Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə37/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   33   34   35   36   37   38   39   40   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

51 

 

Azərbaycan  xalqının  təmsili-ruhi  olan  Məclisi-Məbusanımızda  hökmü-fərma  olan  bu  ruh  və  müsalimət 



əminəm ki, bütün cəmaətimizin duyğusu olduğu kimi gürcü və erməni cəmaətində də eyni təbidir. Gürcüstan və 

Ermənistan  məclisi-məbusanları  dəxi  öz  millətlərinin  vicdanını  etdiklərindən  sülhamiz  bir  səciyyə  intibahilə 

kəndilərinə müraciət edəlim və deyəlim ki, Qafqaziya millətləri sülh və müsalimətə möhtacdırlar. Bütün səy və 

iqtidar  və  nüfuzlarını  hökumətimiz  üzərində  icra  ediniz,  tökülən  nahaq  qanlar  dayansın,  çünki  bu  qanlarda 

bulunacaq hürriyyətlərimiz, çünki, bu yanan neftlərdə yanacaq yurdlarımızdır. (Alqış). 

Sədr - Söz Tsixakayanındır. (rusca). 

Sədr - Söz Qara bəy Qarabəylinindir. 

Qarabəyli Qara bəy - Həzərat! Ermənilər ilə gürcülər arasında cərəyan edən ixtilaflı hadisələr haqqında bir 

çox  fəsahət  və  bəlağət  ilə  nitqlər  irad  edildi.  Mən  belə  nitqlərdən  söyləməyəcəyəm.  Mən  ancaq  bir  şeyi 

söyləyəcəyəm ki, bu cərəyanların bizə maddi bir zərəri, yaxud başqa bir təsiri olmayacaqdır. Bu qədər ki, qanlar 

axıdılır, Qarabağ dökülməkdədir. O biri cəhətdən dəxi müsəlman qanları tokülə bilərmi? Bu saat ermənilər ilə 

kürcü miyanında olan hadisələr nəticəsindən yenə müsəlman qanları axıdıla biləcəyini gorürüz. Çünki toqquşma 

vaqe  olan  yerlər  Borçalıdır.  Burası  müsəlman  yerləridir.  Burada  ən  əvvəl  müsəlman  qanları  axacaqdır. 

(Bitərəflərdən:  sağ  ol!).  Hüdudu  aşıb  keçmiş  erməni qoşunlarının  ayağı  altında yenə  də  müsəlman  qalacaqdır. 

(Bitərəf:  sağ  ol).  Qarşısında  qüvvə  gormədikdə  ermənilər  gəlib  bizim  aramıza  keçəcəkdir.  O  zaman  bizim 

halımız  vəxim  olacaqdır.  Buna  görə  hökumətə  müraciət  ilə  soruşuruz  ki,  bu  ixtilafın  bitməsi  üçün  burada 

müsəlman  qanlarının  tokülməsi  ilə  hüdudumuzu  müdafiə  etmək  üçün  nə  tədbirlər  olmuşdur?  Və  yaxud 

olacaqdırsa, hansı qüvvə ilə? 

Sədr - Daha natiq yoxdur ki, Ona gorə hökumət rəisinə söz verilir. 

[117 - 118]

 

Fətəli Xan Xoyski  - Hökumət tərəfindən bu barədə tədbirlər olubdurmu? Sual olundu... Doğrudan da suala 

haqları vardır. Hökumət də bunu düşünürdü. Bu hüdud barəsində ki, buyurdular, heç bir məlumat yoxdur. Bir 

elə xəbər çıxmış idi ki, ermənilər hüdudluğu keçmişlər. Mən o saat teleqraflar ilə əhval bilmək istədim, cavab 

gəldi ki, heç bir şey yoxdur. Hökumət bütün stansiyalara tapşırıbdır ki, elə bir hadisə olsa, tez xəbər versinlər, 

hüdudumuzun  başqa  bir  tərəfdən  keçilməməsi  üçün  bir  çox  əsgəri  tədbirlər  görülmüşdür.  Qüvvə  də 

hazırlamışıq. 



Sədr - Müzakirə olunan istizah barəsində müsavat fraksiyonu tərəfindən təklif olunur. 

Əhməd Cövdət - (oxuyur). 

Kürcüstan  və  Ermənistan  parlamanlarına  Azərbaycan  məclisi-məbusanı  tərəfindən  göndəriləcək 

müraciətlərinin "Müsavat" şobəsi tərəfindən təklif olunan layihəsi: 

Bütün dünya millətlərinin silahlarını- ataraq sülh və səlah ilə aradıqları belə bir zamanda, bir zamanda ki, 

Qafqaziyada  təşkil  edən  cumhuriyyətlərin  yekdikəri  arasında  sülh  və  müsalimətlə  yaşamaları,  elan  etdikləri 

istiqlala  layiq  olduqları  yeganə  bir  kiliddir.  Azərbaycan  məclisi-məbusanı  qonşularımız  Ermənistan 

cumhuriyyəti  ilə  Gürcüstan  cumhuriyyəti  arasında  zühr  edən  qanlı  hadisat  ədavətkarının  əsrarəngiz  xəbərini 

iztirablı  bir  qəlblə  tələqqi  etdi.  İşbu  iztirabının  tərcümana  təsiri  olan  20  dekabr  tarixli  fovqəladə  iclasında 

Ermənistan və Gürcüstan parlamentlərinə müraciət edərək hər iki hökumətin bu təhlükəli qədəmdən saxlanması 

üçün var-qüvvət və nüfuzları ilə səy aləmlərini dostluq məqamında rica etməyə qərar verdi. 

Bütün  Qafqaziya  demokratiyasının  ürək  arzusu:  qonşular  arasında  bütün  ixtilaflı  məsələləri  uyuşmaq, 

barışmaq,  və  nəhayət  hakim  vasitəsilə  həll  etməkdir.  Bunun  xaricində  olacaq  hər  bir  tədbir  hansı  dovlət 

tərəfindən  görülmüş  olur  isə  olsun  Azərbaycan  hökumətinin  vicdanının  zəxmdar  etdiyi  kimi,  Gürcüstan  ilə 

Ermənistan  cəmaətlərini  də  rəncidə  edəcəyinə  qaneiz.  Bunun  üçün  də  millətin  təmsili  vicdanı  olan  Məclis-

Məbusan heyətinə müracətlə qardaşca tövsiyyə ediriz: 

[118 - 119]

 

Amandır,  durunuz,  Qafqaziya  təkrar  qanlara  boyanmasın,  odlara  yanmasın,  çünki  bu  qanlarda  boğulacaq 



hürriyyətimiz, bu yanğınlarda yanacaq-yurdlarımız. 

Sədr - Sosialistlər ittifaqı tərəfindən təklif olunan layihə: 

Əhməd Cövdət - (oxuyur). 

Məclisi-Məbusanda  bulunan  sosialistlər  fraksiyonunun  Gürcüstan  ilə  Ermənistan  millətləri  arasında  baş 

verən  hadisə  haqqında  məruzənin  müzakirəsindən  sonra  Azərbaycan  məclisi-məbusanı  aşağıdakı  maddələri 

qərara alır: 

1).  Bizim  ilə  qonşu  və  qardaş  olan  Gürcüstan  və  Ermənistan  millətlərinə  və  onların  parlamanlarına  rica 

olunsun  ki,  onlar  öz  hökumətlərinə  təsir  edib  tezliklə  dava  hərəkətlərinin  dayandırılmasına  çiddi  surətdə 

çalışmaları təklif olunsun. 

2).  Zaqafqaziya  dovlətləri  arasında  olan  bütün  mübahisəli  məsələlərin  həlli  bu  hərəkətlərin  konfransına  və 

beynəlmiləl arbitraja mühəvvəl olunması təklif olunsun. 

3).  Zaqafqaziyada  yaşayan  üç  boyük  millətlər  bir-birilə  sıxı surətdə  əlaqədar  olduqlarından  Ermənistan  və 

Gürcüstan ixtilafı ümum cəmi Qafqaziya millətlərini böyük fəlakətə düçar edə bilər. Buna binaən hər tərəfki bu 

millətlərin  sülh  ilə  yaşamalarına  tərəfdar  olar  isə,  onda  cahan  demokratiyası  qarşısında  öz  ohdəsinə  boyük 

məsuliyyət alacağını bəyan etməlidir. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə