Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə45/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   41   42   43   44   45   46   47   48   ...   299

60 

 

Məhərrəmov  -  Parlmanda  təşkil  olunmuş  sosialistlər  ittifaqı  fraksiyası  tərəfindən  yeni  hökumətə  etimad 

bəyan edəriz. (Alqış). 

Şeyxülislamov - Parlamentin hümmət fraksiyası yeni hökümətə etimadını izhar ediyor. (Alqış). 

Sədr - Söz istəyən yox isə, müsavat fraksiyonu tərəfindən daxil olmuş təklifi elan edəlim. 

Əhməd  Cövdət  (oxuyur)  -  Hökumət  bəyənnaməsini  dinləyərək  Azərbaycan  məclisi-məbusanı  Fətəlixan 

Xoyski hökumətinə etimad eylədiyini bəyan ilə növbədəki məsələlərə keçir. (Alqış). 



Sədr  -  Başqa  bir  təklif  yoxdur.  Binaən-ileyh  mən  bu  təklifi  səsə  qoyuram.  Hər  kəs  bu  təklifin  tərəfdarıdır 

əlini qaldırsın. (Əllər qalxır). Hər kəs əleyhinədir? (Əllər qalxır). Hər kim iştirak etmir? Əlini qaldırsın. (Əllər 

qalxır).  Deməli,  parlament  istizah  firqəsi  iştirak  etməzsiz  bu  təklifi  qəbul  edib  növbədəki  məsələlərə  keçir. 

(Soldan: gələcək). İltifat ediniz. İkinci istihzah barəsində deyirəm ki, müəllifi geri götürür. 



Əhməd Cövdət - Komisyonlar tərəfindən təklif edilən namizədlər bunlardır: 

[138 - 139]

 

"İttihad"  fraksiyonundan:  Maliyyə  komissiyasına  Mehdiyev;  Məclisi-Məbusan  seçkilərinə  Qazi  Əhməd 



Məmmədbəyov, Əmələ komisyonuna Heybətqulu Məmmədbəyov; 

"Əhrar"  fraksiyasından:  Məclisi-Müəssisan  seçkiləri  komisyonuna  Abdulla  bəy  Əfəndiyev,  maliyyə 

komisyonuna Hacı Molla Əhməd Nuruzadə, fəhlə komisyonuna Bayram Niyazi Kiçikxanov. 

"Sosialistlər  İttifaqı"  fraksiyasından:  fəhlə  komisyonuna  Rza  Qaraşov,  maliyyə-büdcə  komisyonuna 

Məmməd Məhərrəmov, Məclisi-Müəssisan seçkiləri komisyasına Cəmo bəy Hacınski; 

Müsavat  fraksiyasından:  Məclisi-Müəssisan  seçkiləri  komisyonuna  Məmməd  Əmin  Rəsulzadə,  maliyyə 

komisyasına Nərimanbəyov, fəhlə komisyasına Məlik Yeqanov; 

Sosial-demokrat  fəhlə  firqəsi  "hümmət"  fraksiyasından:  fəhlə  komisyonuna  Əliheydər  Qarayev,  maliyyə 

komisyonuna Əkbərağa Şeyxülislamov; 

Əqəliyyət təşkil edən millətlərdən: fəhlə komisyonuna Tsixakaya, maliyyə komisyonuna Koxman, Məclisi-

Müəssisan seçkiləri komisyonuna Vanseviç

Birtərəflər fraksiyonundan: fəhlə komisyonuna Abuzər bəy, maliyyə komisyonuna Əliağa Həsənov, Məclisi-

Müəssisan seçkiləri komisyasına Teymur bəy Makinski. 

Sədr - Bu namizədlərə etiraz yox isə qəbul olunur. Sabah etimadnamə komisyonu və başqa komisyonlarda 

saat  11-də  buraya  cəm  olsunlar.  Rica  edirəm  gələcək  məclisin  vaxtını  müəyyən  edəsiniz.  (Səslər:  Heyəti  rüsa 

təyin  edər).  Qalıb  bir  məsələ:  əfvi-ümumi  istizah  barəsində.  İstizah  hər  kim  bunun  təxiri  tərəfdarıdır  əlini 

qaldırsın.  (Mərkəzdən:  Şimdi  əksinə).  Rica  edirəm,  mane  olmayasınız,  hər  kim  bunun  əleyhinədir  əlini 

qaldırsın. Deməli, məsələ keçmədi, qalır. 

Məclis saat 4.20 dəqiqədə qapanır. 

 

Arxiv: f.895,siy. 1 ,iş. 1, vər.50-57. 




61 

 

 



№ 6 

 

Altıncı iclas 

 

30 dekabr 1918-ci il 

 

Məclis saat 1 tamamda doktor Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdətin katibliyi ilə açılır. 



Sədr - Parlamentin iclası açılır. (rusca tərcümə). Bu günkü ruznameyi müzakirat heyəti rüəsa tərəfindən belə 

tərtib verilmişdir: 

1.Parlament  əzasından  Mehdi  bəy  Hacıbabəyov  ilə  Hacı  Kərim  əfəndilərin  hərəsinin  10  gün  məzuniyyət 

istəməsi;  2.Gürcüstan  parlamentinin  təbriki;  3."Əhrar"  fraksiyasıın  ərzi-halı;  4.Son  həbslər  haqqında  istizah; 

5.Əfvi ümumi layihəsi; 6.Sair məsələlər. 

Fəqət ruznamədəki məsələlərin müzakirəsinə şüru" etmədən əvvəl ərz etməliyəm ki, əfv ümumi layihəsinin 

müəllifləri  onu  yenidən  nəzərdən  keçirərək,  yenidən  tərtib  vermək  üçün  geri  götürmüşlərdir.  Şimdi  bu 

ruznaməyə etiraz yoxsa, qəbul edəlim. 



Əhməd bəy (yerindən) - Rica edərdim bir kaç söz müsaidə buyurasınız. 

Sədr - Buyurunuz, buyurunuz. 

Əhməd  bəy  - Əfəndilər! Qəzetdə general Tomsonun son bəyənnaməsini oxudunuz və əhəmiyyətini təqdir 

etdiniz.  Bu  bəyənnamə  həqiqətən  şayani  təqdirdir.  Bunun  bu  gün  bizim  üçün  nə  qədər  əhəmiyyəti  olduğu 

məlumdur.  Onun  məzmunu  millət  və  hökumətimiz  üçün  şayani  təbrik  bir  müvəffəqiyyətdir.  Daha  Ənzəlidə 

Müttəfiq  dövlətlərin  nümayəndələri  ilə  müzakirə  olunarkən  Azərbaycan  bəzi  müşkülat  çıxara  bilərdi.  Və  öz 

paytaxtını  müdafiə  müqtədir  bir  halda  idi.  Fəqət  Azərbaycan  üç  böyük  dövlət  ilə  qovğa  etmək  fikrini  hələ 

ibtidaidən bərtərəf etmişdi. Çünki bu dövlətlər böyük müharibəyə girmədən əvvəl ufaq məmləkətlərin azadlığı, 

onların  hüququnu  müdafiə  uğrunda  müharibəyə  girişdiklərini  mütəmadiyən  elan  etməkdə  idilər.  Daha  sonra 

məzkur hökumətlər Amerika cəmahiri müttəhidəsi rəisi-cümhuri cənab Vilsonun dünyaya atmış və bəşəriyyətə 

təbəşşür  etmiş  olduğu  14  maddəni  kəndilərinə  şüar 

[140  -  141]

  və  bir  bayraq  edərək  meydana  çıxarmışdılar. 

Binaən-ileyh İngiltərə, Fransa və Amerika nümayəndələri Ənzəlidə müzakiratda bulunan zaman biz bilirdik ki, 

gəldikləri  yerlərdə  yaşayan  kiçik  millətləri  əzmək  üçün  deyil,  o  millətlərin  haqq  və  mövcudiyyətlərini  təmin 

edəcəklərdir.  Biz  buna  əmin  idik.  Ona  görədir  ki,  azərbaycanlılar  hələ  Ənzəlidə  ikən  qovğayi  birtərəf  edərək 

müttəfiqlərin şərəf və namusuna inanıb da vətənimizin geniş bucaqlarını onların üzərinə açdılar. Onlar burada 

bulunurlar.  Mən  bunu  qeyd  etmək  istəyirəm  ki,  müttəfiqlər  qüvvəsinin  rəisi  general  Tomson  bu  vaxtadək 

Ənzəlidə vermiş olduğu sözlərin heç birindən inhiraf etməmişdir. Rəisi-vükəla dediyi kimi bizə rəayət etmişdir. 

Bizə verdiyi sözlərin heç birisinə əks iş görməmişdir. Bu yolda general Tomsonun son bəyənnaməsi sözlərimin 

doğruluğunu isbat etdi. Tomson cənablarının bəyənnaməsindən iki nöqteyə parlament əzalarının diqqətini cəlb 

etməyə, bu iki mühüm nöqtənin bütün parlament və millət tərəfindən qeyd edilməsini təmənna edirəm. Tomson 

cənabları  Azərbaycan  dairəsində  qanuni  və  məşru"  bir  hökumət  olmaq  üzrə  yalnız  Azərbaycan  hökumətini 

tanıyır. Və ona kömək, yardım, müavinətdə bulunacağı qeyd edilir. Əfəndilər! Azərbaycan milli mövcudiyyətin 

mühafizə  yolunda  bu  birinci  qədəmidir.  İşbu  birinci qədəmi  biz  təbrik  ediriz.  (Alqış).  haqq  heç  vaxt  payimal 

olmaz. Müttəfiqlər nümayəndələri hələ Ənzəliyə gələrkən bizim barəmizdə böhtani və iftira ilə zəhərlənmiş və 

başqa bir fikirdə idilər. Amma yalnız gələrkən bizi başqa bir şəkildə gördülər. gəlib yaxından tanıdılar. Sülh və 

müsalimət  hanki  tərəfdə  olduğunu  anladılar.  Bizi  tanıdılar.  Şimdiki  müttəfiqimiz  də  haman  bundandır.  Bizə 

qarşı çıxarılan süni cəbr və provakasiyaya cavab verdik, çünki haqlı olduğumuza əmin idik. Şimdi də nəticəni 

görüriz.  Azərbaycan  istiqlaliyyəti  yolunda  köksümüzü  gərərək  daima  eyni  mətanət,  eyni  əzmkarlığımızı 

göstərərək müstəqil yaşamağa layiq və müstəhər olduğumuza səbat edəcəyiz. (Alqış). 

Məmməd  Əmin  Rəsulzadə  -  Möhtərəm  Əhməd  bəy  həzrətləri  tərəfindən  şayani-qeyd  görülən  məsələlər 

həqiqətən calibi diqqət və məclis tərəfindən qeyd olunacaq mühüm  məsələdir. Daha ingilis və sair müttəfiqlər 

qoşunu  paytaxtımıza  daxil  olan  zaman  Azərbaycan  paytaxtında  yaşayıb  da  "Azərbaycan"  fikrinə 

[141  -  142]

 

muariz  və  qüvvəyə  tabe  olaraq  məqami-təslimdə  bulunanlardan  kənardan  başqa  bir  qüvvə  gəlir  ki,  ruhlanıb 



tərizə  başladılar.  Bir  çox  ünsürlər  və  onların  gəlməsindən  bir  ruh  alaraq  Azərbaycanın  kökünü  baltalamağa 

başlamışlar.  Əhməd  bəy  kimi  azərbaycanlılar  özlərinin  haqlı  olduqlarına  və  müttəfiqlərin  öz  qövllərinə  sadiq 

qalacaqlarına  əmin  olduqlarından  Azərbaycan  paytaxtında  baş  qaldıran  intriqadan  müztərib  idilərsə  də  lakin 

naümid deyildilər. Lakin nə qədər ümid varlıq hasil olsa da bundan belə Azərbaycanı tanıyanların artıq bir daha 

iş körməyəcəklərinə inanmaq səhvdir. Əvvəlinci günlərdə biz burada xof ilə rica arasında idik. Biz ozümüzün 

haqlı  olduğumuza  görə  ixtilal  çıxarmağa  qadir  idiksə  də  yenə  ixtilal  çıxarmadıq,  zira  ki,  hüququmuza  əl 

uzadılmayacağına  inanırdıq.  Lakin  əhvalın  belə  olduğunu  yalnız  iş  başında  duranlar,  yalnız  siyasilər  bilirlər. 

Amma cəmaət, cəmaətin böyük kütləsi əhvaldan bixəbər olduğundan Azərbaycan fikri əleyhinə də bulunanların 

hərəkətlərini  görüb  şübhədə  idilər.  Müttəfiqlərin  vürudindən  sonra  birinci  hərəkətlər  şübhəyi  daha  da  artırdı. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə