52
Sədr - Təklif olunan formulaları dinlədiniz.
Məmməd Əmin - Bizim təklif müraciətnamənin layihəsidir. İkinci təklif isə maddə-bəmaddə bunu soyləyir.
Bu iki təklifdən bir xülasə, nəticə çıxarmağı rüəsaya tövsiyə edəriz.
Aslan bəy (yerindən) - Mən təklif edirəm ki, hökumət onları birləşdirsin, göndərsin. Əgər bunu qəbul
edərsəniz, göndərsin.
Səslər - Qəbuldur, qəbuldur.
Cəfərov - Bir şey var ki, "protest" sozü gərək çıxarıla idi.
Ağamalov (yerindən) - Yox, çıxarmaq lazım deyil.
Əhməd Cövdət - Burada bir təklif rüəsa tərəfindən verilmiş, biri də müsavat, üçüncü də sosialistlər
tərəfindən təqdim edilmişdir. Təklif edirəm ki, bunlar və sonra verilənlər
[119 - 120]
hamısı birləşdirilib ümumi
müraciətnamə halında göndərilə idi.
Sədr - Deməli ki, rüəsaya mühəvvəl edildi.
Məhərrəmov (əvvəl yerindən, sonra minbərdən) - Mən təklif edirəm ki, nahaq qanları tökülənlərin ruhunu
yad etmək üçün ayağa qalxsınlar. (Məbuslar qalxırlar).
Sədr - Məclisi bununla bağlanmış elan edirəm.
Məclis saat 2,50 dəqiqədə xitam bulur.
Arxiv, f. 895, siy. 1, iş. 1, vər. 38-48.
53
№ 5
Beşinci içlas
26 dekabr 1918-сi il
İclas 1918 sənəsi 26 dekabr saat 12.20 dəqiqədə Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdət bəyin
katibliyi ilə açılır.
Sədr - Parlamentin iclası açılır. Bugünkü ruznameyi-müzakirat heyəti-rəyasət tərəfindən bu qayda ilə tərtib
olunmuş.
1. a) heyəti-rəyasətə varid olan kağızlar; b) Məclisi-Məbusan üzvü Mahmudbəyovun istefa ərizəsi; v)
Məclisi-Məbusan üzvü Qasım bəy Cəmalbəyovun məzuniyyət istidası; s) Əhməd bəy Ağayevin Zəngəzur
uyezdi tərəfindən Məclisi-Məbusana nümayəndə intixab edilməsi; ç) Məhəlli Ukrayna Radasının ərazisi
"İttihad" fraksiyasının təklifi olaraq Bakı uyezdindən nümayəndə intixab edilməsi.
2). Komissyonlar seçkisi: fəhlə, maliyyə və Məclisi-Müəssisan seçkilərinə layihə hazırlayan komisyalarına.
3). Yeni hökumət təşkili.
4). İki istizah: a) həbs və tətil barəsində; b) dəmir yollarında hökmfərma olan rüşvət haqqında. E'tiraz yoxdur
ki? Ruzinameyi-müzakirat qəbul olunur.
Parlaman üzvlərindən Əliəsgər bəy Mahmudbəyov bəzi səbəblərə görə istefa verir. Onun əvəzinə Musa bəy
Rəfiyev parlaman üzvlüyünə daxil olur. Parlaman üzvlərindən Camalbəyovun
[120 - 121]
ailəsi naxoş
olduğundan Tiflisə getmək üçün bir həftəlik məzuniyyət verilir. Əhməd bəy Ağayevin Zəngəzur uyezdi
tərəfindən parlamentə məbus intixab edilməsi haqqında heyəti-rəyasətə göndərilən teleqraf etimadnamə
komisyonuna verilir. Məhəlli Ukrayna Radasının Məclisi-Məbusana iki yer istədiyi ərizəsində e'timadnamə
komisyonuna verilir. İttihad fraksiyasının Bakı uyezdindən parlamentə nümayəndə intixab edilməsi təklifi də
etimadnamə komisyonuna verilir. Hərgah etiraz yox isə ərz eylədiyim təklif qəbul olunur. Etiraz yoxdur ki,
Qəbul olundu. Binaən-ileyh etimad komisyonu üzvlərindən rica edirəm ki, sabah saat 12-də iclasa gəlsinlər.
Söz, katib Əhməd Cövdət bəyə verilir.
Əhməd Cövdət - Xahiş edər idim, daxil olan kağızlar burada oxunsun. Bəlkə kağız haqqında etiraz, ya
müzakirat ola bilsin.
Sədr - Bu kağızların burada oxunmasını artıq bilib etimad komisyonuna verilməsini münasib gördük.
Etimad
komisyonu daxil olan kağızlar barəsində çıxardığı nəticə parlamentə məlum olacaqdır.
Cəfərov (yerindən) - Elədir.
Sədr - Keçən iclasda əmələ, maliyyə və məclisi-müəssisan seçkiləri hazırlayan komisyalara əqəliyyat təşkil
edən firqələr tərəfindən Tsaxakaya fəhlə, Koxman maliyyə, Vanseviç Məclisi-Müəssisan seçkiləri üçün layihə
tərtib komisyonuna namizəd göstərilmişdir. Xahiş edirəm ki, başqa fraksiyalar da öz namizədlərini köstərsinlər,
tainki məclisin axırında komisyalar təşkil olunsun. Dekabrın 10-da parlamentin təklifinə görə, parlament rəisinə
həvalə olunmuş ki, səlahiyyətilə hökumət təşkilini bir nəfər şəxsə tapşırsın. Parlamentin qərarı mocibincə mən
öz tərəfimdən millət və vətən yolunda çalışmış Fətəli Xan Xoyski cənablarını layiq görüb ona müraciət etdim.
Bu cənab iki həftənin ərzində bir çox zəhmətdən sonra tazə kabinə müvəffəq olmuşdur. Bu babda söz hökumət
rəisi Fətəli Xan Xoyski cənablarına verilir.
Fətəli Xan Xoyski (Sol tərəfdən başqa ümumi alqış) -Möhtərəm məbuslar! Sizin rəisinizin xahişinə görə və
mühüm, çətin və qorxulu vaxta tazə kabinə təşkili mənə rücu olundu. Vəziyyətin nə halda olmasını aşkardır ki,
siz məndən yaxşı bilirsiniz. Və tazə kabinə təşkilini öhdəmizə götürdükdə nə qədər məsuliyyət olduğu da sizə
məlumdur. Siz bilirsiniz ki,
[121 - 122]
beş illik çahan müharibəsindən sonra sülh konfransı qarşısında bizim ən
mühüm məsələmiz, istiqlalımız məsələsi olacaqdır. Bu istiqlaliyyəti təsdiq etdirməyi bu halətdə siz bu hökumətə
tapşırırsınız. Bu ağır vəzifəni öhdəmizə alırıq. Hökumət hamı vəzifələrdən qabaq, bu istiqlaliyyəti göz bəbəyi
kimi müdafiə və mühafizə etməyi özünə borc bilir. (Ümumi alqış). Keçənlərə burada hər firqə tərəfindən
deklarasiyalar bu vəzifəni boynumuza götürüb əmələ gətirmək üçün bizə cürət verir.
Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır
ki, müstəqil Azərbaycan hökuməti özgə dövlətlər ilə rabitəyə girməyə çalışacaqdır. Bu rabitə əvvəlcə qonşu
Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü də olacaqdır. Özgə məmləkətlər ilə olacaq rabitə bir tək
hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız
üçün əziz və sevgili olduğuna əminiz.
İstiqlalımız sülh konfransında qəbul olunub və tanınacaqdır. Biz ümidvarıq ki, sülh konfransı da və
Amerikanın rəisi bütün cahana elan etdiyi deklarasiya ilə demokratik İngiltərə və Fransa cumhuriyyəti öz
istiqlalına cəhd ilə bir millətin hüququ tapdalanmayacaqdır. Bu cür hökumət nümayəndələrindən ibarət cahan
məhkəməsi olan sülh konfransında bizim sözümüz eşidiləcəkdir. Bunu deməyə mənə ümid verən, bizə güman