Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə41/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   37   38   39   40   41   42   43   44   ...   299

56 

 

Sədr - Mən ozüm təklif edirəm. 

5 dəqiqə tənəffüs elan edildi. 

[127 - 128]

 

Tənəffüsdən sonra. 



Sədr  -  İclasın  davamına  şüru  edilir.  Söz  Əhməd  bəy  Ağayevə  verilir.  (Əhməd  bəy  məclisdə  yoxdur).  Söz 

Məmməd Əmin Rəsulzadənindir. 



Məmməd  Əmin  Rəsulzadə  -  Yeni  təşkil  olunmuş  hökumətin  bəyənnaməsini  nə  kimi  bir  zamanda 

eşitdiyimizi, bəyannaməni müzakirə etməkdən əvvəl qeyd etmək istəyirəm. Xaricən məmləkətimizin nə kibi bir 

vəziyyətdə olduğu bəllidir. Fəqət, bu müşkül vəziyyət yalnız xaricdə olmayıb daxildə də belədir. Bu müşkülat 

qarşısında  olduğumuz  bu  gündə  icra  olunacaq  hadisələrdən  aşkardır.  Bu  gün  şəhər  həyatı  büsbütün 

dondurulmuşdur.  Hökumətimizin  bəyənnaməsində  deyildiyi  kibi  əhalinin  bir  hissəsi  burada  hazır  deyildir. 

Gərək məclisimizin bu nöqsanı gərək daxili işlərimiz nə tör müşkülat qarşısında olduğumuzu isbat edir. Əvət! 

Müxtəlif  cərəyan  və  hərəkətları  ruhlandıran  bir  ruh,  bir  əməl  vardır.  Onlara  istinadda  bulunmaq  istəməli.  Bu 

kürsü böhtandan uzaq qalmalıdır. Və əldə isbat olmadan söz söyləməmək əxzi-amalımızdır. (Alqışlar). 

Bu  gün  ortada  olan  həbsləri  bəhanə  edərkən  şəhərimizin  həyatı  durdurulmuşdur.  Bunlar  nəşr  etdikləri 

bəyənnamələrində  və  qəzetlərində  nə  deyirlər?  Bunlar  deyirlər  ki,  bizim  düşmənimiz  aclıq  və  aclıq  qədər 

müdhiş  Azərbaycan  hökumətidir.  (Soldan:  doğrudur,  eyibdir).  Böylə  mühüm  bir  zamanda  hökumət  rəisinin 

istiqlalımızın  göz  bəbəyi  kimi  mühafizə  olunacağını  söyləməsi  kibi  münasib  bir  zaman  olamaz.  (Sürəkli 

alqışlar). 

Sədr (zəngi vuraraq) - Parlamanda əza olmayanlardan rica edirəm nə əl vurmaqla, nə də qeyri hərəkətlər ilə 

öz hissiyyatlarını bəyan etməsinlər. 



Rəsulzadə  (sözünə  dəvam  ilə)  -  Əsl  məqsədləri  bu  ikən  siyasi  hürriyyətlərdən  bəhs  edirlər.  Batil  məqsəd 

üçün  haqqa  söz  söyləyirlər.  Göz  bəbəyi  kimi  mühafizə  olunacaq  istiqlalımızın  hər  fitnəyə  qarşı  müdafiə 

olunacağına  ümid  edilim.  Bu  əzmdə  yalnız  bir  hökumət  deyildir.  Bütün  millət  bu  əzmdədir.  Bu  gün  bizim 

istiqlalımızı  tanımaq  istəməyənlər  həqiqi  demokratlar  deyildir.  Çünki  həqiqi  demokrat  və  həqiqi  sosialistlər 

üçün  qara  cins,  ağ  cins  yoxdur.  Bunlar  üçün  ancaq  haqq  və  hüquq  vardır.  Bütün  əmələlər  və  zəhmətkeşlər 

bilməlidir ki, bütün Azərbaycanın da buna haqqı vardır. Bu xüsusda bütün həqiqətpərəstlər bizimlədir. Bunlar 

hürr  bir  millətin  istiqlalını  göz  bəbəyi  kimi  sevən  hökumət  ilə  də  bərabər  olacaqlardır.  Hökumətin 

bəyənnaməsində  mühüm  bir  nöqtə  görürüz  ki,  o  da  biz  müsavat  firqəsi  və  digər  demokratik  firqələr  nöqteyi-

nəzərindən diqqətə şayandır. Hökumət bir millətin süqutunu təşkil edən əmələlər ilə kəndlilərdən ibarətdir deyir. 

Haqqi müdafiə etmək əmələ, fəhlə və köylüləri müdafiə etmək deməkdir. Hökumət bu xüsusda bizi daima özü 

ilə  bərabər  görəcəkdir.  Fəqət  lazımdır  ki,  bu  sözdə  qalmayıb  işə  keçsin.  Hökumət  rəisinin  ağzından  eşidilən 

sözlər bunu isbat edir. Müsavat fraksiyasının deklarasiyasındakı bir çox maddələri [hökumət] bəyannaməsində 

də gördüyümüzdən məmnun oluruz. Hökumət bəyannaməsinə sadiq qaldığı müddətcə tamamilə müsavat firqəsi 

və əzasının etimadına məzhər olur. (Alqışlar). 



Sədr - Söz Əhməd bəy Ağayevindir. 

Əhməd  bəy  Ağayev  -  Möhtərəm  əfəndilər! Məndən əvvəlki  natiq  möhtərəm  rəfiqim  hökumətin  haqqında 

həssas pək sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluram. Fəqət, onunla mənim aramızda bir fərq var 

ki, onun atəşi çox, mənim atəşim sönmüş, o gəncdir, mən ixtiyar, onun bir az göylərdə gəzməyə haqqı var, mən 

isə yeri görməyə məcburam. Hökumətin bəyənnaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəl 

amalımızdır.  Hər  bir  kəndi  şərəfini,  kəndi  amalını  bilən  azərbaycanlı  bunu  duymalı  və  bu  yolda  olmalıdır. 

(Alqışlar).  Lakin  bu  əməlin  ölməmiş  və  onun  qövldən  felə  keçməsi  üçün  birinci  amil  (faktor)  var  isə  o  da 

hökumətin kəndisidir. Bunu unutmamalıyam ki, məmləkətimiz qayət böyük təhlükələr ilə əhatəlidir. Gecə qara 

gələn  fırtına  oynayır.  Biz  də  bir  taxta  para  kibi  bu  fırtınalar  içində  yuvarlanırız.  Bunu  qurtaracaq  yenə 

hökumətdir.  Bunu  qurtarmaq  üçün  də  mən  bir  əzmkar  hökumət  istərəm.  Fəqət,  söylədiyim  taxta  para  təkcə 

bizdən  ibarət  deyildir  ki,  onun  üçün  düşünmədən  işə  başlayalım.  Bu  taxta  paranın  özü  də  3  milyonluq 

Azərbaycan,  onun  şərəfi  qadın  və  cocuqları  bulunur.  Bunları  xilas  etməklə  böyük  bir  vəzifə  ifa  etmiş  oluruz. 

Rəisi-vükəla  bir  qism  bir  vəzifeyi  öhdəsinə  götürdüyü  xüsusunda  bəyan  etdiyi  bütün  fikrinə  iştirak  edirəm. 

Bununla  bərabər  hökumətin  dəxi  bir  proqramı  olmalıdır.  O  da  bu  taxta  parayi  aparmaq  üçün  sərməkan  təşkil 

edəcəkdir. O sükan üzrə sağa-sola baxmayaraq düz 

[129  - 130] 

doğru amalına doğru kürəklərini çəkib o taxta 

parayi əzmkaranə bir sahili nicata çıxarmaqdır. Əcəba hökumətin sükana və əlindəki kürəklər nədən ibarət ola 

bilər?  Biri  kəndi  üçün  yapdığı  proqramdan,  dikəri  o  barədə  (volya)dan  ki,  o  da  Bəyənnamədən  məlum  oldu. 

İstiqlalımızı xaricə qəbul etdirmədən əvvəl hökumətimizi daxildən təsdiq etdirməliyiz. Ona görə hökumətimiz 

daxili və xarici düşmənləri məhv edəcək bir hökumət olmalıdır. (Mərkəzdən alqış). 

Məəttəssüf,  hökumət  iradəsini  göstərdiyi  zamanı  olmamışdır.  (Mərkəzdən:  düzdür).  Məəttəssüf  ələmlə 

deyəcəyəm  ki,  hokumət  daxilində  işlər  lazım  olmayan  adamlar  əlinə  tapşırılmışdı.  Binaən  ileyh  daxildə 

hökuməti  düzəldəcək  qəti  tədbirlərə  müraciəti  lazım  bilirəm.  Ən  layiq,  ən  müdəbbir  adamların  iş  başına 

götürülməsini arzu edirəm. Yalnız, bu vasitələr ilədir ki, sui-istemala xitam verilir. Və hökumət nahiyələrdə, hər 

yerdə varlığına ehsas etdirir. Bir də rəis tərəfindən bir ordunun təşkilinin lüzumu göstərildi. Onsuz da hökumət 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə