Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   2   3   4   5   6   7   8   9   ...   57

 

və  möhkəmləndirilməsi,  vahid  mədəniyyətin  formalaşması  üçün  Avropa 
özünüdərkini möhkəmləndirmək və inkişaf etdirməkdən, üzv dövlətlərin iqtisadi və 
sosial tərəqqisinə yardım etməkdən ibarətdir. 
Avropa Şurası Nizamnaməsinin 1-ci maddəsinin "b" bəndində göstərilir ki, 
Avropa  Şurasının  məqsədi  yaratdığı  orqanlar  vasitəsilə  ümumi  əhəmiyyətli 
məsələlərin  müzakirəsi,  sazişlərin  bağlanması,  iqtisadi,  mədəni,  sosial,  elmi, 
hüquqi, inzibati məsələlərdə birgə fəaliyyətdə həyata keçirilməlidir. Bu göstərir ki,  
Avropa Şurasının səlahiyyət dairəsi  ümumi xarakter daşıyır. Yəni, bu beynəlxalq 
təşkilatın  fəaliyyət  dairəsi  müəyyən  bir  sahə  ilə  məhdudlaşmır,  üzv  dövlətlərin 
fəaliyyətinin  müxtəlif  dairələrini  əhatə  edir.  Ona  görə  də  Avropa  Şurası  ümumi 
səlahiyyətli  beynəlxalq  (regional)  təşkilat  hesab  olunur.  Nizamnamənin  Avropa 
Şurasının  məqsədlərindən  bəhs  edən  1-ci  fəslində  həmçinin  göstərilir  ki,  üzv 
dövlətlərin Avropa Şurasında iştirakı onların BMT-də, digər təşkilat və beynəlxalq 
ittifaqlarda  fəaliyyətinə  mənfi  təsir  göstərməməlidir.  Nizamnamənin  1-ci 
maddəsinin "d" bəndinə əsasən, hərbi məsələlər Avropa Şurasının səlahiyyətlərinə 
aid edilmir. Avropa Surasının vəzifələri 3 qrupa ayrılır: 
1.  Üzv  ölkələr  arasında  "insan  fəaliyyətinin"  bütün  sahələrində 
əməkdaşlığın genişləndirilməsi yolu ilə birliyin möhkəmləndirilməsi. 
2.
 
Avropa  Şurasına  daxil  olmayan  Avropa  dövlətləri  ilə  sosial,  hüquq, 
mədəniyyət,  təhsil,  səhiyyə,  "belə  əməkdaşlığın  arzulandığı"  digər  sahələrdə 
əməkdaşlıq. 
3.
 
BMT  və  onun  orqanlarının  fəaliyyətində  "Avropa  töhfəsini"  verməklə 
iştirak etmək. 
Hüquqi  statusuna  görə  Avropa  Şurası  regional  beynəlxalq  təşkilatdır.  Belə 
ki,  Avropa  Şurası  eyni  region  dövlətləri  tərəfindən  beynəlxalq  saziş  əsasında 
yaradılmışdır  və  təşkilatın  fəaliyyəti  BMT  Nizamnaməsinin  məqsəd  və 
prinsiplərinə  uyğundur.  Nizamnamədə  başqa  təşkilatlar  və  başqa  dövlətlərlə 
müqavilə  bağlaması  barədə  qeyd  olmasa  da,  təcrübədə  Avropa  Şurası  digər 
beynəlxalq  təşkilatlarla  və  dövlətlərlə  əməkdaşlıq  barədə  müqavilələr  bağlayır. 
Məsələn,  Avropa  Şurası  özünün  mənzil  qərargahı  ilə  əlaqədar  Fransa  dövləti  ilə 
müqavilə bağlamışdır. 
İsrail dövləti Avropa Şurasında, ABŞ, Kanada, Yaponi ya Avropa Şurasının 
dövlətlərarası strukturlarında müşahidəçi statusuna malikdir. 
Avropa Şurası beynəlxalq təşkilatların fəaliyyətinin ənənə və metodlarından 
istifadə  edir.  Onun  funksiyasını  əsasən  koordinasiya  təşkil  edir.  Avropa  Şurası 
operativ funksiyalar da yerinə yetirir. Bu da, əsasən, seminar, simpozium, hazırlıq 
kursları, açıq mühazirələr, sərgilərin təşkili və sairdir. 
Avropa  Şurasının  üzvləri:  1949-cu  ildə  10  dövlət  —  Belçika,    Böyük 
Britaniya,  Danimarka,  İrlandiya,  İtaliya,  Lüksemburq,   Fransa,   İsveç,   Norveç,   
Niderland  təşkilatın  nizamnaməsini  imzalamaqla  onu  təsis etmişlər. 1974-cü ilə 
kimi  təşkilata  daha  8  dövlət  —  Yunanıstan  (1949),  Türkiyə  (1949),  İslandiya   
(1950),   Almaniya   (1950),   Avstriya (1956), Kipr (1961), İsveçrə (1963), Malta 


 

(1966) daxil olmuşdur.   1990-cı   ilə  kimi  Avropa   Şurasına   Portuqaliya (1976), 
İspaniya  (1977),  Lixtenşteyn  (1978),  San-Marino  (1988),  Finlandiya  (1989)  da 
daxil  olmaqla,  təşkilatın  üzvlərinin  sayı  23-ə  çatmışdır.  Macarıstan  (1990),  Polşa 
(1991),  Bolqarıstan  (1992),  Litva  (1993),  Rumıniya  (1993),    Slovakiya  (1993),    
Sloveniya  (1993),  Çexiya  (1993),  Estoniya  (1993),  Andorra    (1993),  Albaniya 
(1993),  Latviya  (1995),  Makedoniya  (1995),    Moldova  (1995),  Ukrayna  (1995),    
Rusiya  (1996),  Xorvatiya  (1996),  Gürcüstan  (1999),  Azərbaycan  (2001),   
Ermənistan (2001), Bosniya-Herseqovina (2002), Serbiya (2003), Monako  (2004)  
və Çernoqoriya (2007) təşkilatda tam hüquqlu üzv kimi təmsil olunmaqla təşkilatın 
üzvlərinin sayı 47-yə çatmışdır. 
Avropa  Şurası  struktur  baxımından  beş  orqandan  ibarətdir:  Nazirlər 
Komitəsi,    Parlament    Assambleyası,      Avropa  İnsan  Hüquqları  Məhkəməsi, 
Avropanın Yerli və Regional Hakimiyyətlər Konqresi və katiblik. 
İngilis  və  fransız  dilləri  Avropa  Şurasının  rəsmi  dilləridir.  Parlament 
Assambleyası  iclaslarında  işçi  dil  kimi  alman  və  italyan  dillərindən  də  istifadə 
olunur. Avropa Şurasının qərargah mənzili Strasburq şəhərində yerləşir. 
 
§ 2. Avropa Şurasının strukturu 
2.1. Nazirlər Komitəsi 
Nazirlər   Komitəsi   nizamnamənin   15-16-cı   maddələrinə müvafiq olaraq 
Avropa Şurasının adından fəaliyyəti həyata keçirməyə səlahiyyəti olan icraedici və 
sərəncamverici  orqandır.  Avropa  Şurasının  üzvü  olan  hər  bir  dövlət  Nazirlər 
Komitəsində  bir  nümayəndə  ilə  təmsil  olunur.  Komitədə  nümayəndə  kimi  xarici 
işlər  naziri  iştirak  etməlidir.  Nizamnamənin  14-cü  maddəsinə  əsasən,  xarici  işlər 
naziri başqa şəxslə əvəz oluna bilər. Əgər bu mümkündürsə, həmin şəxs hökumətin 
üzvü  olmalıdır.  Faktiki  olaraq  ancaq  1-ci  sessiyasında  1949-cu  ildə  bütün  üzv 
dövlətlər  xarici  işlər  nazirləri  səviyyəsində  təmsil  olunmuşdur.  Digər  hallarda  isə 
Nazirlər Komitəsində üzv dövlətlərin xarici işlər nazirləri ilə yanaşı,  digər vəzifəli 
şəxsləri,  çox  vaxt  isə  üzv  dövlətlərin  Parisdə  akkreditə  olunmuş  diplomatik 
nümayəndələri iştirak etmişlər. 
Komitənin  hər  bir  üzvü  bir  səsə  malikdir.  Nazirlər  Komitəsi,  bir  qayda 
olaraq, ildə iki dəfə — may və dekabr aylarında toplanır və qapalı iclaslar keçirir. 
Nazirlər növbəliklə 6 ay müddətində komitənin sədri funksiyasını yerinə yetirirlər. 
Nazirlər  Komitəsi  Parlament  Assambleyasının  səlahiyyətinə  aid  olan 
məsələlərdən  başqa,  Avropa  Şurasının  daxili  və  təşkilati  işlərinə  aid  bütün 
məsələlər  barədə  məcburi  xarakterli  qərarlar  qəbul  edir.  Bu  məqsədlə  komitə 
maliyyə  və  inzibati  sahədə  zəruri  sərəncamlar  verir.  Nizamnamənin  o  qədər 
mühüm  əhəmiyyət  kəsb  etməyən  müddəalarında  dəyişikliklər  edilməsi  ilə  bağlı 
təkliflər komitənin əksər  üzvlərini təmsil edən üçdə  iki  hissəsinin səs çoxluğu ilə 
qəbul  edilir.  Bəzi  qərarlar,  məsələn,  yeni  üzvlərin  qəbulu  komitə  üzvlərinin 
hamısının  üçdə  iki  səs  çoxluğunu  tələb  edir.  Nəhayət,  bir  sıra  qərarlar,  məsələn, 
təşkilatın  nizamnaməsinin  mühüm  müddəalarında  dəyişikliklərlə  bağlı  təkliflər, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə