Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə49/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   45   46   47   48   49   50   51   52   ...   299

67 

 

nəzərə  alaraq  məbus  intixabini  ancaq  milli  şuraya  mühəvvəl  etmişdir.  Binaən  ileyh  etibarnamə  komissiyası 



şamaxılıların istidasını qəbul etməyəcəkdir. 

Bundan mayda Şəki qəzası müsəlmanları və yəhudilər parlamentə ərzi-hal verərək məbuslarının miqdarının 

artmasını və Azərbaycanda sükunət edən ukraynalılar məclisi-məbusanda kəndilərinə iki yer verilməsini istid"a 

etmişlərdir.  Ukraynalıların  ərzi-halı  milli  şura  tərəfindən  deyil,  konsul  tərəfindən  verilmiş  olduğundan  rəsmi 

cəhətdən  qeyri-məqbul  ədd  olunaraq  rəsmiyyət  ifasınadək  məsələ  açıq  buraxılır,  Şəki  müsəlmanları  və 

yəhudilərin istidası isə rədd edilir. Çünki, əvvəla parlamanımız çalışmalıdır və çalışır ki, ən yaxın bir zamanda 

məclisi-müəssisan çağırılsın. Digər tərəfdən də şurayi-milli qanununa görə parlament məbuslarının miqdarı 120 

olmalıdır. Şimdi bunların ərzi-halına əməl edildikdə və belə olarsa gələcəkdə sair əyalətlərdən də belə istid‖alar 

varid  olacağını  nəzərə  aldıqda  anlaşılır  ki,  biz  şurayi-milli  qanununun  miqdar  haqqındakı  maddəsini  tez-tez 

dəyişməli olacağız. Bu isə mümkün və məmul deyildir. 



Qara bəy Qarabəyli - Bakı qəzası tərəfindən verilən istid‖anın cavabını istəyir. 

Rüstəmbəyli - Cavab verir ki, bu dəxi ümumi məsələdən ol-duğundan üzvlərin miqdarı qanuna görə qəbul 

ediləməz. Lazım 

[152 - 153]

 gələrsə bunu məclisi-məbusan ancaq qanun təriqi ilə keçirə bilər. Qarabəyli Qara 

bəy  müxtəsər  bir  nitq  irad  edərək  deyir  ki,  əlbəttə  parlament  əzasının  120  olması  bir  qanundur  və  biz  də  bu 

qanunun  xilafinə  iş  görmək  istəməriz,  fəqət  24  para  kənddən  ibarət  və  84.000  nüfuza  malik  olub  da  heç  bir 

intixabatda  iştirak  etməmiş  olan  əhalinin  ixtiyarı  var  özünə  yer  tələb  etsin.  Bakı  qəzası  sairləri  kimi 

nümayəndəsinin  çoxaldılmasını  deyil,  ancaq  yer  verilməsini  istəyir.  Zənnimcə  Məclisi-Məbusan  bu  məsələdə 

Bakı  qəzasının  xahişini  nəzərə  alaraq  qanundan  müstəsna  olmaq  üzrə  qəzaya  istədiki  yeri  verə  bilir.  Mən 

"İttihad"  firqəsi  tərəfindən  təklif  edirəm  ki,  onlara  yer  versin,  bilxassə  ki,  onlar  məbuslarını  seçmişlərdirdə. 

Nümayəndələri hazırdır. 

Bundan  sonra  da  bir  neçə  natiq  danışaraq  istidalara  əməl  olunmasını  istəyirlər,  əzcümlə  Abdulla  bəy 

Əfəndiyev Şəki müsəlmanlarının istidasını müdafiə edir. Və Əhməd Cövdət həm mandat komitəsi məruzəsində 

bəzi  anlaşılmaz  cəhətlər  olduğunun  və  sabiq  natiqləri  tənqid  edir.  Çox  mübahisədən  sonra  qərar  verilir  ki, 

etibarnamə  komissiyasının  təklif  etdiyi  etibarnamələr  təsdiq  və  açıq  buraxılan  məsələlər  isə  fraksiyalarda 

danışılmaq  üzrə  gələn  iclasda  qəti  surətdə  həll  edilsin.  Növbədə  İrəvan  müəlmanları  nümayəndələrinin  ərzi-

halıdır. Sədrin təklifi üzrə katib ərzi-halı oxuyur: 

“Azərbaycan parlamenti rəisinin hüzurinə 

İrəvan  quberniyası musəlmanlarının zeyldə 

imzaları mundəriç nümayəndələrindən ərzi-hal 

1917 sənəsi dekabrdan 1918 sənəsi iyuna qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki 

yüzdən ziyadə müsəlman kəndləri atəşə tutulub tar-mar olub, bunların əhalisi isə qismən qətl, qismən də dağlara 

qaçıb  buralarda  səvuq  və  aclıqdan  tələf  olmuşlar.  İrəvan  quberniyasının  müsəlmanlar  ilə  tamamən  məskun 

qəzaları ki, ibarət ola bütün Sürməlidən, İrəvan,  İçmiyədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələrindən 

Osmanlı  ordusu  tərəfindən  işğal  olunduqdan  sonra  burasında  yaşayan  ermənilər  yeni  təşkil  olunmuş  Erməni 

cumhuriyyətinin  dairəsinə  hicrət  etmişlər.  Digər  tərəfdən  osmanlılar  işğal  etdikləri  mahallarda  da  100  minə 

qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən 

[153 - 154] 

köçmüşlər. Bunları da hicrətə 80 ziyadə 

müsəlman  kəndlərini  atəşə  tutub  talan  edən  ermənilər  məcbur  etmişlər.  Bu  münval  ilə  burasında  sırf 

müsəlmanlar  ilə  məskun  500  min  əhali  havi  bir  məhəl  törəmiş,  müstəqil  bir  hala  düşdükdən  sonra  da  bu 

müsəlmanlar burada kəndlilərinə bir hökumət təşkil etməyə də müvəffəq olmuşlar isə də kəndlilərinin həmişə 

Azərbaycanın ayrılmaz bir parçası ədd edilmək ilə bərabər və bunu ancaq arzu edirlər ki, gələcəkləri və taleləri 

ümum sülh konfransında həll olancaya qədər təhti-asayişdə yaşamalarına mane olmasınlar. 

Əlyom erməni qoşunları Sürməli qəzasını təmamən, İrəvan, Şərur və İçmiyədzin qəzalarının müsəlmanlar ilə 

məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərdə bərabər yerli müsəlmanları qismən 

kəsib, qismən köylərindən çıxarıb İrana hicrət etmək məcburiyyətinə salırlar. Belə sui-rəftardan müsəlmanların 

təmanən  tələf  və  məhv  olması  şübhə  xaricində  müsəddiq  bir  şeydir.  Məcburiyyət  ilə  müsəlmanlardan 

təmizlənmiş mahallara Osmanlı Ermənistanından zar etmiş erməniləri köçürürlər. 

İrəvan quberniyasının bəzi mahallarının təmamilə müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və 

başqa  şərait  üzrə  Azərbaycanın  ayrılmaz  hissəsi  ədd  olunmasını  nəzərə  alıb  və  məcburən  bu  mahalları 

müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilaf və ziddi-qanun hesab edərək bu 

mahallar  məsələsini  qəti  surətdə  həllini  sülh  konfransına  buraxaraq  bu  imzaları  zilrdə  mündəric  İrəvan 

müsəlmanları  nümayəndələri  cənabi  rəisi  zati  alilərinizdən  İrəvan  müsəlmanları  mövcudinin  mühafizəsi  üçün 

lazım gələn tədabir ittixaz etmənizi rica ediriz. 

4 yanvar 1919. 

İmzalar: Parlament üzvü Teymur bəy Makinski 

parlament üzvü Məhərrəmov,parlament üzvü 

Əkbəraqa Şeyxulişlamov, Rəşid bəy İsmayılov, 

Ə. Makinski, Yusif Tahirov, A. Sultanov, Paşa bəy.” 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə