Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə42/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   38   39   40   41   42   43   44   45   ...   299

57 

 

özünü  heç  kimsəyə  ehsas  etdirəməz.  Onun  üçün  lazım  bilirəm  ki,  heç  bir  sinif  fərqi  olmadan  hər  kəs  əskərə 



alınsın. Heç bir yuxarı, aşağı tərəhhüm edilməsin. (Ümumi alqışlar). Nəzarətlərə sıxılmış, gizlənmişlərin kaffəsi 

alınmalı (Mərkəzdən və soldan alqışlar). Belələrinə şiddətli cəza verərək həp ordu içərisinə atmalıdır. Əks halda 

çüftçinin cocuğu alınsa verməməyə haqqı vardır. Bu növ ilə hökumətdən əzm və səbat istərəm. 

Xariciyyə gəldikdə yenə də keçmişdən şikayətə məcburam. Şimdiyə qədər lazım gələn xarici tədabir ittixaz 

edilmədi.  Qonşularımızdan  Ermənistan  ilə  bizim  yekdiklərimizə  mürəxxis  göndərməmiz  lazım  idi.  (Soldan: 

Doğrudur,  bu  keçmiş  dövlətdir).  Halbuki,  erməni-müsəlman  münasibəti  və  bütün  Zaqafqaziya  millətlərini 

barışdırmaq bizim üçün ən böyük məsələ, ən birinci vəzifədir. (Alqışhar). Burada hər iki tərəfdən nümayəndə 

olması ilə başa gələn bir iş deyildir. Ancaq biz istiqlalımızı Avropaya tanıtdırmış idik. Azərbaycan bir coğrafi 

ism  deyil,  yer  üzərində  yaşayan  bir  millətin  olduğunu  onun  qulağına  yetişdirmək,  Azərbaycan  öz 

mövcudiyyətini Avropaya bu vaxtadəkin andırmamışdır. (Soldan: Vaxtları yoxdur). 



Əhməd bəy - Nələri yox idi? 

Soldan - Vaxtları. 

[130 - 131]

 

Əhməd bəy - Halbuki iki vəzifə vardır. Məndən irəlidəki rəfiqim bir az idealist olaraq demokratlıqdan bəhs 

edərək böyük imkanda bulunur. Heyhat! Zənn edirəm ki, kəndisini bildirməyənlər üçün böylə bir nəticənin əldə 

edilməsi  bənddir.  Mahaldır.  Kimin  dostu,  nufuzu  var  o  tanılar.  Dostluqdan  irəli  qüvvətdi  düşünülür.  Binaən 

ileyh  Avropada  satqın  propaqandalar  vasitəsilə  kəndimizə  nüfuz  qazanılmağını  bəyani  təəssüf  etməmək  qabil 

deyildir. 

Avropa  ilə  yolumuz  bağlıdır.  Orada  nə  olduğunu  bilmiriz.  Halbuki  Avropada  ―vüqu‖  olan  hadisatdan 

müqəddəratımız  asılıdır.  Avropada  nə  olduğunu  bilməli,  ona  münasib  də  siyasətimiz  olmalıdır.  Ona  görə  də 

Avropa  ilə  kuryerlər  olmamasına  təəssüf  etməyə  məcbur  oluram.  Burada  beş  il  mahudlu  masalar  ətrafında 

kənardan xəbərsiz siyasət yürüdülməz. Bütün keçmişə aid bu xətaları soyləməkdə məqsədim atidə bunların bir 

daha təkrar olmaması üçündür. Ümid edirəm ki, hökumət öz deklarasiyasının həyata tətbiqində təmamən təzyiq 

etməklə əzmkar olmasının dilərik. Bitərəflər naminə etimad edirəm. (Alqışlar). 

Sədr - Söz "Əhrar" fraksiyasından Abdulla bəy Əfəndiyevindir. 

Abdulla  bəy  (oxuyur)  -  1914  sənəsində  alovlanmış  və  get-gedə  bütün  yer  üzünü  əhatə  etmiş  millətlər 

müharibəsi  hənuz  təmamilə  qurtarmayıbsa  da  fəqət  qurtarmağa  üz  qoyubdur.  Aləmşümul  müharibə  tarixi-

bəşəriyyətdə  misli  görünməyən  və  ölçüyə,  çəkiyə  yerləşməyən  can,  mal  və  pul  tələfatına  səbəb  olmuş  isə  də 

digər tərəfdən mənhus istibdadın və qaniçən millitarizmin əsaslarını dağıtdı, usuli-idarələrin mahiyyəti dəyişdi, 

yüz  sənələrcə  demokratizm  gəlməsindən  qorxan  və  həmişə  onun  əleyhinə  qalxışan  cəmaət  siniflərini  bu  gün 

istər-istəməz demokratizm tərəf etdi. "Hər millət öz müqəddəratını təmin etməyə haqlıdır" kimi müqəddəs və ali 

fikirlər  doğurub  meydana  gətirdi.  Həyati  bəşəriyyəni  əsarət  zəncirindən  qurtarıb  təbii  yoluna  qoydu.  Daha  bu 

gündən sonra millətlərin təkamülü onların diriliyindən və fədakarlığından asılıdır. Daha fərdi millətlər namə ilə 

kəndini  keçindirmək  imkanı-namalik  olacaqdır.  Bu  xüsusda  fraksiyamızın  imanı  kamildir.  Lakin  fraksiya 

burasını  da  yəqin  bilir  ki,  "Haqq  alınar,  verilməz!"  Hüquqi-bəşəriyyəyi  ancaq  ləyaqəti  olan,  onun  yolunda 

qurbanlar verən və hava su kimi onun qədr və qiymətini bilən 

[131 - 132]

 millətlər malik olacaqlar. Əks surətdə 

yəni  azadlıq  yolunda  heç  bir  fədakarlıqda  bulunmayan  millətlər  yenidən  qəyyum  altında  yaşamağa  məcbur 

olacaqlardır.  Hüquqi-bəşəriyyədən  məhrum  qalacaqdır.  Keçmişdən  daha  şiddətli  bir  əsarətə  kiriftar  olacaqlar. 

Xoş o millətlərin halına ki, müəzzəm və mədəni millətlər ilə həmhüquq olmaq şərti ilə onların sırasında məqam 

tutmağa  müvəffəq  olacaqlar.  Vay  o  millətlərin  halına  ki,  bu  səadətdən,  bu  xoşbəxtlikdən  məhrum  qalacaqlar. 

Tarixi bəşəriyyətdə parlaq ad qazanmış türk milləti niəcibiyyeyi-əzəməsinin bir kütləsini təşkil edən Azərbaycan 

türkləri  bu  axırıncı  vüquat  tarixinə  də  azacıq  olsa  kəndi  diriliyini  və  dirilik  sayəsində  hər  hüquqa  malik  ola 

biləcəyini kərrat ilə isbat etmişdir. Deməli, bu millət hər bir cəhətdən müstəqil yaşamaya layiq millətlərdəndir. 

Bina  bərin  pişrovları,  millət  ziyalıları,  milləti-əhvali  ruhiyyəsini  öyrənir  isə  onun  ayəndəsi  üçün  heç 

fədakarlıqdan geri duramaz isə onun xəstəliyini tədqiq və müayinə edib müalicəsinə səmimiyyətlə çalışır isə və 

həmin  səmimiyyət  qarşısında  əhalinin  etimadını  qazanır isə  o  surətdə  demək  olar  ki,  bizlərdə  yaşarız;  mədəni 

millətlər sırasında məqam tutmağa bizim də haqqımız vardır. Buna binaən başqa millətlərdə olduğu kimi bizim 

də  rical  hökumətimiz  belə  adamlarda  mütəşəkkil  olmalı  idi.  Heyfaki,  altı-yeddi  aylıq  tərcübə  azacıq  olsa  da 

bizlərə  əmniyyət  verdi.  Təəssüflər  olsun  ki,  millətimizdə  gördüyümüz  diriliyi,  fədakarlığı  bu  ana  kimi 

hökumətimizdə  görmədik.  Fəqət,  nə  etməli  keçən  keçibdir.  Hal-hazırımızın  siyasəti  böyük  əhəmiyyət  kəsb 

etməklə  bərabər  öylə  nazik  öylə  incə  məqamlara  varıb  ki,  həm  parlament  və  həm  hökumət  tərəfindən  böyük 

çalışqanlıq  və  həkimanə  bir  taktika  istər.  Daha  bu  gündən  belə  yoxlamaq  qəbul  edilməz.  Bir  xəyanət  bir 

cinayətdə.  Əgər  mən  fəaliyyətsizlik  üzündən  bir  bədbəxtliyə  uğraramsa,  əmin  olun  ki,  bütün  məsuliyyət 

parlament  əksəriyyətinin  və  əksəriyyət  təşkil  etdiyi hökumətin  üzərinə  gələcəkdir.  Parlamentimizdə  baxılır  isə 

buna  məmləkətimizdə  mövcud  olan  cəmaət  təbəqələrinin  nümayəndələri  ictimai,  müəyyən  seçki  qanunu 

mocibincə  və  ədalətnamə  ilə  intixab  edilmiş  millət  məbusları  palatası  dəyəmiyəcəyi  ümum  parlament 

fraksiyalarının diqqətini cəlb etmişdir. Bina bizim şimdiki parlamentimizə, biz fəqət vaxtın təqazası mocibincə 

və  inqilab  sotilə 

[132  -  133]

  təşkil  olunmuş  parlamentin  önü  deyə  biləriz.  Belə  parlamentin  ümdə  vəzifələri 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə