Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə34/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   30   31   32   33   34   35   36   37   ...   299

48 

 

millətlərinin  müttəhidən  çalışıb,  kəndi  istiqlaliyyətlərini  müttəfiqən  müdafiə  etmək  və  cumhuriyyətlərin 



təsdiqinə çalışmaq 

[108 - 109]

 üçün zəmin hazırlamalı idi. Lakin sonra dəvətə baxmayaraq Ararat cümhuriyyəti 

konfransa nümayəndə göndərmədi və nəticədə konfrans baş tutmadı. Bununla aşkar.oldu ki, erməni hökuməti 

Qafqaziya millətlərinin sülhçüyanə siyasətinə ziddir. Biz yenə inanır idik ki, bu qədər danışdıqdan sonra yenə 

saziş hasil olacaq. Lakin zənnimiz batil oldu. Son hadisat göstərir ki, bunlar saziş və etilaf axtarmırlar. İxtilaflı 

məsələləri sülh təriqilə həll etmək istəmirlər. Açıq deyəlim ki, hal-hazırda vaqe olan hadisə ən adi əsgəri plan ilə 

icra  olunan  bir  davadır.  Sinaen  ilə  Qarabağ  arasındakı  vaqiə  müəyyən  məqsəd ilə  müəyyən  plan  üzərinə icra 

olunur.  Burası  quldur  işi  deyildir.  Bunlar  vəziyyətdən  biaistifadə  naili  məram  olmaq  istəyirlər.  Biz  bu 

hərəkətlərin  müqabilinə  var  qüvvəmizlə  protest  edək  və  hökumətimizdən  dəxi  tələb  edirik  ki,  lazımı  tədbirlər 

görsün,  mümkün  olan  qədər  məsələnin  sülh  təriqilə  həllinə  çalışsın.  Belə  mümkün  olmaz  isə  sair  çarələrə 

təvəssül  etsin.  Deyirlər,  hazırda  bizim  qüvvəmiz  yoxdur.  Lakin  bu  səhvdir.  Millət  böyük  bir  qüvvədir.  Millət 

görsə  ki,  vətən  və  istiqlalın  müdafiəsinə  durmaq  lazımdır,  dərhal  çeteçilərin  müqabilinə  cümhuriyyətimizi 

müdafiə və mühafizə etməyə hazırdır. hökumətimiz millətin belə hazırlığına istinad edərək məsələni sülh ilə həll 

etmək mümkün olmasa, qüvvə müqabilinə qüvvə çıxara bilər. 

Sədr  -  Təklif  var  ki,  bu  xüsusda  müzakirata  xitam  verilsin.  Etiraz  yox  isə  müzakirə  kəsilir,  son  söz 

hökumətindir. 



Fətəli  Xan  Xoyski  - Sosialistlərin birisi burada dedi ki, hökumətin gördüyü təbdbirlər kafi deyildir. Çünki 

kafi  tədbirlər  görülsə  idi  bu  vaxta  təkin  ixtilaflı  məsələlər  sülh  ilə  həll  edilərdi.  Halbuki  bu  vaxtadək  iş 

qurtarmamışdır.  Fəqət,  mən  dedim

,

  yenə  də  deyirəm  ki,  hökumət  var  qüvvəsilə  çalışmışdır.  Hələ  iyul  ayında 



Azərbaycan hökuməti qonşu millətlərin hamısına müraciətlə təklif etmişdi ki, sərhəd məsələsin sülh yolu ilə həll 

etmək üçün bir komisyon təşkil olunsun və bu məsələnin bu komisyon həll edə bilməz isə hakim təyin edilsin. O 

vaxt bizim təklifimizə bir cavab çıxmadı. İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda 

bulunduq.  Səfərimiz  gürcülər ilə  bahəm  layihə  hazırladı  ki, Tiflisdə  beynəlmiləl Zaqafqaziya  konfransı 

[109  - 

110] 


çağırılsın.  Sizə  məlum  olsun  ki,  bu  konfransın  çağırılmasını  biz  özümüz  təklif  etmişdik.  Konfransın 

layihəsi  hazırlandı,  təşrini  saninin  10-na  təyin  edildi  Sonra  17-si-nə,  20-nə,  30-na  olmaq  üzrə  dörd  dəfə  təxir 

edildi.  Fəqət  bununla  bərabər  konfransa  gəlmədilər.  Hökümət  belə  işləri  təklif  edib,  bu  xüsusda  yazar,  xəbər 

verər, daha gedib özgə hökumətlərin qolundan tutub gətirə bilməzdi. Bu surətlə hökumət çox çalışmışdır. Digər 

tərəfdən  Qara  bəy  deyir  ki,  əsgəri  işlərə  diqqət  verilməmişdir.  Xeyir,  belə  deyildir.  hökumət  bu  xüsusda  çox 

çalışmışdır. Bu xüsusda müfəssəl məlumat verməyi bəzi səbəblərə görə lüzum görmədim. Bəlkə görülən işlərin 

nəticəsi hələ gözə çarpmır. Bəlkə deyməyi mümkün olmayan bəzi səbəblərə görə, bizim çalışmağımızdan elə bir 

nəticə  çıxmayıbdır.  Lakin  yenə  deyirəm  ki,  bu  barədə  dəxi  çox  işlər  görülübdür.  Nələr  edildiyini  bu  gün 

parlament  hüzurunda  demək  istəmirəm.  Lakin,  ancaq  burasını  qeyd  edirəm  ki,  bütün  təşkilati  işləri  məşhur 

general Mehmandarova tapşırılmışdır və əsgəri tədbirlər ittixazı üçün pul müzayiqə edilmir. 



Sədr - İndi bir təklif var. 

Məhərrəmov - Belə təklif var. 

Əhməd Cövdət - Sosialistlər ittifaqı parlamentə belə bir təklif edir. (Oxuyur). 

Məclisi-məbusanın  sosialistlər  fraksiyonu  hökumət  rəisinin  Qarabağ  mahalında  Andranikin  elədiyi  zülmlər 

və bunların əleyhinə görülən tədbirlərin haqqındakı izahatı kafi bilməyib, həqiqi və qəti tədbirlər ittixazini tələb 

etməklə bərabər növbədəki məsələlərin müzakirəsinə köçməyi təklif edir. 



Sədr - "Müsavat" firqəsi də bu təklifi edir: (oxuyur.) Vaqe olan istizah və cəvabən hökumət rəisinin Qarabağ 

məsələsi  və  bu  vilayətdə  vəhşiliklər  edən  Andranik  çetesi  haqqında  verdiyi  izahatı  kafi  görməklə  bərabər, 

Azərbaycan  Məclisi-Məbusanı  vətənin  təmamiyyəti  mülkiyyəsi,  Azərbaycan  cümhuriyyətinin  heysiyyəti, 

cümhuriyyət əhalisinin təmini-asayişi icratına aid olan məsələlərdə görcəyi daha qəti siyasi və əsəgəri tədbirlər 

icrasında  məbusan  heyətinin  daima  himayat  və  etibarına  məzhər  olacağını  bəyan  ilə  növbədəki  məsələnin 

müzakirəsinə keçməyi təklif edir. 

[110 - 111]

 

Əhməd Cövdət - (Sosialistlərin formulunun rusca tərcüməsini oxuyur). 



Sədr - (Müsavatın formulunu rusca tərcümə edir). 

Qara bəy - "İttihad" firqəsi sosialistlərin təklifinə iştirak edir. 

Sədr - Şimdi bu iki təklif (səsə) qoyulur. Birinci təklif müsavatındır. 

Sədr - Əvvəlcə bu təklif varid olmuşdur. Binaən-ileyh onu səsə qoyuram. 

Səfikürdlü - Məntiq sosialistlər təklifinin qısaca səsə qoyulmasını tələb edir. 

Şəfi  bəy  -  "Müsavat"  firqəsi  təklif  edir  ki,  5  dəqiqə  tənəffüs  elan  edilsin,  bəlkə  ümumi  bir  qərarnamə 

çıxarmaq mümkün oldu. 



Sədr - 5 dəqiqə tənəffüs elan edilir. 

Tənəffüsdən sonra. 



Sədr - İclas davam edir. 

Məmməd  Əmin  -  Müsaidə  ilə  tənəffüsdə  ümum  fraksiyalar  miyanında  etilafla  qəbul  edilmiş  bir  formayı 

oxuyuram. (Oxuyur). Vaqe olan istizaha cəvabən hökumət rəisinin məsələsi bu vilayətdə vəhşiliklər icra edən 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə