı hər tərəfə səpələnmiş böyük dövlətin kiçik zərrəcikləridirlər. Dövlətin
funksional parametrləri məhdud formada bu təşkilatlarda öz ifadəsini tapır.
İRT siyasətinin həyata keçirilməsi üçün münasib prosedurlar həmin
təşkilatın qərarverici orqanı tərəfindən reallaşdırılır (məsələn, elmi şura, eks-
pert şurası, dissertasiya şurası). Onun qərarlarının yerinə yetirilməsi üçün bü-
tün yarımbölmə idarəçiləri (sonradan menecerlər kimi ifadə olunacaq) vaxtaşırı
olaraq öz əməkdaşları ilə məsləhətləşmələr aparmalı və bu haqda yuxarı ins-
tansiya idarəetmə orqanını xəbərdar etməlidirlər. İRT-lərdə yaranan xidmət və
məhsullar kollektiv əmək nəticəsində müm-
kün olduğu üçün bu qurumlarda hamının
etik davranış normalarına riayət etmələri
öhdəlik kimi qəbul edilməlidir.
XX əsr İRT-lərin sürətlə inkişaf etdiyi bir
dövr kimi tarixə düşmüşdür. XXI əsr isə ar-
tıq İRT-lər dövrü də adlanır. İRT-nin möv-
cud olması onun ətraf mühitinin dəyişmə
tezliyindən asılı olaraq idarəetmənin
ənənəvi və mexaniki vəziyyətdən daha
dərinləşdirilmiş, fərdlərin təşkilatdaxili dav-
ranışının dərk olunaraq anlaşılması əsasında
qurulmasına şərait yaratmışdır. Bu vəziyyət
son onilliklərdə ətraf mühitin sürətli
dəyişkənliyinə tez bir zamanda adaptasiya
oluna bilən İRT idarəetmə sistemlərinin ya-
ranmasına gətirib çıxarmışdır.
Uğurlu İRT fəaliyyətlərinin təhlili göstərdi
XX əsr İRT-lərin sürətlə
inkişaf etdiyi bir dövr kimi
tarixə düşmüşdür. XXI əsr
isə artıq İRT-lər dövrü də
adlanır. İRT-nin mövcud
olması onun ətraf mühitinin
dəyişmə tezliyindən asılı
olaraq idarəetmənin ənənəvi
və mexaniki vəziyyətdən daha
dərinləşdirilmiş, fərdlərin
təşkilatdaxili davranışının
dərk olunaraq anlaşılması
əsasında qurulmasına şərait
yaratmışdır.