9
(1966) daxil olmuşdur. 1990-cı ilə kimi Avropa Şurasına Portuqaliya (1976),
İspaniya (1977), Lixtenşteyn (1978), San-Marino (1988), Finlandiya (1989) da
daxil olmaqla, təşkilatın üzvlərinin sayı 23-ə çatmışdır. Macarıstan (1990), Polşa
(1991), Bolqarıstan (1992), Litva (1993), Rumıniya (1993), Slovakiya (1993),
Sloveniya (1993), Çexiya (1993), Estoniya (1993), Andorra (1993), Albaniya
(1993), Latviya (1995), Makedoniya (1995), Moldova (1995), Ukrayna (1995),
Rusiya (1996), Xorvatiya (1996), Gürcüstan (1999), Azərbaycan (2001),
Ermənistan (2001), Bosniya-Herseqovina (2002), Serbiya (2003), Monako (2004)
və Çernoqoriya (2007) təşkilatda tam hüquqlu üzv kimi təmsil olunmaqla təşkilatın
üzvlərinin sayı 47-yə çatmışdır.
Avropa Şurası struktur baxımından beş orqandan ibarətdir: Nazirlər
Komitəsi, Parlament Assambleyası, Avropa İnsan Hüquqları Məhkəməsi,
Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresi və katiblik.
İngilis və fransız dilləri Avropa Şurasının rəsmi dilləridir. Parlament
Assambleyası iclaslarında işçi dil kimi alman və italyan dillərindən də istifadə
olunur. Avropa Şurasının qərargah mənzili Strasburq şəhərində yerləşir.
§ 2. Avropa Şurasının strukturu
2.1. Nazirlər Komitəsi
Nazirlər Komitəsi nizamnamənin 15-16-cı maddələrinə müvafiq olaraq
Avropa Şurasının adından fəaliyyəti həyata keçirməyə səlahiyyəti olan icraedici və
sərəncamverici orqandır. Avropa Şurasının üzvü olan hər bir dövlət Nazirlər
Komitəsində bir nümayəndə ilə təmsil olunur. Komitədə nümayəndə kimi xarici
işlər naziri iştirak etməlidir. Nizamnamənin 14-cü
maddəsinə əsasən, xarici işlər
naziri başqa şəxslə əvəz oluna bilər. Əgər bu mümkündürsə, həmin şəxs hökumətin
üzvü olmalıdır. Faktiki olaraq ancaq 1-ci sessiyasında 1949-cu ildə bütün üzv
dövlətlər xarici işlər nazirləri səviyyəsində təmsil olunmuşdur. Digər hallarda isə
Nazirlər Komitəsində üzv dövlətlərin xarici işlər nazirləri ilə yanaşı, digər vəzifəli
şəxsləri, çox vaxt isə üzv dövlətlərin Parisdə akkreditə olunmuş diplomatik
nümayəndələri iştirak etmişlər.
Komitənin hər bir üzvü bir səsə malikdir. Nazirlər Komitəsi, bir qayda
olaraq, ildə iki dəfə — may və dekabr aylarında toplanır və qapalı iclaslar keçirir.
Nazirlər növbəliklə 6 ay müddətində komitənin sədri funksiyasını yerinə yetirirlər.
Nazirlər Komitəsi Parlament Assambleyasının səlahiyyətinə aid olan
məsələlərdən başqa, Avropa Şurasının daxili və təşkilati işlərinə aid bütün
məsələlər barədə məcburi xarakterli qərarlar qəbul edir. Bu məqsədlə komitə
maliyyə və inzibati sahədə zəruri sərəncamlar verir. Nizamnamənin o qədər
mühüm əhəmiyyət kəsb etməyən müddəalarında dəyişikliklər edilməsi ilə bağlı
təkliflər komitənin əksər üzvlərini təmsil edən üçdə iki hissəsinin səs çoxluğu ilə
qəbul edilir. Bəzi qərarlar, məsələn, yeni üzvlərin qəbulu komitə üzvlərinin
hamısının üçdə iki səs çoxluğunu tələb edir. Nəhayət, bir sıra qərarlar, məsələn,
təşkilatın nizamnaməsinin mühüm müddəalarında dəyişikliklərlə bağlı təkliflər,