Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə35/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   31   32   33   34   35   36   37   38   ...   299

49 

 

Andranik  çetası  haqqında  verdiyi  izahatı  eşidərək  Azərbaycan  Məclisi-Məbusanı  vətənin  təmamiyyət 



mülkiyyəsini, cümhuriyyətin heysiyyəti və cümhuriyyət əhalisinin təmini-asayiş və hürriyyətinə aid məsələlərdə 

daha  qəti  və  daha  şiddətli  siyasi  və  əsgəri  tədbirlər  görməsini  qeyd  edərək,  belə  tədbirlərin  icrasında  daimi 

məbusan heyətinin himayət və etibarinə məzhər olacağını bəyanla növbədəki məsələlərin müzakirəsinə keçməyi 

təklif edir. 



Sədr - Bu təklifi eşitdiniz. Etiraz yox isə səsə qoyuram. hər kəs bu təklifə razıdırsa əl qaldırsın. 

Səslər - Təklifi rusca tərcümə ediniz. 

Sədr - Haman bayaqkıdır. Tərcüməyə ehtiyac yox, təvəqqe edirəm razı olanlar əl qaldırsınlar. İttifaqı ara ilə 

təklif qəbul olunur. 



Sədr - Şimdi ikinci məsələyə keçiriz. 

[111 - 112]

 

Əhməd Cövdət - Sosialistlər tərəfindən verilmiş istizahı oxuyur. 

Bu  vaxtlarda  Tiflisdən  alınan  xəbərlərə  görə  iki  qonşu  hökumət  olan  Gürcüstan  ilə  Ermənistan  dövlətləri 

arasında ixtilaf əmələ gəlib, qanlı toqquşmaya səbəb olmuşdur. Bu vaqiənin Zaqafqaziya millətləri üçün böyük 

əhəmiyyəti  olub,  onları  fəlakətlərə  düçar  edə  biləcəyindən  müsəlman  sosialistləri  fraksiyonu  bu  məsələnin 

parlamentdə müzakirə edilməsini və böyük lüzumu təşəbbüsatda bulunmasını təklif edər. 

Bir səs - Tərcümə ediniz. 

Sədr (tərcümə edir) - Söz Səfikürdlü Aslan bəyindir. 

Səfikürdlü - Əfəndilər! Avropa cahangirlərinin yürütdükləri siyasət nəticəsində bütün Avropa, Asiya və sair 

qitələrdə  yaşayan  millətləri  imperializm  fikrinə  xidmət  üçün  bir-birilə  vuruşdurdu.  Bir  yer  qalmadı  ki, 

dağılmasın.  Sosialistlər  yüz  illərdən  bəri  xüsusən,  fransız  inqilabından  sonra  deyirdilər  ki,  bu  cahangirlik 

siyasəti axırda belə fəlakət açacaq. Onlar görürlər ki, belə siyasət nəticəsində analar oğulsuz, bacılar qardaşsız, 

oğullar atasız, uşaqlar sahibsiz qalacaq, xalq çöllərə düşəcəkdir. Elə də oldu. Sosialistlərin o vaxt dedikləri şimdi 

eynilə  əmələ  gəlmişdir.  Avropa  müharibəsi  başlandı,  şəhərlər  dağıldı,  göylər  xaraba  oldu,  uşaqlar  sahibsiz, 

bütün ailələr yiyəsiz qalıb çöllərə düşdülər. Mədəni millətlərin çoxu bunu anlamış idi ki, bihudə yerə böyük bir 

qoşun qüvvəsini uzaq məmləkətlərə atmaq olmaz. Belə anlamazlıq nəticəsində idi ki, burada Rusiya bolşevizmi 

baş qaldırdı heç gözlənilmədiyi halda Almaniyada dəxi bolşevizim hərəkatı başlandı. halbuki, heç gözlənilməz 

idi  ki,  alman  milləti  arasında  bolşevizm  intişar  tapsın.  Bu  hərəkətə  səbəb  verən  yenə  böyük  dövlətlərin 

cahangirlik  siyasəti  oldu.  Cahangirlik  fikirlə  siyasət  yürüdənlərin  ən  böyüyü  Rusiya  idi.  Ərazisinin 

böyüklüyünə,  nüfusunun  çoxluğuna  baxanda  heç  kəs  zənn  etməzdi  ki,  Rusiya  bu  qədər  zəif  düşə  bilər. 

Həmçinin  Almaniyanın  texnikasını  nəzərə  aldıqda  hamı  deyirdi  ki,  Almaniya  siyasiyyunu  heç  şübhəsiz 

cahangirlik  politikasını  yürütməkdə  müvəffəq  olacaqdır.  Amma  şimdi  görürsüz  ki,  məzkur  dövlətin  hər  ikisi 

necə  dağıldı.  Berlində  hal-hazırda  böyük  nizamsızlıq  olur.  Bu  saat  Almaniyada  inqilab  Rusiya 

[112  -  113]

 

bolşevizminin  tərzilə  cari  olur.  hazırda  hürriyyəti-mətbuat  yoxdur.  Həqiqət  haqda  məlumat  verilmir.  Ancaq 



"yoffe"nin  və  bir  çox  sairələrinin  Almaniyaya  getməsi,  ara  bir  alınan  bəzi  xəbərlərdən  analaşılır  ki,  bu  saat 

Almaniya  dəx  Rusiya  halındadır.  Petroqradda  nə  olur  isə  eyni  Berlində  də  olur.  Əgər  Avropada  sosializmin 

xəbər  verdiyi  bu  amillərə  nanmamış  nə  qalan  qoşunu  uzaq  kaloniyalara  göndərən  və  bu  vaxta  təkin  inqilab 

girdabına  düşməmiş  bu  iki  hakumət  qalıbsa  və  ümid  ediriz  ki,  onlar  da  bu  yaxınlarda  inqilab  dövrünə  daxil 

olarlar. Böyük millətlər bu halda, bu fikirdə ikən cahangirlik çəkməsi altından təzə çıxmış Rusiya qəhərindən 

yenicə  qurtulmuş  xırda  millətlər  birdən  cahangirlik  fikrinə  düşərək  imperializm  müharibəsi  edirlər.  Ümum 

millətlər ixtilaflı məsələlərin qılınc gücünə həll ediləcəyinə inanmağa başladıqları bir zamanda bunları ixtilaflı 

hərb  ilə  həll  etmək  istəyirlər.  Biz  əvvəlcə  sinaində  ermənilər  ilə  gürcülər  arasında  müsadimə  vaqe  olduğunu 

eşitdikdə bunu əhəmiyyətsiz bir məhəlli hadisə edərək etina etmək istəmədik. Lakin indi görürüz ki, iş böyüyür. 

Əhvalı  elə  görüncə  firqəmiz  yığışıb  erməni  və  gürcü  parlamentlərinə  protesto  göndərməyə  qərar  verdi.  Əgər 

onlar  anlamamışlar  isə  qoy  şimdi  anlasınlar  ki,  böyük  səhv  edirlər.  Fraksiyamız  təklif  etdi  ki,  Azərbaycan 

parlamenti yığışaraq bu məsələyi müzakirə etsin. Böylə hərəkətlərin, belə müsadimələrin qan ilə zülmdən başqa 

heç bir nəticəsi olmadı. Haman millətpərəstlik yek-digərlərinə görə, onlar qüvvələrini artırmamışlardır. Fəqət, 

qonşu  millətin  müsadiməsi  bizə  də  sui-təsir  edə  bilər.  Bəlkə  tərəfeyindən  birisini  tutmaq,  yaxud  açıq-açığa 

müharibəyə girmək kimi fəna nəticə verə bilir. Ona görə də biz tələb ediriz: bu məsələlər təmamilə icraçılıqla 

müzakirə  olunsun;  biz  gərək  var-qüvvəmiz  ilə  çalışaq  ki,  müharibə  olmasın.  Əlbəttə,  biz  demiriz  bu 

müsadimədir,  hanki  tərəf  haqlıdır,  hansı  haqsızdır,  biz  demiriz  Axalkaaq  və  Axaska  kimin  olsun.  Bizim 

məsləkimiz    bunu  tələb  edir  ki,  belə  yerlərin  hansı  dövlətə  və  millətə  tabe  olmaları  məsələsi  rəyi-ammə 

müraciətlə  həll  edilməlidir.  Fəqət,  biz  hazırda  səsimizi  ucaltmalı,  protesto  etməliyiz.  Bir  hökumətin  başında 

Ermənistandakı gibi ançaq millətçilər durarsalar, əlbəttə belə fəna nəticələr verər. Bu 

[113 - 114]

 ağır nəticələrin 

təsiri qonşu millət kimi onların özünə də ağır olar. İndi al bayrağımız olan sosialist bayrağımızı onların arasına 

atmalıyız.  (Soldan  alqış).  Bayrağımızı  bihörmət  etdilər  isə  nizəsini  onlara  çevirəcəyiz.  (Soldan  alqış). 

Azərbaycan  Cümhuriyyətində  bayrağımızı  uca  qadırıb  kəllələrə  sipər  olsa  da  onların  arasında  durmalıdır. 

(Mərkəzdən: alqış). Hər iki tərəf qılıncı qına qoymalıdır. Kiçik millətlərin müharibəsi böyük dövlətlərə nisbətən 

çətindir.  Çünki  böyük  dövlətlər  müharibə  qanununa  müvafiq  müharibə  edirlər.  Müharibə  qanunlarına 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə