Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə32/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   28   29   30   31   32   33   34   35   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

46 

 

hərb  qanunu  göz-əyirlər.  Müharibədən  sonra  hər  iki  dövlət  təbəəsi  sülhdən  sonra  yenə  dövlət  ola  bilir.  Lakin 



Qafqaziyada  vaqe  olan  bu  müharibə  millətləri  zəhərləyib,  özlərini  fəlakətə  düçar  edər.  Qafqaziya  müharibəsi 

rəsmi  müharibəyə  bənzəməz.  Qarabağda  dava  olur,  erməni  müsəlman  ilə  vuruşurlar.  Böylə  müamilələrin 

bitməsini  tələb  ediriz.  Bizim  fikrimiz  məsələlərin  həlli  ilə  orada  yaşayan  millətlərin  gözəl  surətdə  idarə 

olunmaları idi. Erməni və müsəlman üçün istər Ermənistanda, ya Azərbaycanda yaşamasının heç bir təfavütü 

yoxdur.  Əlbəttə,  bu  millətdən  ötrü  öz  iradəsi  altında  yaşamaq  daha  yaxşıdır.  Fəqət,  həyat  məsələsi  araya 

gəldikdə  bu  fikirlərdən  əl  çəkilməlidir.  Qarabağda  bir  tək  müsəlmanlar  deyil,  ermənilər  də  zərər  görürlər. 

Teleqramlarda  müsəlmanlar  döyülür  isə  də,  ermənilərə 

[104  -  105] 

də  xəsarət  toxunması  aşkardır.  Vükəla 

rəisinin oxuduğu axırıncı teleqramlardan  görünür ki, Qarabağda məhəlli ermənilər də müharibə əleyhinədirlər. 

Bu  gün  bir  müsəlman  kəndi,  sabah  bir  erməni  kəndi  dağılmaqdadır.  Buralarda  yaşayanlar  hamısı  insanlardır. 

Hər  iki  tərəf  zərər  görüb,  can  tələf  olur.  Bizim  təklifimiz  bu  məsələləri  silah  ilə  deyil,  sülh  ilə  müəyyən  bir 

məqsədi vardır. O da erməni ünsürünü Azərbaycandan ayırıb, Ermənistana tabe etməkdir. Lakin belə olsa, onu 

yenə sülh yolu ilə etmək olardı. Lakin o cürə ki, Andranik başlamış, belə olmaz. Bizim fikirlərimiz burada yenə 

bu işi sülh ilə bitirməkdir. Rəisi-vükəla söylədi ki, göndərilən nümayəndələrdən bir fayda çıxmamışdır. Fəqət, 

zənnimcə mürəxxis heyətlərindən bəzən ziyadəsilə faydalar çıxır. Madam ki, erməni cəmaətinin burada razılığı 

yoxdur,  deməli  mürəxxislər  heyətlərindən  bir  fayda  çıxar.  Bir  vaxtlar  Andranik  ingilis  qulluğunda  olurdu, 

onlardan  pul  alırdı.  Məlum  ki,  bir  qədər  də  ingilislərin  sözünə  qulaq  asa  bilir.  Deməli  ki,  onların  vasitəsilə 

Andranikə təsir yetirmək mümkündür. Gərək onu Zəngəzurdan çıxaraq, əks halda nə müsəlman, nə də, erməni 

xalqı  rahat  olacaqdır.  Amma  əfəndilər,  biz  belə  nümayəndələr  göndərmək  tərəfdarı  olmaq  ilə  bərabər,  ondan 

istəriz ki, bu məsələnin sülh üzrə həll edilməsi təşəbbüsü ermənilər tərəfindən görülmüş olsun. Ancaq biz buna 

tərəfdar ikən Qarabağda olan tufana, evlərin dağılmasına, ailələrin kəsilməsinə göz qapaya bilmərik. Qarabağda, 

bu  kimi  yerlərdə  olan  və  müsəlman  cəmaətini  müdafiə  etmək  üçün  hər  vaxt  qüvvəmiz  hazır  olmalıdır. 

(Alqışlar.)  Oraya  iki  zirehli  avtomobillərin  getməsi  azdır.  O  yerdə  ingilislər  qüvvəsinin  oraya  getməsini  biz 

istəməz idik. Biz oraya Azərbaycan qüvvəsinin getməsini istər idik. (Alqışlar). Oraya gedən qüvvə cəmaətin öz 

içindən çıxmış olsun. Gərək, cəmaət anlasın ki, ora gedən qüvvə onun hüququ müdafiə edəcəkdir. Biz nə qədər 

hərb tərəfdarı olmasaq da fəqət, bu vaxtda qüvveyi-cəbriyyənin bütün-bütünə Qarabağda icra olunmasını rədd 

etməyir, istəriz. 



Sədr - Söz Mahmudov Mustafaya verilir. 

Mahmudov  Mustafa  - Möhtərəm məbuslar! Qarabağ  məsələsi barədə o ki, lazım idi söylədim. Bu barədə 

sizin fikrinizi bir nöqtəyə cəlb edirəm. Rəisin və natiqlərin nitqlərindən 

[104 - 105]

 bu anlaşıldı ki, Andranik ilə 

guya  erməni  xalqı  arasında  heç  bir  əlaqə  yoxdur.  Andranik  bir  Türkiyə  təbəəsidir  ki,  işi  bir  çete  düzəldib 

müharibə etməkdir. Bəs belə olanda kimdir o? (Soldan: daşnaq). Belə olanda onun tutulub öldürülməsi lazımdır. 

Bu  bir  quldur,  bir  asidir.  Lakin  belə  bir  adam  ilə  müttəfiqlər  nümayəndəsinin  mərsulu  görünür.  Və  ona  görə 

Qarabağ ətrafının mühafizəsi tapşırılır. 

Doğrudur, bizi rəisi-vükəla inandırır ki, onunla belə bir irsal-mərsul heç olmayıbdır. Fəqət, o kimdir və nədir 

ki, həm özü sakit olsun və həm də cəmaəti mühafizə etsin. Əgər böylə isə bunun ağır nəticələri ola bilər. 



Sədr  -  Rəisi-vükəla  elə  bir  irsal  mərsulun  olmadığını  söylədi.  Andranikə  sakit  olması  əmr  olunmuşdur. 

(Doğrudur, alqışlar). 



Mahmudov  -  Çox  gözəl,  arzu  olunar  idi  ki,  bu  irsal  mərsul  olmaya  idi.  Bu  məsələ  barəsində  müsavat 

fraksiyası tərəfindən qəbul olunmuş və parlamana təklif olunan qərarnamə bu-dur. (Oxuyur). Vaqe olan istizahə 

cəvabən  hökumət  rəisinin  Qarabağ  məsələsi  və  bu  vilayətdə  vəhşiliklər  icra  edən  Andranik  çetesi  haqqında 

verdiyi  izahatı  dinləyərək  Azərbaycan  Məclisi-Məbusanı  vətənin  təkmamiyyəti-mülkiyyəsi,  Azərbaycan 

Cümhuriyyəti  əhalisinin  təmini-əsayişi  və  hürriyyətinə  aid  olan  bu  məsələdə  bu  vaxta  qədər  görülmüş  olan 

tədbirlərdən əlavə  hökumətin  daha şiddətli  və  daha  qəti siyasi  və  əsgəri tədbirlər  icrasında  məbusan  heyətinin 

daima himayəti etibarinə məzhər olmağını bəyan ilə növbədəki məsələlərin müzakirəsinə keçir. 

Sədr - Söz Vinoqradova verilir. 

Vinoqradov - (rusca) 

Sədr - Daha natiq olmadığından müsavatın bu təklifini səsə qoyuram. 

Şeyxülislamov (yerindən) - Söz veriniz. 

Sədr - Danışmaq istəyirsiniz? 

Şeyxülislamov - Bəli, Söz istəyirəm. 

Sədr - Buyurunuz. 

Şeyxülislamov  - Möhtərəm məclis əzaları! Bizim sosialistlər mənə bir ağır vəzifə vermişdir. Bu vəzifə bir 

millətin  təqsirləndirilib,  o  birini  müdafiə  etmək  deyil,  borcum 

[105  –  106]

  deməkdir  ki,  həqiqəti  ayaqlayırlar. 

Qafqaziya  millətləri  Rusiya  inqilabından  sonra  öz  muxtariyyətlərini  əllərinə  aldıqda  bir  yerə  toplanıb,  öz 

müqəddəratlarını  qüvvətli  bir  əsas  üzərində  tikib  gözəl  surətdə  qurmalı  idilər.  (Soldan:  düzdür).  Fəqət,  bu 

olmadı.  Qafqaziya  millətləri  içində  milli  şovinizm  baş  qaldırır.  (Soldan:  düzdür).  Yenə  də  qanlar  çay  kimi 

axıdıldı.  Biz  sosialistlər  bu  qiyamətləri  qoparanlara  qarşı  öz  etirazımızı  buradan  bəyan  edirik.  Əgər  bunların 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə