Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə48/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   44   45   46   47   48   49   50   51   ...   299

65 

 

Sədr - Heyəti-rüəsa təsdiq edir ki, burada belə sözlər deyilməmişdir. (Soldan: Deyilə də bilməz). 



Məhərrəmov - Rica edirəm, söz veriniz. 

Sədr - Nə barədə danışmaq istəyirsiniz? Buyurunuz. 

Məhərrəmov - "İttihad" və "Sosialistlər" fraksiyaları... 

Sosialistlər (yerlərindən) - Adə, gəl bu yana. 

Sədr - Gələcək iclasın təyini heyəti-rüəsayəmü həvalə edilir. 

İclas saat 2 2/1-də xitami-nəzir olur. 

 

Arxiv, f.895, siy.1,vər.59-64. 



66 

 

 



№ 7 

 

Yeddinci iclas 

8 yanvar 1919-ci il 

 

İclas  saat  2-dən  20  dəqiqə  işləmiş  doktor  Ağayev  həzrətlərinin  sədarətilə  açılır.  Katib  Əhməd  Cövdət 



cənablarıdır. 

Diplomatlar  lojasında  Dağıstanlılar  cumhuriyyətinin  Azərbaycan  nümayəndəsi  və  Dağıstan  hökuməti 

nazirliyindən müsafirətən şəhərimizdə bulunan İbrahim bəy Heydərov həzrətləri və qeyriləri əyləşmişdilər. 

Rəisi vükəla Fətəli Xan Xoyski həzrətləri başda olmaq üzrə nazirlər dəxi ümumiyyətlə isbati-vücud edirlər. 

Tamaşaçılar üçün təyin edilmiş yerlər doludur. Xanımlar üçün ayrılmış lojalar dəxi xanımlar ilə dolu idilər. 

Doktor Ağayev iclası açaraq ruznameyi-müzakiratı elan edir. 

Növbədəki məsələlər: 

1.  Varid  olan  teleqramlar  və  kağızlar;  2.  İki  məbusun  ərzi-halı;  3.Etibarnamə  komisyonunun  məruzəsi;  4. 

İrəvan  quberniyası  müsəlmanlarının  əhvalı  haqqında  bir  ərzi-hal;  5.  Əfvi-umumi  haqqında  qanun  layihəsi; 

6.Fəhlələr məsələsi haqqında türk ədəmi-mərkəziyyət "Müsavat" firqəsinin məsai nəzərinə xitabən estihzahi; 7. 

Lənkəran  və  Muğan  məsələsi  haqqında  türk  ədəmi-mərkəziyyət  firqəsinin  hökumətə  xitabən  estizahı;  8. 

Hacıqabul  moqefindəki  hadisə  xəbəri  münasibətilə  parlamanın  "sosialistlər"  fraksiyası  tərəfindən  hökumətə 

xitabən estizahi. 

Sonra Ermənistan cumhuriyyəti və erməni milli şurası tərəfindən və Ağdamdan alınmış teleqramlar oxunur. 

Azərbaycan Məclisi-Məbusanı açılan zaman ümum parlamanlar və əzcümlə Ermənistan parlamanına çəkmiş 

olduğu teleqrafa şimdi Ermənistan milli şurası tərəfindən cavab alınmışdır: 



"Azərbaycan Məclisi-Məbusanı sədri Həzrətlərinin 

hüzuri-alilərinə 

Azərbaycan  cumhuriyyəti  idarəsi,  vilayətin  hakimi  olan  məclisi-məbusanın  təhti-idarəsinə  keçməsi 

münasibətilə 

[150 - 151]

 Ermənistan milli şurası səmimi qəlbdən şad və məsrur olmuşdur. 

Parlamanın  güşadini  zati-aliləri  tərəfindən  çekilibdə  yanvarın  birində  bizə  vüsal  olmuş  teleqramlardan 

öyrəndik. Əsrlərdən bəri iki həmsayə arasındakı dostluğu bir feyzi ziqiymət ədd edərək Ermənistan milli şurası 

həmin dostluğun davam və bəqası məsələsini təqib edəcək və iki dost hökumətin dövləti mənafeini birləşdirmək 

üçün daha müəssir vəsilələr aramaqda qüsur göstərməyərək bunları yekdigərilə yaqlaşdıracaqdır. 

"Ermənistan Şurayi-milisi rəisi  Saakyan." 

Bədə Ağdamdan alınmış zoyldə yazılan təbrik teleqramı oxunur: 



Azərbaycan Məclisi-Məbusanı sədri Həzrətlərinə: 

Əziz  vətənimiz  Azərbaycanın  təşkilinin  böylə  və  mühüm,  müşkül  bir  dövründə  biz  Ağdam  mahalının 

nümayəndəlri; müstəqil Azərbaycanımızın mənafei və onun parlamentini müdafiə və mühafizə səmimi qəlb ilə 

hazır  olduğumuzu  öz  parlamentimizə  izhar  etməklə  bərabər  əmin  oluruz  ki,  ən  yaxın  bir  zamanda  Məclisi-

Müəssisan dəvəti ilə müstəqil yaşamağımız üçün demokratik əsaslar həmişəlik bərpa olacaq, hər şeydən ziyadə 

daxildə asayiş və əmniyyət üçün və xaricdən olan təərrüzlərin olan dəfi üçün əsgəri bir qüvvə lazım olduğundan 

həmin qüvvənin əcələ ilə təşkil tapmasını arzu ediriz. 

İldırım xan, Hidayət, Həmid, 

Muxtar, Zeynal və başqaları". 

Bu teleqramlardan sonra Cavanşir qəzası məbusu doktor Cəmil bəy Ləmbəranski və Səlyan məbusu Baxış 

bəy Rüstəmbəyov cənabları tərəfindən verilmiş ərzi-hallara baxılır. Bu məbuslar 10 gün məzuniyyət istəyirlər. 

"Sosialistlər" fraksiyası tərəfindən Qarayev təklif edir ki, məbuslardan bir çoxu məzuniyyətə gedib, bəziləri 

də hökumət və parlaman tərəfindən Avropaya və sair işlərə göndərilmiş olduqlarından müvəqqəti olaraq heç bir 

kəsə məzuniyyət verilməsi və məzkur iki məbusun ərzi-halı qəbul edilməsin. 

Səs qoyulduqda əksəriyyət ilə bu təklif qəbula keçir. 

Bədə  etibarnamə  komissyonu  tərəfindən  Rüstəmbəyli  Şəfi  bəy  məruzə  verərək  bəyan  edir  ki,  komissiyaya 

yenidən bir 

[151 - 152]

 neçə qanun üzərinə tərtib verilmiş etibarnamə varid olmuşdur ki, onların qəbul və təsdiq 

edilməsini  parlamana  təklif  edir.  Bu  cümlədən  olmaq  üzrə  Cavanşir  qəzasından  seçilmiş  doktor  Cəmil  bəy 

Ləmbəranski, Qubadan seçilmiş Əli bəy Zizikski, rus milli şurası tərəfindən seçilmiş beş məbusun etibarnaməsi 

şuraya-milli qanuninə müvafiqdir. Əlavə Səlyandan iki məbus seçilmişdir: Rəşid bəy Axundzadə və Baxşı bəy 

Rüstəmbəyov. Bunlardan birisini qəza milli şurası, digərini bələdiyyə idarəsi intixab etməli idi. Halbuki ikisi də 

milli şura tərəfindən seçilmişdir. Ona görə etibarnamə komissiyası Baxış bəy məsələsini açıq buraxaraq, qəza 

tərəfindən  seçilmiş  olan  Rəşid  bəy  Axundzadənin  təsdiqini  təklif  edir.  Bir  də  Şamaxı  əhalisindən  bir  ərzi-hal 

varid olaraq bələdiyyə idarəsinə bir məbus seçilməsi üçün izin verilməsini istida" edirlər. Bu istid"a şurayi-milli 

qanununa ziddir. Zira milli şura parlament qanun verən zaman Şamaxı şəhrini xüsusi şərait altında bulunduğunu 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə