Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə38/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   34   35   36   37   38   39   40   41   ...   299

52 

 

Sədr - Təklif olunan formulaları dinlədiniz. 



Məmməd Əmin - Bizim təklif müraciətnamənin layihəsidir. İkinci təklif isə maddə-bəmaddə bunu soyləyir. 

Bu iki təklifdən bir xülasə, nəticə çıxarmağı rüəsaya tövsiyə edəriz. 



Aslan  bəy  (yerindən)  -  Mən  təklif  edirəm  ki,  hökumət  onları  birləşdirsin,  göndərsin.  Əgər  bunu  qəbul 

edərsəniz, göndərsin. 



Səslər - Qəbuldur, qəbuldur. 

Cəfərov - Bir şey var ki, "protest" sozü gərək çıxarıla idi. 

Ağamalov (yerindən) - Yox, çıxarmaq lazım deyil. 

Əhməd  Cövdət  -  Burada  bir  təklif  rüəsa  tərəfindən  verilmiş,  biri  də  müsavat,  üçüncü  də  sosialistlər 

tərəfindən təqdim edilmişdir. Təklif edirəm ki, bunlar və sonra verilənlər 

[119 - 120]

 hamısı birləşdirilib ümumi 

müraciətnamə halında göndərilə idi. 

Sədr - Deməli ki, rüəsaya mühəvvəl edildi. 

Məhərrəmov  (əvvəl yerindən, sonra minbərdən) - Mən təklif edirəm ki, nahaq qanları tökülənlərin ruhunu 

yad etmək üçün ayağa qalxsınlar. (Məbuslar qalxırlar). 



Sədr - Məclisi bununla bağlanmış elan edirəm. 

Məclis saat 2,50 dəqiqədə xitam bulur. 

 

Arxiv, f. 895, siy. 1, iş. 1, vər. 38-48. 



53 

 

 



№ 5 

 

Beşinci içlas 

 

26 dekabr 1918-сi il 

 

İclas  1918  sənəsi  26  dekabr  saat  12.20  dəqiqədə  Həsən  bəy  Ağayevin  sədarəti  və  Əhməd  Cövdət  bəyin 



katibliyi ilə açılır. 

Sədr  - Parlamentin iclası açılır. Bugünkü ruznameyi-müzakirat heyəti-rəyasət tərəfindən bu qayda ilə tərtib 

olunmuş. 

1.  a)  heyəti-rəyasətə  varid  olan  kağızlar;  b)  Məclisi-Məbusan  üzvü  Mahmudbəyovun  istefa  ərizəsi;  v) 

Məclisi-Məbusan  üzvü  Qasım  bəy  Cəmalbəyovun  məzuniyyət  istidası;  s)  Əhməd  bəy  Ağayevin  Zəngəzur 

uyezdi  tərəfindən  Məclisi-Məbusana  nümayəndə  intixab  edilməsi;  ç)  Məhəlli  Ukrayna  Radasının  ərazisi 

"İttihad" fraksiyasının təklifi olaraq Bakı uyezdindən nümayəndə intixab edilməsi. 

2). Komissyonlar seçkisi: fəhlə, maliyyə və Məclisi-Müəssisan seçkilərinə layihə hazırlayan komisyalarına. 

3). Yeni hökumət təşkili. 

4). İki istizah: a) həbs və tətil barəsində; b) dəmir yollarında hökmfərma olan rüşvət haqqında. E'tiraz yoxdur 

ki? Ruzinameyi-müzakirat qəbul olunur. 

Parlaman üzvlərindən Əliəsgər bəy Mahmudbəyov bəzi səbəblərə görə istefa verir. Onun əvəzinə Musa bəy 

Rəfiyev  parlaman  üzvlüyünə  daxil  olur.  Parlaman  üzvlərindən  Camalbəyovun 

[120  -  121]

  ailəsi  naxoş 

olduğundan  Tiflisə  getmək  üçün  bir  həftəlik  məzuniyyət  verilir.  Əhməd  bəy  Ağayevin  Zəngəzur  uyezdi 

tərəfindən  parlamentə  məbus  intixab  edilməsi  haqqında  heyəti-rəyasətə  göndərilən  teleqraf  etimadnamə 

komisyonuna  verilir.  Məhəlli  Ukrayna  Radasının  Məclisi-Məbusana  iki  yer  istədiyi  ərizəsində  e'timadnamə 

komisyonuna  verilir.  İttihad  fraksiyasının  Bakı  uyezdindən  parlamentə  nümayəndə  intixab  edilməsi  təklifi  də 

etimadnamə  komisyonuna  verilir.  Hərgah  etiraz  yox  isə  ərz  eylədiyim  təklif  qəbul  olunur.  Etiraz  yoxdur  ki, 

Qəbul  olundu.  Binaən-ileyh  etimad  komisyonu  üzvlərindən  rica  edirəm  ki,  sabah  saat  12-də  iclasa  gəlsinlər. 

Söz, katib Əhməd Cövdət bəyə verilir. 

Əhməd  Cövdət  -  Xahiş  edər  idim,  daxil  olan  kağızlar  burada  oxunsun.  Bəlkə  kağız  haqqında  etiraz,  ya 

müzakirat ola bilsin. 



Sədr - Bu kağızların burada oxunmasını artıq bilib etimad komisyonuna verilməsini münasib gördük. Etimad 

komisyonu daxil olan kağızlar barəsində çıxardığı nəticə parlamentə məlum olacaqdır. 



Cəfərov (yerindən) - Elədir. 

Sədr - Keçən iclasda əmələ, maliyyə və məclisi-müəssisan seçkiləri hazırlayan komisyalara əqəliyyat təşkil 

edən firqələr tərəfindən Tsaxakaya fəhlə, Koxman  maliyyə, Vanseviç Məclisi-Müəssisan seçkiləri üçün layihə 

tərtib komisyonuna namizəd göstərilmişdir. Xahiş edirəm ki, başqa fraksiyalar da öz namizədlərini köstərsinlər, 

tainki məclisin axırında komisyalar təşkil olunsun. Dekabrın 10-da parlamentin təklifinə görə, parlament rəisinə 

həvalə olunmuş ki, səlahiyyətilə hökumət təşkilini bir nəfər şəxsə tapşırsın. Parlamentin qərarı mocibincə mən 

öz tərəfimdən millət və vətən yolunda çalışmış Fətəli Xan Xoyski cənablarını layiq görüb ona müraciət etdim. 

Bu cənab iki həftənin ərzində bir çox zəhmətdən sonra tazə kabinə müvəffəq olmuşdur. Bu babda söz hökumət 

rəisi Fətəli Xan Xoyski cənablarına verilir. 



Fətəli Xan Xoyski (Sol tərəfdən başqa ümumi alqış) -Möhtərəm məbuslar! Sizin rəisinizin xahişinə görə və 

mühüm, çətin və qorxulu vaxta tazə kabinə təşkili mənə rücu olundu. Vəziyyətin nə halda olmasını aşkardır ki, 

siz məndən yaxşı bilirsiniz. Və tazə kabinə təşkilini öhdəmizə götürdükdə nə qədər məsuliyyət olduğu da sizə 

məlumdur. Siz bilirsiniz ki, 

[121 - 122]

 beş illik çahan müharibəsindən sonra sülh konfransı qarşısında bizim ən 

mühüm məsələmiz, istiqlalımız məsələsi olacaqdır. Bu istiqlaliyyəti təsdiq etdirməyi bu halətdə siz bu hökumətə 

tapşırırsınız. Bu ağır vəzifəni öhdəmizə alırıq. Hökumət hamı vəzifələrdən qabaq, bu istiqlaliyyəti göz bəbəyi 

kimi  müdafiə  və  mühafizə  etməyi  özünə  borc  bilir.  (Ümumi  alqış).  Keçənlərə  burada  hər  firqə  tərəfindən 

deklarasiyalar bu vəzifəni boynumuza götürüb əmələ gətirmək üçün bizə cürət verir. 

Azərbaycan istiqlaliyyəti ondan ibarət deyil ki, özümüz ilə özgə dövlətlər arasında bir divar yapaq. Aşkardır 

ki,  müstəqil  Azərbaycan  hökuməti  özgə  dövlətlər  ilə  rabitəyə  girməyə  çalışacaqdır.  Bu  rabitə  əvvəlcə  qonşu 

Rusiyada təşkil olunan məmləkətlər və Rusiyanın özü də olacaqdır. Özgə məmləkətlər ilə olacaq rabitə bir tək 

hökumətin vəzifəsi olmayıb, sizin qüvvəniz və göstərdiyiniz yol ilə hasil olacaqdır. Bu istiqlaliyyətin hamımız 

üçün əziz və sevgili olduğuna əminiz. 

İstiqlalımız  sülh  konfransında  qəbul  olunub  və  tanınacaqdır.  Biz  ümidvarıq  ki,  sülh  konfransı  da  və 

Amerikanın  rəisi  bütün  cahana  elan  etdiyi  deklarasiya  ilə  demokratik  İngiltərə  və  Fransa  cumhuriyyəti  öz 

istiqlalına cəhd ilə bir millətin hüququ tapdalanmayacaqdır. Bu cür hökumət nümayəndələrindən ibarət cahan 

məhkəməsi olan sülh konfransında bizim sözümüz eşidiləcəkdir. Bunu deməyə  mənə ümid verən, bizə güman 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə