Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə39/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   35   36   37   38   39   40   41   42   ...   299

54 

 

verən şəhərimizdəki müttəfiqlər nümayəndələrinin hərəkətidir. Mən özümə borc bilirəm deyim  ki, onlar bizim 



ilə  heç  bir  pis  rəftar  etməyiblər.  Onlar  bizimlə  həmişə  istiqlaliyyətimizi  almaq  yolunda  rəftar  ediblər. (Alqış). 

Mən ümid edirəm ki, gələcəyə bəslədiyimiz amal və ümid vücudə gəlmişdir. 

Möhtərəm məbuslar! Hökumət çox şadlıq ilə gərək sizə bildirsin ki, hamımız işlərimizi sülh ilə aparmağı və 

aparmaq da istəyirsiniz və heç vaxt qan tökülməz tərəfdarı deyildiniz. Aşkar şeydir ki, sizin bu göstərməniz yol 

olaçaqdır.  Hökumət  həmişə  çalışacaqdır  ki,  özgə  məmləkətlər  ilə  aramızda  olan  məsələləri  sülh  yolu  ilə  həll 

edib, sülh ilə qurtarsın. Fəqət, bizi çox məyus edən bir şey varsa, o da ermənilər və gürcülər arasında torpaq 

üstündə  qan  tökülməsindədir.  Hökumət  çalışır  ki,  bu  mübahisəli  məsələlər  sülh  ilə  qurtarsın. 

[122  -  123]

  Bu 

bizim xariciyyə nəzarətinin vəzifəsidir. O da bundan ibarətdir ki, xarici dövlətlər ilə daima bir rabitə yapsın ki, 



onlar  ilə  aramızda  qalxan  məsələlər  sülh  ilə  xitampəzir  ola  bilsin.  Məlumdu  ki,  xariciyyə  nəzarəti  başqa 

dövlətlər ilə həm siyasi, həm ticari rabitə yapmalı və həmdə sülh ilə işləri əmələ gətirməlidir. Amma sülh ilə 

əmələ gətirmək o deyildir ki, hökumət özü üçün bir qüvvə hazırlamayacaq. Gərək hər bir dövlət daima özünü 

müdafiə etmək üçün qüvvə hazırlasın. Ona görə bizim də həm xarici düşmənlərimizə qarşı bizim istiqlalımıza 

hücum  edənlərə  qarşı  müdafiə  edəcək  bir  qüvvəmiz  olsun.  (Mərkəz  və  soldan  alqışlar).  Keçmişdə  sabiq 

hökumət belə bir qüvvə təşkili üçün çalışmışdır. Bunun üçün bir təşkilat, bir hazırlıq yapmışdır. İş başında adam 

qoymuşdur.  Şükürlər  olsun  ki,  bir  az  vaxtdan  sonra  bunlar  əmələ  Gələcəkdir.  Keçmişdə  xətalar  olmuşsa, 

şimdidən sonra heç bir xəta olmamalıdır. Əsgəri qüvvə təşkili üçün lazımi tədbirlər ittixaz edilmişdir. Ona görə 

də ümidvar oluruq ki, parlament bizə yardım edib lazım gələn büdcəni qəbul edəcəkdir. 

Möhtərəm məbuslar! Mən borc bilirəm başqa nəzarətlərdən də sizə məlumat verəm. Daxili işlərimizdə çox 

nöqsanlar  vardır.  Heç  bir  hökumət  olmaz  ki,  onun  belə  nöqsanları  olmasın,  hökumət  özü  yaxşı  bilir  ki,  bu 

daxiliyyə  işlərinin  başında  duran  adamlardan  asılıdır.  O  adamlar  gərək  yaxşı  adamlar,  millətpərəst  adamlar 

olsun. Ondan maəda millət gərək özü hökumətə müavinət etsin. Təəssüf olsun ki, millət lazım gələn bu qüvvəti 

verə  bilmir.  O  iqtidarı  göstərdi.  Lazımi  adamlar  isə  iş  başına  gəlməyib,  qırağa  qaçdılar.  Fəqət,  millət 

nümayəndələri bilsin ki, bu cəmaət işidir, millət və vətən işidir. Bundan boyun qaçırmaq olmaz. Ümidvar oluruq 

ki, bundan sonra çağıranda heç kəs boyun qaçırmayacaqdır. Bununla da inşallah hər bir şeyi əmələ gətirib, hər 

şeyi  daxilimizdə  yoluna  gedəcəkdir.  Hökumət  özünü  borclu  bilir  ki,  Rusiya  inqilabından  alınmış  bütün 

hürriyyətləri: hürriyyəti vicdan, kəlam, məkan və sairə hüriyyətlər. Üzr istəyirəm. O qədər də ibarə ilə sözlərimi 

deyəmiyəcəyəm. (Soldan: "Bu dil ana dilimizdir! Çox yaxşı dildir!" və ümumi alqış). Hökumət lazım bilir ki, bu 

hüriyyətləri müdafiə eləsin. Bu işlərdə hökumət 

[123 - 124]

  yalnız  iş  görə  bilməz.  Millət  özü  hökumətə  kömək 

etməlidir.  (Soldan,  doğrudur!),  (sol  və  mərkəzdən  alqış)  Onu  da  bilirik  ki,  hökumət  tərəfindən  bu  hüriyyətlər 

verilsin, bu ixtiyarı verməlidir. Bu hüriyyət imtiyazları verilməz isə dövlət işləri düz  getməz. (Soldan: olmaz, 

qoymarıq). 

Bir də daxili işlərimizdə mühüm bir məsələ var. Bir məmləkətdə yaşayan millətlər özlərini o dövlətin övladı 

kimi görməlidirlər. Biz müsəlman türk milləti də heç bir zaman özümüzü vətənə övlad görməmişik. İndi hamı 

millətləri  bir  vətənin  övladı  kimi  körməli  və  bizlər  özlərimizə  istəməyə-cəyiz  şeyləri  dikərlərinə  də 

istəməməliyik.  (Mərkəzdən  və  soldan:  alqışlar).  Bizim  içərimizdə  yüz  illərlə  yaşayan  millətlər  var.  O 

millətlərdən biri də erməni millətidir. Onlar bizim aramızda bir para ixtilaflar sadir olmuşdur. (Soldan: külüş). 

Gərək  erməni  milləti  də  türk  milləti  də  unutmayalar  ki,  bunlar  min  illər  ilə  yaşayacaqlar.  Bunların  hamısını 

hökumət gərək nəzərdə götürsün. (Soldan və mərkəzdən alqış). 

Maarif Nəzarəti haqqında da bir neçə kəlmə söyləməliyəm. Maarif nəzarəti hər kəsə imkan verməlidir ki, öz 

ana dilində məktəb açıb oxusun. Oxumuz mənim sizin ilə danışdığım kimi olar. (Soldan: yaxşı dildir). Maarif 

nəzarəti ana dilində milli məktəblər ilə bərabər sənət məktəblərinə də böyük əhəmiyyət verməlidir. Çünki bizə 

hamıdan artıq sənət məktəbləri lazımdır. 

Möhtərəm məbuslar! Bir mühüm məsələ var ki, o hər bir hökumətlərdə birinci ədd olunur. Hətta hamı böyük 

dövlətlərdə buna diqtət etməlidir. Bu məsələ sabiqdə olmayıb, fəqət, müharibə zamanı irəli sürülmüş. Bu ərzaq 

məsələsidir.  Onu  da  bilirsiniz  ki,  hər  bir  məmləkətdə  ərzaq  məsələsi  üstündə  aclıqdan  ixtilaflar,  iğtişaşlar  və 

başqa  şeylər  olur.  O  hökumət  ki,  ərzaq  məsələsini  nizama  saldı,  o,  öz  məsələsinin  yarısını  həll  etmiş  olur. 

hökumət  özünü;borclu  bilir  ki,  cümlə  ərzağı  ədalətlə,  cümlə  millətlər  və  cəmi  füqəranın  arasında  bölsün.  Bu 

barədə  hökumətin  nə  qədər  qüvvəsi  var  çalışdı.  Fəqət  ərzaq  məsələsi,  başqa  məsələlər  ilə  bərabər  bitişikdir. 

Xüsusən  dəmir  yol  ilə böyük  rabitəsi  vardır.  Əgər sənin  yolun  olmaz  isə,  ərzaq  gətirmək  də  mümkün  olmaz. 

Əgər ticarət nəzarəti başqa məmləkətlərdən mal alıb gətirmək məsələsini nizama salmaz isə və vətənimizə ərzaq 

da  az  gələcəkdir.  Bu 

[124  -  125] 

da  asılıdır  dəmir,  dəniz  və  qara  yollarının  qaydaya  salınmasından.  Keçmiş 

hökumət zamanında dəmir yollarında bir çox xətalar, nöqsanlar, hətta xəyanətlər də var idi. Hökumət bunu heç 

bir zaman sizdən gizlətmək istəmir. O vaxt bir deyil, dörd dəfə bizim dəmir yollarına təpik dəymişdir. Birinci 

təpik  gərək  xatirinizdə  olsun  -  dəmir  yollarından  beş  yüz  min  qoşun  keçib  gedən  zamanı  dəymişdir.  Özünüz 

bilirsiniz ki, bunlar yolları söküb, dağıtmaq ilə keçdilər. İkinci təpik öz tərəfimizdən dəydi. Millətimiz özü öz 

yollarımızı dağıtmağa başladı. (Soldan: eyib olsun!). Üçüncü təpik Bakı müharibəsi zamanı, paytaxtımızı almaq 

istədiyimiz  vaxt  dəydi.  Onlardan  sonra  türk  qardaşlarımız  qayıdıb  gedərkən,  bunu  da  gizlətmək  lazım  deyil, 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə