Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə33/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   29   30   31   32   33   34   35   36   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

47 

 

qabağı alınmaz isə Qafqaziya qitəsi Balkan yarımadası kimi qan dəryasına dönə bilər. Burada görünür ki, balaca 



millətlərdə  böyük  impizm  vardır.  (Soldan:  düzdür).  Necə  ki,  Əhməd  bəy  yoldaşımız  söylədi.  Burada  dava 

olmayır,  fəqət,  burada  bir-birini  düşünməməzlik  var.  Hökumət  rəisi  burada  deyir  ki,  burada  hökumət  çalışır. 

Amma  biz  bunu  qəbul  etməyəcəyiz.  Hərgah  çalışılsa  idi,  böylə  qital  qurtarmış  olar  idi.  Əsl  məsələ  hüdud 

məsələsidir. Bu məsələdən ötəri qanlar tökülür. Burada hökumət rəisi deyir ki, biz Andranikin erməni hökuməti 

ilə  heç  bir  əlaqəsi  olmadığını  xəbər  almadıq.  Lakin  mən  bununla  razı  olmaram.  Zira  dağlar  başında  yaşayan 

xüsusi  dəstlərin  bir-birilə  dava  edib  qan  tökməsi,  özü-özündən  vücuda  gəlməsinə  heç  bir  vaxtda  inanılmaz. 

Məlum olur ki, bu hərəkətin bir hazırlanmış layiləsi, projesi vardır ki, Sinaen dağlarından Şuşa dağlarına təkin 

toplar  guruldayır,  qanlar  sel  kimi  axır.  Bu  layihə  ermənilər  üçün  böyük  əhəmiyyəti  haiz  daşnaq  firqəsi 

tərəfindən  hazırlanmışdır.  Çünki  demokratik  müşavirəsində  Tiflisdə  aşkar  oldu.  Burada  daşnaqlar  dəstələri 

hüdud  proqramı  müşavirədə  göstərəndə  ona  baxdılar,  qəbul  edilmədikdə,  onların  nümayəndəsi  (Kirçikyan) 

söylədi  ki,  bu  proqram  qəbul  edilməz  isə,  onlar  bir  də  müşavirədə  iştirak  etməyəcəklər.  İndi  Azərbaycan  və 

Sinaen  dağlarında  tökülən  qanlar  onun  nəticəsidir.  İnsaniyyət  noqteyi-nəzərindən  baxılsa,  bu  proqram  qəbul 

ediləsi  bir  şey  deyil  idi.  Biz  də  heç  bir  zaman  razı  olmarız  ki,  Azərbaycan  yerləri  onların  proqramları  ilə 

Ermənistana  verilsin.  Biz  zənn  ediriz  ki,  bu  axıdılan  qanların  günahı  milli  firqələrin  ümum  demokratiyanın 

qabağında cavab da alacaqlar. (Alqış). Cavab da verməlidirlər. Biz gərək çalışaq ki, qan tökülmədən bu hüdud 

məsələsi  sülh  təriqilə  həll  bulsun.  Bu  yolda  işləməyi  də  gələcək  hökumətdən  tələb  edəcəyiz.  Bu  qiyamətləri 

qoparan,  bütün  Qafqaziya  sülhünü  pozan,  qanlar  ilə  dağları  boyayan  ancaq  daşnaklar  firqəsi  olmuşdur. 

Məəttəssüf burada daşnak yoxdur ki, mən açıq sözümü onların üzünə deyim. Gərək hökumət ermənilər ilə əlaqə 

peyda etsin. Ona görə oraya səfir göndərmək və çalışmalı ki, onların da burada səfirləri olsun. Biz sosialistlər 

müharibəyə  zidd  olduğumuz  ilə  bərabər,  rəsmi  bir  müharibəyə  şükür  etməliyiz.  Çünki  orada  dinc  əhalinin 

hüququnu mühafizə edici qanun vardır. Burada isə müharibə deyil, qoca, qarı, övrət, uşaq qırılır. Dinc əhalinin 

xanimanları  dağılıb,  özləri  çöllərə  buraxılır.  Bizim  parlamana  qəti  təklifimiz  budur  ki,  hökumət  ermənilər  ilə 

əlaqəsini  aşkar  edib  sülh  üzrə  bu  məsələni  həll  edib  qurtarsın.  Biz  zənn  ediriz  ki,  bu  yaxında  Qafqaziya 

millətlərinin  konqresi  vaqe  olacaqdır  və  ümum  Qafqaziya  millətləri  bir-birilə  əlaqəni  sazlaşdırıb  bir 

konfederasiyon meydana gətirəcəklərdir. Əgər belə olsa, nahaq qanlar tökülməyəcək. Onu da xahiş edəcəyik ki, 

kənardan qüvvət almağa çalışmayıb, Azərbaycan buradakı olan millətlərin fikirləri ilə həmrəy olmalıdır. 



Sədr - Söz Qara bəy Qarabəyovundur. 

Qarabəyli  Qara  bəy  -  Möhtərəm  məbuslar!  Rəisi-vükəlanın  verdiyi  izahatdan  görünür  ki,  hökumət  lazım 

gələn tədbirləri görmüşdür. Biz də buna inanmalıyız ki, bu hökumət buna etidal dəm ilə baxmazdı. Fəqət rəis 

deyir  ki,  əlimizdə  olan  qüvvət  ilə  nə  qədər  lazım  idi  çalışıb  və  yenə  də  çalışacağız.  Doğrudanda  əllərində  nə 

qədər  qüvvələri  var  isə  çalışıblar.  Fəqət,  bununla  bərabər  Qarabağda  Andranik  dəstəsi  tərəfindən  müsəlman 

kəndləri dağılmada, evlər, xanimanlar bərbad olmaqdadır. Arvad, uşaqlar qaçır. Rəisi-vükəla bunların bir daha 

olmayacağını bizə təminat vermədi və bir təminat da verə bilməz idi. Biz də bundan artıq təxmin edə bilməriz. 

Zira bir adam əlində olan qüvvət qədər iş görə bilir. Bu qüvvənin olmağını bilməklə bərabər mən vətənimi də 

çox  istəyirəm,  millətimi  də  çox  istəyirəm.  Vətənimin  bir  qarışını  ermənilərə  vermək  istəmirəm.  Görükdə  ki, 

ingilislər oraya nümayəndələr göndərdilər, bir iş gorüldüyü hələ yoxdur. Deməli, bizim öz qüvvəmiz olmalıdır. 

Əlimizdə olan qüvvənin həpsini əldə etmək lazımdır ki, bunların qarşısını ozümüz alalım. (Mərkəzdən: 

[107 - 108]

 

səhihdir, doğrudur). Hökumətə gərək deyək, onun əlində bir qüvvə olmalı idi, gərək bu vaxta kimi bir tədarük 



oluna  idi.  Olmayıbsa  da  bundan  sonra  olunmalıdır.  (Mərkəzdən:  səhih).  Rəisi-vukəla  verdiyi  məlumata  görə 

razılıq  etməklə  bərabər  parlament  gərək  qüvvə  düzəltməyi  də  ondan  tələb  etsin,  taki  Andranikin  qabağını 

saxlaya bilək. Onun qabağını indi də saxlaya bilməsək, bəlkə daşnakların layihəsində olan hüdudunda durmadı, 

adlayıb  bəriyə  keçdi.  Sonra  gəlib  əlimizdən  Gəncəni  də  alar,  o  vaxt  istiqlaliyyətimiz  də  olmaz.  Belə  ki,  qəti 

surətdə onun üçün indidən hazırlıq olsun gərək. (Sağdan, mərkəzdən: alqışlar). 

Sədr - Söz Abdulla Bəy Əfəndiyevindir. 

Əfəndiyev Abdulla bəy - Möhtərəm məbuslar! Bu aləmşümul cahan müharibəsi yavaş-yavaş qurtarmağa üz 

tutur.  Ümum  millətlər  müharibə  meydanından  çəkildikdə  yavaş-yavaş  bu  müharibə  dalğaları  vətənimiz  olan 

Azərbaycanı  da  adlayıb  keçmişdir.  Vətənimiz  bir  çox  müddət  müharibə  ağırlığı  altında  inləyir  idi.  Nəhayət, 

dava  yatırılaraq  mütarikə  elan  edildi.  Fəqət,  bu  mütarikə  hələ  bizə  qarşı  ədavət  göstərən  millətlər  və  tərəflər 

bilkülliyyə vətənimizdən çıxarılmamış əqd edildi. Bununla bərabər millətimiz bu mütarikəyə qane olmağı lazım 

bilərək  heç  bir  ədavətkaranə  hərəkətdə  bulunmadı.  Bu  fikir  ilə  ki,  qoşunlarımız  ilə  aramızda  ixtilaflı 

məsələlərimiz  həll  edilməyib  qalıb  isə  də  eybi  yoxdur,  sülh  konfransında  həll  edilər.  Biz  tabe  olduq  və 

insaniyyətdə bunu tələb edir idi. Zira böyük millətlər, Avropanın möhtəşəm topları ilə həll edilmədiyi məslələyi 

biz  dəxi  silah  gücü  ilə  həll  etməzdik.  Biz  belə  zənn  etdik  ki,  qonşularımız  dəxi  mütarikəyə  razı  olacaq.  Və 

olmalı milliyyələrinə tamamilə çatmayıblar isə, istədikləri tamamilə hasil olmamışsa, bu məsələnin həllini onlar 

sülh  konfransına  mühəvvəl  edəcəklərdir.  Məəttəsəsüf,  zənnimiz  yanlış  çıxdı.  Zira  az  bir  zaman  keçməmiş 

ixtilaflı  məsələlərin  həlli  üçün  Gürcüstan  hökumətinin  təşəbbüsü  ilə  Tiflisdə  bir  konfrans  dəvət  edildikdə 

ermənilər  gəlmədilər.  Bu  konfransda  ixtilaflı  məsələlər  həll  olunaraq,  ümumsülh  konfransında  Zaqafqaziya 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə