Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə36/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   32   33   34   35   36   37   38   39   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

50 

 

toxunmayır, əsirlərə və bitərəf duran əhaliyə əl uzatmırlar. Kiçik millətlər isə bunu gözləmirlər. Bu hadisələrin 



qarşısını  almaqdan  ötəri  növbənöv  yollar,  çarələr  vardır  ki,  bu  da  protesto  etmək  və  protestodan  hasil  olan 

nəticələrdir.  Bundan  əlavə  konfrans  dəvət  edib  bu  ixtilaflı  məsələlər  orada  həll  edilməlidir.  Bu  da  olmazsa, 

Qafqaziyada  təşkil  olunmuş  üç  hökumət  nümayəndələri  yığışıb  bu  məsələlərə  baxmalıdır.  Bu  barədə  də 

parlamentimiz çalışmalıdır. (Alqış). 



Sədr - Söz Məmməd Əmin Rəsulzadəyə verilir. 

Məmməd  Əmin  Rəsulzadə  - Bu gün Azərbaycan məclisi-məbusanının iztirab qəlbilə cəm olmasına səbəb 

qonşularımız arasında vaqe olan qanlı müsadimələrdir. Bu hadisələr yanı yaşımızda deyil, uzaqda yaşayan digər 

millətlər arasında da çıxsa idi, insaniyyət növqeyi-nəzərindən qəlbimizi cərimədar edib qan ilə dolduracaq idi. 

Fəqət, məlumdur ki, biz  göylərdə deyil, yerdə yaşayırız. həqiqəti düşünəlim, vaqe olan hadisələr elə iki qonşu 

millətlər  arasında  vaqe  olmaqdadır  ki,  biz  müqəddəratımızı  dünən  onlar  ilə  bərabər  həll  edirdik,  yarın  da 

müştərək  həll  edəcəyiz.  Bunun  üçün  də  biz  bu  millətlər arasında  çıxan  hadisələrə.  yabançı  qala  bilməriz.  Biz 

qitə  və  həyati  surətdə  əlaqədarız.  Ona  görə  də  səsimizi  yüksəltməli,  aman  nə  yapırsınız  deməliyiz.  (Soldan 

mərkəzdən alqış). 

Əfəndilər!  Çox  qəribədir,  bir  zamandakı  hərbi-ümumi  axıra  yetişir,  bir  zamandakı  dünyanın  cəngavər  və 

təpədən-dırnağa  qədər  müsəlləh  olan  millətləri  məsələlərin  artıq  sülh  və  müsalimətlə  həll  və  qət  olunmasını 

istəyirlər,  bir  zamandaki  istiqlala  layiq  olduğunuzu  isbat  üçün  bu  gün  biz  kiçik  Qafqaziya  millətlərinin  əlində 

qüvvətli bir sübut vardır ki, o da sülh və müsalimət, ancaq qan tökməmək. (Sürəkli alqışlar). 

Əvət,  əfəndilər!  Belə  bir  zamanda  kı,  biz  Zaqafqaziya  millətləri  iştirakı  ilə  əqd  olunacaq  ümumsülh 

konfransına  qol-qola  olaraq  bir  qapı,  dost  bir  surətdə  girəcək  olmaz  isək,  bütün  əməllərimiz  məhv  və  nabud 

qalar.  İştə  belə  bir  zamanda  Ermənistan  ilə  Gürcüstan  arasında  qan  tökülür,  bu  qanlar  dayanmalıdır,  çünki 

hürriyyət və istiqlal haqqında bəslədiyimiz uğursuz və müqəddəs məqsədlərimizi qara yerlərə gömməmək üçün 

sülh masası başında müttəhidən oturmağa layiq olduğumuzu göstərməliyiz. İştə bu qanunların dayandırılmasına 

bir təsir icra etmək bütün Azərbaycan demokratiyasını yüksəltməlidir. (Alqışlar). 

Əfəndilər!  Bu  fikir,  bu  ixtilaflı  məsələlərin  müsali-mətlə  həlli  fikri,  heç  bir  vaxt  Azərbaycan  cəmaətinə 

yabançı qalmamışdır. Azərbaycan demokratiyasını hər zaman töhmətləndirmişlər. Ona dildə bir, məqsəddə bir 

deyə böhtan etmişlərdir. Buna dəlil olaraq, millətləri bizim xaricimizdə olan hadisələri üzümüzə vurub, erməni, 

müsəlman kimi müəssif hadisələrə meydan olduğundan Azərbaycanı təqsirləndirmişdir. Fəqət, həqiqət, hal bu 

nəyi  gostərir.  Azərbaycan  müqəddəratını  öz  əlinə  alıb  da  müstəqil  yaşamağa  başladığı  andan  bəri  siyasətini 

müvafiq qurmuşdur. Azərbaycan hökuməti ibtidai bir sülh tərəfdarı olub da müsalimət siyasətindən ayrılmışdır. 

Azərbaycan hökuməti əvvəl təsisindən bəri Qafqaziya millətləri arasında olan ixtilaf və mübahisəli məsələlərin 

cəbr ilə deyil, sülh ilə həll olunmasına calışmışdır. Azərbaycan siyasi nümayəndələri hər zaman və hər məkanda 

mübahisəli məsələlərin sülh ilə həll olunması təklifində bulunmuşlardır. Qafqaziya millətləri bu məsələləri oz 

aralarında  həll  edə  bilməzlər  isə  başqa  bitərəf  bir  hakimə  müraciət  etməlidirlər.  İyun  ayının  ibtidalarında  idi. 

Gürcüstan  hökuməti  Borçalının  müsəlman  əhalisinin  arzusuna  rəğmən  cəbrən  Gürcüstana  ilhaq  edirdi. 

Azərbaycan  buna  protesto  edərək  məsələnin  beynəlmiləl  bir  komisyon  vasitəsilə  həllin 

[115 - 116]

  təklif  elədi. 

Məəttəssüf,  bu  təklifinə  müvafiq  cavabi  deyil,  müxalifət  gördü.  Bu  təklifini  Azərbaycan  hökuməti  sonra  yenə 

təkrar  etdi,  nəticə  alammadı.  Son  günlərdə  isə  Gürcüstan  hökuməti  bu  nöqteyi-nəzəri  qəbul  ilə  rəsmən  bu 

təşəbbüsdə bulundu və təşəbbüsə birinci "ləbböyk" deyən Azərbaycan hökuməti oldu. Gürcüstan və Ermənistan 

hökumətini  də  Zaqafqaziya  konfransına  dəvət  etmişik,  günlər,  həftələr  ilə  bəkləmişik,  lakin  Ermənistan 

nümayəndəsi  gəlməmişdir.  Gürcüstan  ilə  Ermənistan  arasında  bu  məsələ  üzərində  təati  eyləmiş  bu  gün  nəşr 

edilmiş  teleqramlardan  anlayırız  ki,  Gürcüstan  hökuməti  hətta  bu  müzakirə  əsasında  bizdən  bixəbər  olaraq 

Ermənistanın təklifinə görə əvvəlcə bu məsələləri yalnız Ermənistan ilə öz arasında həll etməyə razı olmuşsa da 

yenə  vəziyyəti  qurtarmamış,  məqsədinə  müvəffəq  olmamışdır.  Şimdi  isə  bu  iki  millət  oz  aralarında  olan 

mübahisəli  məsələlələri  qan  ilə  həll  etməyə  başlamışlar.  Arada  ixtilaflı  olan  topraq  məsələsidir.  Əz  cümlə 

―Borçalı‖  uyzdi  süni  bəhsidir.  Biz  biliriz  ki,  Borçalının  türk  və  müsəlmanlar  ilə  məskun  olan  qismi 

Azərbaycandan  ayrılacaq  bir  qitədir.  (Şiddətli  alqışlar).  Zəngəzur,  Qarabağ  yezdi,  yenə    Azərbaycandan 

Ayrılmayacaqdır. (Alqışlar). Elə bu mübahisəli məsələlərin demokratik noqteyi nəzərilə, qılınc ilə deyil, sülh ilə 

həll olunmasını hər zaman istəmiş, indi də istəyirsiz. Fəqət, heyhat ki, bizim bu arzumuz havada çağırılan boş 

sədadan  ibarət  qalmışdır.  Biz  zikr  olunan  yerlər  üzərindəki  hüququmuzu  hər  vasitəyə  müraciət  edilə, 

eşidiləcəyinə  qənaətimiz  bərkəmal  ikən  Qafqaziyanın  ümumi  müqəddəratını  nəzərə  alaraq  biz  həmişə 

mübahisəli  məsələlər  kibi bu  məsələnin  də sülh  ilə  həll olunmağını  gözləmişik.  Arzu  edirik  ki,  Gürcüstan  və 

Ermənistan hökumətləri dəxi bu əsası ilə öz aralarındakı ixtilaflı məsələləri sülh və müsalimət ilə həll etsinlər. 

Məəttəssüf, bu  gün  meydanda  nahaq  qanlar töküldüyünü  gerürüz.  Azərbaycan Məclisi-Məbusan  Gürcüstan  və 

Ermənistan  hökumətlərinin  daxili  işlərinə  qarışması  üçün  deyil,  bütün  Qafqaziyaya  yağacaq,  o  cümlədən 

Azərbaycanı da qanlara boyayacaq bir fəlakətin onünü almaq üçün bu məsələyə icrayi-təsir 

[116 - 117]

 etmək 


istər. İnanımız bundadır ki, Gürcüstan, Ermənistan cəmaəti dəxi bizim kimi düşünür. 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə