Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

49 
 
3.12
 
2008-ci  il  üzrə  YSQS  məlumatları  ictimai  xidmətlərə  və  infrastruktura  çıxıĢ  imkanının, 
onların keyfiyyətinin və davamlılığının qiymətləndirilməsi üçün imkan yaradır. Biz, su, istisi su, 
istilik,  kanalizasiya,  tibbi  və  təhsil  xidmətləri  kimi  ən  zəruri  ictimai  xidmətlərə  çıxıĢ  imkanını, 
onların  keyfiyyətini  və  davamlılığını  nəzərdən  keçiririk.  Mövcud  məlumatlar  Azərbaycanda 
yoxsul  əhalinin  əksər  hissəsinin  zəruri  ictimai  xidmətlərə  zəif  çıxıĢ  imkanına  malik  olduğunu 
aĢkar etmiĢdir (Diaqram 3-7). Əhalinin ən yoxsul 20%-inin (bu yoxsulluq göstəricisinə təqribən 
yaxın bir rəqəmdir) isti su təchizatına çıxıĢ imkanı  məhduddur və bu 20% təĢkil edir. Hətta  ən 
varlı  20%  üçün  çıxıĢ  imkanı  50%-dən  aĢağıdır.  Ən  yoxsul  əhali  qrupu  istilik  mənbəyi  kimi 
oduncaqdan  istifadə  etdiyi  halda,  varlı  Ģəxslər  qızdırıcı  qismində  elektrik  enerjisindən  daha  çox 
istifadə edirlər.   
  
 
Diaqram 3.6 Kvintillər üzrə kommunal xidmətlərə çıxıĢ imkanı 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
3.13
 
Yoxsulların  təkcə  zəruri  ictimai  xidmətlərə  çıxış  imkanı  məhdud  deyil,  onların  bu 
xidmətlərdən istifadə keyfiyyəti də aşağıdır. Diaqram 3-8-də müxtəlif gəlir qrupları üzrə gündəlik 
altı saatdan az su və istilik təchizatına çıxıĢ imkanına malik olan əhalinin nisbəti göstərilmiĢdir.  


50 
 
Əhalinin  ən  yoxsul  20%  hissəsi  gündəlik  olaraq  sözügedən  xidmətlərə  6  saatdan  artıq  çıxıĢ 
imkanına malik deyildir.  
 
Diaqram 3-7 altı saat və daha az kommunal xidmətlərə çıxıĢ imkanına malik əhalinin 
nisbəti 
 
Mənbə: 2008 YSQS məlumatları
 



51 
 
 
Diaqram 3-8 Yoxsul ev təsərrüfatları istehlaklarının böyük bir hissəsini kommunal                                    
xidmətlərə sərf edir    
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
3.14
 
Eyni  zamanda,  daha  varlı  kvintillər  ilə  müqayisədə  ən  yoxsul  kvintildən  olan  ev 
təsərrüfatları  kommunal  xərclərə  daha  çox  vəsait  sərf  edirlər.  Ən  yoxsul  20%  əhali  istehlak 
xərclərinin  demək  olar  ki,  8%-ini  kommunal  xərclərə  sərf  etmiĢdir.  Ən  varlı  20%  üçün  isə  bu 
göstərici  5%-dən  aĢağıdır  (Diaqram  3-9).  Kənd  ərazilərində  yaĢayan  ev  təsərrüfatları  ümumi 
istehlak xərclərinin böyük hissəsini kommunal xərclərə yönəldirlər. ġəhər-kənd əraziləri arasında 
fərqlər  böyük  istehlak  göstəriciləri  arasında  daha  yüksəkdir  ki,  bu  da  həm  kənd,  həm  də  Ģəhər 
ərazilərində  yaĢayan  ən  yoxsul  əhalini  enerji  cəhətdən  yoxsul  əhali  qrupuna  düĢməsinə  səbəb 
olur.
9
  Ġstilik,  elektrik  enerjisi  və  kanalizasiya  xidmətləri  olmadan  yaĢayıĢ  Ģəraitinin  əlveriĢsiz 
olması  həm  insanları,  həm  də  müəssisələri  kənd  ərazilərində  yerləĢməkdən  və  yeni  iqtisadi 
fəaliyyət  növü  ilə  məĢğul  olmaqdan  çəkindirdiyi  üçün  bu  ərazilərdə  ictimai  xidmətlərin 
təchizatındakı çatıĢmazlıqlar yoxsulluğun azaldılması istiqamətində maneə yarada bilər.  
 
3.15
 
Yoxsul əhali daha sıx mənzil şəraitinə malikdir. Ən yoxsul əhalinin 65%-dən çox hissəsi 
onlar  üçün  həddindən  artıq  kiçik  olan  evlərdə  yaĢadıqlarını  bildirmiĢdir.  Azərbaycanda  hətta  ən 
varlı  kvintildən  olan Ģəxslər  belə  sıx  mənzil  Ģəraiti  ilə  üzləĢə  bilirlər  və  ən  varlı  10%  Ģəxslərin 
30%-dən  artıq  hissəsi  sıx  mənzil  Ģəraitinə  malik  olduqlarını  bildirmiĢdir  (Diaqram  3-10). 
Həmçinin,  yarı-sökülmüĢ  evlər,  sınmıĢ  pəncərələr,  su  axıdan  dam  örtükləri  və  əsaslı  təmirə 
ehtiyac barədə əhəmiyyətli Ģikayətlər mövcuddur. Ən yoxsul əhali üçün vəziyyət daha acınacaqlı 
                                                 
9
 Ġctimai xidmətlər üzrə xərclərə su, kanalizasiya, kommunal xidmətlər, elektrik enerjisi və istilik (elektrik 
olmayan) təchizatı üzrə xərclər daxildir.   


52 
 
olsa  da,  bu  problem  ümumilikdə  ölkə  üzrə  geniĢ  yayılmıĢdır  və  Ģəhər  ərazilərinin  sözügedən 
problemdən daha çox əziyyət çəkdiyi nəzərə çarpır. 
 
Diaqram 3-9 Mənzil-yaĢayıĢ Ģəraiti ümumilikdə pis, ən yoxsullar üçün isə daha 
acınacaqlıdır 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
3.16
 
Ən  yoxsul  əhali  arasında  televizor,  soba,  kompüter  və  s.  bu  kimi  uzunmüddətli 
istehlak mallarına  sahib olma  daha  aĢağı  səviyyədədir  və maddi  durum  artdıqca  davamlı 
olaraq  yüksəlir.  Uzunmüddətli  istehlak  mallarına  sahib  olma  müvafiq  Ģəxslərin  və  ev 
təsərrüfatlarının maddi durumunu əks etdirən çox yaxĢı göstəricidir. Ev təsərrüfatlarının və fərdi 
Ģəxslərin  nəzarətində  olan  uzunmüddətli  malların  sayı  onların  cəmiyyətdə  tutduğu  mövqeyi 
müəyyən etməklə yanaĢı yoxsulluqdan və həssaslıqdan qaçmaq ehtimalını  əks etdirir (Lastrapes 
və  Potts  2005).  Bəzi  mallar  gəlir  əldə  etmək  imkanlarına  təsir  göstərir  və  istehlak  xərcləri  və 
məhsuldar  investisiyalar  üçün  baza  yaradırlar.  Azərbaycanda  əhalinin  ən  yoxsul  təbəqəsi  bəzi 
zəruri mallara və xidmətlərə məhdud və ya ümumiyyətlə çıxıĢ imkanına malik deyildir (Diaqram 
3-11). 
 


53 
 
Diaqram 3-10 Uzunmüddətli istehlak mallarına çıxıĢ baxımından geniĢ fərqlər mövcuddur 
 
Mənbə: 2008 YSQS məlumatları
 
 
D.
 
Məcburi köçkünlərin yaĢayıĢ səviyyəsi 
 
3.17
 
Azərbaycanda MK-ların nisbəti hələ də kifayət qədər yüksək olsa da, indiyədək onların 
yaşayış səviyyəsi barədə dəqiq təsvirlər və ya ümumi razılaşdırılmış məlumat mövcud deyildir. 
Onlar cari yaĢayıĢ Ģəraitindən asılı olmayaraq bu qrup yoxsulluğa və risklərə həssas olur. Çünki, 
onların əksəriyyəti fərdi iqtisadi imkanlara malik deyildir və dövlət transferlərindən ciddi Ģəkildə 
asılıdırlar.  2008-ci  il  YSQS  sorğusu  MK-ların  yaĢayıĢ  vəziyyətinin  əvvəllər  olduğundan  daha 
aydın təsəvvürünü yaratmaq üçün 500 MK ev təsərrüfatından ibarət seçməni əhatə etmiĢdir. Bu 
bölmədəki  müzakirə  800  MK  ev  təsərrüfatını  əhatə  edir  -  əlavə  300  ev  təsərrüfatı  ümumi 
seçmədən götürülmüĢdür.  
 
3.18
 
2008-ci il üzrə YSQS məlumatlarına əsasən Azərbaycanın əhalisinin təqribən 11%-i və 
ya  900560  nəfərə  yaxın  şəxslər  məcburi  köçkün  olduqlarını  bildirmişdir.  Bəzi  MK-ların 
Azərbaycan  cəmiyyətinə  inteqrasiya  etməsinə  baxmayaraq  onların  əksəriyyəti  hələ  də  ictimai 
binalarda  və  qeyri-qanuni  ərazilərdə  müvəqqəti  yaĢayıĢ  məskənlərindən  tutmuĢ  Azərbaycan 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə