Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə40/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   36   37   38   39   40   41   42   43   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

55 

 

çünki əsgər gedərkən ola bilir ki, dağıtsın, yıxsın. Bizim yola dördüncü təpik belə dəydi. Bu qayda ilə bu yola 



dörd dəfə təpik dəymiş olur. İndi belə bir yoldan nə gözləmək olar? Özünüz bilirsiniz ki, yollarda qulluqçular da 

xaricidir,  özümüzünkü  deyildir.  Bunlardan  olmazın  əziyyətlər  olur.  Qulluqçular  özlərini  pis  aparırlar.  Belə 

olduqda  mə'lumdur  ki,  işlər  yollarda  daha  da  yaman  olacaqdır.  Bununla  belə  höku-mət  sizə  söz  verir  ki,  bu 

qaydasızlıqlar  tezliklə  düzəlib,  cinayətlər  də  rəf  ediləcək.  Bir  neçə  məsələlər  daha  var.  Maliyyə  nəzarəti 

haqqında  bir  neçə  söz  söyləməliyəm.  Özünüz  bilirsiniz  ki,  bizim  heç  paramız  yoxdur.  Bir  qədər  (bon)umuz 

vardır ki, onlar da müvəqqəti idi, tezliklə dəyişməli idi. Bu aşkar şeydir ki, Azərbaycanın öz pulu olsun. Bunu 

demək lazım degil. Bunu da təkrar etmək ehtiyacı yoxdur ki, tezlik ilə naloqlar cəm olmalıdır. Naloqlar da gəlirə 

münasib olub, kasıblarınkını götürüb, varlıların, sərvətlilərin üzərinə yıxmalıdır. (Mərkəz və soldan alqış). 

Bir neçə söz ədliyyə nəzarəti barəsində demək istəyirəm. Özünüz bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu 

olmaz isə heç bir dövlətin işi yürüməz, nə qədər tənbeh və cəza olsa da yenə də ədliyyə nəzarəti olmalıdır. Bu 

olmaz  isə  əhali  bilməz  ki,  neçin  və  nədən  ötəri  onu  cəzalanldırırlar,  səbəblərini  anlamaz.  O  halda  ki,  sənin 

sözünü  məhkəmələr  danışırlar,  özün  də  görürsən  ki,  cəzanın  səbəbi  nədir?  Ədalətə  müvafiq  olduğu  orada 

görüləcəkdir.  Bu  mühüm  şeydir.  Ədliyyəsi  olmayan  məmləkətdə  tərəqqi  dəxi  olmaz,  məmləkət  irəliləməz. 

Məhkəmələr də o dildə olmalıdır ki, orada isə olan 

[125 - 126]

 adamlar hökmləri anlaya bilsinlər. Məhkəmənin 

dilini  başa  düşmədikdə  məhkum  da  öz  işinin  doğru  olduğuna  heç  zaman  əmin  olamaz.  Fəqət  bunu  bu  vaxta 

təkin  etmək  mümkün  degil  idi.  Hökumətimiz  də  bu  barədə  çalışır  ki,  o  qayda  ilə  getsin,  çünki  bunu  ümum 

cəmaət  üçün  uyğun  olmaqlıq  tələb  edir.  Bu  məsələlərdən  sonra  bir  neçə  məsələlər  daha  vardır  ki,  onların 

haqqında uzun danışıb başınızı ağrıtmaq istəmirəm. Bunlardan bir poçta-teleqraf və səhiyeyi-ümumiyyə nəzarəti 

olmasıdır. Bunların hamısı haqqında lazımi qədər tədbirlər görməyi özümüzə borc biliriz. Bunlardan başqa iki 

məsələ də vardır ki, onlardan bir fəhlə, digəri əkinçi məsələsidir. Hökumət millət üçün olduğu aşkardır. Millətin 

əksəriyyəti fəhlə və kəndçidən ibarətdir. (Sol və mərkəzdən alqış). Hökumət bilir ki, torpaq əkinçiyə verilməz 

isə, fəhlənin həyatı təmin edilməz isə o hökumət yürüməz. (Mərkəz və soldan alqış). Hökumət bunun üçün bir 

məsai  nəzarəti  düzəltməyə  qərar  verdi,  taki  fəhlələr  də  insan  surətində  dolana  bilsinlər.  (Alqış  mərkəzdən  və 

soldan). Onların həyatı təmin olunsun. Onu da təkrar edirəm ki, onlar lazımdır səkkiz saat işləsinlər, ondan artıq 

onları  işləməyə  qoymasınlar.  (Alqışlar).  Bu  vəzifələri  əminəm  ki,  məsai  nəzarəti  başa  yetirəcəkdir.  Qaldı  ki, 

torpaq  məsələsi:  hökumət  bunu  da  sizə  şadlıq  ilə  deyəcək  ki,  bu  barədə  parlament  fraksiyaları  həmrəydirlər. 

Hökumət  buna  binaən  lazım  bilir  ki,  torpaq  əvəzsiz  olaraq  əkinçiyə  verilsin.  (Soldan  və  mərkəzdən  sürəkli 

alqışlar). 

Möhtərəm məbuslar! O hökumət ki, sizin rəyinizlə işləyir üzərinə başqa yol götürmür və götürə də bilməz. 

(soldan: qoymarıq). Onu da bilirsiniz ki, elə böyük və mühüm məsələdir ki, onu bu vaxta kimi heç bir millətdə 

lazımı qaydaya salan olmamışdır. Bu bir qələm cızmaqla həll edilən məsələ deyildir. Bunu gərək qaydaya salaq. 

Millətin ixtiyarında nə olduğunu, kimə nə qədər verilməsini bilsək və gərək bunun barəsində böyük materiallar 

toplansın. Bunu da hökumət tezlik ilə başa gətirməyi öhdəsinə alır. (Mərkəzdən və soldan alqış). Ona görə sizin 

xahişiniz ilə nə qədər mümkündür Məclisi-Müəssisan çağrılana qədər torpaq məsələsini hökumət qəti surətdə 

həll etməyə çalışacaqdır. Məclisi-Müəssisan dəvət edilənədək əkinçilər həyatını yaxşılaşdırmaqdan ötəri lazımi 

materialları 

[126  -  127] 

hökumət  hazırlayacaqdır  ki,  o  məclis  yığışılana  qədər  birinci  növbədə  bunu  həll  etmiş 

olsun. 

O  fikirləri  hökumət  ərz  etməyi  borclu  bilir  ki,  söylədim.  Aşkardır  ki,  hökumət  parlament  deyən  qayda  ilə 



getməlidir. Bununla da sözümü qurtarmaq istəyirəm. Fəqət, kəndi sözümü bitirmədən əvvəl başladığım sözü ərz 

etməliyəm.  Hökumətin  qabağında  mühüm  bir  məsələ  var  isə  o  da  istiqlaliyyət  məsələsidir.  Bizim  birinci 

məsələmiz budur. Buna da diqqət edəcəyiz. Sizlərdə buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu 

istiqlaliyyət  tək  adamların  dediyi  olmayıb,  bütün  millətin  xahişidir.  Bir  yerdə  millətin  xahişi  olsa  və  o  yolda 

çalışsa, o millət azadə olsa öz məsqədinə çatacaqdır. (Soldan və mərkəzdən alqış). Özünüz bilirsiniz ki, hökumət 

boynuna  böyük  qorxu  ilə  yeni  kabinənin  işini  aparmaq  vəzifəsini  götürübdür.  Çox  vaxt  mənim  ozümün  və 

yoldaşlarımın da fikrinə gəlir ki, bəlkə boynumuza çox ağır yük gotürmüşük. Fəqət bir şey vardır ki, bizdə ümid 

oyadan sizin kömək və etimadınızdır. Hökumət xüsusunda sözümü qurtarmaqdan irəli Allahdan tofiq və sizdənn 

kömək istəməklə yeni hökumətin əzalarını sizə bildirmək istəyirəm. 

Təşkil  etmək  istədiyim  kabinə  işbu  zəvatdan  mürəkkəbdir.  Mən  rəisi-vükəla  və  xariciyyə  naziri, 

Xasməmmədov daxiliyyə naziri, Mehmandarov Səməd bəy hərbiyyə naziri, Məhəmməd Həsən Hacınski dovlət 

müfəttişi, Burutalov maliyyə naziri, Səfikürdski Aslan bəy poçta və teleqraf, Mirzə Əsədullayev ticarət naziri, 

Məlikaslanov təriq və müabir naziri, Nəsib bəy Yusifbəyov maarif naziri, Lizqor ərzaq naziri. Bunlardan əlavə 

dörd  nazir  də  boş  qalmışdır.  Siz  bilirsiniz  ki,  erməni  qonşularımız  da  bizimlə  hökumət  parlamentində  iştirak 

etməlidirlər.  Fəqət,  bu  vaxtadək  onlar  gəlməmişlərdir.  Bu  dörddən  üçünü  erməni  namizədlərinə,  biri  isə  rus 

millətinə məxsusdur. Biz də isə biliriz ki, onlar bizim ilə iştirak etmək istəyəcəklər. Bu sırada bu yerlər onlara 

veriləcəkdir. Şimdi kabinəyə etimad etmək sizdən asılıdır. 

Sədr - Hökumət bəyənnaməsini müzakirədən əvvəl beş dəqiqə tənəffüs elan edirəm. 

Məmməd Əmin Rəsulzadə - Belə təklif olubmu? 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə