Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə43/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   39   40   41   42   43   44   45   46   ...   299

58 

 

müvəqqəti  və  motəbər,  möhkəm  bir  hökumət  təşkil  etməkdir.  Cümhuriyyətin  həqiqi  sahibi  olanlar  məclisi-



müəssisanı  intixab  üçün  ədalətli  bir  seçki  qanunu  tərtib  etməkdir  və  həmin  qanun  üzrə  məclisi-müəssisan 

toplanıb vətənə sahib oluncaya qədər davam edib durmaqdadır. Ancaq bu təriq ilə toplanmış məclis, vətənin ağır 

vəzifələrini  daşımağa  haqlıdır.  Ancaq  belə  bir  məclisi  ümum  vətənin  havadarı,  hər  sinif,  hər  millət  və  hər 

təbəqənin  müvərriçi  əfkarı  və  ayineyi-həyatı  ola  bilər.  Əvət,  parlamentimizin  ümdə  vəzifələri  bunlardan 

ibarətdir. Hökumətimizə gəldikdə bu təşkilatın sağlamlığını əhəmiyyətini bu gün bilməyənlər yoxdur. hökumət, 

parlament indində məsul olmalı və parlament göstərdiyi yollar ilə getməli isə də müstəqil, müttəhid, möhkəm, 

mötəbər və mükəmməl bir qüvveyi-icraiyyə təşkil etmişdə onun birinci vəzifələrindəndir. Hökumət borcludur, 

sarsılmaz  bir  xətti-hərəkət  kötürüb  vətəni  adilanə  və  aqilanə  bir  surətdə  idarə  etsin.  Daxili  və  xarici  siyasəti-

vətəniyyəyi sağlam bir fikir sayəsində yürüdüb, hər daim millət və vətəninin namusunu mühafizə etsin. Ancaq 

belə bir hökumət arxasında parlament və onun vasitəsilə bütün vətən övladını görə biləcəkdir. Böylə olmayan 

hökumət vətən xaini və millət düşməni namını daşımaya müstəhəq olacaqdır. Cümhuriyyətimizin diri bir vücud 

kimi  fikrimizdə  mücəssəm  edər  isək  o  vücudun  baş  məclisi-məbusan  havası  zahirə  və  batinəsi  və  ya  başqa 

əhəmiyyətə hayiz əzası ilə hökumətdir: necə ki göz görmək, qulaq eşitmək, əl işləmək, dil danışmaq üçündür. 

Bu üzvlərdən və ya başqalarından hər biri öz işlərində mütəxəssisdilər, və ancaq oz işlərinə məşğuldurlar. Fəqət, 

ümum üzvlərin yeganə məqsədləri yalnız bir bədənə, bir ruha xidmət etməkdir; həmçinin hökumət üzvləri də 

özlərinə vaküzar edilmiş vəzifələri və hər kəs öz vəzifəsini daşımağa məcburdur. Və necə ki, bədən üzvləri öz 

vəzifələrindən imtina etdikdə bu fəlakətə səbəb ola bilər. həmçinin ricali hökumət öz vəzifələrini daşımazlar isə 

vətəni  və  milləti  böyük-böyük  fəlakətlərə  düçar  edə  bilərlər.  Buna  binaən  əvvəla,  nazirlərdən  hər  biri  təhti-

idarəsinə  verilmiş  şöbənin  mütəxəssisi  olmalıdır.  Saniyən  hər  nazir  kəndi  müəyyən  vəzifəsini  vətənin  hal  və 

ezayi  siyasiyyəyə  müvafiq  yürütməyə  borcludur.  Salisən  nazirlər  öz 

[133  -  134]

  fəaliyyətsizliyi  "Əhvali-

siyasətdən naşıdır"  - deyə doğrultmaqdan qəti surətdə vaz  keçməlidirlər. Daxili işlərə məşğul olmayan nazirin 

daxili  naziri  namini  daşımağa  həqqi  yoxdur.  Maarif  işləri  ilə  məşğul  olmayan  nazir  maarif  naziri  namini 

daşıyamaz və həkəza bunlar sabiq hökumət tərəfindən bizə verilən bəyənatın ziddinə olaraq hərəkət etməlidir. 

Yəni  siyasət  incəliyinə  hər  nazir  ixtisas  dairəsində  fəaliyyətini  çoxaltmalıdır.  Rabiən  ayrı-ayrı  nazirlərin 

yürütdüyü siyasət ümumi vətən siyasətinə zidd olmamaq şərti ilə onların bütün heyəti yəni heyəti-vükəla ümumi 

işlərdə  bir  vücud  kimi  hərəkət  etməlidirlər.  Belə  olmaz  isə  övzayi-vətən  şimdiki  halından  dəxi  fəna  hallara 

düşəcəkdir. Bir baxın görün ki, biçarə vətən bu saat bir məzarıstana bənzəyir. Yollarımız xarabazara dönübdür. 

Poçta-teleqrafımız  hənuz  intizama  düşməyibdir.  Əhalinin  əlindən  mal-qarası  çıxıbdır,  taxıl  günü-gündən 

bahalanır, odun-kömür, qənd, neft, çay kimi ləvazimat məhz bu gün dövlətlilərə məxsus olubdur; soyğunçuluq, 

rüşvətxorluq,  ədalətsizlik  və  özübəylik  saatbasaat  kəsbi  şiddət  edir.  Türklər  yerlərinə  çəkildikcə  ümumi 

pozğunluq  yavaş-yavaş  baş  qaldırmaqdadır.  Əsgərlik  üsulu  əhalini  bu  müqəddəs  vəzifədən  nifrətləndirdi. 

Varlılar rüşvət və tərəfkirlik sayəsində əsgərlikdən qaçdılar, hər yerdə bu ağır vəzifə yalnız füqəranın üzərinə 

atıldı. Bunun ilə bərabər həmçinin füqəra üçün yeməyə çörək yox, qənd, çay və libas yox, öləndə də bürünməyə 

kəfən yox. Xəstəliklər əhalini ot biçən kimi qırıb tökür. Ölənlərin sayı yüz mini təcavüz etdi. Dünənki on-on beş 

sayından  ibarət  ailənin  qapısına  bu  gün  qıfıl  vuruldu.  Əhalisi  minləri  təcavüz  kəndlər  bu  gün  başdan-başa 

bayquşlar çövlangahi olubdur. Həkim yox, dərman yox, xəstələrə yemək yox, həkim olan yerlərdə də ona rücu" 

etməkdənsə  xəstə  üçün  ölüb  qurtarmaq  daha  ucuz  oturur.  Möhtəkirlərin  fəaliyyət  sahəsinə  heç  bir  yerdə  nə 

sərhəd var və nə əleyhinə tədbir. Məmləkətimizin daxili işlərinin bu cəhətlərinə böyük əhəmiyyət verilməlidir. 

Hər şey nizam və intizam təhtinə alıb şimdidən ümumi fəlakətin və tarixi bədbəxtliyin önünü almalıdır. 

İşbu  mülahizələri  nəzərdə  tutub  fraksiyamızın  verdiyi  qərar  vətən  məsul  mötəmid  və  mükəmməl  bir 

hökumətə  təslim  üçün  yardım  etməkdir.  Vətənin  istiqlalını  və  cümhuriyyət 

[134  -  135]

  anam  əsaslı  surət 

idarəsini  var  qüvvəsi  ilə  müdafiə  etməkdir.  Əqəliyyətin  həqqini  təmin  edici  və  məhəllərdə  məskun  əhalisinin 

nüfuzuna mütənasib seçki qanunu tərtib edib vətənin həqiqi sahibi olan məclisi-müəssisanı ən yavuq zamanda iş 

başına dəvət etməkdir. Bunun ilə bərabər bu gün biz inqilab surətilə elan edilmiş Azərbaycan istiqlalını bütün 

aləm qarşısında uca bir səslə alqışlayırız və səmimi qəlb ilə elan ediriz ki, vətənimiz övladının ədalət və bilafərq 

din  və  millət  hər  hüquqa  malik  olması  qayeyi  amalımızdandır.  Millətimizin  şərəf  və  namusunu  bir  an 

unutmayaraq,  qonşu  millətlər  və  dövlətlər  ilə  əlaqeyi  dustananə  möhkəmləndirməyi  hökumətimizin  vəzaifi 

aliyəsindən  ədd  ediyoruz.  Vətən  və  millətimizin  nümayəndələrini  qonşu  cümhuriyyətlər  nümayəndələri  ilə 

müttəfiqən  sülh  konfransına  iştirak  etdirməyə  və  istiqlalımızı  təsdiq  etdirməyə  var-qüvvəmiz  ilə  çalışacağıq. 

Başqa hüquqi maliyyəyə qərarımız belədir ki, hüriyyətlər qanunən başdan-başa təmin edilməlidir, amma kin və 

heysiyyəyi  şəxsiyyəyə  tərizdən  məsun  olmalıdır.  Əkinçilərin  və  fəhlələrin  halı  lazımi  dərəcədə 

yüngülləşdirilməlidir.  Qanun  öz  təhti  qərarı  alınmış  xırda  mülklərdə  həqiqi  təkamülü  olmalıdır.  İri  topraqları 

sabiq padişaha və onun nəslinə böyük mülkədarlara və xüsusi maliklərə mütəəlliq topraqları xəzinəyə gətürüb 

əkinçi  ailələrinin  nüfuzuna  mütənasib  məccanən  paylanmalıdır.  Xüsusi  topraqları  əvəzində  xəzinədən  bədəl 

vermək məsələsini Məclisi-Müəssisana həvalə edilməlidir. Topraqlar sərvətdarlar əlinə keçməsin deyə əkinçilər 

aldıq-ları  topraq  payını  satmaq  ixtiyarına  malik  olmamalıdır.  Fəhlə  sinfinin  yomiyyə  zəhmətinin  müddəti  8 

saatdan  ziyadə  olmamalıdır.  Onların  keçinəcəyi  hifzi  —  səhiyyələri,  maarif  işləri,  kassaları  və  başqa  tələbatı 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə